Vasif Həsənov: “O, mənə “köpək oğlunun oğlu, məndən əl çəkməyəcəksənmi” deyə cavab verdi”
Bir-iki gün bundan öncə redaksiyamıza üz tutan və həqiqi hərbi xidməti dövründə əlil olmuş Binəqədi rayon sakini Həsənov Vasif Vaqif oğlu, Bakı şəhərindəki tikinti şirkətlərindən birində vəzifə sahibi olan Aydın adlı şəxs tərəfindən təhqirə məruz qaldığını bildirdi. Zərərçəkən şəxs qeyd edir ki, “səhhətimdə ciddi problemlərim var və belə bir səbəblər üzündən də, ara-sıra müalicə olunmağıma ehtiyac duyulur. Əlilliyə görə dövlətdən aldığım pul dolanışığımızın təmin olunmasına çatmadığından, bəzən elə hallar olur ki, müalicəmlə bağlı imkanlı şəxslərə müraciət etmək məcburiyyətində qalıram. 12 yanvar 2018-ci il tarixdə hələlik adının çəkilməsini istəmədiyim tikinti şirkətində vəzifə sahibi olan Aydın adlı şəxsə müraciət etdikdə o, mənə “köpək oğlunun oğlu, məndən əl çəkməyəcəksənmi” deyə cavab verdi. Belə bir cavabdan sonra dərk etdim ki, əgər həmin şəxsin qəlbində az da olsa Vətən sevgisi, xalqına bağlılıq hissi olsaydı, o halda o, mənə bu cür cavab verməzdi”. Bəli belə bir cavab, belə bir münasibət olduqca usandırıcı cavabdır. Çünki, istər DQ müharibəsinin gedişi zamanı, istərsə də həqiqi hərbi xidmət dövrü əlil olan, itgin düşən, şəhid olan hər kəsə dövlət tərəfindən, o cümlədən imkanlı şəxslər tərəfindən diqqət və qayğı göstərilməlidir ki, bir kimsə də ruh düşkünlüyü yaranmasın, sabaha inam hissimiz birəbeş artsın. Biz bir redaksiya olaraq yaşanan olayla bağlı daha ətraflı məlumat əldə edə bilmədiyimizdən, hələlik geniş açıqlama dərc edə bilmədik. Amma, bu yöndə araşdırmalarımızı davam etdirməkdə israrlıyıq. Odur ki, bizi izləməyi unutmayın.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?