GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Balakəndə avtovağzal rəhbərliyi işçilərin maaş kartlarını necə mənimsəyib? - RƏZALƏT

Balakəndə avtovağzal rəhbərliyi işçilərin maaş kartlarını necə mənimsəyib? - RƏZALƏT

Tarix: 18-05-2023, 15:30 Bölmə :GündəmXəbər / Manşet Baxış: 479


İllər öncə respublikamızın əsas problemlərdən biri, bəlkə də birincisi ölkəmizin nəqliyyat sektorunda əmələ gələn özbaşınalıqların, hərcmərcliklərin varlığı idi.


GundemXeber.Az bildirir ki, istər şəhərdaxili, istərsə də digər şəhər və rayonlara hərəkət edən nəqliyyat vasitələri sahiblərinin heç bir qayda-qanuna söykənmədən fəaliyyət göstərmələri, gediş haqqı qiymətlərinin tez-tez artırılması və s. kimi halların varlığı, sakinlər arasında haqlı narazılıqların baş verməsinə səbəb olurdu. Çox keçmədi ki, sakinlərin hər cür rahatlığının təmin olunması məqsədilə büdcədən ayrılan vəsaitlər hesabına, respublikamızın şəhər və rayonlarında yeni avtovağzallar inşa olundu və hər kəsin istifadəsinə verildi. Bəli, bu gün də şəhər və rayonlarda fəaliyyət göstərən avtovağzallar, ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən sahələrindən biri hesab olunur. Hər kəs şahiddir ki, bu sahədə atılan addımlar, yalnız və yalnız sərnişinlərin rahatlığının təmin olunması məqsədilə atılır. Belə avtovağzallardan biri də, 2007-ci ilin iyun ayında Balakən rayonunun Heydər Əliyev prospektində inşa olunur və 19 sentyabr 2008-ci il tarixdə isə, Prezidenti İlham Əliyev Balakən Avtovağzalının açılışınıda iştirak edir. Qeyd edək ki, ölkə rəhbəri avtovağzalın açılış tədbirindən sonra, avtovağzalın kassa otaqlarına baxış keçirir, avtobusların hərəkət cədvəli ilə yaxından tanış olur. Əldə etdiyimiz məlumatlara görə, bu avtovağzalın binası büdcədən ayrılan 200 min manat vəsait hesabına inşa olunur və onun ümumi sahəsi 1100 kvadratmetrdir. Gün ərzində təqribən 500 nəfər sərnişinə xidmət göstərən bu avtovağzal binasında gözləmə salonu, kassa, ana və uşaq otaqları, yeməkxana və digər xidməti otaqlar var və burada 25 nəfərin işlə təmin olduğu söylənilir. Bütün bunlara baxmayaraq, Balakən Avtovağzalına rəhbərlik edən Nadir müəllimin, bu gün də bu avtovağzalda öz düşüncə tərzinə uyğun “gestapol idarəçiliyi” həyata keçirdiyi bildirilir.

Bu haqda məlumatları redaksiyamıza çatdıran və Nadir müəllimin idarəçiliyindən zinhara gəldiyindən Balakən rayonu, Mahmalar kənd sakini, hal-hazırda rayonun Atatürk prospektində yaşayan Sarıyeva Naibə Naib qızı şikayətçi olduğunu bildirir. Şikayətçi xanım Naibə Sarıyeva bildirir ki, “Mən 2018-ci ildən Balakən Avtovağzalında kassir işləyirəm və ötən illər ərzində hər ay cəmi 120 manat əmək haqqı almışam. Hətta, elə hallar olub ki, əmək haqqımı rəhbərlik məni təhqir edə-edə verib. Elə hallar da olub ki, əmək haqqımı Nadir müəllimə yalvararaq almışam. Bəzən də o, “Əmək haqqı yoxdur, olanda verərəm. Get kimə, hara istəyirsən şikayətini ver” deyə, mənə belə bir formada cavab verib. Artıq son vaxtlar vəziyyət o həddə qədər gəlib çatdı ki, bu ilin mart ayında Nadir müəllimin əməllərindən aidiyyatı dövlət qurumlarına şikayət etməli oldum. Etdiyim şikayətdən sonra Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin əməkdaşları avtovağzala üç min manat cərimə yazdılar, daha sonra bununla bağlı prokurorluğa da şikayət etdim. Qeyd edim ki, Balakən Avtovağzalında iki nəfər kasir var. Biri mənəm, digəri isə “smenşik”imdir. Səhər saat 6:00-dan axşam saat 18:00-a kimi birimiz, digərimiz isə axşam saat 18:00-dan 23-ə kimi işləyirik. Nadir müəllimin əməllərindən aidiyyatı dövlət qurumlarına şikayət etdiyimə görə o, bu gün həm məni, həm də “smenşik”imi işdən çıxartmaqla hədələyir. Bu şəxs bizi 10 saat və daha çox işlədir, amma ayda bizə cəmi 120 manat əmək haqqı verir. Şikayətimdən sonra Nadir müəllim bizə “Siz 8 saat işləməlisiniz” deyir. Bu şəxs yalnız bir ay 250 manat əmək haqqı verib. İndi may ayı olsa da, aprel ayının əmək haqqını ala bilməmişəm. Nə vaxt ondan əmək haqqımı istəyirəm, o halda o, “Pul yoxdur, olanda verərəm” deyir və əmək haqqımı vermir. Nadir müəllim işdə qanunsuz xadimələr saxlayırdı və onlara ayda 200 manat əmək haqqı verirdi. Elə ki, şikayət olundu, müəyyən yoxlamalar başladı, ondan sonra o, xadimələri işdən çıxartdı. Bu gün Balakən Avtovağzalında Sevinc Məmmədova adlı bir xanım qanunsuz şəkildə kasir işləyir. Çünki, xeyli müddət bunda öncə Arif müəllim onu işdən çıxartmışdı. Bu gün Nadir müəllim bizi işdən çıxartmaq istəyir, ona görə də həmin kassiri işə götürüb. Amma, bəlli deyil ki, Sevinc Məmmədova rəsmi qaydada işə götürülüb, yoxsa o, VÖEN-lə işləyir? VÖEN-lə işləmək ƏM-nin tələblərinə də ziddir.

Nadir müəllim bizi pandemiya vaxtlarında da işlətdi və iki aylıq əmək haqqımızı vermədi. Bu gün əmək haqqımı istəyirəm, o, mənə “Əmək haqqı yoxdur, olanda verəcəyəm” deyə cavab verir. Bu şəxs 2018-ci ildən bizə 120 manat əmək haqqı verir. Hansı ki, bu yöndə lazımi araşdırmalar aparmışam, hər ay mənim adıma 345 manat əmək haqqı yazılıb. Nadir müəllim bizi işə gotürəndən indiyə kimi əmək haqqı kartlarımızı özündə saxlayır və bu gün də o, əmək haqqı kartlarımızı özümüzə qaytarmır. Hal-hazırda Balakən Avtovağzalında Nadir müəllimlə avtovağzalın dispeçeri özünəməxsus formada işbirliyi qurublar və onlar əldə etdikləri gəlirləri birlikdə mənimsəyirlər. Avtovağzaldan müxtəlif istiqamətlərə hərəkət edən nəqliyyat vasitələri ilə bağlı sənədləşmə işləri düzgün həyata keçirilmir. Nadir müəllim əvvəllər taksi sürücüsü olub və bir neçə ildir ki, bu avtovağzala rəhbərlik edir. Bundan əlavə, “Daewoo” şirkəti ilə Balakən Avtovağzalı arasında müqavilə sənədi olmasa da, bu şirkətə məxsus nəqliyyat vasitələri bu avtovağzaldan müxtəlif istiqamətlərə hərəkət edirlər. Deməli, “Daewoo” şirkəti sürücülərinin Balakən Avtovağzalındakı fəaliyyətləri qanunsuzluğa söykənir”.

Baş verənləri təhlil edib belə qənaətə gəlmək olar ki, Nadir müəllimin bu cür əməlləri ilə bağlı aidiyyatı dövlət qurumları, ələlxüsus Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbər şəxsləri müvafiq tədbirlərini görəcəklər. Yəni ki, o halda bu şəxs Balakən Avtovağzalında qol qoyduğu qanunsuzluqlarla bağlı ünvanlanan suallara gectez hüquqi müstəvidə cavab verməli olacaq. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakı Nəqliyyat Agentliyi alıcıları və satıcıları “ayağa qaldırdı” - VİDEO

    Bakı Nəqliyyat Agentliyi alıcıları və satıcıları ...

    16-03-2022, 22:05

  • 
  • Rayonlara işləyən avtobuslarda gediş haqqı bahalaşıb

    Rayonlara işləyən avtobuslarda gediş haqqı ...

    2-02-2014, 18:39

  • 
  • Nəqliyyat sahəsini iflic edən səbəblər nədir?

    Nəqliyyat sahəsini iflic edən səbəblər nədir? ...

    10-05-2017, 23:20

  • 
  • ''Şamaxinka''dakı ''Bəyaz” kafesində biabırçılıq  - ŞOK İTTİHAM

    ''Şamaxinka''dakı ''Bəyaz” kafesində biabırçılıq ...

    12-07-2019, 17:45

  • 
  • Masazır sakinləri 569 saylı marşrutun sahibini “topa tutur”lar

    Masazır sakinləri 569 saylı marşrutun sahibini ...

    7-03-2018, 11:17


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu