Başçının 1-ci müavininin iş otağından içərisində 800 000 manat olan dəmir seyfin oğurlanmasının gizlinləri...
Ramiz Tatarov! Bu ad çoxlarına şirinlik duası yazıldığı kimi Ağstafa sakinlərinə də “Tatarov duası” yazılıb. Rayonda 27-28 il bundan əvvəl doğulan uşaq bu insanı heykəlləşmiş bir simvol kimi təsəvvür edir. Yəni ölkədə bu qədər də vəzifə tutmaq olarmı? Tankın, topun gücü çatmayan Ramiz Tatarov olduqca uzun bir məmur kürsüsü keçib. Dosye olaraq demək mümükündür ki, Ramiz Tatarovun lap əvvəlini bilməsək də, anadan olduğu Aşağı Göycəli kəndində sovxoz direktoru, uzun illər sabiq kənd təsərrüfüatı idarəsində müdir, daha sonra isə Ağstafa Rayon İcra Hakimiyyətinə 1-ci müavin təyin olunub. Hazırda da həmin vəzifədə çalışır. Sovxozların süd gölündə üzdüyü vaxtı Tatarov “aqropomda” müdir işləyərkən nələrin sahibi olmasını biz o qədər bilməsək də bir Allah bilir. Ceyrançöldə fermalar, torpaq sahələri, doğulduğu kənddə “ Tatarov” marketi, Bakıda torpaq sahələri, mənzillər, Tatarov üçün xırdaca cibxərcliyiyinə çevrildi. Nahaq yerə demirlər ki, Ağstafa rayonu 4 nəfər məmurun əlindcə bölünüb. Üçünün adını hələlik gizli saxlasaq da, 1-ci Tatarovun adının çəkilməsində də bir məna var. Tatarov həm də Ağstafa Rayon YAP təşkilatının sədridir. Rayon sakinləri deyirlər ki, Tatarovu bu gün vəzifədən uzaqlaşdırsalar həmin gündən də müxalifətçi olmağa hazırdır. Onun bu dövlətə canı yanmır, indi işlədiyi 1-ci müavin kreslosunu ona görə qoruyur ki, əlindəki əmlakını saxlaya bilsin. Tatarov yaxın 3 rayon içərisində ən korrupsioner məmurlardandır. Rayonda işə düzələn, işdən çıxan, torpaq alan, torpaq satan, hətta evlənən də bu məmurla məsləhətləşir. Əks halda həmin sakinin başına elə bir oyun açar ki, adı da yadından çıxar... Adicə bir misal. Bu yaxınlarda mətbuatda da yazıldı, üstəlik Prezident apartına da gedib çıxdı. Ramiz Tatarovun iş otağından içərisində 800 000 manat olan dəmir seyf rahatca oğurlandı. Atalar da yaxşı deyib: “yanlış olar, yalan olmaz!” Sual verən olmadımı ki, həmin məbləğdə olan vəsait Tataovun otağında nə gəzirdi? Sonra necə düzülüb qoşuldusa cinayət tərkibli məsələ ört-basdır edildi. Bax belə əyriliklərdi ki, hakimiyyəti xalqın gözündən rahatca salır. Bir ölkəni dağıdan, korrupsioner, hamıya yuxarıdan aşağı baxan Ramiz Tataovun bu qədər vəzifə kürsüsündə işləməsinə nə ehtiyac var? Onu da bildiririk ki, Ağstafa rayonuna hansı formada icra başçısı gəlirsə gəlsin, rayon sakinləri hər şeyi Tatarovla ölçüb - biçir, birinci bu insana müraciət edirlər. Əsla, ona görə yox ki, vətəndaşları düzgün istiqamətləndirir? Ona görə ki, yuxarıda qeyd etdiyimiz kimi, onun başının üstündən iş görənlər layiqli cəzalarını alırlar. Bu barədə də kifayət qədər faktlar vardır. Qanunvericiliyə görə dövlət məmuru nə sahibkarlıqla, nə də bizneslə məşğul ola bilməz. Lakin Tatarov rayonda 100 hektarlarla taxıl sahələri əkərək, bazar qiymətinə taxıl satır. Suvarma dövrü isə suvarılan sahələr üçün 1 qəpik belə rayon suvarma sistemləri idarəsinə vəsait ödəmir. Bu da harınlamış məmurlara aid olan ən böyük xətadır.
P.S : Yazı materialı Tatarov hakimiyyətindən canları boğazına yığılan rayon sakinlərininin xahişi ilə hazırlanıb. Yəqin ki, yazını oxuyanlar öz münasibətlərini bildirəcək, eyni zamanda bizə məlum olmayan Tatarov özbaşınalıqlarından söz açacaqlar. Qarşı tərəfin fikrini də dərc etməyə hazırıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?