GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Abutalıbovun hasarlatdığı 2 hektarlıq meşəyə görə materiallar prokurorluğa göndərildi

Abutalıbovun hasarlatdığı 2 hektarlıq meşəyə görə materiallar prokurorluğa göndərildi

Tarix: 20-12-2017, 11:38 Bölmə :GündəmXəbər / Manşet Baxış: 469
Abutalıbovun hasarlatdığı 2 hektarlıq meşəyə görə materiallar prokurorluğa göndərildi


Xəbər verdiyimiz kimi bu ilin noyabrın 17-də Nizami rayonu, Şərq küçəsi, məhəllə 40/85-də- “Azərsutikinti” xəstəxanasının qarşısında yerləşən şam meşəliyində 17 il əvvəl qanunsuz tikilmiş 10 ev Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun göstərişi ilə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən 100-ə yaxın polis cəlb olunmaqla sökülüb. Söküntüdən sonra təxminən 2 hektar meşə ərazisi Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən bölünərək hasarlanır.

Əməkdaşlarımız bu məsələni araşdırıb və məlum olub ki, ərazidə qanunsuz məskunlaşmış sakinlərə hər hansı kompensasiya verilməyib. Digər tərəfdən “qanunsuz sakinlərdən” azad edilən şam meşəliyi çox güman ki, daha sanballı müştərilərə satılmaq üçün hissələrə bölünür və hasarlanır. Hasarlama işlərini Suraxanı rayon İcra Hakimiyyətinin məmurları sifariş verib.

Həmin hadisədən bəhs edən “Bakıda 2 hektarlıq meşə necə "azad olundu", ərazini kim ələ keçirdi…” başlıqlı araşdırma virtualaz.org saytında dərc olunandan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi araşdırma aparıb və ərazidə azı 8 şam ağacının kəsildiyi müəyyən edilib.

gundemxeber.az bildirir ki, bu barədə virtualaz.org saytına nazirliyin Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqub Mirzəyev məlumat verib.

R.Mirzəyevin sözlərinə görə, hazırda ərazi nəzarətə götürülüb. “Həqiqətən Suraxanı və Nizami rayonunun sərhədində yerləşən şam meşəliyində 2,5 hektar ərazidə hasarlanma işləri aparılır. Hasarın keçdiyi ərazilərdə 18-20 diametrlik 8 şam ağacı kökündən çıxarılıb. Ağacların kəsilməsi ilə təbiətə 5190 manat zərər vurulub. Fakt cinayət tərkibli olduğundan toplanmış materiallar Suraxanı rayon Prokurorluğuna göndərilib”, -Mirzəyev əlavə edib.

Sektor müdiri onu da deyib ki, mövcud qanunvericiliyə görə torpaq sahəsi mülkiyyətçiyə verilmədən ekoloji ekspertizadan keçirilməlidir. Ərazinin nəzarətə götürülməsi ilə bağlı icra orqanlarına məlumat verilib. Sakinlər tərəfindən salınan meyvə bağlarının məhv edilməsinə gəldikdə, sektor müdiri şikayətçilərin məhkəməyə müraciət etmələrini məsləhət görüb: “Ərazi nəzarətdə saxlanılacaq. Artıq ağacların kəsilməsi faktı ilə bağlı araşdırma aparılır”.

Virtualaz.org Bakıda yaşıllıq sahələrinin kommersiya obyektlərinin, yaşayış binalarının tikintisi məqsədi ilə məhvinin geniş vüsət aldığı bir vaxtda bu nadir şam meşəliyinin sonrakı aqibətini diqqətdə saxlayacaq. İndiki halda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsələyə müdaxilə etməsi əlbətdə, müsbətdir. Lakin bir məsələ var ki, ərazini satmaq üçün hasarlayan elə Bakı şəhər rəhbərliyinin göstərişi əsasında Suraxanı rayon məmurları olduğu halda toplanan materiallar da həmin rayon prokurorluğuna göndərilib. Əslində bu məsələyə daha yuxarı instansiyada araşdırılmalıdır. Əks halda şam meşəliyinin bir müddət sonra xəlvəti satılması qaçılmaz olacaq. Çünki bu ərazi Abutalıbovun göstərişi ilə təmizlənib və hasarlanır...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İcra başçılarının qanunsuzluğu ilə bağlı hesabat hazırlanıb

    İcra başçılarının qanunsuzluğu ilə bağlı hesabat ...

    28-03-2015, 20:14

  • 
  • Qarabağ əlilləri aksiya keçirir

    Qarabağ əlilləri aksiya keçirir ...

    18-08-2014, 14:43

  • 
  • Ağdaş İH başçısının balıq biznesi

    Ağdaş İH başçısının balıq biznesi ...

    30-03-2016, 17:35

  • 
  • Elmar Vəliyev Hacıbala Abutalıbovun “sökmə yolu” ilə gedir

    Elmar Vəliyev Hacıbala Abutalıbovun “sökmə yolu” ...

    12-02-2014, 15:14

  • 
  • Abutalıbov qanunsuz tikililər şöbəsinin müdirini işdən çıxardı

    Abutalıbov qanunsuz tikililər şöbəsinin müdirini ...

    15-11-2013, 00:03


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu