“Vətəndaş sazişi” partiyasındakı müzakirələr açıq xarakter daşıyır, hər kəs sərbəst şəkildə fikrini ifadə edə bilir və iş prosesində tez-tez müxtəlif fikirlər səsləndirilir. Lakin bu, aydın şəkildə nəzərə çarpacaq bir insident kimi qiymətləndirilə bilməz.
Gundemxeber.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur naziri Davit Xudatyan 17 iyulda jurnalistlərlə söhbətində bildirib.
Nazir bu fikirləri Ekologiya naziri Akop Simidyanın istefasının baş nazir Nikol Paşinyana sərt şəkildə qarşı çıxması ilə əlaqəli olması haqda yayılan məlumatları şərh edərkən bildirib.
Xudatyan əlavə edib ki, Simidyanın istefası ilə bağlı zərurət yaranarsa, bu barədə özü açıqlama verə bilər. “Mən bununla bağlı açıqlama verməyə ehtiyac görmürəm,” – deyə o vurğulayıb. Onun sözlərinə görə, bu tip məsələlərə baş nazir qərar verir və bu qərarlar çox zaman ictimaiyyət üçün gözlənilməz olur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?