Məhbub Zülfüqarlı: “Mənə qarşı qisas hissi nə qədər güclü idisə, hökm oxunduqdan üç saat sonra “Stolipin” adlı vaqona mindirildim”
Mən Şüvəlan təcridxanasında olarkən yazıçı Y.Cəfərli “Gündəm Xəbər” qəzetində yazmışdı ki, “Həqiqət və Reallıq” adı ilə tanınan mətbu nəşrdə ona böhtan atıldığı üçün, o, hakim Ülvü Qəmbərovla görüşüb. Görüş zamanı Ü.Qəmbərov ona “icra başçısının sədr Qurban Hacıyevdən və məndən zəhləsi gedir. Bəlkə bizi bu beşillikdə hakim təyin etmədilər” deyir. Amma iki ay sonra eşitdim ki, hər iki şəxs daşıdıqları vəzifələrinə yenidən təyin olunublar. Nazirləri “vurulan ölkə” üçün bu başa düşülən haldır. Bir də görürsən ki, “Şərəf” ordeni ilə təltif olunan birisi daşıdığı vəzifəsindən qovulub. Odur ki, hər halda zamanı gözləyək. Mən sonuncu məhkəmə prosesindən iki gün əvvəl məhkəməyə teleqram vurdum ki, siz şahidlərinizdən mənə “şahid” hazırlayırsınız, ona görə də prosesin İmişli rayon Məhkəməsində keçirilməsinə etiraz edirəm. Təəssüflər olsun ki, Ü.Qəmbərov müşavirədən qayıtdıqdan sonra qaldırdığım vəsatətimi qəbul etmədi və dostu Saleh Səmədovu sevindirməyə hazırlaşdı. Bu gün də, gələcəkdə də onların özləri və övladları yəqin ki, qınaq obyektinə çevriləcəklər. Saleh Səmədov, mənfi enerjiyə dolmuş birisi bu qədər var-dövlətlə, kimlərin ümidinə qaldığına sevinirəm. Yaqub Nəsirov adlı işçisi raket qəzetdə özü də bilmədən onu ələ salır, “canavar” tərifi verir. Mən isə məhkəmədə Krılovun “Qurd və quzu” təmsilindən misal gətirmişdim. Suyun yuxarısında duran... Bir neçə məhkəmə iştirakçısı olan Navaşir Bəşirov və Sabit Səmədov “Azərişıq” Asc-nə işə də düzəldilər və bir qədər sonra Allahın evinə “Turist” səfərinə də getdilər. “Hacı” titulu alan birinin kruqu Qurani-Kərimə yalandan da and içər ki, hakimləri 3-cü qüvvə təyinatında rolu olmayıb, başçı eşidilməyib. Hətta, belə bir şaiyə də çıxarıblar ki, on günə başçını yola salırıq. Qeyd edim ki, Vilyam Hacıyev qat-qat ləyaqətli, alicənab şəxsdir. Həm də kimlərinsə boğazından “canavar dərisi”ni çıxarmaqda da mahirdir. S.Səmədov Şaiq Eminov adlı sakinə deyirmiş ki, “Məhbubu tutdurmazdım, mənim problemim başçı ilədir”. Onun özü məni günahsız tutdurduğunu etiraf edir, amma başçı ilə üzbəüz gəlməkdən qorxur. Ay Yaqub Nəsirov, məgər belə “canavar” olar!. Ənam almaq üçün bəri başdan başqa metod seçəydin. Guya imişlilər S.Səmədovu tanımırlar? Orta məktəb müəllimləri gülməkdən qəşş ediblərmiş ki, bir-iki “reket qəzet”ini və saytı S.Səmədov maliyyələşdirir. Hətta bir-iki sayt da var ki, imzasız başçının əleyhinə əsassız açıqlamalar yazır və Salehi isə “feyziyab edirlər”. “Həqiqət və Reallıq” adlı qəzetlə bağlı Mətbuat Şurasına çox şikayətlər olunub. Saleh Səmədov 24 aprel -20 may 2017-ci il tarixdə o, adı çəkilən qəzetdə başçını və aparatı təhqir etməkdən çəkinmir: “Çox təəssüf ki, İmişlidə başçıya “quyruq bulayan” 5-6 nəfərlik şərəfsiz dəstə var. Mənim amalım 5-6 nəfərlik şərəfsizin, şərəfsizlərini İmişlidən qovub çıxarmaqdır” deyə açıqlama yazmışdım. Həmin yazının surətini Prezidentə, Baş Prokurorluğa və bir çox nazirliklərə göndərmişdim. Bilirik ki, İmişli rayon Məhkəməsinin sədri Saleh Səmədovun dostudur. O halda sual oluna bilər ki, bəs rayon prokuroru dərc olunan yazıya niyə reaksiya vermədi? Hansı ki, başçının şərəfini nizamnaməyə görə hüquq-mühafizə orqanı əməkdaşları qoruyur. Bu “ağa nəzərəm, belə gəzərəm” iddialı, heç bir hüququ, qanunu tanımayan birisinin hüquq sistemi tərəfindən müdafiə olunması nə hüquqa, nə siyasətə, nə də dövlətçiliyə sığan hal deyil. Yaqub Nəsirovun yaltaqvari tərifinə görə, onu “canavar” edənlər vəzifələrindən sui-istifadə edənlər idilər ki, prokuror P.Abbasov məzələnərək Şüvəlan İT-ə məktub göndərmişdi ki, “ Baş Prokurorluğa yazdığınız şikayət təsdiqini tapmadı, məhkəmədə sübutunuz olmayıb və s”. Üzümə duran Yalavac kənd bələdiyyəsinin sədrinin saxtakar əməllərindən bir çox kənd sakinləri, bələdiyyə üzvləri, hətta Əfqanıstan və Qarabağ qaziləri də yazırlar. Hələlik “işverən”liyinə görə Saleh və dostları onu qoruyurlar. Axı, vaxt gələcək divar da qurtaracaq, “yoldaşlar”da . Bu başabəla sədrdən ötən ilin bugünkü günlərində yazı da vermişəm. Deputat S.Novruzov Qarabağ veteranı bileti alanların sayının 90 min olduğunu açıqladı. İmişlinin səfərbərlik idarəsində də oldum və idarənin rəisi Qulu Əsədov məni qəbul etmədi. Bildirdilər ki, Q.Qəhrəmanovun işini şikayət əsasında “yuxarı”lara aparıblar. O halda cavab verdim ki, inananı daşa dönsün. Reket qəzetlərdən birinə müsahibə verən Saleh Səmədov deyirmiş ki, “İmişlidə 5-6 nəfər iribuynuzlu var, onlardan biri də Məhbub adlı şəxsdir, onun da buynuzunu sındırdım”. Sonra da öz tərbiyəsinə uyğun təhqirə keçir və elə bilir ki, o, cəngavərdir, “canavar”dır. Sataşdığı RİH rəsmiləri nə vaxtsa kimin buynuzlu olmasını yəqin ki, ona sübut edərlər. Adı çəkilən qəzet də, elə onun tayıdır. 5 il əvvəl onu məhkəməyə vermişdim və cərimə istəmədən “təkzib” qərarını da dərc etdirmişdim. Həyadan uzaq olan bu adamı çoxları məhkəməyə versə də, hələ ki, Qurban Hacıyev onu qoruyur. Çatan məlumatlara görə deputatlar F.Qəzənfəroğlu və A.Abbasov baş redaktora minnətçi düşüblərmiş ki, “S.Səmədovun adını qəzetində hallandırmasın”. Fazil bəyə başqa nə irad bildirməliyəm. Mətbuat onsuz da ondan lazımı qədər tənqid yazır. Belələrinin atdığı “qum” qumbara effekti verməli idi. Biz vaxtilə bir “şinel”dən çıxmışıq. Şəffaf və təmiz siyasətlə məşğul ikən, aşağı təbəqənin hüquqlarını qorumağımı çox görürdünüz. Spirti, konyakı, zavodu, var-dövləti müdafiə etməyə nə var. Oğul deyirəm ki, yıxılanın yanında ol, yıxılana balta çalmaq gec-tez qarşınıza çıxa bilər! Məhkəmənin şahidlərinin iç üzünü bir cümlə ilə şəhid anası Şəkər Həmidova açmışdı: “Salehin müavini Şahin, digər nümayəndəsi Elnur (Tağıyev) qapıma gəlib, mənə böyük məbləğ pul təklif etdilər ki, Məhbubun üzünə dur, hər ikisini qovdum” deməsi, hakimi çaşdırmışdı. Bunları şəhid anası ifşa etmiş, mənim İmişli rayon Məhkəməsindən imtina etməyimi bir həftə əvvəl Ədliyyə Naziri cənab Fikrət Məmmədova, Məhkəmə-Hüquq Şurasına yazsam da, əlahəzrət pul çox şeyi həll edirmiş. Mən məhkəmədə nümayəndə ilə təmsil olunsam da, hakim Ü.Qəmbərov bildirdi ki, “Nümayəndə yaxın qohum, əmioğlu, baba, o halda ola bilər ki, şəxs xəstə, əlil, kar və savadı olmasın. Amma, o, Salehin nümayəndəsinə etiraz etmədi. Bu qədər var-dövlət sahibinə heç bir vəkil razılıq verməmiş, müqavilə bağlamaqdan imtina etmişdilər. Şəxsiyyətlərinə, hüquqa hörmətlə yanaşmış kiminsə özbaşınalığını qəbul etməmişdilər. Son anda o, öz işçisi Elnur Tağıyevi nümayəndə etməli oldu. Məhkəmə prosesində hakim Ü.Qəmbərova etiraz etsəm də, o, vəsatətimi qəbul etmədi. Apellayasiya Məhkəməsində Elnurdan tələb etdim ki, sənin nümayəndəliyin qanuni deyil, ona görə ki, siz qohum deyilsiniz. Hakimlərdən biri vəsatətimi qəbul etdi və nümayəndənin kim olmasını izah edib bildirdim ki, Milli Məclisdə tələb olunur ki, Apellyasiya Məhkəmələrini nümayəndələr doldurub, buna son qoyulmalıdır.- dedikdə, hakim K.Bəşirov bir qədər qımışdı. Ay Elnur gələn dəfə qohumluq haqqında arayış gətir deməsi vəkilimin iradına səbəb oldu. Bu adam və zərərçəkən 3-cü dəfə idi ki, prosesə saymamazlıq edərək gəlməyib. Siz müşavirədən qayıdandan sonra zala girib bu işə xitama verməli idiniz. Amma, hakim K.Bəşirov prosesi 29 sentyabr 2017-ci il tarixə saxladı. Çünki, ona Salehin nümayəndəsi lazım idi... 29 sentyabr 2017-ci il tarixdə prosesə gələn E.Tağıyevə arayışı, İmişli RİH-nin şəhər üzrə nümayəndəsinin müavini Fuad Kərimov vermişdi. O, Saleh Səmədovun bacısı oğludur, həm də onun adına 14 hektar istixana var. Şəhər icra nümayəndəsi M.Atakişiyev isə min hektar pambıq yığımı ilə məşğul idi. Hər şey məmurluqda, vəzifədə, biznesdə, plantasiyada və bir neçə nəfər azlığın əlindədir. Sonra da deyirlər ki, iş yeri yoxdur. E.Tağıyevin babası Qubadlı rayonundan, Salehin babası isə İmişlinin Qaralar kəndindəndir. Həmin vaxt vəkil Azər Rəsulov bildirdi ki, “qohumluq əlaqəsini reyestr xidməti verir, şəhər nümayəndəsi yox desə də, artıq Apellyasiya hakimləri də razılaşmışdılar. Arada hakimlər qazandı, itirən dövlətimin imici oldu. Çünki, Avropa Şurası Ü.Qənbərovdan, Q.Hacıyevdən, K.Bəşirovdan deyil, Prezidentdən, hakimiyyətdən sorğu edir ki, bu S.Səmədov kimdir ki, siyasi məhbus sayını durmadan artırır. Əbülfəz Elçibəy hakimiyyətə gəldikdən sonra 26 il idi ki, kurortlara, dincəlməyə, müalicəyə gedə bilmirdim. Ölkəmizin hər bir küncündə, Şüvəlanda, Qaradağda və s. dincəldim. S.Səmədov və onu “qoruyanlar” isə xaricdə, müxtəlif kurortlarda, hökm oxunan gündə isə ədalətə meyydan oxuyaraq uçdular. Bu “kurortlar”dan başa düşdüm ki, ölkənin məhkəmələri, prokurorları ciddi surətdə qanunları deformasiya ediblər, plastilinə çeviriblər, çörək oğrularını, günahsız insanları türmələrə doldurublar. Layiq olmayanlar isə, xarici kurortlarda kef çəkirlər. Bu ölkədə yaşamağın nə qədər çətin olduğunu bu “Akademiyada” öyrəndim. Bu il “Sarı it” ilinin xarakteri belədir ki, “Alçaldılmışların, incidilmişlərin köməyinə gəlinməlidir, onları təhqir edənlər, təqib edənlər isə cəzasız qalmamalıdırlar. Bu gün məmurlarımızın bəziləri üzlərini şilləyə hazır tutmalıdırlar. Ötən “Xoruz” ili başlanğıc ili idi, hələ ki, nazirlər, bankirlər, böyük oğruların qismən cəzalandırılması, digərlərinin də növbəsinin olacağına xəbərdarlıqlar olunur. Bundan sonra da çox açıqlamalarım olacaq, odur ki, bizi izləməyi unutmayın. 06 yanvar 2018-ci ildə “Türk tv-2” kanalında hind filmi olan “İntiqam atəşi” göstərilirdi. Məhkəmədə əsərin qəhrəmanlarından biri belə dedi : “Hər doğan günəş bir mələk doğacaq ki, Şoriya kimi şeytanları məhv edəcək....”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?