Azərbaycanda siqaretlərin qiyməti yenidən bahalaşıb. Bu barədə Bakıdakı mağazaların satıcıları məlumat verib.
Bildirilib ki, bu gün səhərdən markasından asılı olmayaraq hər bir siqaret 10 qəpik bahalaşıb
Qeyd edək ki, bu barədə sosial şəbəkə istifadəçiləri də paylaşım edib. Paylaşımlarda qeyd olunub ki, "Kent-4" 10 qəpik bahalaşaraq, 3.80-dən 3.90-a, "Winston" 3.70-dən 3.80 qəpiyə qalxıb.
Hələlik bununla bağlı böyük market şəbəkələrindən rəsmi açıqlama verilməyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?