GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » İSMAYILLI RAYON İCRA VƏ PROBASİYA ŞÖBƏSİ RƏİSİNİN QANUNSUZ ƏMƏLLƏRİ BARƏDƏ -- ŞOK İDDİA

İSMAYILLI RAYON İCRA VƏ PROBASİYA ŞÖBƏSİ RƏİSİNİN QANUNSUZ ƏMƏLLƏRİ BARƏDƏ -- ŞOK İDDİA

Tarix: 20-06-2019, 16:44 Bölmə :Cəmiyyət Baxış: 9 617
İSMAYILLI RAYON İCRA VƏ PROBASİYA ŞÖBƏSİ RƏİSİNİN QANUNSUZ ƏMƏLLƏRİ BARƏDƏ -- ŞOK İDDİA


"TALEH QULİYEV QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN RAYON ÜZRƏ NÜMAYƏNDƏSİ TAHİR ƏLİYEVLƏ CİNAYƏT ƏLAQƏSİNƏ GİRƏRƏK, DÖVLƏT ADINDAN VERİLƏN MƏHKƏMƏ QƏTNAMƏSİNİN İCRASINA İMKAN VERMİR!"

Bu yazı, araz.az saytının əməkdaşları tərəfindən, İsmayıllı şəhər, H. Zərdabi küçəsi, ev, 10 ünvanında yaşayan Elvin Babaverdi oğlu Hacızadənin ölkə başçısına ünvanlandığı şikayət xarakterli müraciəti əsasında hazırlanıb. Şikayətçinin etirazı, əsasən, atası Babaverdi Piralı oğlu Hacıyevə məxsus İsmayıllı şəhər, M. Müşviq küçəsi, 21 ünvanında yerləşən xususi mülkiyyətinin tamamı ilə boşaldılaraq, atasının sahibliyinə və istifadəsinə verilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli 2(107)-1226/2016 iş nömrəli qətnaməsinin üç ildir icra olunmaması barədədir. "Səbəb kimi, o göstərilir ki, cavabdehlər Barat Fərhad oğlu Qasımov, Şüküfə Telman qızı Novruzova, Fərhad Barat oğlu Qasımlı və Nərgiz Barat qızı Qasımlı Cəbrayıl rayonundan məcbur köçkün olduqlarına görə, 1997-ci ildən atam Babaverdi Hacıyevin xususi mülkiyyətində olan həmin evində yaşayırlar.

Azərbaycan Respublikası Prezidentinin məlum sərəncamına əsasən, 1998-ci ilə kimi qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları evlərdən və binalardan çıxarılması qadağan edilib," -- şikayətçi məktubunda deyilir. Şikayətçi öz məktubunda onu da qeyd edir ki İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin bu barədə onlara verdikləri cavab da tam qanunsuz və əsassız olub: "Çünki bu ailə atamın xususi mülkiyyətində olan evdə 2001-ci ildən müvvəqəti yaşayır. Bunu subut edən tutarlı rəsmi sənədlərimiz də var. Belə ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin İsmayıllı Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05 sentyabr 2000-ci il tarixli arayışa əsasən, cavabdehlər Barat Fərhad oğlu Qasımov və onun ailə üzvləri atamın xususi mülkiyyətində olan M. Müşviq küçəsi, 21 ünvanında yox, bu şəhərin Nizami küçəsindəki beş saylı evdə yaşayıblar. Bütün bunlara baxmayaraq, İsmayıllı İcra və Probasiya Şöbəsinin rəisi Taleh Quliyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin İsmayıllı rayonu üzrə nümayəndəsi Tahir Əliyevlə cinayət əlaqəsinə girərək, onun verdiyi saxta sənədi əsas götürüb, Şəki Apellyasiya Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli qətnaməsini indiyədək icra etmir. Atam Babaverdi Piralı oğlu Hacıyev bu iki vəzifəli şəxsin etdikləri cinayətlərinə dözməyərək, insulit keçirib və bir müddət reanimasiyada qalaraq, dünyasını dəyişib.
Onun varisi kimi, mənim aidiyyatı üzrə orqanlara müraciətimdən sonra, İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin 17 may 2019-cu il tarixli məktubu ilə, Şəki Apellyasiya Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli qərardadı icra olunması üçün, yəni şəxsi mülkiyyətimizdə olan evin cavabdehlər Barat Qasımov və onun ailə üzvüləri tərəfindən boşaldılması, mənim istifadəmə və sahibliyimə verilməsi üçün icra vərəqəsi üzrə işin təyinatı 23 may 2019-cu il tarixində saat 14.30-a təyin olunmuşdu. 23 may 2019-cu il saat 14.30-da İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rahim Mustafayevin, İsmayılı RPŞ-nin İsmayıllı şəhəri üzrə polis sahə rəisi Qoşqar Aslanlı və İsamyıllı Rayon İcra Hakimiyyətinin İsmayıllı Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin mühəndisi Zamin Həsənli ilə bərabər, icra vərəqəsi üzrə təyin olunmuş yerdə olmuşduq. Xəbərdarlıq olunmağına baxmayaraq, əsas cavabdeh -- ailə başçısı icra vərəqəsi üzrə təyin olunmuş yerdə olmadı. Digər cavabdeh Şüküfə Telman qızı Novruzova isə, onlara möhlət verilməsini istədi. İcra məmuru Rahim Mustafayev bunun mümkün olmadığını və on gün möhlətdən artıq vaxtın verilməsinin mümkünsüzlüyünü ona bildirdi. Bundan sonra, icra məmuru Rahim Mustafayevin, İsmayıllı Polis Şöbəsinin İsmayıllı şəhəri üzrə polis sahə rəisi Qoşqar Aslanlının, İsmayıllı Rayon İcra Hakimiyyətinin İsmayıllı Səhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin mühəndisi Zamin Həsənlinin, mənim, cavabdeh Şüküfə Telman qızı Novruzovanın və hal şahidləri -- rayonun Diyallı kənd sakini Ağadadaş Qasımovun və Cəbrayıl rayonundan məcburi köçkün olan və İsmayıllı şəhərində yaşayan Vaqif Abdıyevin imzası ilə, akt tərtib olundu. Eyni zamanda, cavabdehlərə izah olundu ki, on gündən sonra, icra vərəqəsi üzrə Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1226/2016 nömrəli qətnaməsi məcburi qaydada icra olunacaq.
Mən, on gündən sonra, İsmayıllı Rayon İcra və Probasiya Şöbəsində olduqda, Taleh Quliyev mənə əvvəlcə bildirdi ki, cavabdehlər məhkəməyə müraciət ediblər. Mən onun bu sözlərinin yalan olduğunu biləndə isə, o, mənə dedi ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə, Şəki Apellyasiya Məhkəməsinin bu qərarını müzakirə etdikdən sonra qərar verəcəklər".
Bundan sonra, şikayətçi məktubunda bildirir ki, Azərbaycan Respublikasında məhkəmələr çıxardığı qətnamələri Azərbaycan Respublikası adından verirlər və bu qətnamələr qeyri-şərtsiz icra olunmalıdır. Elə isə, İcra və Probasiya Şöbəsinin rəisi Taleh Quliyev dövlətin adından çıxarılmış qətnaməni hansı əsaslarla müzakirə edə bilər?!
"Cənab Prezident!
Hal-hazırda Taleh Quliyev özünü İsmayıllı rayonunun padşahı sayır. O, dövlətimizin qanunları ilə, öz üzərinə düşən vəzifəni icra etmək əvəzinə, mənə də məlum olmayan hansısa maraqları müdafiə edir. Dövlətin adından çıxarılmış qətnamələri icra etməyənlər və icrasına mane olanlar qanunlarımızla cinayət məsuliyyəti daşıyırlar. Taleh Quliyev də, hal-hazırda həmin cinayəti törədib. Törətdiyi bu cinayətə görə isə, cəzalandırılmır. Hətta Taleh Quliyev sizin 3 aprel 2019-cu il tarixində imzaladığınız "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmana belə məhəl qoymadan, cavabdeh tərəflə sövdələşmə aparır.
Biz, hüquqi bir dövlətdə yaşayırıq. Lakin Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1226/2016 nömrəli qətnaməsi bu günə kimi icra olunmayıb. Bu dövlətdə onun vətəndaşı olan bir şəxsin müəyyən hüquqi məhkəmə aktında təsbit olunursa və onun həmin hüququ reallaşa bilmirsə, deməli ədalət təmin olunmur. Bu səbəbdən, bu dövlətdə yaşayanların ədalət mühakiməsinə inamları getdikcə azalır. Amma mənim bu məhkəmə qərarının tezliklə icra olunacağına inamım hələ də azalmayıb. İnanıram ki, dövlət başçısı olaraq, məhkəmə qətnaməsinin reallaşmasında mənə köməklik göstərəcəksiniz. Ona görə də, Taleh Quliyevin bizə qarşı törətdiyi qanunsuzluğun və özbaşınalığın qarşısının alınması və Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1226/2016 saylı qətnaməsinin icrası üçün, bizə kömək göstərməyinizi və bu barədə aidiyyatı dövlət qurumlarına göstərişlər verməyinizi Sizdən xahiş edirəm! Kömək üçün Sizə qabaqcadan minnətdaram!".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İsmayıllıda məmur özbaşınalığı tüğyan edir- PREZİDENTƏ ŞOK MÜRACİƏT

    İsmayıllıda məmur özbaşınalığı tüğyan edir- ...

    30-01-2019, 14:46

  • 
  • Bakı şəhər İcra Hakimiyyətinin başçısı cənab Hacıbala Abutalıbova “Buxar” KM-in direktoru Oktay Əliyevin MÜRACİƏTİ

    Bakı şəhər İcra Hakimiyyətinin başçısı cənab ...

    24-05-2015, 01:16

  • 
  • Prokurordan İsmayıllının icra başçısına şikayət olundu

    Prokurordan İsmayıllının icra başçısına şikayət ...

    26-02-2014, 14:41

  • 
  • Kərəm Həsənova  qarşı rüşvət iddiası-VİDEO SUJET

    Kərəm Həsənova qarşı rüşvət iddiası-VİDEO SUJET ...

    1-08-2013, 18:25

  • 
  • Ağacları qanunsuz kəsən şəxsə cərimə- 14 min manat

    Ağacları qanunsuz kəsən şəxsə cərimə- 14 min manat ...

    29-01-2014, 11:32


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu