GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Niyə lazımi anda SƏFƏRBƏR OLA BİLMİRİK? - ARZU RƏHİMOV adlı problem...

Niyə lazımi anda SƏFƏRBƏR OLA BİLMİRİK? - ARZU RƏHİMOV adlı problem...

Tarix: 7-06-2021, 15:01 Bölmə :GündəmXəbər / Manşet Baxış: 590
Niyə lazımi anda SƏFƏRBƏR OLA BİLMİRİK? - ARZU RƏHİMOV adlı problem...


Arzu Rəhimovun rəhbərlik etdiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (baş verən qanun pozuntuları davamlı olaraq mediada işıqlandırılır. Buna baxmayaraq, Arzu Rəhimov rəhbərlik sahəsində heç bir dəyişiklik etmək istəmir.

Görünür, mövcud durum xidmət rəisinin maraqlarına tam cavab verir. Hamı bilir ki, Arzu Rəhimov vəzifəyə təyin olunduqdan sonra, qurumun bütün maliyyə əməliyyatlarına özü nəzarət etməyə başlayıb.

“Neqoden” bilet biznesi və digər korrupsiya əməliyyatları da Arzu Rəhimovun inhisarında olduğu bildirilir. Bu isə ona milyonlar qazanmaq üçün yaxşı rüşvət almaq fürsəti yaradıb.

Saytımızın poçtuna daxil olan məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov 44 gün davam edən müharibə dövründə məmurlardan, oliqarxlardan, biznesmenlərdən və imkanlı adamlardan külli miqdarda rüşvət alaraq, onların övladlarını hərbi çağırışdan azad edib, bir qrupu hərbi hissədə arxada saxlayıb, digərlərini "koronovirusa yoluxub" bəhənəsilə döyüşdən yayındırıb.

Övladları müharibədə döyüşüb şəhid və əlil olmuş əsgərlərin valideynlərindən daxil olan məlumatlarda qeyd olunur ki, ölkənin bütün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrindən bir nəfər də olsun imkanlı adamın övladı müharibədə iştirak etməyib.

Bu faktlardan nəticə belə çıxarırıq ki, Ermənistanla Azərbaycan arasında müharibə şəraitində keçmiş son 30 il ərzində onminlərlə şəhid və qazi arasında irili-xırdalı nə məmur, nə deputat, nə də bir nəfər imkanlı adamın övladı yoxdur! Bax, budur Azərbaycan reallığı!!!

Gundemxeber.Az paralel.az-a istinadla bildirir ki, Arzu Rəhimov hərbi komissarlığa xidməti uniformaları satır. Dövlət tərəfindən komissarlıq işçilərinə pulsuz paylanmalı olan uniformalar Arzu Rəhimov tərəfindən pulla satılır. Nəticə etibarı ilə Xidmət rəisi dövlətin verdiyi geyimlərdən böyük gəlir əldə edir.

Amma qeyri-rəsmi həyata keçirilən bu əməliyyata görə, rəislərdən heç kəs yuxarılara şikayət edə bilmir. Hər bir SHXÇDX əməkdaşı ehtiyat edir ki, vəzifəsindən kənarlaşdırıla bilər.

Arzu Rəhimovun uniformalarla yanaşı, komissarlıq binalarının təmiri və tikintisi işlərindən də pul mənimsədiyi iddia deyilir. Deyilənə görə, Xidmət rəisi regionlarda komissarlıqların təmir və yenidənqurulması işlərinin xərcini komissarların boynuna qoyur. Baxmayaraq ki, dövlət tərəfindən bu işlərə kifayət qədər vəsait ayrılır.

Amma Arzu Rəhimov təmirə ayrılan maliyyəni mənimsəyərək, xidmət rəislərini öz cibindən xərc çəkməyə məcbur edir. İddiaya görə, bu hal bütün ölkə boyu yaşanır. Məsələn, Dövlət Xidmətinin rayon şöbəsinin rəislərindən biri cibindən (yığdığı rüşvətdən) təmirə 120 min manat xərclədiyini yaxınlarına deyib.

Hətta o, yaxın çevrəsinə danışıb ki, bunun üçün evini satmağa məcbur olub.
Generalın uniforma və komissarlıq binaları təmiri biznesi onun var-dövlətinin artmasına, oliqarxa çevrilməsilə nəticələnib və Arzu Rəhimov hərbi sahədə məmur deyil, "zırpı" oliqarxa çevrilib.

Bakı şəhəri Nərimanov rayon Teymur Əliyev küçəsində, Ukrayna Respublikasının ölkəmizdəki səfirliyi yaxınlığında yerləşən Arzu Rəhimova məxsus olan çoxsaylı və bir neçə milyonluq malikanələrdən biri olan bina heç də əmək haqqı ilə alınmayın, Arzu Rəhimovun vəzifədə topladığı milyonlarla rüşvət və korrupsiya hesabına alınıb.

Çox maraqlıdır ki, ölkədə səfərbərliyə birbaşa rəhbərlik edən və rəhbərlik etdiyi sahənin bütün xərclərini dövlətin qarşıladığını diqqətə alsaq, Arzu Rəhimovun belə cah-cəlala necə sahib olmasının səbəbinin rüşvət və korrupsiya olduğu hamıya aydındır.

Azərbaycanda məmurlar əmlak vergisindən yayınmaq üçün belə dəb-dəbəli daşınmaz əmlakları bəzən yaxın qohumlarının, sürücülərinin və digər şəxslərin adına sənədləşdirərək gözdən “pərdə” asırlar. A. Rəhimovun da bu "metoddan" faydalanması ehtimalı yüksəkdir.

Mediada gedən məlumatda iddia edilir ki, generalın malikanəsində hazırda yaşayış yoxdur. Şahidlərin dediyinə görə, malikanəsinin qarajında 10-a yaxın inomarka lüks avtomobil var! Bu avtomobillərin ümumi dəyəri 700 min manata yaxındır. Arzu Rəhimovun bu malikanəni Tahir adlı şəxsdən 2 milyon manata aldığı deyilir. Hazırda malikanəyə Arzu Rəhimovun sürücüsü olmuş şəxs nəzarət edir.

Onu da bildirək ki, Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun oğlu Murad Rəhimov 1994-cü il təvəllüdlüdür və İqtisad Universitetini bitirib. Maraqlıdır ki, generalın oğlunun hərbi xidmət yeri Bakıda, özü də Sərhəd Xidmətinin hərbi hissələrindən birində qulluq etdiyi müəyyənləşib. (Onu da qeyd edək ki, general oğlunun dəbdəbəli həyat tərzi ilə bağlı mediada dəfələrlə yazılıb və bu haqda fotolar da yayılıb).

Danmaq mümkün deyil ki, Arzu Rəhimovun Dövlət Xidmətində gizli təşkil etdiyi uniforma biznesi, rüşvət çarxı, maliyyə maxinasiyaları, əsgərlikdən yayındırma biznesi kimi cinayətləri onu ölkənin böyük monopolistlərindən birinə çevirib.
SHXÇD Xidmətin yaranma tarixi təzə olduğu halda, xidmər rəhbəri Arzu Rəhimov bu sahəyə çox az müddətdə rəhbərlik etməklə milyonlar sahibi olub, böyük maliyyə əldə edib və oliqarx-generala çevrilib.

Mediada yazılanlara görə, dövlət xidmətinin yarandığı gündən bu yana yarıtmaz fəaliyyəti, bu yarıtmazlığın birbaşa olaraq rəhbərlikdən qaynaqlanması, SHXÇDX-da fantan vuran rüşvət və korrupsiya halları, habelə digər mənfi faktlar bu sahədə ciddi kadr dəyişiklərini zəruri edir:

“Arzu Rəhimovun rəhbərlik etdiyi qurumun xidmət rəisi müharibə şəraitində yaşamağımıza baxmayaraq, saxta hərbi bilet sataraq, milyoner “iş adamına” çevrilməsi qüvvədə olan qanunlara görə də cinayətdir.

Saxta verilən hərbi biletin qiymətini hazırda 7000-10000 manat arasında satan rayon şöbə rəisləri o qədər arxayındır ki, ölkə Prezidentinin rüşvət və korrupsiyaya qarşı elan etdiyi mübarizədən belə çəkinmirlər."

Maraqlıdır, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çalışanların övladlarının böyük hissəsi ya hərbi xidmətdən yayınır, ya da cəbhə bölgəsindən kənarda yerləşən hərbi hissələrdə xidmət edirlər.

Daha əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun oğlu Murad Rəhimovun da hərbi xidmətdən yayınması haqqında məlumat geniş yayılmışdı.

Məlumdur ki, Azərbaycanda struktur və kadr islahatları gündəmdədir. Hökumət açıq şəkildə bəyan edib ki, dərin islahat rejiminə keçib. Bu halda adı ölkədə rüşvət və korrupsiya fəaliyyətinə görə, faş olan SHXÇDX-nin Müdafiə Nazirliyinə birləşdirilməsinin və ya ASAN XİDMƏTƏ verilməməsi başadüşülən deyil!
Mətbuatda dərc olunmuş faktlara əsasən, 2016-2020-cı illər üzrə dövlət büdcəsində “Müdafiə bölməsinin “Müdafiə Qüvvələri” köməkçi bölməsinin “Ordu və donanma” paraqrafı üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saxlanması üçün nəzərdə tutulmuş vəsait mənimsənilib. Bu cür hallar qurumun ləğv edilərək səlahiyyətlərinin Müdafiə Nazirliyinə ya da ASAN Xidmətə verilməsini vacib edir.

Beləliklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini korrupsiyaya qurşanması səbəbilə ləğv etmək və ya başqa quruma birləşdirməzdən əvvəl, mütləü rəhbərlikdə dəyişik edilməlidir və Arzu Rəhimov vəzifədən azad olub, həbs olunmalıdır.

P.S. Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hərbi Prokurorluq Arzu Rəhimovun fəaliyyətini araşdıracaq

    Hərbi Prokurorluq Arzu Rəhimovun fəaliyyətini ...

    7-02-2013, 10:42

  • 
  • Arzu Rəhimov Novruzəli Orucovu oğlu ilə necə “baltaladı”? - Müdhiş iddialar

    Arzu Rəhimov Novruzəli Orucovu oğlu ilə necə ...

    22-11-2017, 17:42

  • 
  • Müavinini prezidentin qovduğu oliqarx-generalın şok biznes “imperiyası”…

    Müavinini prezidentin qovduğu oliqarx-generalın ...

    25-07-2017, 21:32

  • 
  • Arzu Rəhimov problemlər girdabında

    Arzu Rəhimov problemlər girdabında ...

    21-11-2013, 00:49

  • 
  • Arzu Rəhimovun yola salınması üçün qərar hazırdır

    Arzu Rəhimovun yola salınması üçün qərar hazırdır ...

    11-04-2014, 10:33


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu