GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Tovuzda 2-ci qrup əlil “od püskürür”

Tovuzda 2-ci qrup əlil “od püskürür”

Tarix: 7-01-2018, 17:10 Bölmə :GündəmXəbər / Manşet Baxış: 712
Tovuzda 2-ci qrup əlil “od püskürür”


Ədalət Quliyev: “Həmin vaxtdan bir-iki il keçdikdən sonra mənzil problemim ilə maraqlandım, o halda “darıxma, adın siyahıdadır, sənə də mənzil veriləcək” deyə cavab verdilər”

Son illər bir çox vəzifə sahibləri tərəfindən şəhid ailələrinə, müharibə veteranlarına, əllilərə və digər imtiyazlı şəxslərə bəslənən ögey münasibətin varlığı, çoxsaylı sosial problemlərin əmələ gəlməsinə də səbəb olmaqdadır. Düzdür, bu səpkili problemləri “Gündəm Xəbər” olaraq bir neçə dəfə ictimailəşdirsək də, aidiyyəti qurumları baş verənlərlə bağlı dəfələrlə məlumatlandırsaq da, nədənsə imtiyazlı şəxslərlə bağlı problemlər lazımınca həll olunmur ki, olunmur. Son anda baş verənlər o olur ki, onlar problemlərinin həlli ilə bağlı aidiyyəti qurumlara silsilə müraciətlərini ünvanlayır, ayrı-ayrı media qurumlarında onların ictimailəşdirilməsinə də qərar verirlər. Bir neçə gün bundan əvvəl Tovuz rayonu, Qovlar şəhəri M.Ə.Sabir küçəsi ev-14 ünvanda yaşayan Quliyev Ədalət Məmməd oğlu tərəfindən “Gündəm Xəbər”ə ünvanlanan təkrar müraciət də, oxşar problemlərdəndir. Belə ki, bu şəxs ünvanladığı müraciətində yazır ki, “mən 1980-cı ildə Tovuz rayonunun Qovlar şəhərində anadan olmuşam və 1999-cu ildə könüllü həqiqi hərbi xidmətə getmişəm. Həmin ilin 4 oktyabr günü Füzuli rayonundakı “N” saylı hərbi hissədə xidməti borcumu yerinə yetirən zaman, qəflətən erməni tərəfi ilə şiddətli atışma başladı. Həmin atışmada cəmi 10 nəfər iştirak etsək də, çox keçmədi ki, səngərdə mənimlə birlikdə olan 3 nəfər döyüşçü yoldaşlarım, o cümlədən mən də qolumdan ağır yaralandım. Baş verən atışma zamanı səngərdə iki saat təkbaşına qalsam da, heç bir halda səngəri tərk etmədim. Həmin an mənə ilk kömək əlini uzadan və yaralı vəziyyətdə səngərdən çıxaran, əslən Yevlax şəhərindən olan Ruslan Orucov adlı əsgər yoldaşım oldu. Qolumdan ağır yaralandığımdan iki litr qan itirdim və dörd gün Füzuli rayonundakı hospitalda “narkoz” altında qaldım. Elə ki, vəziyyətim günü-gündən pisləşdi, o halda ləngimədən məni Bakı şəhərinə göndərdilər və üç dəfə cərrahiyyə əməliyyatı olundum. Bir müddət müalicə olunduqdan sonra isə, mənə TSEK-in qərarı ilə 2-ci qrup əlillik dərəcəsi verdilər. Təqribən on il bundan öncə Tovuz TSEK-da təkrar müayinədən keçən zaman, komissiyanın üzvü Çingiz həkim məndən 1500 manat rüşvət istəyib “sən bu məbləği çatdır, sənədlərini necə lazımsa yazaq ki, alacağın pensiya yüksək məbləğdə olsun” dedi. Onun belə bir tələbinin qarşılığında bildirdim ki, axı mən Vətən uğrunda sağlamlığımı itirmişəm, digərləri kimi qaçıb gizlənməmişəm,1500 manat rüşvəti niyə verməliyəm desəm də, Çingiz həkim israrından dönmədi. O, sənədlərimi elə düzüb-qoşdu ki, az məbləğdə pensiya almağa möhtac qaldım. Bu da onu söyləməyə əsas verir ki, Tovuz rayonunda dərəbəylik baş alıb getdiyindən, rüşvət amili rayonda, Qovlar şəhərində və digər ərazilərdə tüğyan etməkdədir. Hal-hazırda dövlətdən 120 manat pensiya alıram ki, bununla da dolanışığımı heç cür təmin edə bilmirəm. Bu gün mənə o məsələ qaranlıq qalır ki, digər şəxslər kimi, niyə mənə də Prezident təqaüdü verilmir? Vaxtilə baş nahiyəmdən “travma” aldığımdan, çox zaman özümü huşsuz vəziyyətdə hiss edirəm. Yaralandığımdan bir neçə dəfə cərrahiyyə əməliyyatı olundum və buna görə də mənə dörd dəfə “narkoz” verildi. Bu da həm gözlərimin zəifləməsinə, həm də nitqimin qüsurlu olmasına səbəb oldu. Bundan əlavə onu da bildirim ki, 2-ci qrup əlil olduğum vaxtdan 17 il ötüb. Buna baxmayaraq, İlqar Qurbanovun rəhbərlik etdiyi TSEK-də həkimlər beş ildənbir müayinədən keçməyimi tələb edirlər. Mən 17 ildir ki, əliləm və qanunun tələbinə görə 10 il ərzində komissiyadan keçən şəxsə, 10 ildən sonra ömürlük əlil statusu verilir. Təəssüflər olsun ki, bu gün qanunun belə bir tələbi mənə şamil olunmur.
Bundan əlavə onu da vurğulayım ki, 2-ci qrup əlil olduğumdan təqribən 17 il bundan əvvəl mənzil verilməsi məqsədilə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalova rəsmi qaydada müraciət etmişdim. Düzdür, həmin vaxt məni ümumi siyahıya yazdılar və mənzil veriləcəyi vədini də bildirdilər. Həmin vaxtdan bir-iki il keçdikdən sonra bu məsələ ilə maraqlandım, o halda “darıxma, adın siyahıdadır, sənə də mənzil veriləcək” deyə cavab verdilər. Bir sözlə, nə vaxt bu məsələ ilə maraqlanıramsa, o zaman oxşar cavabı verirlər, bu gün də həmin cavabı təkrar etməkdədirlər. Bu günə kimi yaşayış evimin olmaması mənə çoxsaylı problemlər yaradıb ki, onlardan biri də ailəmin dağılması olub.
Onu da qeyd edim ki, 2-ci qrup əlil olduğumdan daim səhhətimdə ciddi problemlərim əmələ gəlir. Buna baxmayaraq ayrı-ayrı şəxslər tərəfindən mənə bəslənilən ögey münasibət, bu gün də davam etməkdədir. Belə ki, hələ bir neçə ay bundan əvvəl səhhətimdə ciddi problemlərim əmələ gəlmişdi və müalicə olunmağıma ehtiyac duyuldu. Həmin vaxt pulum olmadığından, “Beynəlxalq Bank”ın Tovuz rayon şöbəsindən 1000-1500 manat məbləğində kreditə pul götürmək istəsəm də, şöbənin 30 yaşında olan və adını dəqiqləşdirə bilmədiyim rəhbərliyi etdiyim müraciətimə məhəl qoymadı. Eyni zamanda şöbənin Emin və Elvin adlı əməkdaşları minbir bəhanə danışmaqla, mənə kreditə pul vermədilər. Amma şöbənin elə əməkdaşları da var ki, onlar 72 yaş həddinə çatmış şəxslərdən müəyyən məbləğdə “şirinlik” əldə etməklə onlara kreditə pul verirlər. Bu da hüquqi nöqteyi-nəzərdən yolverilməz haldır. Həmin vaxtlarda mənə “Beynəlxalq Bank”ın Tovuz rayon şöbəsindən kreditə pul verməsələr də, bir müddət bundan əvvəl həmin məbləğ krediti Nəsimi rayon şöbəsindən ala bildim. İndi sual edirəm ki, əgər mən və mənim kimi oğullar zamanında torpaqlarımızın bütövlüyü uğrunda vuruşmasaydıq, o halda “Beynəlxalq Bank”ın Tovuz rayon şöbəsində çalışan əməkdaşları “kreslo”larında rahat oturub pul qazana biləcəkdilərmi?
Bütün bunlardan əlavə, dolanışığımı müəyyən mənada yaxşılaşdırmaq məqsədilə yaşadığım Qovlar şəhəri üzrə icra nümayəndəsinə, qəsəbə bələdiyyəsinin rəhbərinə və digər vəzifə sahiblərinə mənə hər hansı kiçik bir köşkün verilməsi, yaxud da bir neçə kvm-lik torpaq sahəsinin ayrılması məqsədilə dəfələrlə müraciətlər etmişəm. Məqsədim həmin yerdə ticarətlə məşğul olmaq və yaşayışımı qismən yaxşılaşdırmaq idi. Çox təəssüf hissi qeyd edim ki, etdiyim müraciətlərimin hər biri bu günə kimi nəticəsiz qalıb. Ölkə rəhbəri cənab İlham Əliyevə, millət vəkili Qənirə xanım Paşayevaya və digər vəzifə sahiblərinə ünvanladığım müraciətlərimlə bağlı bir kimsə maraqlanmayıb. Baxmayaraq ki, adı çəkilən vəzifə sahiblərinə ünvanladığım müraciətlərimə verilən cavablarda “bu şəxsə köməklik edin” deyə cavablar verilsə də, bu günə kimi Tovuz RİH Aparatında rəsmi vəzifə sahibi olanlar, onlara ünvanlanmış cavablara sayğısızlıq etməkdə davam edirlər. Belə bir halın varlığı da, həm mənə, həm də mənim kimi imtiyaz sahibi olanlara bəslənilən ögey münasibətin, sayğısızlığın varlığıdır. Bu gün mən nə edəcəyimi bilmirəm. Çünki, Tovuz rayonundakı vəzifə sahibləri etdiyim müraciətlərimin hər birini qulaqardına vururlar, boş-boş vədlər verməkdən başqa hansısa addımlarını atmırlar.
Yəni, uzun illərdir ki, üz-üzə qaldığım mənzil problemim həll olunmur, pensiyam artırılmır, mənə də verilməli olan təqaüdüm verilmir və digər problemlərimin heç biri həll olunmur. 2-ci qrup əlil olsam da, bu gün Vətənimizin hər qarış torpağı uğrunda vuruşmağa və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmağa belə hazıram”.
Belə bir açıqlama Quliyev Ədalət Məmməd oğluna məxsus olduğundan və adı çəkilən şəxs tərəfindən səsləndiyindən, hələlik nəsə deyə bilmərik. Deyəcəyimiz yalnız o olacaq ki, sağlamlığını torpaqlarımızın bütövlüyü uğrunda qurban verən və 2-ci qrup əlil olan bir şəxsə qarşı bəslənilən ögey münasibət, heç də bizlərə başucalığı gətirməz. İnanırıq ki, Tovuz RİH-nin başçısı başda olmaqla digər vəzifə sahiblərinin atacaqları ədalətli addımlar, yəqin ki, Ədalət Quliyevin, hətta neçə-neçə imtiyaz sahibi olan şəxslərin də problemlərinin həlli ilə nəticələnəcək.

Mövzu diqqətimizdədir.

Həsən
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tovuzda əlil harayı eşidilmir

    Tovuzda əlil harayı eşidilmir ...

    19-01-2016, 17:13

  • 
  • Xaliq müəllimin ayrıseçkiliyi

    Xaliq müəllimin ayrıseçkiliyi ...

    22-04-2016, 21:08

  • 
  • Bərdədə vəzifə sahibləri yerli sakini “gözümçıxdıya salıblar”

    Bərdədə vəzifə sahibləri yerli sakini ...

    16-08-2017, 14:20

  • 
  • Astara sakini “qan ağlayır”

    Astara sakini “qan ağlayır” ...

    4-04-2017, 22:43

  • 
  • Gədəbəyin icra başçısı Oqtay Qaroğlunu “əsir-yesir” etdirib

    Gədəbəyin icra başçısı Oqtay Qaroğlunu ...

    16-11-2017, 15:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu