GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "Fulcom"MMC ekologiyanı korlayır, auditdən və vergidən yayınır, fəhlələrin pulunu vermir - VİDEO

"Fulcom"MMC ekologiyanı korlayır, auditdən və vergidən yayınır, fəhlələrin pulunu vermir - VİDEO

Tarix: 7-02-2025, 21:26 Bölmə :GündəmXəbər / Manşet Baxış: 522

Bu günlərdə bir sıra mətbuat orqanlarında "Fulcom" MMC-nin rəhbəri Hüseyn müəllimin tikintisini başa çatdırılması üçün öhdəlik götürdüyü "MEDİCAL ZONE" adlı binada işlətdiyi usta və fəhlələrin pulunu verməməsi ilə bağlı video-çəkilişlər diqqət çəkdi. Adıçəkilən şəxs fəhlələrin “pulunu mənimsəyən” adam kimi yadda qalıb. Belə ki, "MEDİCAL ZONE"nin binasının işlərini həyata keçirən Zeynalov Vüqar və Şərifov Afərin adlı ustalar media vasitəsilə bəyan ediblər ki, işlədikləri binanın fasad işlərini tamamlayıb "Fulcom" MMC-nin rəhbəri Hüseyn müəllimə təhvil versələr də, bu günədək 22 800 manat pullarını ala bilmirlər. 

Vüqar Zeynalovun sözlərinə görə, öncə tikintisinə başlayacaqları binanın fasad işinin 1 kvadrat metrinin qiymətini 100 manatdan razılaşsalar da, sonradan podratçı "Fulcom" MMC-nin rəhbəri Hüseyn müəllim işin ortasında razılaşdığı 100 manatın 25 faizini azaldaraq 75 manata endirib. Ustalar məcburiyyət qarşısında qalaraq, heç bir söz demədən işlərini davam etdiriblər. Ustalar onu da bildiriblər ki, ilk işə başladıqları günlərdə istifadə olunacaq materialların bir hissəsinin və fəhlələrə ödəniləcək pulun müəyyən miqdarı ödənilsə də, işin yekununda 22 800 manatı ödənilməyib. Ustalar görəcəkləri işin ilkin danışıqlarında podratçı şirkət olan "Fulcom" MMC-nin rəhbəri Hüseyn müəllimə fiziki şəxs olaraq, VÖEN və bank hesablarını təqdim edib müqavilə bağlamaq istəyiblər. Lakin podratçı qarşı tərəfin belə bir qanunauyğun təklifini qəbul etməyərək şirin dilinə salıb onları işçi kimi əmək müqaviləsi bağlamağa razı salıb. Burada məqsəd o olub ki, görüləcək işin müqabilində müqavilə bağlayacağı fiziki şəxsin hesabına köçürməli olacağı məbləğin vergisini dövlətdən gizlətsin. Bu niyyətlə də altı nəfər olan usta və fəhlələri razı salıb işçi kimi əmək müqaviləsi bağlamağa müvəffəq olub. Amma fəhlələr Hüseyn müəllimə etibar etsələr də o, etibardan sui-istifadə etməklə 22 800 manatı mənimsəyib. Yayılan məlumatdan aydın olur ki, həmin məbləğin ödənilməməsi üçün usta və fəhlələrlə bağlanmış əmək müqaviləsinə Hüseyn müəllimin rəhbəri olduğu "Fulcom" MMC-nin mühasibatlığı tərəfindən xitam verilib. 

Qeyd edək ki, "Fulcom" MMC-nin rəhbəri Hüseyn müəllim "MEDİCAL ZONE" adlı klinikanın binasını "İdrak" Liseyinin təsisçisi və rəhbəri Mönsüm Alışovun oğlu və eyni zamanda liseyin iqtisadi məsələlər üzrə direktoru İdris Alışovun sifarişi əsasında tikdirib. Qısa bir araşdırmamızdan məlum oldu ki, adıçəkilən binanın tikilməsinə lazım olan pul vəsaitini İdris Alışov podratçı şirkətin rəhbəri Hüseyn müəllimə artıqlamasıyla ödəyib. Belə bir yüksək məbləğin ödənilməsinə baxmayaraq, "Fulcom" MMC həm külli miqdarda vergidən yayınıb, həm də usta, fəhlə və tikintiyə istifadə olunan materiallara ödənilməli olan 22 800 manatın "arxasına keçib".

İnternet üzərindən apardığımız araşdırmalardan belə qənaətə gəlmək olar ki, "Fullcom" MMC rəhbərliyi əvvəllər də əmək və vergi qanunvericiliyinin tələblərini pozmağa, şəffaflığı, hesabatlılığı təmin etməməyə meylli olub. O üzdən keçən ilin yayında MMC barəsində müvafiq qurum tərəfindən protokol yazılaraq İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

Daha əvvəllər isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi  “Fulcom” MMC barəsində İnzibati Xətalar Məcəlləsini 266.1-ci maddəsi ilə (istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması) protokol tərtib edib.

Qeyd edək ki, "Fulcom" MMC-nin tikintisini apardığı "MEDİCAL ZONE"nin binası Bakı şəhəri, Nərman Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində yerləşir.


Şirin Cəfəri

GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Sevil” MMC-nin yoxa çıxan əməkdaşı tapıldı: Həbs olunubmuş

    “Sevil” MMC-nin yoxa çıxan əməkdaşı tapıldı: Həbs ...

    14-09-2014, 13:42

  • 
  • Fəhlələr dövlət başçısına üz tutublar

    Fəhlələr dövlət başçısına üz tutublar ...

    5-04-2013, 10:52

  • 
  • “Faktor Lizinq” MMC-nın şöbə müdiri özünə dəbdəbəli villa tikdirdi, fəhlələri ac-susuz işlədib, pullarını vermədi - FOTOLAR

    “Faktor Lizinq” MMC-nın şöbə müdiri özünə ...

    11-10-2018, 14:20

  • 
  • İcra başçısı işlətdiyi fəhlələrin maaşını vermir

    İcra başçısı işlətdiyi fəhlələrin maaşını vermir ...

    5-08-2013, 12:07

  • 
  • “Aqrolizinq” fermerlərin pulunu alıb… texnikanı isə vermir

    “Aqrolizinq” fermerlərin pulunu alıb… texnikanı ...

    3-10-2013, 11:47


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu