GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Abdin Fərzəliyevin adı keçən 2 milyonluq dələduzluq işindən şok faktlar – sensasion məlumatlar

Abdin Fərzəliyevin adı keçən 2 milyonluq dələduzluq işindən şok faktlar – sensasion məlumatlar

Tarix: 13-04-2018, 13:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 349
Abdin Fərzəliyevin adı keçən 2 milyonluq dələduzluq işindən şok faktlar – sensasion məlumatlar


Nərimanov rayon icra başçısı Abdin Fərzəliyevin tikintisinə sərəncam verdiyi “Dağlar” MTK-ya məxsus binadan ev alanlar fırıldağın qurbanı olub.


Əldə etdiyimiz məlumata görə, Ali Məhkəmə ziyan görən vətəndaşların şikayətinə aprelin 18-də baxacaq.

“Dağlar” MTK rəhbərliyinin bilavasitə iştirakı ilə bir mənzilin 5-6 nəfərə satılması prosesi 2013-2014-cü illərdə həyata keçirilib. Vətəndaşların 2 milyon dollardan çox pulu dələduzluq yolu ilə mənimsənilib.

Mütəşəkkil cinayətkar dəstənin qurbanı olan 30-dan çox vətəndaş bu dəfə Ali Məhkəmədən ədalətli qərar çıxarılacağına ümid edirlər.

Lakin bir mənzili 5-6 nəfərə satan dələduzların himayə olunması üçün növbəti bir oyun olacağını bildirirlər.

Vətəndaşların aidiyyatı dövlət qurumlarına göndərdiyi müraciətlərdə cinayətkarların cəzalandırılmasını və onlara dəyən maddi və mənəvi ziyanın qaytarılmasını tələb edirlər.

Sitat: “2014-cü ildə 30-dan çox vətəndaş Bakı ş, Nərimanov rayonu, Təbrik küçəsi, ev 63 ünvanda yerləşən “Dağlar” MTK-nın vəzifəli şəxsləri Şahin Əliyev, Çingiz Rzayev və başqaları tərəfindən dələduzluq faktına məruz qalmışıq.

Faktla cinayət işinin ibtidai istintaqı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində aparıldı.

Baxmayaraq ki, bu cinayət əməli mütəşəkkil şəkildə həyata keçirililmişdir, istintaq orqanı məsuliyyəti tək bir şəxsin MTK-nın sədri Şahin Əliyevin üzərinə qoydu.

Belə ki, cinayət əməllərində iştirakı olmuş başqa şəxslər, o cümlədən “Dağlar” MTK-nın təsisçilərindən biri və faktiki sahibi Çingiz Rzayevi şahid qismində tanımaqla istintaq orqanı kifayətlənmiş və onu məsuliyyətdən yayındırıb”.

Zərərçəkmişlər deyirlər ki, dövlət notariusu Ərəstun İmanov bir mənzilin bir-neçə nəfərə satılmasında iştirak edib, saxta müqavilələri rəsmiləşdirib.

Bütün bunlara baxmayaraq Bakı Ağır Cinayətlər Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə öz aralarında “iş birliyi” quraraq vətəndaşları evsiz qoyublar.

“Dağlar” MTK-ya məxsus 890 m2 qeyri-yaşayış sahəsinə “yalançı” həbs qoymaqla payçıları aldadaraq arxayın edib.

Bu əsnada Fia.az yazır ki, mütəşəkkil cinayətkarlıq faktını ört-basdır edərək, cinayətdə iştirakı və təqsiri olan şəxsləri məsuliyyətdən yayındırılıb.

Sakinlər deyirlər ki, bu illər ərzində biz o qənaət gəlmişik ki, adları çəkilən qurumlar pulumuzun, yaxud mənzillərimizin bizə qaytarılmasında nəinki maraqlı deyillər.

Hətta külli miqdarda pulun mənimsənilməsində əlləri olan cinayətkar dəstəyə himayədarlıq etməkdə israrlı görünürlər.

Zərərçəkənləri də narazı salan əsas məqam budur. Nə itirdikləri yüz min dollarla pulunu ala bilən, nə də əsl cinayətkarların cəzalandırılmasına nail ola bilməyən vətəndaşlar prezident İlham Əliyevdən kömək istəyirlər.

Sakinlər bildirirlər ki, dələduzluq əməllərini, bu işin təşkilatçısı və pulların böyük hissəsini mənimsəmiş kooperativin Sahibi-Təsisçisi Çingiz Rzayevdir.

Prokurorluğun istintaq idarəsindən bizim tələbimiz Çingiz Rzayevin də istintaqa cəlb edilməsi və onun çoxsaylı obyektlərinə həbs qoyulmasıdır.

Çingiz Rzayevə “Dağlar” MTK-nın Təbriz küçəsi 63-də yerləşən 15 mərtəbəli binanın 1-ci və 2-ci mərtəbəsində yerləşən bir müddət əvvələ qədər mebel mağazası kimi fəaliyyət göstərən, ümumi sahəsi 1000 kv.m olan bazar qiyməti 1 kv.m 3500 manat, ümumi qiyməti 3,5 milyon manat olan qeyri-yaşayış sahəsi məxsusdur

Bakı şəhəri, Yeni Yasamalda “Dağlar” MTK-ya məxsus olan binanın 1-ci və 2-ci mərtəbələrində yerləşən mağaza-bir müddət əvvəl Çingiz Rzayev tərəfindən 800.000 manata satılıb.

Bakı şəhəri Azadlıq prospekti və Teymur Əliyev küçələrinin kəsişməsində yerləşən, təxminən qiyməti 500.000 manat olan “GƏNCƏ” kafe-restoranı da Çingiz Rzayevə məxsusdur. Onun Bakı şəhərində Əhmədli qəsəbəsində də bir neçə obyekti var.

Və bu məsələdə Nərimanov icra başçısı Abdin Fərzəliyevin məsuliyyətidə az deyil. İcra başçısı fırıldaqçı və dələduz şəxslərə tikinti işləri aparmağa sərəncam verib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nərimanov icra başçısı Abdin Fərzəliyev hara baxır?

    Nərimanov icra başçısı Abdin Fərzəliyev hara ...

    5-12-2012, 09:12

  • 
  • Abdin Fərzəliyevin Lənkəran sərgüzəştləri

    Abdin Fərzəliyevin Lənkəran sərgüzəştləri ...

    6-12-2012, 14:38

  • 
  • Abdin Fərzəliyev rayondakı idarə müdirlərindən pul yığır

    Abdin Fərzəliyev rayondakı idarə müdirlərindən ...

    3-10-2014, 15:31

  • 
  • Elnarə Abdullayevaya 70 minlik dələduzluq

    Elnarə Abdullayevaya 70 minlik dələduzluq ...

    5-08-2016, 00:58

  • 
  • “Karat” MTK-nın vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərildi

    “Karat” MTK-nın vəzifəli şəxsləri barəsində ...

    25-12-2014, 23:16


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (470)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu