GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bakıda kazino biznesi “çiçəklənir” – PAYTAXTDA QUMARXANALARA HANSI MƏMUR NƏZARƏT EDİR... - Video

Bakıda kazino biznesi “çiçəklənir” – PAYTAXTDA QUMARXANALARA HANSI MƏMUR NƏZARƏT EDİR... - Video

Tarix: 12-01-2018, 19:13 Bölmə :GündəmXəbər / Manşet Baxış: 865
Bakıda kazino biznesi “çiçəklənir” – PAYTAXTDA QUMARXANALARA HANSI MƏMUR NƏZARƏT EDİR... - Video



Tanınmış vəkil Aslan İsmayılovdan şok açıqlama: “Heydər Əliyevin adını daşıyan Mərkəzin ətrafında və şəhərin digər gur yerlərində artıq kazinolar açıq-aşkar fəaliyyət göstərir”

Tanınmış hüquqşünas Aslan İsmayılov son günlər özünün “Facebook” səhifəsində Azərbaycanda kazinolarına fəaliyyəti ilə bağlı açıqlamalar verməkdədir. Onun bu statusları izləyiciləri tərəfindən böyük diqqət çəkməklə yanaşı, həmin kazinoların fəaliyyətinə qarşı çoxsaylı rəylər də yazılmaqdadır. Şübhəsiz, bu da əsasən onunla bağlıdır ki, Azərbaycanda kazino və qumarxanaların fəaliyyəti rəsmən qadağandır.

Belə ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 27 yanvar 1998-cı il tarixli, №730 saylı Sərəncamı ilə Azərbaycan xalqının mənəviyyatına və adət-ənənələrinə zidd əxlaqi keyfiyyətlər aşılayan kazinoların, totalizatorların, pul uduşlu oyunlar keçirilən obyektlərin və əyləncə yerlərinin fəaliyyətləri dayandırılmışdır. Buna rəğmən, A.İsmayılov Bakının mərkəzində kazinoların fəaliyyət göstərdiyini faktlarla ortaya qoyur:

“Topaz və o tipli qumar oyunlarının nə qədər evlər yıxdığını bildiyimdən onların yığışdırılmasına çalışırdım... Deyəcəksiniz necə?! Cavab verirəm, çox sadə... Qumarxanaların xalqımıza hansı fəlakətlər gətirdiyini bilən, buna görə də kazinoların fəaliyyətini qadağan edən mərhum Heydər Əliyevin adını daşıyan Mərkəzin ətrafında və şəhərin digər gur yerlərində artıq kazinolar açıq-aşkar fəaliyyət göstərir. Özü də hamısı qeydiyyatsız, vergi ödəmədən, xalqın evini yıxıb cavid qurbanovların ciblərini doldurmaqla məşğuldurlar. Deyəsən artıq bunlar üçün müqəddəs heç nə qalmayıb. Heydər Əliyev Mərkəzinin beş addımlığında, bunları hakimiyyətə gətirib, milyardlar sahibi edən mərhum Heydər Əliyevə bundan artıq hörmətsizlik etmək olmaz. Özü də bunlar bu murdar addımlarına xeyirxah donu da geyindirmək istəyirlər. Guya bununla ölkədə turizmi inkişaf etdirəcəklər. Doğrudan da bizi avam yerinə qoyublar. Şəxsən mən avam deyiləm və bu avamlara izah edirəm ki, kazinolarla yox, ancaq və ancaq ucuz hava yolları ilə turizmi inkişaf etdirmək olar. Deyəsən, heç kimin "boinq cahangir"ə gücü çatmır deyə, ona söz deyə bilmirlər. Məhz onun, hava yollarındakı yüksək qiymətlərinə görə, turizmi çökdürdüyü artıq körpə uşağa da bəllidir.

Bundan başqa dünyanın heç bir yerində mərkəz şəhərlərdə, xüsusən paytaxtlarda kazinolar olmur. Kazino məkanı olan ABŞ-da belə kazinolar mərkəzdən çox uzaq, səhrada yenidən salınmış Las-Veqasda və təxminən iki yüz min əhalisi olan Reno şəhərində yerləşir. Əgər doğrudan da bu milləti talayıb Tbilisi və digər şəhər kazinolarında milyonlar səpələyən oliqarxlar və onların ətrafının pullarını ölkəyə cəlb etmək istəyirlərsə, onda milyardlar xərclənib ancaq qış aylarında fəaliyyət göstərən Şahdağ istirahət mərkəzində nə qədər istəyirlər rəsmi kazinolar açsınlar”.


Tanınmış vəkil onu da açıqlayıb ki, bu kazinolardan biri də Yeni Yasamal, Dadaş Bünyadzadə küçəsi, “Gülüstan” Şadlıq Sarayı ilə üzbəüz, vida mərasim zallarının birinci mərtəbəsində qanunsuz olaraq fəaliyyət göstərir. A.İsmayılov həmin kazinodan vide-görüntülər də paylaşıb.

Həmin çəkilişdə danışanlardan biri qeyd edir ki, qumarxana bir aydan çoxdur işləyir. Mərasim zalının 1-ci mərtəbəsində yerləşən kazinoya istənilən şəxs daxil olub, pul uduşu qoya bilir.

Başqa bir məlumata əsasən, Bakıdakı son günlər sürətlə çiçəklənməkdə olan qanunsuz kazino biznesi bəzi hallarda çay evləri, internet klublar adı altında fəaliyyət göstərir.


İddia olunur ki, paytaxtda fəaliyyət göstərən əksər kazinolar bir neçə şəxsin əlində cəmlənib. Onlar özlərini “toxunulmaz şəxs” statusunda aparır, himayədarları olduqlarını bəyan edir, lotu dəstələri saxlayırlar.

Ümumilikdə isə, hər ay milyonlarla manatın qanunsuz olaraq qəsb edildiyi bu kazinolar neçə-neçə ailənin də bədbəxt olmasına yol açıb. Hansı ki, bir gecənin içində bu qumarxanalarda bütün mal varlığını - evini, maşınını, obyektlərini uduzanların sayı onlarladır.


Qeyd edək ki, Azərbaycanda gizli kazinolar əsasən Bakı, Xırdalan və Sumqayıt ərazilərində, habelə bir çox rayonlarda fəaliyyət göstərir. Bəzi saytlar yazır ki, Bakıda hər ay milyonların dövr etdiyi qumar biznesinin yetərli hissəsinə “Qara Vəzir” kimi tanınan şəxs başçılıq edir. “Qara Vəzir” əsasən metroların çıxışına yaxın yerlərdəki zirzəmiləri icarəyə götürərək orada qumarxana açır./muxalifet


P.S. Mövzu ilə bağlı geniş araşdırma aparırıq. Yaxın günlərdə oxucularımızı çox ciddi faktlarla tanış edəcəyik. Bu zaman Bakıdakı kazino biznesinin arxasında dayanan məmurun kimliyini də öyrənmiş olacaqsınız. Bizi izləyin. интернет казино Украины


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sumqayıt qumarxanaları…

    Sumqayıt qumarxanaları… ...

    25-07-2013, 10:47

  • 
  • Aslan İsmayılovdan şok müraciət

    Aslan İsmayılovdan şok müraciət ...

    5-06-2013, 19:17

  • 
  • Məmurlarımızın Tiflis və Batumidə kazino macəraları - Sensasion təfərrüatlar

    Məmurlarımızın Tiflis və Batumidə kazino ...

    22-11-2016, 02:32

  • 
  • Bir ailənin faciəsi

    Bir ailənin faciəsi ...

    26-10-2015, 18:09

  • 
  • Qumarı oynayan yox, daha çox oynadan udur

    Qumarı oynayan yox, daha çox oynadan udur ...

    2-11-2015, 15:14


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu