GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Məmurlarımızın Tiflis və Batumidə kazino macəraları - Sensasion təfərrüatlar

Məmurlarımızın Tiflis və Batumidə kazino macəraları - Sensasion təfərrüatlar

Tarix: 22-11-2016, 02:32 Bölmə :Siyasət Baxış: 563
Məmurlarımızın Tiflis və Batumidə kazino macəraları - Sensasion təfərrüatlar

Mətbuatda sabiq deputat Fərhad Qəribovun Tiflisdə kazinoda qumar oynaması ilə bağlı xəbərlər yayılıb

Jurnalist E. Fətullayev yazıb ki, Qəribovu özü şəxsən Tiflisdə kazinoya gedərkən görüb və daha sonra onun kazinodakı oyununu izləyib. Jurnalistin iddiasına görə, Qəribov 270 min dollar uduzub və bundan sonra yanındakılara kənardan əlavə pul gətiriləcəyini deyib.

Sabiq deputat özü isə Tiflisdə kazinoda 270 min dollar uduzması ilə bağlı barəsində yayılan məlumatı əvvəlcə təkzib edib. Ardınca isə “Oynamışam, əcəb etmişəm” deyib.


Azərbaycanda qumar (kazino) fəaliyyəti rəsmi olaraq yasaqdır. Belə ki, mərhum dövlət başçısı Heydər Əliyevin Azərbaycanda bütün kazino və qumarxanaların bağlanması barədə 1998-ci ildə qərar verib.

Bununla belə, Bakının müxtəlif ünvanlarında hələ də kazino və qumarxanalar gizli şəkildə fəaliyyət göstərir. Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları paytaxtın müxtəlif yerlərində mütəmadi olaraq, belə obyektlər aşkarlayırlar.

İddialara görə, Bakıda gizli şəkildə fəaliyyət göstərən kazino və qumarxanaların sadiq müştəriləri arasında isə "papanın gül balaları" - pula pul deməyən məmur övladları kifayət qədərdir. Elə məmurlar da...

Amma imkanlı azərbaycanlılar “qumar azarlarını” daha çox ölkədən kənarda “öldürməyə” üstünlük verirlər. Buna əsas səbəb isə həm təhlükəsizlik məsələsi, həm də dilə-dişə düşmək qorxusudur.

Məlumatlı qaynaqlardan əldə edilən bilgilərdə son vaxtlar varlı azərbaycanlıların kazino həvəsi ilə əsasən qonşu Gürcüstana – Tiflis və Batumiyə üz tutduqları vurğulanır. Bunu sabiq deputat və biznesmen Fərhad Qəribovla bağlı məlum görüntülər də təsdiqləyir.


Məlumata görə, azərbaycanlı varlıları, o cümlədən, bəzi müxtəlif yüksək çinli məmurları Tiflis kazinolarında əsasən həftəsonları görmək olar. Yay aylarında tətil üçün Batumiyə üz tutanlar üçün də buradakı kazinolar ən sevimli məkanların başında gəlir.

F.Qəribovun qumar oynayarkən görüntülərinin yayıldığı “Şanqri La Tbilisi” kazinosu bizimkilərin ən çox üz tutduqları otellərdən biridir.

“Gündəm Xəbər”in media üzərindən apardığı araşdırmaya görə, bundan başqa, Gürcüstan paytaxtında “Casino Adjara” və “İveria” kimi daha 2 məşhur kazino var. Hər iki kazinoda da vaxtaşırı azərbaycanlı zənginlər görmək olar. Batumidə isə onlar “Casino Peace”ni və “Casino İnternational”ı tərcih edirlər.

Adları sadalanan kazinoların qarşısında daim Azərbaycan, özəlliklə də Bakı nömrəli maşınlar görmək olar. Hələ 2 il əvvəl – 2014-cü ildə "Peace Casino"nun maliyyə direktoru Mehmet Esen Britaniyanın nüfuzlu “Guardian” nəşrinə müsahibəsində demişdi ki, "bizim müştərilərimizin çoxu Türkiyədən və Azərbaycandan gəlir”.

Hələ ötən il Tiflisdəki üç iri kazinodan birinin operatoru olan “Storm İnternational” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə direktoru Lavrenti Qubin “Gürcüstanda qumar biznesinin xüsusiyyətləri” adlı məruzəsində demişdi ki, Azərbaycandan olan qumarbazlar qonşu ölkədənin paytaxtındakı kazinolarının əsas gəlir mənbəyidir.

L.Qubin məruzəsini “Russian Gaming Week-2015” sərgi-forumunda təqdim edib. O deyib ki, hazırda Gürcüstanda iki böyük oyun mərkəzi var: Tiflis və Batumi. Tiflisdə üç kazino işləyir, dördüncüsü tikilməkdədir. Batumidə 10 kazino işləyir və daha bir neçəsi tikilir. Orada biznes əsasən Türkiyədən olan qumar həvəskarlarının hesabına inkişaf edir.

Məruzəçinin dediyinə görə, hazırda Gürcüstan iqtisadiyyatı qumar biznesindən sanballı gəlir əldə edir və Saakaşvilidən sonra hakimiyyətə gələnlər bu biznesi məhdudlaşdırmaq istəsələr də sonradan öz təşəbbüslərini geri götürürlər. “Daxili oyun bazarı çox məhduddur. Biz əsasən Azərbaycan, İran və Türkiyədən olan müştərilərin hesabına işləyirik. Tiflisə qumar oynamağa gələnlər əsasən İran, Azərbaycan, Tacikistan və Qazaxıstandan olanlardır. Batumiyə isə əsasən Türkiyədən gəlirlər. Lakin Batumidə VİP-oyunçular azdır, belələri bir qayda olaraq Tiflis kazinolarına gəlir”- Lavrenti Qubin deyib.

Kazino şirkətinin təmsilçisinin bildirdiyinə görə, qonşu ölkələrdən gələnlər ümumi müştərilərin 20 faizini təşkil etsə də gəlirin 80 faizini onlar verir. Bunlar əsasən Azərbaycan, İran, Tacikistandan gələnlərdir. Qalanlar isə Gürcüstan müştəriləridir. “Konkret olaraq Azərbaycan bizə böyük gəlir verir, çünki bu ölkədə qumar biznesi qadağan olunub”- Lavrentiy Qubin deyib

Onun bir il öncə dediyi bu sözlərdən də aydın olur ki, imkanlı azərbaycanlılar üçün Tiflis sözün həqiqi mənasında “qumar cənnəti”nə çevrilib. Beləliklə, bizdə kimlərinsə korrupsiya və xalqın soyulması hesabına qazandıqları pulların bir hissəsi Gürcüstan qumarxanalarına axıdılır, nəticədə, zənginləşən, bundan karlı çıxan qonşu ölkə olur.

Bəs itirən? Fikrimizcə, bu ritorik sualın cavabını hər kəs özlüyündə asanlıqla tapa bilər.

Əldə etdiyimiz ən son məlumat isə budur ki, Fərhad Qəribovla bağlı qalmaqaldan sonra Tiflis kazinolarının qarşısında Azərbaycan nömrəli avtomobillərin sıxlığı azalıb. Amma bu, böyük ehtimalla müvəqqəti haldır. Yəni sabiq deputatla bağlı qalmaqal səngidikdən sonra yəqin ki, həmin kazinoların azərbaycanlı müştəriləri də yenidən qarışqa kimi qaynamağa başlayacaq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanlı oliqarx Gürcüstanda otel-kazino tikdirir

    Azərbaycanlı oliqarx Gürcüstanda otel-kazino ...

    22-01-2014, 13:49

  • 
  • Binəqədi RİH kazinoya “krışa”lıq edir..? - FOTO,VİDEOFAKT

    Binəqədi RİH kazinoya “krışa”lıq edir..? - ...

    17-06-2015, 15:27

  • 
  • Azərbaycanlı səfir qumar masasında uduzdu

    Azərbaycanlı səfir qumar masasında uduzdu ...

    30-04-2013, 13:27

  • 
  • Paytaxtda və Sumqayıtda qanunsuz qumarxanalar aşkar edilib

    Paytaxtda və Sumqayıtda qanunsuz qumarxanalar ...

    21-08-2013, 00:21

  • 
  • Sumqayıt qumarxanaları…

    Sumqayıt qumarxanaları… ...

    25-07-2013, 10:47


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu