GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » MİLLƏT VƏKİLİ, YOXSA RAYON DEPUTATI?

MİLLƏT VƏKİLİ, YOXSA RAYON DEPUTATI?

Tarix: 10-06-2020, 22:04 Bölmə :GündəmXəbər / Manşet Baxış: 588
MİLLƏT VƏKİLİ, YOXSA RAYON DEPUTATI?


Deputatlar region ayrı-seçkiliyi edirlər
Konstitusiya milli, irq, din, sosial, siyasi, ümumiyyətlə, hər ayrı-seçkiliyi qadağan etsə də, hakimiyyətin qanunvericilik qolu regional ayrı-seçkiliyə yol verir.


Özəlliklə, millət vəkilləri yalnız seçildikləri dairənin ərazisində yaşayan vətəndaşların müraciətlərinə, problemlərinə “baxırlar” . Belə region ayrı-seçkiliyi deputatın , daha doğrusu, onun köməkçisinin savadsızlığından qaynaqlanır və absurddur. Aydın olsun deyə, hazırda Bakıda bir neçə dairədə deputat seçkisinin baş tutmadığından həmin dairə seçicilərinin MM-ə müraciətlərinə qadağa qoyulması absurdluğunu vurğulayaq. Yaxud , məsələn , əmək və sosial siyasət komitəsinin Naxçıvandan seçilən deputatına Bakıda yaşayan vətəndaş sosial, iş problemi ilə bağlı müraciət edə bilməz? Yeri gəlmişkən, Naxçıvandan seçilən , regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov , belə çıxır, yalnız Naxçıvan regionu üzrə yalnız seçildiyi dairənin seçicilərinin müraciətlərini qəbul etməlidir ?
Seçicilərin “mənim-sənin” bölgüsünün yolverilməzliyini hələ ortalıq 14 il qabaq məhkəmə yolu ilə təsbit etdirmək hüququmuza elə yerli məhkəmələr qadağa qoyub və Avropa İnsan Hüquqları Məhkəməsinə edilən şikayəti də “Azərpoçt” ört-basdır edərək təyinatı üzrə göndərməyib . O çağlar MM-in sosial siyasət komitəsinin üzvü kimi Elmira Axundovaya sosial problemlərlə bağlı müraciət edən Qarabağ əlilinə rəsmi cavabla “öz rayon deputatına” müraciət etməyi bildirilib. Əlil vətəndaşın “öz deputatı” Hüseyn Abdullayev isə həmin çağ MM-dəki yerini məhbəs kamerasına dəyişmişdi! (?) MM-in regional ayrı-seçkiliyi, görün, necə yolverilməzdir! Ötən ilin bu çağlarında MM-in elm və təhsil komitəsinin bütün üzvlərinə Bakı Dövlət Universitetinin qanuna, Prezidentin fərmanına zidd olaraq əlavə təhsilə görə Qarabağ əlilindən qanunsuz ödəniş tələb etməsindən şikayətimizə BDU-nun müəllimi olan xanım deputatın “ əlilin 40 il qabaq -1979-cu ildə pulsuz təhsil alması” arqumenti ilə haqq qazandırmasını iş yerini itirmək qorxusu ilə anlamaq olar, bəs Demokratik İslahatlar Partiyasının sədri , deputat Asim Mollazadəyə nə gəlib? Deputatın hüquqşünas olduğunu deyən köməkçisi qanunsuz ödənişin dövlət büdcəsinə alındığına görə burada korrupsiya faktının olmadığını bildirməsinə etiraz “öz deputatına müraciət etməklə” sonuclanmışdı. Hələ də Qarabağ əlilinin əlavə təhsil hüququ təmin olunmayıb. Təhsil eksperti Etibar Əliyevə deputat kimi edilən müraciətlər də, hələ ki, sonuc vermir.
Milli Məclisə yeni seçilmiş, həm iqtisadi siyasət, sənaye və sahibkarlıq, həm də əmək və sosial siyasət komitələrinin üzvü olan deputata (etik normalara görə hələlik adını vurğulamıram) dövlət səviyyəsində ayrı-seçkilikdən şikayət edəndə yenə də region ayrıseçkiliyi ilə üzləşdik. Deputatın köməkçisi zəng edərək şikayəti “öz deputatımıza” ötürəcəyini dedi. Onda bu komitələr nəyə lazımdır, şikayət qanpulunun verilməsindəki ayrı-seçkiliklə bağlıdır. “Hərbi qulluqçuların şəxsi icbari sığortası haqqında” qanunun tələbinə görə, müəyyən edilmiş ümumi sığorta məbləğinin (11 min manat ) 100 faizi şəhid ailələrinə, 80 faizi 1-ci dərəcəli , 60 faizi 2-ci dərəcəli, 40 faizi 3-cü dərəcəli Qarabağ əlillərinə kompensasiya olaraq ödənilir. Prezidentin sərəncamı ilə şəhid ailələrinə bu məbləğin ödənilməsi təmin edilib, amma Qarabağ əlilləri, hələ də “yada düşmür” . Hətta borclu Dövlət Sığorta Kommersiya Şirkəti məhkəmə qərarını da on illərdir icra etməkdən imtina edir. Ədliyyə Nazirliyinin icra baş idarəsinin rəisi Nurəddin Mustafayev isə bildirib ki, məhkəmə qərardadına əsasən Qarabağ əlillərinə 1993-cü ildəki məbləğ (880 manat ) ödənməlidir. 1-cisi, 1993-cü ildə məbləğ 880 manat olmayıb və ikincisi, yuxarıda vurğuladığımız “Hərbi qulluqçuların şəxsi icbari sığortası haqqında” qanunda, Konstitusiya Məhkəməsinin 28.01.2014 tarixli qərarında yazılıb ki, sığorta məbləği 11 min manatdan az ola bilməz. Belədə hansı vicdan(sızlıq)la 1-ci dərəcəli Qarabağ əlilinə ümumi sığorta məbləğinin cəmi 5 faizi -880 manat, özü də məhkəmə qərarından 9 il sonra ödənilib? Yeni seçilən deputat dostumuz əmək və sosial siyasət komitəsinin üzvü kimi bu barədə Hesablama Palatasına, baş prokurorluğa, Maliyyə Nazirliyinə deputat sorğusu verə bilməz? Bunun yerinə, köməkçisinin araçılığı ilə “öz deputatımıza” sorğu verəcəyini bildirməklə millətə vəkillik edilir?

Məğrur Bədəlsoy
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • MİLLİ MƏCLİSDƏ “QOCA-CAVAN “ AYRI-SEÇKİLİYİ

    MİLLİ MƏCLİSDƏ “QOCA-CAVAN “ AYRI-SEÇKİLİYİ ...

    5-02-2019, 14:10

  • 
  • Əflatun Amaşov Milli Məclisdə 2018-ci il büdcəsi haqqında qanun layihəsi ilə bağlı çıxış etdi

    Əflatun Amaşov Milli Məclisdə 2018-ci il büdcəsi ...

    23-11-2017, 18:22

  • 
  • Bakıda üstündə PKK liderinin şəkli əks olunmuş futbolkalar peyda olub - (Foto)

    Bakıda üstündə PKK liderinin şəkli əks olunmuş ...

    1-08-2013, 18:03

  • 
  • “Hər bir vətəndaş ölkənin istənilən yerini atla da, velisopedlə də, maşınla da dolaşa bilər”

    “Hər bir vətəndaş ölkənin istənilən yerini atla ...

    17-09-2015, 14:43

  • 
  • Etikasız deputatlar - Millət vəkillərinin davranışları tənzimlənəcək

    Etikasız deputatlar - Millət vəkillərinin ...

    2-12-2013, 17:11


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu