İcra hakimiyyətinin başçısı tropik ölkələrdən palma gətizdirir
“Görəv” yiyələri,”dağıtmaq”” uğrunda sanki yarışa çıxıb. Bölgələrin abadlığı üçün ayrılan milyonlar elə “səhman”la talan edilir ki,adamın heç ruhu da incimir. Bir il geri, qurulan işlər dağıdılaraq yenisilə əvəzlənir. Ad olur ki,, bütün işlər xalqın rahatçılığı,rifahı naminə edilir.Əslində, bu “quruculuq”bir ovuc talançının daha da zənginləşməsinə xidmət edir.
Məsələn,Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun göstərişinə əsasən,tropik ölkələrdə nə qədər dekorativ kol,palma ağacları varsa,hamısı bu şəhərə daşınır.Onundan biri bitən ağacların, xalqın “rifah və rahatçılığ”ına nə aidiyyatı var? Ötən il yollara düzülən bardyurların dili olsaydı,Z.Fərəcova yalvarıb deyərdi ki,məni narahat etməyin, durmuşam yerimdə...
İşsizlikdən sərgərdan həyatı yaşayan Sumqayıtlıları,”qul bazarı”na yığışmağı da çox görürlər.Şəhərdə tez-tez keçirilən şou tədbirlər zamanı, bu bazarın daimi “sakin”ləri ərazidən qovulur. Nəticədə, bu zavallılar günün sonunda evə cibi boş, üzü qara gedir.Beləliklə,ailə boşanmalarına gedən yollardan biri də budur.Dəfələrlə şahidi olmusam ki,ailə başçısının evində körpələri ac olması səbəbindən, intihar edərək canına qıyıb.
Ayrılan milyonları iş yerlərinin açılışına qoyub, işsizliyi qismən də olsa,aradan qaldırıb intiharların, boşanmaların,məcburiyyətdən oğurluq edənlərin qarşısını önləmək olar. Bilərəkdən,məqsədli şəkildə, sosial-rifah yoluna qoyulmur ki,bədbəxt hadisələrin sayı daha da çox olsun. Kollektivləşmə, birləşmə,təbəqələşmə, orta yaşayış tərzi ölkə “kit”ləri üçün arzuolunan deyil...
Sumqayıtın sabiq İH başçısı Eldar Əzizov, eynilə dibçək biznesi ilə məşğul idi.Sahibkarlara məcburən, 100 manata “sırınan” dekorativ dibçək kolu, bir ay ərzində quruyaraq məhv olurdu. Başçıların yerləri dəyişsə də, iş stili dəyişmədi. İndi də bu “ənənəni” Z,Fərəcov davam etdirir. Azərbaycanın coğrafi XAN Çinarını unudub, Afrika ölkələrindən od qiymətinə tropik ağacların Sumqayıta gətirilərək əkilməsi,acı gülüş doğurur...
Budan başqa,binaların dam örtüyünə vurulan Çin istehsalı olan örtüklərin (şifer) qalınlığı qəzet kağızı qalınlığında və keyfiyyətsizdir.Karroziyaya meylli olan bu material, inşaatçıların bildirdiyinə görə,3-4 ərzində çürüyərək deşilir.
Bardyurlar yenilənir, ətrafı asfaltlanmadan müxtəlif rəngdə boyaq çəkilir.Görülən bütün yaramaz və yarıtmaz“abadlıq”işləri pul silməyə hesablanıb. Bir ara, dövriyəyə İctimai Nəzarət adlı qurumun yaradılacağı haqda məlumatlar yayılmışdı. Fərziyələrə qapılıb bildirsək, qurumun effektiv işləməsi qeyri-mümkün olsa da, müəyyən faktları detallarıyla müstəqil KİV-də ictimailəşdirmək mümkün idi. Bu səbəbdən,qurumun başağrısına çevriləcəyindən ehtiyatlanaraq, yaranmasına peşiman etdilər...
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?