Gundemxeber.az » Dünya » Vaşinqton səmasında baş verən təyyarə qəzasının ilkin detalları məlum olub
Vaşinqton səmasında sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşmasının səbəbi dispetçerin səhvi ola bilər.
CNN dispetçerlə helikopter heyəti arasında baş tutmuş dialoqun bəzi detallarını öyrənə bilib.
Belə ki, dispetçer toqquşma ehtimalının yüksək olduğunu müşahidə edib və dərhal məlumatı helikopter heyətinə ötürüb. Ardınca helikopterin pilotu manevr etmək və toqquşmadan qaçmaq üçün vizual icazə tələb edib.
Nəzarətçi helikopteri idarə edən pilota kursu dəyişməyə icazə versə də, hündürlüyü dəyişməyin qadağan olunduğunu məruzə etməyib. O, təyyarəyə yol verib sonra onun arxasında uçmağı əmr edib, lakin qısa müddət sonra təyyarə vertolyotla toqquşub.
Vaşinqtonda hərbi helikopterlə sərnişin təyyarəsinin toqquşması nəticəsində 18 nəfər həyatını itirib.
Bu barədə CBS televiziyası polisə istinadən məlumat yayıb.
Qeyd olunub ki, son məlumata görə, Potomak çayından 18 nəfərin meyiti çıxarılıb. Ümumilikdə sərnişin təyyarəsinin göyərtəsində 64 nəfər olub.
Polis Reyqan Milli Hava Limanı yaxınlığında hərbi helikopterlə toqquşan təyyarənin göyərtəsində olmuş şəxslərin bir neçəsinin cəsədini Potomak çayından çıxarıb.
Bu barədə "The Washington Post" nəşri məlumat yayıb.
Hazırda xilasedicilər Potomak çayında təyyarə və onunla toqquşmuş helikopterdə olan şəxslərin axtarışını aparırlar.
Gundemxeber.az
28-06-2016, 01:09
20-11-2019, 12:44
29-11-2013, 13:00
25-07-2017, 13:38
18-02-2018, 17:48
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?