GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “ŞaurmaN1” qalmaqalının gerçəkləri: ölkə rəhbərliyindən ədalət istənilir

“ŞaurmaN1” qalmaqalının gerçəkləri: ölkə rəhbərliyindən ədalət istənilir

Tarix: 17-10-2024, 13:18 Bölmə :GündəmXəbər / Manşet Baxış: 298


Azərbaycan ictimaiyyətində böyük rezonans doğuran “ŞaurmaN1” işinin yeni detalları üzə çıxıb. Obyektiv media araşdırmaları onu göstərir ki, əslində baş verənlərədə zərərçəkən qanunun tanıdığı qrup yox, həbs cəzası alan Aqil Babayevdir.

“ŞaurmaN1” necə dirçəldi, yaxud Natiq Sadıqovun Aqil Babayevə borclanması

“ŞaurmaN1” Bakı şəhərində Nizami 81 ünvanında Natiq Sadıqovun rəhbərliyi altında ilkin fəaliyyətə başlayıb. Atası Eldəniz Sadıqovun keçmişdə pivəxana kimi işlətdiyi məkanın profilini dəyişən N.Sadıqov bu işdə özünü doğrultmur. Həm atasının müalicəsi, həm də digər xərcləri üçün yaxın münasibətdə olduğu Aqil Babayevə pul üçün müraciət edən N.Sadıqovun Aqilə 800 min manata yaxın borcu yaranır. 2010-cu ildə N.Sadıqov Nizami 81 ünvanındakı obyekti sataraq borclarını ödəmək fikrinə düşür. Bu vaxt Aqil Babayev bir dost kimi ona borca görə narahat olmadığını, obyekti işlətməsini məsləhət görür. N.Sadıqovun dəfələrlə təkidli xahişindən sonra tərəflər arasında şifahi şəriklik anlaşması olur. 2011-ci ildən məhz Aqil Babayevin maddi dəstəyi və birbaşa işin üstündə durması nəticəsində “ŞaurmaN1” şəbəkəsi böyüyür, yeni filiallar açılır.




Natiq Sadıqovun xəyanəti: pul hərisliyindən sənəd saxtakarlığınadək

Gəlirlərin həddən artıq artdığını görən Natiq Sadıqov gizli şəkildə həm maliyyə, həm də digər məsələlərdə maxinasiyalara yol verir. Bununla bağlı hətta iclasların birində bütün bunlar açıq müzakirə olunur və Aqil Babayev Natiq Sadıqov və dəstəsinin oğurluqlarını ifşa edir. Görünür, bu, Natiq Sadıqova xoş gəlmir və Aqil Babayevlə aralarında münasibətlər 2018-ci ildən daha da kəskinləşməyə başlayır. Eyni zamanda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Ceyhun Məhərrəmova 4 mart 2010-cu il tarixli (reyestr nömrəsi 2010 0274) ŞAURMA №1 nömrəli əmtəə nişanına hüququnun təsbit edilmiş sertifikat, əmtəə nişanı saxta yolla Natiq Sadıqovun xalasıoğlu Teymur İmaməliyevin adına keçirilir. Belə ki, sənədi notarial qaydada təsdiq etmədən həqiqi mülkiyyətçi Ceyhun Məhərrəmovun ona hüquqların könüllü keçməsi haqqında imzası saxtalaşdırılır. Daha sonra İmaməliyev özünə yaxını Səbuhi Əliyevi şərik tapır və ona yenidən mülkiyyət şəhadətnaməsi verib. Bir müddət sonra Səbuhi Əliyev də notarius vasitəsilə həmin sənədi İmaməliyevin özünə yenidən rəsmiləşdirib. Saxta sənədi “yuyaraq” və bununla da əqli mülkiyyətin “qanuni” sahibinə çevrilib.

Aqil Babayevin evinə quldur basqını

Bütün bu proseslərin fonunda Natiq Sadıqovla Aqil Babayev  arasında son telefon mesajlaşmasında N.Sadılqov A.Babayevə səhvlərini etiraf edib yalvararaq bağışlanmasını xahiş edir.

 İyun ayının 6-da olan bu yalvarışıdan iki gün sonra isə Xəzər rayonu, Buzovna qəsəbəsi, Badamlıq ərazisi, Musa Nağıyev küçəsində yerləşən bağ evində 25-30 nəfərdən ibarət cinayətkar qrup tərəfindən əvvəlcədən planlaşdırılmış şəkildə girov götürülərək, köməksiz vəziyyətə salınmış, döyülərək, işgəncələrə məruz qalmış və həmin şəxslər tərəfindən quldurluq yolu ilə 9 000 000 (doqquz milyon) manat pulu və digər əmlakları ələ keçirilmişdir. Əvvəlcə bağ evindəki pullarını və qiymətli əşyalarını götürərək soyğunçuluqla əldə etdiklərinin əslində elə onlara aid olduğunu bildiriblər. Bu əməlləri başının dəstəsi ilə icra edən Anar adlı şəxs isə Aqilin telefonundan həyat yoldaşına mesaj yazaraq Xətai rayonunda onun yaşadığı evə daxil olub, mənzilin 5-ci mərtəbəsindən bütün zinyət əşyalarını, 9 milyon pulu götürərək BMV GT markalı avtomobillə aparıblar. Baş vermiş soyğunçuluq faktı üzrə heç bir istintaq hərəkəti aparılmayıb, hüquq-mühafizə orqanları hadisə yerinə baxış belə keçirilməyib. Baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına şikayət edən Aqil Babayev özü şərlənərək həbs olunub.

Aqil Babayevə qarşı məhkəmə ədalətsizliyi: “zərərçəkmişlərin” gerçək siması

Bakı Ağır Cinayətlər Məhkəməsində “Şaurma N 1″ restoranının şəriki Aqil Babayevə hökm oxunmasından bir il keçir. Ötən il oktyabrın 18-də hökmə əsasən, A.Babayev 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. “Zərərçəkmiş” qismində tanınan şəxlərin gülünc və məntiqsiz məhkəmə çıxışları da gündəmi zəbt etməyə davam etdiyindən, bu işin pərdəarxası məqamları ortaya çıxmağa başlayıb. Belə ki, məntiqə uymayan ən gülünc ifadəsi ilə seçilən “zərərçəkən” Anar Aslanov təhsilli hüquqşünas olduğu təqdirdə Aqil Babayevin evindən pullarının oğurlandığı gün “Aqil Babayevin evinə gecə saat 00:00-də santexnik kimi smestitel dəyişməsi üçün getdiyini”, “istintaqda verdiyi ifadəsində isə Aqil Babayevin guya ona 306 min borclu olduğu halda evindən 520 min manat pul götürdüyünü”, “Pakdad” restoran sahibi Babaşova 200 min dollar borclu olduğu təqdirdə isə guya Aqil Babayevə kasıb ailələr üçün bina tikdirməsinə görə külli miqdarda pul verdiyini” bildirib.

Natiq Sadıqov və dəstəsinin məhkəmə uydurmaları

Digər “zərərçəkən” Xəyal Mustafayev “Tələbə vaxtından 20 min manat zəkat verdiyini”, “zərərçəkən” Əli Quliyev kirayədə yaşaya-yaşaya 14 min 400 manat zəkat verdiyini və digər “zərərçəkənlər” də maddi durumları kifayət qədər yaxşı olmadıqlarına baxmayaraq zəkatı mütləq şəkildə verdiklərini məhkəməyə bildiriblər. Bundan əlavə, şikayətçilərin sözlərinə görə, Aqil Babayevin onları aldatması və inandırmasına səbəb kimi “zərərçəkən” Aydın Niftəliyev “Aqil Babayevin onu havaya qaldırmasını, tonqalın üzərində əyləşib qanadlar çıxarmasını”, “zərərçəkən” Polad Mustafayev “Ayı bölməsini, səmada möcüzələr göstərməsini”, “zərərçəkən” Azər İslamov “Səmada, qiblədə Aqil Babayevin üzünü görməsini”, “zərərçəkən”  Ömər Qurbanov “Ağacların səcdə etməsini, Aqil Babayevin yanında Cəbrayıl mələyi görməsini”,  “zərərçəkən” Natiq Sadıqov “Onu ovsunlamasını”, “zərərçəkən” Bəruz Kave “Aqil Babayevin onun yuxularına müdaxilə etməsini”, “zərərçəkən” Faiq Abdullayev “Cənnətdən bir neçə sot torpaq almasını”, “zərərçəkən” Elmar Orucov “Günahlarının pulnan sıfırlanmasını, evinin qara qüvvələrdən təmizlənməsi üçün 40 min manat verməsini”, “zərərçəkən” Fuad Məmmədov “Ərəblərin belə bilmədiyi suallara Aqil Babayevin cavab verə bilməsini”  və s. göstərən dəlil və sübut olmadan onlardan hansısa uydurulmuş məbləğdə pul almalarını deyiblər.

Bütün bu ifadələrdən göründüyü kimi, Aqil Babayevin həbsdə saxlanılmasına əsaslı səbəb gətirə bilmədiklərinə görə “zərərçəkən” şəxslər hansısa qüvvələrin himayəsi ilə ona “möcüzəvi insan” möhürü vuraraq və məntiqsiz, ağıla sığmayan açıqlamalar verərək, məhkəməni və dövlət qurumlarını ələ salıb yormaqla məşğuldurlar. Bundan əlavə, həmin “zərərçəkmiş” şəxslər qəsdən planlı şəkildə məhkəmənin gedişinə də süni maneələr törədərək, təqsirləndirilən şəxsi və vəkillərini söyüş-təhqir edib, hücum taktikasında olaraq işin obyektiv araşdırılmasına mane olublar.

Hakim ədalətsizliyi

Bunu da qeyd etmək lazımdır ki, ittiham tərəfindən çıxış edən şahidlərindən biri Layiq Şıxəliyev Aqil Babayevdən şikayət edən öz qohumunun Emin Həsənovun yalanını dolayısı yolla üzə çıxarsa da və Aqil Babayevin dediklərini təsdiq etsə də, digər ittiham tərəfdən cıxış edən şahid və zərərçəkənlərin məhkəməyə məcburi gətirilmə qərarı ilə belə işə cəlb edilməsi mümkün olmayıb.

Lakin müdafiə tərəfi 4 şahidin dindirilməsi ilə bağlı vəsatət verməsinə baxmayaraq, hakim yalnız T.Dadaşovanın müdafiə tərəfinin təqdim etdiyi şahid qismində dindirməsini təmin edib. Belə ki, hakim Eldar İsmayılovun T.Dadaşovanın dindirilməsi zamanı həqiqətləri deyərək hər ay yığılan zəkatın paylanılmasını etiraf etməsi və beləliklə də Aqil Babayevin işi üzrə ittiham edildiyi CM-in 178.4 maddəsinin dispozisiyasının əlamətlərinin olmaması göz önündədirsə, “Aqil Babayevin hələ də həbsdə saxlanılmasında maraqlı şəxslərin hansı qanuna tabe olması” sualı yaranır.

Ölkə rəhbərliyinə müraciət

Aqil Babayevin həbs edilməsinin təşkil edilməsi üçün müvafiq dövlət orqanlarına yalan məlumatlarla çıxış edən şəxslərin əməllərinin araşdırılmasının təmin edilməsi və Aqil Babayevin pozulmuş hüquq və azadlıqlarının bərpası üçün onun yaxınları, ailə üzvləri və media rəhbərləri ölkə rəhbərliyinə müraciət edib.

Mövzunu davam etdirəcəyik…


Gundemxeber.Az



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Natiq Sadıqovun “ŞaurmaN1”  fırıldaqları: maliyyə xəyanətindən sənəd saxtalaşdırılmasınadək

    Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları: maliyyə ...

    8-10-2024, 13:07

  • 
  • Yadigar Sadıqovun həbs müddəti yenə uzadıldı

    Yadigar Sadıqovun həbs müddəti yenə uzadıldı ...

    23-09-2013, 11:04

  • 
  • Yadigar Sadıqovun məhkəməsi başlandı

    Yadigar Sadıqovun məhkəməsi başlandı ...

    5-11-2013, 16:05

  • 
  • "12-ci İmam” kimi həbs edilən biznesmen “Şaurma N1” rəhbərinin ortağı imiş

    "12-ci İmam” kimi həbs edilən biznesmen ...

    24-08-2021, 20:37

  • 
  • Yadigar Sadıqovun şikayəti təmin olunmadı (Yenilənib)

    Yadigar Sadıqovun şikayəti təmin olunmadı ...

    15-07-2013, 12:23


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu