GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Qaçqınkom” qaçqın güzəştlərindən niyə əl çəkmir?

“Qaçqınkom” qaçqın güzəştlərindən niyə əl çəkmir?

Tarix: 9-12-2016, 15:42 Bölmə :GündəmXəbər / Manşet Baxış: 788
 “Qaçqınkom” qaçqın güzəştlərindən niyə əl çəkmir?

Komitə sədri Əli Həsənov dövlət məmuru olaraq dövlət vəsaitlərindən səmərəli istifadə olunmasında bilavasitə maraqlı olmalıdır, amma...

Milli Məclisdə 3 gün davam edən büdcə müzakirələri kifayət qədər şişmiş bir problemi - qaçqın və məcburi köçkünlərin sosial imtiyazlarından sui-istifadə hallarını gündəmə gətirdi. Neft gəlirlərinin güclü axını şəraitində diqqəti cəlb etməyən, bəlkə də büdcəyə o qədər də yük olmayan bu məsələ neft gəlirləri kəskin azalandan və “kəmərlər”in sıxılmasından sonra aktuallaşıb.

Halbuki Hesablama Palatasının açıqladığı audit nəticələri ilə ciddi müzakirələrə yol açan “qaçqın güzəştləri”nin ən azı optimallaşdırılmasının zamanı çoxdan yetişmişdi. Nədir bu “qaçqın güzəştləri”: ayda adambaşına 150 kvt elektrik enerjisi, 35 kub qaz, 5 kub suyu pulsuz, yəni dövlət hesabına əldə etmək, ərzaq təminatı üçün vəsait almaq, zibil pulu, hətta evində telefonu olanlar üçün aylıq abunə haqqını ödəməmək. Bundan əlavə, dövlət ali təhsil müəssisələrinin ödənişli bölməsinə daxil olan qaçqın övladları təhsil haqqını ödəməkdən azaddırlar və sair.

Qaçqınların və məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) sədri Əli Həsənovun dediyinə görə, hazırda bu güzəştlərdən yararlanan qaçqınların sayı 1,2 milyon nəfərə çatıb. Bu isə yalnız elektrik enerjisinə görə ayda 12,6 milyon manat (Kvt-ı 7 qəpikdən olmaqla), ildə isə 151,2 milyon manat deməkdir. Qaz güzəşti üzrə isə ayda 4,2 milyon manat (qazın indiki - artmayan qiyməti ilə), ildə isə 50,4 milyon manat büdcə xərci alınır. Yenə də Əli müəllimin məlumatına görə, ötən illər ərzində qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin, mənzil şəraitinin yaxşılaşdırılmasına bütün mənbələr üzrə nə az, nə çox - 6,1 milyard manat xərclənib.

 “Qaçqınkom” qaçqın güzəştlərindən niyə əl çəkmir?

Zamanında xüsusilə qaçqın qəsəbələrinin salınması prosesindəki qanunsuzluqlardan, mənimsəmə faktlarından yazan jurnalistləri qaçqınların bir addımlığına buraxmamaq üçün bütün vasitələrdən istifadə edən “Qaçqınkom” sədri bu dəfə sıravi jurnalist deyil, Hesablama Palatası ilə üz-üzədir.

Və aparılan auditin nəticələrini şübhə altına almağa cəsarət etməsə də, qaçqınların sosial güzəştləri adı altında büdcədən çırpışdırılan pulların(hələlik, söhbət qaz-işıq puluna görə oğurlanan bir neçə yüz min manatdan gedir) hesabının sorulmasını əngəlləmək üçün açıq şəkildə təhdidə keçir: “Kiminsə hansı bir idarə, komitə və ya nazirə sözü varsa, öz sözün desin. Hesablama Palatasını burda qeyd etmək lazım deyil. Hesablama Palatası şəffaf qurumdur və şəffaf da işləyir. Hesablama Palatasının rəyində yeyinti anlayışı yoxdur. Yeyinti, filan başqa şeydir. O aktda yazılıb ki, qaçqın və məcburi köçkünlərin yemək xərci siyahısı ilə elektrik, su və qaz təchizatı sayında fərq var.”

Əli Həsənov həmçinin qeyd edib ki, “son zamanlar qaçqın və məcburi köçkünlərə qarşı hücumlar artıb”: “Ölkə başçısı isə bu təbəqəyə qarşı çox həssaslıqla yanaşır”. Qaçqınların statusunun və güzəştlərin ləğvi ilə bağlı fikirlərə toxunan Ə. Həsənov deyib ki, bu Azərbaycanın daxili işidir və kimsə buna müdaxilə edə bilməz: “ Azərbaycan əhalisinin hansı təbəqəsinə güzəşt verir, hansı hissəsinə yox, bunu dövlət bilər. Bu açıqlamalar qaçqın və məcburi köçkünlərdə narazılıq yaradıb. Onları niyə görə incitməliyik?”(APA).

Göründüyü kimi, “Qaçqınkom” sədri güzəştlərin hətta çatdırılma mexanizminin dəyişməsi təkliflərindən belə ciddi şəkildə narahat olub. Öz narahatlığını isə qaçqınların adına bağlayıb, qaçqın və məcburi köçkünlərə qarşı hansısa hücumların olması, onların isə bundan narazı qalmaları şəklində təqdim edir. Bu açıqlamalardan sonra haradasa qaçqın etirazlarının təşkil olunacağını da gözləmək mümkündür.

 “Qaçqınkom” qaçqın güzəştlərindən niyə əl çəkmir?

Yuxarıda qeyd etdiyimiz kimi, qaçqın və məcburi köçkünlərin xüsusilə enerji və qaza görə ödənişlərinin büdcə hesabına aparılması mexanizminin dəyişməsi çoxdan zərurətə çevrilib. Rayonlarda mənzillə təmin olunan, Bakı və ətraf qəsəbələrdə özlərinə güzəran qurub, mənzil alan - ev tikən qaçqınlar üçün bu güzəştlər ümumiyyətlə, ləğv olunmalıdır. Belələrinin sayı isə yüz minlərlədir. Qaçqınlar var ki, Bakı və ətraf qəsəbələrdə bir neçə evə sahibdir, onları kirayə verir və heç birinə görə qaz-işıq pulu ödəmir. Yaxud burada evi-eşiyi olub, qaçqın qəsəbəsində və ya Bakıdakı yataqxanalarda da qeydiyyatda olanlar var. Hesablama Palatasının bir qaçqının bir neçə yerdə qeydiyyatda olmasına dair aşkarladığı faktlar məhz belə hallarla bağlıdır.

Bəs bu kimi hallardan “Qaçqınkom”un xəbəri yoxdurmu? Əlbəttə ki, var. Bu qurumun yerlərdəki nümayəndələri hər qaçqın barədə ətraflı məlumata sahibdirlər və bir qaçqının tutalım ki, enerji güzəşti üzrə 500-600 manat limitinin yığıldığını bilməmiş deyillər. Və bilə-bilə də yenidən onun kartına vəsait yükləyirlər. Halbuki 150 KVt elektrik enerjisinin pulsuz olması heç də həmin enerjinin pulunun istifadə vəziyyətinə baxmadan mütləq olaraq ödənilməsi demək deyil. Sözsüz ki, bu illər ərzində yalnız sərf olunan qaz-enerjinin pulunun ödənməsi üçün mexanizmin yaradılmamasında həm elektrik və qaz təchizatçıları, həm də və daha çox “Qaçqınkom” məsuliyyət daşıyır.

 “Qaçqınkom” qaçqın güzəştlərindən niyə əl çəkmir?

Gələn ildən büdcə xərclərini azaltmaq üçün qaçqınlara verilən qaz-enerji güzəştlərinin birbaşa onların özünə çatdırılması - “Qaçqınkom”un araçılığı olmadan əldə edilməsi təklif olunur.

“Qaçqınkom” sədrini qeyzləndirən bu təklif əslində qaçqın güzəştləri ilə bağlı sui-istifadə hallarının tam aradan qaldırılması üçün yetərli deyil. Yuxarıda da qeyd etdiyim kimi, bir kateqoriya qaçqınların bütün sosial güzəştlərinin ləğv olunması, əsl ehtiyacı olanlar üçün effektiv mexanizmin yaradılması və lazım gələrsə, onlar üçün güzəştlərdə artımların aparılması gərəkdir.

 “Qaçqınkom” qaçqın güzəştlərindən niyə əl çəkmir?

Eyni zamanda, büdcə xərclərini azaltmaq üçün “Qaçqınkom”un strukturunda ixtisarların edilməsi, bir çox rayonlardakı nümayəndəliyin ləğv olunması məqsədəmüvafiq olardı.
Beynəlxalq miqyasda işğal faktorunu diqqətdə saxlamaq üçün “Qaçqınkom”un statusunun saxlanması normaldır. Lakin qaçqın statusunda, xüsusilə sosial güzəştlərin tətbiqi ilə bağlı dəyişikliklərin edilməsi zərurətə çevrilib.

Sonda bir məsələni də qeyd edək ki, hörmətli Əli müəllim ilk növbədə dövlətin yüksək vəzifəli məmuru olaraq büdcə xərclərinin optimallaşdırılmasında, dövlət vəsaitlərindən səmərəli istifadə olunmasında bilavasitə maraqlı olmalı, bu istiqamətdə atılan addımların effektivliyini təmin etmək üçün çalışmalıdır, nəinki təklifləri qılıncla qarşılamalıdır. Əks halda, ortaya “maraq nədir” sualı çıxır...

İqtisadiyyat şöbəsi
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əli Həsənovun qohumluq siyasəti

    Əli Həsənovun qohumluq siyasəti ...

    22-01-2013, 09:39

  • 
  • Qaçqınlar “Qaçqınkom”un qabağında aksiya keçirəcək

    Qaçqınlar “Qaçqınkom”un qabağında aksiya keçirəcək ...

    8-01-2014, 18:29

  • 
  • “Qaçqınkom” sədrini bitirəcək dosye hazırdır

    “Qaçqınkom” sədrini bitirəcək dosye hazırdır ...

    29-03-2015, 21:49

  • 
  • Əli Həsənovun qaçqın yalanları

    Əli Həsənovun qaçqın yalanları ...

    10-12-2012, 16:53

  • 
  • Əli Həsənovun “qaçqınsız Bakı” planı

    Əli Həsənovun “qaçqınsız Bakı” planı ...

    25-03-2013, 10:38


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu