GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Hesablama Palatası Daşkəsənə çağırıldı - Faktlar

Hesablama Palatası Daşkəsənə çağırıldı - Faktlar

Tarix: 17-05-2015, 18:57 Bölmə :GündəmXəbər / Manşet Baxış: 0
Hesablama Palatası Daşkəsənə çağırıldı - Faktlar

Əhəd Abıyev, Namiq Süleymanov və Nüsrət Vəliyev triosu ucqar dağ bölgəsinin sərvətlərini tar-mar edib, milyonlar mənimsəyirlər

İcra başçısı Heydər Əliyev parkında bina tikdirib; üç villalı məmurlar haqda müdhiş ittihamlar...

Daşkəsəndə məmur özbaşınalıqları barədə yeni-yeni məlumatlar əldə etmişik. “Gündəm-xəbər”i bilgiləndirən qaynağın sözlərinə görə, ucqar dağ bölgəsində yerli məmurlar və onlara heemonluq edən icra başçısının əməllərindən media çox gec xəbər tutur.

Bu fürsətdən istifadən edən məmurlar Daşkəsəndə istədiyi qanunsuzluğa yol verir. Onlar yalnız icra başçısı Əhəd Abıyevin bir sözünü iki edə bilməz. Bu baxımdan informasiya blokadasında olan Daşkəsən barəsində informasiyalar nisbətən gec yayılır.

Ə.Abıyev və müavini Namiq Süleymanovun taladığı zəngin sərvətlərə malik Daşkəsəndə Hesablama Palatasının yoxlamasına ciddi şəkildə zərurət var. Mənbənin qeydlərinə görə, müvafiq dövlət orqanları rayon rəhbərliyinin fəaliyyətini araşdırsa ortalığı çox ciddi qanun pozuntuları, büdcə yeyintiləri, məmurların əhalinin başına açdığı olmazın müsibətlər ifşa edilə bilər.

Əldə etdiyimiz ən son xəbərlərdə deyilir ki, başçı müavini Namiq Süleymanovun Bakıda villası, bahalı maşınları, rayonun mərkəzində üçmərtəbəli oteli hansı vəsaitlə inşa etdirməsi araşdırma mövzusudur.

Hesablama Palatasının bircə yoxlaması kifayət edir ki, Abıyevin komandasının korrupsioner fəaliyyəti aşkarlansın. Belə ki. Abıyev artıq kimsəyə məhəl qoymadan, prezidentin tapşırıqlarına qarşı gedərək rayon camaaatını incidir.

Xəbərlərdə deyilir ki, Daşkəsənin şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Nüsrət Vəliyevdan də narazılıq var. N.Süleymanov və N.Vəliyev Ə.Abıyevin əsas kadrları hesab olunur. üsrət Vəliyev dövlət pullarını öz biznesinə sərf edir. Rayon sakinləri qeyd edir ki, N.Vəliyevə əlavə imtiyazlar verilib. Bu imtiyazları icra başçısı Əhəd Abıyevin tərəfindən qazanıb. Onun sağ əli sayılan və rayondakı maxinasiyalarda xüsusi rolu olan Vəliyevin fəaliyyəti araşdırıla bilər. Sakinlərin sözlərinə görə, Hesablama Palatasının yoxlaması kifayət edir ki, onun nöqsanlarını aşkar etsinlər. Belə ki, icra nümayəndəsi Bakı, Gəncə və Qazaxda villalar tikdirib. Daşkəsənin mərkəzində isə 3 mənzil alıb, saysız-hesabsız mülklərə sahiblənib. İcra nümayəndəsinin varidatı barədə növbəti yazımızda daha ətraflı məlumat verəcəyik. Qeyd olunur ki, Daşkəsən problemlər girdabında boğulur, əhalinin sosial çətinlikləri həllini tapmır, abadlıq-quruculuq işləri aparılmır. Amma məmurlar şəxsi bizneslərini inkişaf etdirmək üçün can-başla fəaliyyətdədir. Ümumiyyətlə, Daşkəsəndə məmur zülmü ərşə dirənib. Ucqar dağ bölgəsinin sakinləri rayon rəhbərliyinin özbaşınalıqlarından və əhaliyə qarşı qanunsuzluqlardan bezib. Özəl məlumatlarda bildirilir ki, Əhəd Abıyev rayonda park tikməyib. Daşkəsən yeganə rayondur ki, parkı yoxdur. Yeganə Heydər Əliyev parkı idi ki, külli-miqdarda məbləğ xərclənmişdi. İcra başçısı parkın yerində bina tikdirib.

Bundan əlavə, Daşkəsən Filizsaflaşdırma Kombinatının direktoru rayonu çapıb talayır. Rayonda dəmir filizi mədəninə direktorluq edən Ələddin Sadıqov yeraltı sərvətlər hesabına malikanələrə, bahalı avtomobillərə sahiblənib.

Ə.Sadıqov Bakıda üçotaqlı mənzil, Gəncədə üçmərtəbəli villa və ticarət məntəqəsi, Daşkəsənin Xoşbulaq yaylağında 12 sotluq bağ evinə malikdir. Bu mal-mülkə yiyələnən Ə.Sadıqov məhz dəmir filizindən gələn milyonların hesabına varlanıb. Bu əlaqələrin genişlənməsində rayonun icra başçısı Əhəd Abıyevin rolu var. Ə.Sadıqovla N.Vəluyevin işbirliyi nətcəsində rayon büdcəsi talanır.

Daxil olan məlumatda o da qeyd edilir ki, Daşkəsən rayonu dövlət tərəfindən unudulub və burada Əhəd Abıyevin insanlara qarşı təzyiqləri dözülməz həddə çatıb. Məlumatda vurğulanır ki, daşkəsənlilər Əhəd Abıyevin rayondan getməsi üçün hər gün dualar etməkdədirlər.

Çünki əvvəllər sürücüsü olmuş, indi isə ordenli Namiq Süleymanovun əli ilə Daşkəsəni yeyib, talamaqdadır. Daxil olan məlumata görə, N.Süleymanov hər ay idarə və müəssisələrdən 500-1000 manat arası “bac” yığır. Yaşıllıq və mənzil komunal təsərüfat sahəsinin işçilərinin 50 faizi isə Əhəd Abıyevin rayonun mərkəzində tikdirdiyi 3 mərtəbəli obyektində işləyirlər. Özünü Dağlar kralı adlandıran Əhəd Abıyevin “Qəmlo”su rayonda at oynadır, dövlətə meydan oxuyur”-qeyd edilən xəbərlərdə daha sonra vurğulanır ki, Əhəd Abıyev Dəmir filizi kombinatını direktoru Ələddin Sadıqovla da əlbirdir və bu şəxsin həyat yoldaşını baxça müdirəsi, qardaşını isə su idarəsinə müdir təyin edib. Ələddin Sadıqovla birlikdə daş karxanası və mərmər kimi sərvətləri talamaqla məşğuldurlar. Ə.Sadıqov səkkiz ildir ki, filiz yataqlarını alt-üst etməkdədir. Hətta başçı ilə birləşib 200 min ton dəmir filizi Gürcüstana aşağı qiymətə satdığı da vurğulanır. Qaynağımız qeyd edir ki, dünya bazarında 50 dollardan yuxarı olan filizi 15 dollardan qonşu respublikadakı firmaların birinə satıb. Həmin gürcü firması isə malları Ermənistana satıb. Daşkəsəndə qeyri-rəsmi səlahiyyətlərə sahiblənən mədən direktoru bu imkanlardan istifadə edərək öz həyat yoldaşını uşaq bağçasına direktor təyin etdirib. Bu əməliyyat nəticəsində 100 milyondan çox vəsait əldə edilib ki, dövlət büdcəsinə bir qəpik də daxil olmadığı iddia edilir. Xəbərdə bildirilir ki, Ə.Sadıqov bununla yetmir, bir il ərzində 7 bahalı avtomobili yaxınlarının adlarına rəsmiləşdirərək alır. “Gəncə-Daşkəsən yoluna 5 ildir ki, bir ovuc asfalt örtüyü salınmayıb. Ancaq saxta sənədlərlə milyonları mənimsəyirlər. Ona görə də yol idarəsinin müdiri 70 min manat dəyərində avtomobil sürür”-deyə iddia edilən xəbərdə daha sonra qeyd edilir ki, Daşkəsən şəhər İƏDÜ Nümayəndəsi Nüsrət Vəliyev Bakıda və Qazax rayonunda milyonluq villalar tikdirməklə yanaşı, eyni zamanda da Gəncə şəhərində yüksək mərtəbəli və yeni tikinlmiş yaşayış binasında 100kv m sahəsi olan mənzil alıb. Məlumatda daha sonra qeyd edilir ki, Nüsrət Vəliyevin məktəb direktoru olan həyat yoldaşı hər rüb 5-10 min manat dəyərində qızıl-ziynət əşyaları alır. Məlumatda o da bildirilir ki, icra başçısı Əhəd Abıyev və “Vüsel” şirkətinin rəhbəri Tahir Hüseynov Daşkəsəndə evlərin dam örtüyünü dəyişmək adı altında 1 milyon manat “siliblər”.

Əhəd Abıyev rayon ayrılan vəsaitləri və daxili büdcədən ayırdığı pulları məhz Tahir Hüseynovun “Vüsel” şirkəti vasitəsi ilə həyata keçirir. Daha doğrusu icra başçısı ilə şirkət rəhbəri əl-ələ verərək büdcə pullarını “yuyurlar”. Bildirilir ki, rayon mərkəzindəki bina evlərinin dam örtüklərinin və fasadlarının yenilənməsi üçün ayrılan 1 milyon manata yaxın vəsait icra başçısı Əhəd Abıyev tərəfindən mənimsənilib. Bildirilir ki, 1 milyonluq layihə daxili tenderlə Əhəd Abıyevin ortağı Tahir Hüseynovun «Vüsel» şirkətinə verilib. Amma adı çəkilən şirkət bir neçə binaların dam örtüklərini dəyişməklə işini bitmiş hesab edib. Daxil olan məlumata əsasən ayrılan vəsaitin 50 faizini əvvəlcədən Əhəd Abıyev nəğdləşdirərək götürüb. Qalan vəsait isə «Vüsel» şirkətinin rəhbəri Tahir Hüseynov da daxil olmaqla bir neçə məsul şəxsin arasında

bölüşdürülüb. Ayrılan vəsaitin təqribən 200 min manatı nəzərdə tutulan işlərə sərf olunub. Qalan vəsait isə Tahir Hüseynov, Əhəd Abıyevin müavini Namiq Süleymanov və bir neçə digər məsul şəxs tərəfindən mənimsənilib. Xatırladaq ki, “Vüsel” şirkəti Daşkəsən rayonunda Zağal-Kollu-Çıraqlı kəndlər arası yollarının tikintisini həyata keçirdib. Həmin yolun ümumi tikintisinə 13 milyon manat vəsait xərclənib.

Uzun müddətdir ki, Daşkəsəndən yaxasını qurtarmaq və şəhərə gəlmək arzusunda olan Ə.Abıyevin səyləri nəticə vermir. O, parlamentdə olmağı bir ucqar rayona rəhbərlik etməkdən üstün tutur. Hətta yaxın çevrəsində də bu narazılığını dilə gətirib. Odur ki, prezident sərəncamını gözləyən Ə.Abıyev ayrı rayona təyinat arzulayır.

Onu da xatırladaq ki, qəzetimizdə Əhəd Abıyevlə bağlı daha əvvəl də yazı dərc olunub və qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk. Ancaq çox təəssüf olsun ki, Əhəd Abıyev qəzetimizdə gedən məqalə ilə əlaqədar başqa qəzetə mövqeyini bildirir. Bu da Azərbaycan siyasətində Əhəd Abıyevin yeni kəşfidir. Bununla belə onu yenə də mövqeyini çap etməyə hazırıq.

Rafiq Qara
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Əhəd Abıyevi Daşkəsəndən Nəsimi rayonuna aparan yol

    Əhəd Abıyevi Daşkəsəndən Nəsimi rayonuna aparan ...

    1-05-2015, 11:36

  • 
  • Əhəd Abıyev prezidentə yalan danışmaqda ittiham olunur — Daşkəsən avtovağzalı 4 ay əvvəl açılsa da…

    Əhəd Abıyev prezidentə yalan danışmaqda ittiham ...

    6-02-2015, 23:04

  • 
  • Əhəd Abıyev Binəqədi rayonu ilə bağlı mövqeyini açıqladı

    Əhəd Abıyev Binəqədi rayonu ilə bağlı mövqeyini ...

    22-05-2018, 20:06

  • 
  • Əhəd Abiyevin qohumlarına yüksək vəzifə verildi

    Əhəd Abiyevin qohumlarına yüksək vəzifə verildi ...

    17-02-2013, 12:49

  • 
  • Əhəd Abıyev Almaniyada gözündən müalicə olunur?

    Əhəd Abıyev Almaniyada gözündən müalicə olunur? ...

    9-07-2013, 16:16


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu