GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Binəqədidə vəzifə sahibləri 2-ci qrup hərbi əlili “məsxərəyə qoyub” gülürlər - ŞOK OLAY (FOTOLAR)

Binəqədidə vəzifə sahibləri 2-ci qrup hərbi əlili “məsxərəyə qoyub” gülürlər - ŞOK OLAY (FOTOLAR)

Tarix: 21-12-2018, 15:59 Bölmə :GündəmXəbər / Manşet Baxış: 8 489
Binəqədidə vəzifə sahibləri 2-ci qrup hərbi əlili “məsxərəyə qoyub” gülürlər - ŞOK OLAY (FOTOLAR)


Vasif Həsənov: “Çox keçmədi ki, o, mənə zəng etdi və “Qanunusuz əməllərinizi yığışdırın, sən kimsən ki, mənim adımı hallandırmısan?” dedi”

Son üç-dörd il ərzində ölkə rəhbərinin vermis olduğu tapşırıqlar əsasında, istər DQ müharibəsinin qızğın çağlarında iştirak edən şəxslərin, istərsə də atəşkəsdən sonrakı dövrlərdə həqiqi hərbi xidmətdə olarkən, bu və ya digər səbəblər üzündən xəsarət alan şəxslərin sosial vəziyyətlərinin yaxşılaşdırılması yöndə bir çox ciddi addımlar atılıb, bu gün də atılmaqdadır. Yəni, qanuni əsaslarla imtiyaz sahibi olan şəxslərin mənzilə və torpaq sahələrinə olan ehtiyaclarının ödənilməsi, müayinə və müalicə olunmalarının həyata keçirilməsi və s. hər zaman dövlət-hakimiyyət orqanlarının qarşısında duran əsas vəzifələrdən biri oldu.

Binəqədidə vəzifə sahibləri 2-ci qrup hərbi əlili “məsxərəyə qoyub” gülürlər - ŞOK OLAY (FOTOLAR)


Bəli, ildənilə atılan belə bir addımlar böyük kəsim tərəfindən alqışlandı və hər kəsin gələcəyə olan ümid hissinin artmasına da səbəb oldu. Sösüz ki, belə bir addımların atılmasına cənab Prezidentin imtiyaz sahibi olan şəxslərə qarşı göstərdiyi diqqət və qayğı əsas səbəb oldu. Bu yöndə verilmiş tapşırıqlar problemlərin həllinə cavabdehlik daşıyan hər bir vəzifə sahibinin diqqətinə çatdırılsa da, deyəsən hələ də Binəqədi rayonunda bəzi vəzifə sahibləri verilmiş tapşırıqları diqqətdən kənarda saxlamaqdadırlar. Məsələn, bu günlərdə həqiqi hərbi xidmət dövründə xəsarət almış, 2-ci qrup hərbi əlil, Bakı şəhəri, Binəqədi rayonu, mədən-3, kopus-108, ev-50 ünvanda yaşayan Həsənov Vasif Vaqif oğlu “Gundemxeber.az”-ın redaksiyasına müraciət edib. Adı çəkilən şəxs ünvanladığı müraciətində qeyd edir ki, “Bu gün səhhətimdə ciddi problemlərim var. Belə bir səbəblər üzündən də, həqiqi hərbi xidmət dövründə əmələ gələn problemlərə görə, hal-hazırda dövlətdən aldığım təqaüdümü müalicəmə sərf edirəm. Düzdür, bu gün yuxarıda qeyd etdiyim ünvanda ailəlikcə yaşasam da, həmin mənzil bizə məxsus deyil. Yəqin ki, yaxın qohumum bu gün-sabah bizi həmin mənzildən çıxaracaq. Bunu nəzərə alaraq, torpaq sahəsinə olan ehtiyacımın ödənilməsi məqsədilə hələ ötən illər ərzində dəfələrlə yaşadığım ərazi üzrə Binəqədi kənd bələdiyyəsinin rəhbərliyinə, kənd icra nümayəndəliyinə yazılı və şifahi müraciətlərimi çatdırmışdım.

Binəqədidə vəzifə sahibləri 2-ci qrup hərbi əlili “məsxərəyə qoyub” gülürlər - ŞOK OLAY (FOTOLAR)


Təəssüflər olsun ki, etdiyim müraciətlərin hər biri adı çəkilən qurumun rəhbərləri tərəfindən nəzərə alınmadı və onlar açıq-aşkar şəkildə mənə “toba tikdilər”. Belə olan halda üz-üzə qaldığımın problemin həllinə köməklik məqsədilə ən yüksək vəzifə sahiblərinə müraciət etməyə məcbur oldum. Məsələnin maraqlı tərəfi o oldu ki, Xaləddin İsgəndərov Binəqədi RİH-nin başçısı olduğu vaxtlarda, RİH-dən bir nəfər səlahiyyətli şəxs, Binəqədi kənd icra nümayəndəsi, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac xanım və əlavə bir neçə nəfər şəxsin iştirakı ilə kənd icra nümayəndəliyində iclas keçirildi və mənim problemim də müzakirə mövzusu oldu. Son anda iclasda iştirak edənlər mənə “Bu məsələ ilə bağlı RİH-dən bizə tapşırıq verilib. Axtar boş torpaq sahəsi tap, amma həmin yer sənədsiz olsun, o halda biz sənə köməklik edə bilərik” dedilər. Dərhal axtarışa başladım və boş torpaq sahəsi tapıb, bu haqda Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac xanımı məlumatlandırdım. Bələdiyyə sədri bildirdi ki, “Biz sənə söz vermişik, sözümüzün üstündə də dururuq” deyib, o, bələdiyyənin hüquqşünasına bu yöndə lazımi tapşırığını verdi. Həmin şəxs də məsələ ilə tanış olub, bələdiyyədə hansı vəzifəni daşıdığını müəyyən edə bilmədiyim Ramin adlı başqa bir şəxsə “Gedin bu şəxsin göstərdiyi sahəyə baxış keçirin, sənədinin olub-olmadığını aydınlaşdırın və köməklik edin” deyə tapşırığını verdi. Düzdür, həmin şəxsin iştirakı ilə göstərdiyim əraziyə birlikdə baxış keçirdik və o da bəlli oldu ki, həmin sahəyə aid heç bir sənəd-filan yoxdur. Az sonra göstərdiyim torpaq sahəsi ölçüldü və mənə “Bu sahədə tikinti işləri apara bilərsən” dedilər. Səhəri gün, daha dəqiq desəm 15 dekabrda mənə göstərilən 3(üç) sotdan bir qədər çox olan torpaq sahəsinə bir maşın “kubik daşı”, qum, sement və s. töküb tikinti işinə başladıqda, çox keçmədi ki, Binəqədi kənd icra nümayəndəsi Zakir müəllim əraziyə gəldi və heç bir söz-söhbət etmədən tikintini uçurmağa başladı.

Binəqədidə vəzifə sahibləri 2-ci qrup hərbi əlili “məsxərəyə qoyub” gülürlər - ŞOK OLAY (FOTOLAR)


O, tikinti ilə bağlı kimdən icazə aldığımı soruşduqda hər şeyi ona açıq-aşkar danışdım, o, halda icra nümayəndəsinin yanında olan şəxslər qəhqəhə çəkib güldülər və məni ələ salmağa başladılar. “Bizə bu işlə bağlı heç kim tapşırıq verməyib” dedikdə, mən tikintini işlərini saxlayıb RİH-nin müavini İlqar müəllimlə əlaqə saxladım. O, həmin anlarda etdiyim telefon zənglərimə cavab vermədi və mənim əraziyə gələn icra nümayəndəsi ilə söz-söhbətim gərginləşdikdə, məcbur olub İlqar müəllimə problemlə bağlı mesaj yazdım. Çox keçmədi ki, o, mənə zəng etdi və “Qanunusuz əməllərinizi yığışdırın, sən kimsən ki, mənim adımı hallandırmısan?” dedi. Elə ki, tikinti işlərinə başlamağımın səbəbini ona izah etməyə çalışmaq istədim, o halda o, məni dinləmək istəmədi və telefonunun da qapatdı.
Bu gün məni bir neçə suallar düşündürür. Heç cür başa düşə bilmirəm ki, Xaləddin İsgəndərovun icra başçısı olduğu vaxtlarda, Binəqədi kənd icra nümayəndəliyinə məxsus inzibati binada keçirilən iclasda RİH-nin əməkdaşı, hansı səbəbdən problemimi gündəliyə çıxartmışdı? Yaxud da o, həmin iclasda öz adındanmı, yoxsa RİH-nin adındanmı iştirak edirdi? Əgər icra nümayəndəliyində keçirilən iclas zamanı o, RİH-ni təmsil edirdisə, bu gün icra başçısının müavini olan İlqar müəllimin yanaşmasına nə ad vermək olar? Digər tərəfdən, nə üçün Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac xanım, bələdiyyənin hüquqşünasına üz-üzə qaldığım problemin həlli ilə bağlı tapşırığını vermişdi? Bütün bunlar hələ də məni düşündürməkdədir. Mən ölkə rəhbərinin imtiyaz sahibi olan şəxslərə göstərdiyi diqqət və qağını alqışlayıram və bundan sönrakı müraciətlərimi, məhz cənab Prezidentə ünvanlayacağıma qərar vermişəm”.
Bəli, müraciət müəllifinin qeyd etdiklərinə diqqət yetirməklə o qənaətə gəlmək olur ki, belə bir yanaşma heç cür yolverilməz haldır. Çünki sağlamlığını Vətən, xalq yolunda “qurban verən” bir azərbaycanlı övladını “məsxərəyə qoyub” gülmək, əslində Vətənə, xalqa, onun döyüşkən övladlarına gülmək deməkdir. Diqqət yetirək ki, bu gün cənab Prezident hər bir imtiyaz sahibi olan belə şəxslərə olduqca həssas yanaşır, problemlərinin həlli istiqamətində lazımi tapşırıqlarını verir, hər bir vəzifə sahibini ondan nümunə götürməyə çağırır, amma Binəqədidə bir neçə vəzifə sahibi olan şəxslər isə, həqiqi hərbi xidmət dövründə xəsarət almış, 2-ci qrup hərbi əlil Həsənov Vasif Vaqif oğlunu “məsxərəyə qoyub” gülürlər, onu olmazın oyunlara düçar edirlər. Gəlin birlikdə bu haqda düşünək, bu haqda bir qədər də götür-qoy edək. Bəlkə… Məqalədə adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
Mövzu diqqətimizdədir.

Mirzə
GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şirkət əməkdaşı əlilə qarşı təhqiredici ifadə işlədib

    Şirkət əməkdaşı əlilə qarşı təhqiredici ifadə ...

    19-01-2018, 20:02

  • 
  • Binəqədidə bələdiyyə sədri 2-ci qrup əlilə “od qoydu”

    Binəqədidə bələdiyyə sədri 2-ci qrup əlilə “od ...

    31-10-2017, 15:14

  • 
  • Tovuzda əlil harayı eşidilmir

    Tovuzda əlil harayı eşidilmir ...

    19-01-2016, 17:13

  • 
  • “Gündəm Xəbər” xaker hücumuna deyil, vəzifə sahiblərinin hücumuna məruz qalıb--ŞOK OLAY

    “Gündəm Xəbər” xaker hücumuna deyil, vəzifə ...

    18-02-2018, 21:48

  • 
  • 2-ci qrup Qarabağ əlili məmur özbaşınalığının “qurbanı olub” -ŞOK OLAY

    2-ci qrup Qarabağ əlili məmur özbaşınalığının ...

    8-11-2017, 17:34


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu