GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Putinin rəisi Azərbaycan neftindən əlini üzür

Putinin rəisi Azərbaycan neftindən əlini üzür

Tarix: 22-11-2013, 11:33 Bölmə :İqtisadiyyat Baxış: 733
Putinin rəisi Azərbaycan neftindən əlini üzür
KQB generalı Nikolay Tokaryov Bakı-Novorossiysk kəmərini sökməyə başladı, gələn ildən neft nəqli dayanır...

Rusiyanın “Transneft” şirkəti Bakı-Novorossiysk kəmərinin Azərbaycan sərhədindən Mahaçqalaya qədər olan hissəsini “sökmək” qərarı verib.

Virtualaz.org saytı Rusiyanın işgüzar dairələrindəki mənbələrə istinadən xəbər verir ki, şirkət Şirvanovka-Mahaçqala neft kəmərinin konservasiyası prosesinə başlayıb. Səbəb gələn ildən Bakı-Novorossiysk kəməri ilə Azərbaycan neftinin nəqlinin dayandırılacağıdır.

“Transneft” bildirir ki, Bakı-Novorossiysk kəməri ilə Azərbaycan neftinin nəqlinə dair danışıqlar aparılmır. Kəmərlə neft nəqlinə dair müqavilənin müddəti gələn ilin fevralında başa çatacaq. Yeni müqavilə isə olmayacaq. Çünki Bakı kəmərlə neft nəqlinin tariflərinin müəyyənləşdirilməsinə dair rəsmi danışıqlara başlamaqdan imtina edib.

“Fevralda müqavilə bitir, yenisi isə yoxdur. Ona görə də biz Şirvanovka-Mahaçqala kəmərinin konservasiyası üçün işlərə başlayırıq” - deyə “Transneft”in rəsmisi İqor Demin bildirib.



O, əlavə edib ki, Azərbaycan tərəfi “Transneft”lə qeyri-rəsmi danışıqlarla kifayətlənib: “Biz təklif etmişik ki, tariflər neft nəqlinin həcmindən asılı olsun. Ancaq Azərbaycan tərəfi nəql oluna biləcək neftin həcmi ilə bağlı hər hansı təklif verməyib”.

İ.Deminin sözlərinə görə, kəmərlə ildə 1,8 milyon ton neft nəql edilsə, tranzit tarifləri 1 ton üçün 700 rubl ola bilər. İldə 5 milyon ton neft nəql olunacağı halda 1 tona görə 400 rubl ödəmək təklif olunur. İ.Demin deyib ki, bunlar yekun rəqəmlər deyildi, ancaq Azərbaycan tərəfi heç danışıqlara başlamağa maraq göstərmədi.

Virtualaz.org saytı xəbər vermişdi ki, noyabrın 20-də ARDNŞ-in hasilat üzrə vitse-prezidenti David Məmmədov gələn ildən Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri ilə nəql olunmayacağını açıqlayıb. Vitse-prezident bildirib ki, Rusiya tərəfinin təklif etdiyi tranzit haqları əlverişli deyil.

Onsuz da ARDNŞ gələn ildən neft ixracını tam dayandırır və hasil etdiyi neftin hamısını daxili bazarın benzinə olan tələbatını ödəmək üçün emala göndərməyə hazırlaşır. Söhbət ARDNŞ-in istismarında olan yataqlardan hasil olunan neftdən gedir. Ötən il şirkət 8,3 milyon ton neft hasil etmiş və bunun 2 milyon tonunu Bakı-Novorossiysk kəməri ilə nəql etmişdi.

Rusiya tərəfi son 5 ildə Azərbaycan tərəfini Bakı-Novorossiysk kəməri ilə neft nəqli öhdəliklərinə əməl etməməkdə günahlandırıb. Azərbaycan müqavilə üzrə kəmərlə 5 milyon ton neft nəql etməli olsa da tariflərin yüksək olduğunu əsas gətirərək 2 milyon tondan çox nəql etməyib. Rusiya tərəfi bildirir ki, nəticədə neft nəqlindən əldə edilən vəsait “Transneft”in Bakı-Novorossiysk kəmərinin istismarına yönələn xərclərini qarşılamayıb.

İ.Demin bildirib ki, Azərbaycan tərəfinin Bakı-Novorossiysk kəmərinin revers istiqfadəsinə dair qərarın qəbulunu gözlədiyini istisna etmir. Bu məsələ prezident Vladimir Putinin Bakıya avqust ayındakı səfəri zamanı gündəmə gəlib. Rusiyanın dövlət neft şirkəti olan “Rosneft”lə ARDNŞ arasında aparılan danışıqlarda kəmərin əks istiqamətdə işlədilməsi, “Urals” markalı neftin Bakı-Novorossiysk kəməri ilə Bakıya çatdırılması, buradan isə Bakı-Tiflis-Ceyhan (BTC) kəmərinə vurulması imkanları nəzərdən keçirilib. Bir neçə gün əvvəl “Rosneft”in Direktorlar Şurası məxfi iclasında bu məsələyə baxıb.

“Bizə kəmərin revers istifadəsi ilə bağlı heç kim müraciət etməyib, ona görə də heç bir iş aparılmır” - deyə İ.Demin bildirib.



“Transneft”in vitse-prezidenti Mixail Barkov isə deyib ki, Bakı-Novorossiysk kəmərinin revers istifadəsi məsələsi onlarla razılaşdırılmayıb. Plana görə, Rusiya kəmərlə Bakıya ildə 5 milyon ton neft nəql edə bilər. Bunun bir hissəsi Bakı neftayırma zavodlarında emal edilməli, qalanı BTC-yə vurulmalıdır.

“Transneft” rəhbəri Nikolay Tokaryov isə bildirib ki, şirkət “Rosneft”lə ARDNŞ arasında bu cür əməkdaşlığa şübhə ilə yanaşır. O, revers məsələsini yarımçıq adlandırıb.

“Hansısa fantaziyaları yox, real layihələri şərh etmək olar. Mən bunu başqa cür adlandırmaqda çətinlik çəkirəm. Çünki təklif spontan olaraq meydana çıxıb, işlənilməyib və hamı bu haqda qəzetlərdən öyrənib” - deyə Tokaryov bildirib.

Beləliklə, Azərbaycanla Rusiyanı bağlayan neft kəməri “kədərli sonluğa” yaxınlaşır. Prezident Vladimir Putinin dostu, KQB-nin, indiki Federal Təhlükəsizlik Xidmətinin general-mayoru, Rusiyanın ən korrupsiyalaşmış dövlət monopoliyasına başçılıq edən Nikolay Tokaryov bundan sonra Azərbaycan neftindən bir rubl da qazana bilməyəcək.

Nikolay Tokarev 1950-ci ildə Qazaxıstanı Karaqanda vilayətində anadan olub. Karaqanda Politexnik İnstitutunu bitirib. SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin 1-ci baş idarəsində (xarici kəşfiyyat - “T” idarəsi) işləyib. “T” idarəsinin missiyası elmi-texniki kəşfiyyat aparmaq olub. 1980-ci illərdə KQB-nin Almaniyanın Drezden şəhərindəki rezidenturasında indiki prezident Vladimir Putinlə birgə işləyib. Drezdendə N.Tokaryov V.Putin və digər KQB rezidenti Sergey Çemezovla bir evdə yaşayıb. Məlumatlara görə, N.Tokaryov bir müddət V.Putinin rəisi olub.

“Kommersant” qəzetinin mənbələri bildirir ki, onların arasında yaxın dostluq əlaqəsi var. N.Tokaryov KQB-də rütbəcə V.Putindən böyük olub. 90-cı illərin əvvəllərində o, Federal Təhlükəsizlik Xidmətinin general-mayoru rütbəsində ehtiyata buraxılıb. 2007-ci ildən “Transneft”ə rəhbərlik edir. “Transneft” isə Rusiyanın ən korrupsiyalaşmış strukturlarından biridir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakı-Novorossiysk kəməri bağlanır

    Bakı-Novorossiysk kəməri bağlanır ...

    10-01-2014, 12:11

  • 
  • Rusiyada Azərbaycan müzakirələri

    Rusiyada Azərbaycan müzakirələri ...

    18-11-2013, 12:57

  • 
  • Rusiyadan Azərbaycan neftinin tranziti ilə bağlı açıqlama

    Rusiyadan Azərbaycan neftinin tranziti ilə bağlı ...

    13-01-2014, 02:21

  • 
  • Azərbaycan niyə Rusiyaya meyilləndi?

    Azərbaycan niyə Rusiyaya meyilləndi? ...

    21-02-2014, 00:07

  • 
  • "Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin bərpa işləri bir neçə gün davam edəcək"

    "Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin bərpa ...

    25-08-2015, 14:51


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu