GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Ziya Məmmədova qarşı növbəti “sarı inqilab” yetişir

Ziya Məmmədova qarşı növbəti “sarı inqilab” yetişir

Tarix: 3-03-2014, 12:29 Bölmə :İqtisadiyyat Baxış: 455
Ziya Məmmədova qarşı növbəti “sarı inqilab” yetişir
Nəqliyyat Nazirliyi “Avrovizion” ərəfəsində olduğu kimi Avropa Olimpiya Oyunları qabağı da sürücüləri ayağa qaldırır; taksilərə məcburi sayğac qoyulması Bakıda mitinqlərlə nəticələnəcək, “London taksiləri” də aksiyalara qoşulacaq.
Bakıda növbəti “sarı inqilab” gözlənilir. Hələ 2012-ci ilin mayında “Avrovizion”a görə sarı taksilərin mərkəzdən yığışdırılması və yalnız “badımcan” taksilərin fəaliyyətinə geniş şərait yaradılması ardıcıl mitinqlərlə nəticələnmişdi. Nəqliyyat Nazirliyinin qarşısında keçirilən mitinqlərdə nazir Ziya Məmmədova etirazların davamı gələ bilər.
Bu barədə əldə etdiyimiz məlumata görə, taksilərə məcburi qaydada sayğac qoyulması sürücüləri möhkəm qəzəbləndirib. Onsuz da benzinin qiymətinin qalxması ilə vəziyyəti ağırlaşan şoferlər bundan sonra sayğacla işləmək məcburiyyətində qalacaq. Ona görə də, yaxın vaxtlarda sürücülərin üsyanı qaçılmazdır.


Sayğacla işləməyin dərdi
Məlumatda qeyd olunur ki, sürücülər “Avrovizion” ərəfəsində olduğu kimi Avropa olimpiya Oyunları vaxtı da çıxılmaz vəziyyətə salınıblar. Gələn il ölkəmizdə keçirilən bu yarışmaya görə, sürücülərin günü “göy əskiyə büküləcək”. Sayğacla işləməyin çətinliyini, dolanışığın ağırlığını dərk edən sürücülər mitinqlər keçirməyi planlaşdırır.
Heç şübhəsiz ki, Z.Məmmədova qarşı növbəti “sarı inqilab” təşkil edilsin. Nəqliyyat Nazirliyinin önündə aksiyaların keçirilməsi üçün artıq müəyyən dinamiklik hiss olunur. Sürücülər arasında gedən müzakirələrdə anti-sayğac aksiyalarının keçirilməsi təklif edilir.
Sürücülər nazirliyin qarşısına toplaşıb, onları ağır şərtlər altında işləməyə məhkum edən nazirə etirazlarını bildirəcəklər. Sürücülər tələb edirlər ki, sayğac qoyulacağı halda gediş haqqı müəyyən edilsin, şoferlərə maaş təyin edilsin. Əks halda sürücü müştəri ilə üz-göz olacaq. Bu qarşıdurmaya səbəb isə həm müştəri üçün qiyməti bahalığı, həm də sürücüyə sərf etməməsidir.
Bu günkü reallıqda sürücülər müştəri ilə dil tapıb, müəyyən qiymətə razılaşırlar. Əgər sayğac qoşulsa, vəziyyət gərginləşəcək. Bunu bəri başdan proqnozlaşdıran sürücülər Z.Məmmədova qarşı etiraz aksiyasına hazırlaşırlar. Sürücülər “Sovetski” camaatı kimi Təşkilat Komitəsi təsis etməyi, şoferlər arasında danışıqlar aparmağı, mitinqlə bağlı çağırışların yayılmasını təşkil etməyi planlaşdırır. Onlar həmrəy olub öz problemlərinə qarşı səngər aça bilərlər.
Necə ki, 2012-ci ilin aprelində dalbadal mitinqlər təşkil etmişdilər. Nazir isə məsələni yoluna qoymaq üçün zorakılığa əl atdı. Nazirlik açıq şəkildə bəyan edir ki, yeni sistemə 2015-ci ildə ölkəmizdə keçiriləcək Avropa Yay Olimpiya Oyunlarınadək keçiləcək. Ancaq sürücülər ayıq-sayıq tərpənməyin tərəfdarıdırlar.

Sosial partlayış
Onlar bilirlər ki, olimpiya oyunları ərəfəsində nə etiraz bildirmək, nə küçə yürüşü mümkün olacaq. Hakimiyyət bütün qüvvələri səfərbər edərək yarışın imicinə ziyan gətirməməyə nail olacaq. Ona görə də, sürücülərin yaxın vaxtlarda etirazlara start verməsi gözlənilir.
Bu barədə “Gündəm-xəbər”ə verilən məlumatda qeyd edilir ki, sürücülər heç cürə bununla razılaşa bilməz. Ən dəhşətlisi odur ki, evləri sökülənlərdən (cüzi kompensasiya da olsa verilir, ya da söküntü total deyil) fərqli olaraq bu adamların çörək pulusu əllərindən alınır. Deməli, sürücülərin müqaviməti güclənəcək və onlara qarşı qadağalar sərtləşdikcə aksiyaların miqyası da genişlənəcək. Bu sübutdur ki, hakimiyyət müxalifətlə döyüşmür, xalqla müharibə aparır.
Əgər 2003-də meydanda döyülənlərin çoxu cəbhəçi-müsavatçılar idisə, 8 il sonra əzilənlər sürücülər, evləri sökülənlər, qızlarının başından hicabı açılan islamçılar, övladı orduda ölən valideynlərə qədər gedib çatıb. İstismarçılar qul kimi baxdıqları insanların etirazını görməyəndə gözləri doymur, sayını artırmaq istəyirlər.
Heç kim də zəmanət vermir ki, sabah bu siyahıda sahibkarlar, fermerlər, karxanalardakı fəhlələr, neftçilər, marşrut sürücüləri olmayacaq. Axı dünənə kimi nə ev sökürdülər, nə taksi yığışdırırdılar?! Ölkəmizdə “sabitlik və əmin-amanlıq” var idi. Bəs, sükutu kim pozdu? Elə həmin istismarçılar, burjualar, oliqarxlar, hakimiyyət hərisləri. “Bizə hədə-qorxu gəlib deyirlər ki, aksiyalara başlasaq, kütləvi həbslər olacaq. Burda hamımız ailəmizi dolandırmaq üçün işləyirik, türmədə yatmağa yox. Tapşırıq verilib ki, Olimpiya Oyunları olanadək başımızı aşağı salıb işləyək. Guya yarışma qurtarandan sonra bizə hörmət edəcəklər, kiçik imtiyazlar olacaq. Ancaq bizi aldadırlar.
Sovetski əhlinə də belə yalan danışırlar. Başımızın altına yastıq qoymaq istəyirlər. Ancaq geri çəkilən deyilik. 2012-ci ildə olduğu kimi, bu il də yoldaşlarla yığışıb sözümüzü deyəcəyik,” - bu sözləri “Gündəm-xəbər”ə sürücülərdən biri dedi.

“London taksiləri” də bezib
Onun sözlərinə görə, “London taksiləri” də aksiyalara qoşulacaq. Çünki onları da aldatdılar. Bu günə kimi sayğacla işləyirlər. Bir qəpik mənfəət yoxdur. Qazandıqları da plana gedir. Hələ bundan öncə sürücülərin boynuna “solyarka” pulunu vermək də qoyulmuşdu. Günbəgün sərtləşən qaydalar çərçivəsində fəaliyyət göstərə bilməyən işçilər arasında çıxıb gedənlər də var.
Onlar işləməkdən imtina edib taksiləri təhvil verirlər. Bu azmış kimi, işdən çıxmaq istəyən sürücülərə minnət qoyulur, onları bəhanə ilə cərimələmək istəyirlər. Maşında hər hansı texniki qüsur tapıb onun hesabını ödəməyə məcbur edirlər.
Nəticədə istifadəyə verildiyi ilk gündən “London” taksiləri ilə bağlı narazılıqlar tükənmək bilmir. Onları inandırıblar ki, tədricən müştərilərin sayı artacaq. Geridə qalan müddət ərzində isə bu taksilərdə nəinki müştəri artıb, ümumiyyətlə Ziya Məmmədovun “London” projesi fiaskoya uğrayıb.
Nazirlik və onun nəzdindəki “Baku Taxi Company” şirkəti ümidini köhnə taksilərin yığışdırılmasına bağlamışdı. Sürücü Faiq deyir ki, Köhnə sovet maşınlarının, lisenziyasız taksilərin xətdən çıxarılacağı təqdirdə bizim taksilərə müştəri axını olacağı gözlənilirdi:
“Amma həmin köhnə taksilərdə işləyənlərin fasiləsiz və güclü mitinqləri nazirliyi geri çəkilməyə məcbur etdi. Doğrudur, qərar tamamilə dəyişməsə də, müəyyən qədər islahatlara getməli oldular. Yadınızdadırsa, o vaxt aksiyaçıların sayı da artırdı, hər gün nazirliyin qarşısına toplaşırdılar. Ona görə də qorxdular, şoferlərə az da olsa şərait yaratdılar. Biz də sayğac qaydasına etiraz edəcəyik. Artıq belə işləməkdən bezmişik”.
Sürücülərin sözlərindən də belə aydın olur ki, “sarı inqilab”ın növbəti dalğası başlayır. Onların arasında gedən söz-söhbətə görə, yalnız mitinqlərlə nazirliyi geri oturtmaq mümkündür. Sürücü Habil deyir ki, artıq “bıçaq sümüyə dirənib:
“Nazir Ziya Məmmədov gəlib özü bizi başa salsın görüm biz ailələrimizi nə ilə dolandıraq. Lisenziyamız var, vergimizi veririk, qeyri-qanuni “51"lərini vaxtında ödəyirik. Daha nə istəyirlər? Bəsdir bu milləti boğaza yığdınız, Ziya Məmmədov. Ya istefa ver, ya da imkan ver işləyək”.

Etiraz dalğası böyüyür
Müşahidələrə görə. ölkədə sosial şüarlarla baş qaldıran etiraz dalğasının miqyası genişlənir; bağlanan marşrut xətlərinin sürücüləri, “London taksiləri” şoferləri, hətta Arif Əsgərovdan narazı bələdçilər, dəmiryolçular da aksiyalara qoşulacaq.
Həmçinin, tələbə hərəkatı, “Sovetski” camaatı və ayrı-ayrı yerlərdə lokal aksiyalar göstərir ki, iqtidara qarşı bir sosial partlayış yetişməkdədir. Özünü yandıranlar, kütləvi intiharlar, evləri sökülənlərin fəryadı artıq zülmün ərşə dirənməsinin əlamətləridir.
Ümumiyyətlə, ölkədə taksi fəaliyyəti ilə məşğul olan bütün avtonəqliyyat vasitələrinə sayğac quraşdırılacaq. Nəqliyyat Nazirliyi deyir ki, taksi fəaliyyəti ilə məşğul olmaq üçün tək lisenziya keçərli deyil.
Lisenziya alan şəxs avtonəqliyyat vasitəsini post-terminalla və sayğacla təmin etməlidir. Bundan sonra sərnişinlər ödənişi nağd pulla yanaşı plastik kartlarla da edə biləcəklər. Eyni zamanda lisenziya nömrəsi həmin taksi kimi fəaliyyət göstərən avtonəqliyyat vasitəsinin üzərinə yapışdırılmalıdır. Həmin yazı xüsusi formada dizayn olunmalıdır ki, digər maşınlardan fərqlənsin.
Lisenziyasız fəaliyyət göstərən taksilər 100 manat, lisenziya şərtlərini pozanlar isə 50 manat məbləğində cərimə olunur. Eyni zamanda qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olursa və ya istifadə etdiyi nəqliyyat vasitəsi standartlara cavab vermirsə, o zaman həmin şəxslər taksi fəaliyyətindən kənarlaşdırılır".
Əvvəllər ölkədə 20-25 min şəxs taksi fəaliyyəti ilə məşğul olurdusa, hazırda bu rəqəmin 10-15 minə endiyi deyilir.
Paytaxtda bu göstərici 5 minə yaxındır. Artıq Vergilər Nazirliyi ilə danışıqlar aparılıb və yeni sayğac sistemi tətbiq edildiyi zaman müəyyən vergi ödəmələri həyata keçiriləcək. Hazırda sadələşdirilmiş vergi sistemindən istifadə edilir. Amma sayğac quraşdırıldıqdan sonra orda vergi hesablamaları görünəcək. Hələ ki, taksilərdə bu sistem tətbiq edilməyib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda sürücülərin “qəzəb günü” yetişir

    Bakıda sürücülərin “qəzəb günü” yetişir ...

    10-02-2013, 11:27

  • 
  • Ziya Məmmədovun London taksilərində müdhiş fırıldağı

    Ziya Məmmədovun London taksilərində müdhiş ...

    30-01-2014, 12:23

  • 
  • Ziya Məmmədovun yeni hücum planı

    Ziya Məmmədovun yeni hücum planı ...

    15-12-2012, 15:18

  • 
  • Hafkanın “biznes imperiyası” rəsmən çökür

    Hafkanın “biznes imperiyası” rəsmən çökür ...

    17-03-2015, 01:06

  • 
  • ZİYA MƏMMƏDOVA MƏXSUS HOLDİNG AYLARDIR İŞÇİLƏRİN MAAŞINI VERMİR

    ZİYA MƏMMƏDOVA MƏXSUS HOLDİNG AYLARDIR İŞÇİLƏRİN ...

    25-02-2016, 16:54


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (279)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu