Gundemxeber.az » Dünya » Səhifə 1689
Türkiyənin Adana əyalətindəki İncirlik hərbi hava bazasında ABŞ-a məxsus təyyarəni pilotsuz uçuş aparatı vasitəsilə düşürməyi planlaşdırmaqda şübhəli bilinən terrorçu İŞİD qruplaşmasının silahlısı tutulub.
Venesuelanın yenicə təsis edilən Konstitusiya Assambleyası özünü müxalifətin nəzarətində olan Konqres də daxil edilməklə, digər hökumət orqanlarından üstün elan edib.
ABŞ Dövlət Departamenti Rusiya prezidenti Vladimir Putinin Gürcüstanın separatçı regionu Abxaziyaya səfərinə münasibət bildirib.
Rusiya Odessaya hücum edə bilmək üçün qondarma Dnestryanı respublikasını özünə birləşdirmək niyyətindədir.
ABŞ prezidenti Donald Trampın Şimali Koreyanı “misli görünməmiş od alovla” ilə hədələməsindən sonra Pxenyanla Vaşinqton arasında gərginliyin dozası daha da artıb. Bu gün Şimali Koreya rejimi ABŞ-ın Sakit okeandakı Quam adalarına nüvə başlıqlı ballistik raketlə zərbə endirmək planı hazırlandığını elan edib.
56 yaşlı azərbaycanlı kriminal avtoritet Yunis Nəzərov Rusiyanın Ulyanovsk şəhərində saxlanılıb.
Son bir neçə ay ərzində Ermənistan ordusunda xidmətdən yayınma və döyüş mövqelərini özbaşına tərk etmə halları kütləvi xarakter alıb.
İran Azərbaycanının Zəncan şəhərində fəaliyyət göstərən türk fəal və qadın haqları müdafiəçisi Səfiyə Qarabaği “rejimə qarşı təbliğat aparmaq”, “ictimai rəyi çaşdırmaq” və “yalan məlumat yaymaq” ittihamları ilə günahlandırılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?