GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Total" və "Statoil" Oyundan çıxdı, Azərbaycanın Yükü Çoxaldı

Total" və "Statoil" Oyundan çıxdı, Azərbaycanın Yükü Çoxaldı

Tarix: 24-12-2013, 23:19 Bölmə :İqtisadiyyat Baxış: 906
Total" və "Statoil" Oyundan çıxdı, Azərbaycanın Yükü Çoxaldı
Fransanın "Total" və Norveçin "Statoil" şirkətləri TANAP (Trans-Anadolu boru kəməri) layihəsində iştirakdan imtina edib. "OilPrice" saytı yazır ki, səbəb layihənin ümumi dəyərinin bahalaşmasıdır.

"Statoil" layihədə 12, "Total" isə 5 faiz həcmində iştirak payı almağı planlaşdırsa da, TANAP-ın dəyərinin yüksəlməsindən sonra, bu şirkətlər layihədə iştirak etmək marağında olmadıqlarını bildiriblər.

Doğrudanmı imtinanın səbəbi bahalaşmadır?

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, daha əvvəl TANAP layihəsinin maya dəyəri 7,9 milyard göstərilirdi. Ancaq Azərbaycan layihədə əsas donorlardan biri olduğundan öz "ənənələrinə" uyğun olaraq proyektin qiymətində yenidən dəyərləndirmələr etdi və nəticədə, layihənin maya dəyəri 11-12 milyard avroya çatdı:
"Payçılara daha öncə başqa qiymət deyildiyindən və sonradan qiymətlər artdığından onlar layihədə iştirakdan imtina etdilər. Ancaq düşünmürəm ki, tək səbəb budur. Həmin şirkətlər anlayırlar ki, onsuz da Azərbaycan iqtisadiyyatında getdikcə gəlirlər azalır. Ona görə də Azərbaycan bu layihəni həyata keçirməkdə maraqlıdır. Layihədən bütün payçılar imtina etsələr belə Azərbaycan Türkiyə ilə bərabər vəsait qoymağa hazırdır. Layihənin də əsas məqsədi Azərbaycan qazının Avropa bazarına yönləndirilməsidir. Bu təmin olunacaq deyə, payçılar artıq vəsait qoyuluşuna ehtiyac görmürlər".

Natiq Cəfərliyə görə ikinci bir tərəfdən isə TANAP layihəsinin işləməyə başlaması təqribən 2018-2019-cu illərdə nəzərdə tutulub. Bu günə olan araşdırmalar onu göstərir ki, həmin illərdə Avropa bazarında, ümumiyyətlə, dünya bazarında qazın qiymətilə bağlı olan vəziyyət xeyli dəyişəcək: "Qazın qiyməti ciddi şəkildə aşağı düşəcək. Ola bilər ki, iri şirkətlər bunları da nəzərə alıb yatırımlarını digər sahələrə yönləndirməyi düşünüblər. Amma dediyim kimi əsas məqsəd qazın Avropaya çatdırılması idi, bu da artıq həll olunmuş məsələdir".

2 şirkətin TANAP layihəsindən imtinası Azərbaycan üçün nə deməkdir?

"Total" və "Statoil" Oyundan çıxdı, Azərbaycanın Yükü ÇoxaldıNatiq Cəfərli deyir ki, bu şirkətlərin layihədən imtinası Azərbaycanın daha çox pul xərcləməsinə gətirib çıxaracaq: "Layihədə daha çox şirkətin iştirakı Azərbaycanın iqtisadi yükünü azaldırdı. Daha az investisiya qoyacaqdı. Çünki ümumi vəsait daha çox şirkət arasında bölünəcəkdi. Ancaq bu iki şirkətin layihədən çəkilməsi Azərbaycanın üzərinə daha çox öhdəliklər qoyacaq. Nəticədə, Azərbaycan daha çox investisiya qoymalı olacaq".

Şirkətlərin almaq istədiyi səhmlər Azərbaycan Dövlət Neft Şirkəti, BP, həmçinin Türkiyənin TPAO və "BOTAŞ" şirkətləri arasında bölünəcək. Türkiyənin iştirak payı daha əvvəl 20 faizdən 30 faizədək olacaqdı. Hazırda TANAP layihəsində ARDNŞ-in payı 80 faiz, Türkiyənin payı isə 20 faizdir. Lakin Azərbaycan öz payından 29 faizi BP (12 faiz), "Statoil" (12 faiz) və "Total" (5 faiz) şirkətlərinə təqdim etmək niyyətində olub.

Türkiyə ərazisindən keçən TANAP-ın tikintisinə 2014-cü ildə başlanması nəzərdə tutulur. Layihənin reallaşması üzrə Azərbaycan və Türkiyə arasında müvafiq hökumətlərarası sazişlər imzalanıb ki, layihənin reallaşması üçün artıq qanunvericilik bazası formalaşıb. Tikintinin 2017-2018-ci illərdə başa çatdırılması gözlənilir, həmin vaxt kəmərin illik nəqletmə gücü 16 mlrd. kubmetr, 2023-cü ildə 23 mlrd. kubmetr, 2026-cı ildə isə 31 mlrd. kubmetr olacaq. İlkin mərhələdə nəqli nəzərdə tutulan 16 mlrd. kubmetr qazın 10 mlrd. kubmetri Avropaya tranzit olunacaq, 6 mlrd. kubmetri isə Türkiyəyə veriləcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • TANAP kəməri ətrafında müəmma

    TANAP kəməri ətrafında müəmma ...

    8-12-2013, 23:57

  • 
  • “Statoil”i Azərbaycandan kim çıxarır?

    “Statoil”i Azərbaycandan kim çıxarır? ...

    18-04-2014, 10:04

  • 
  • Hakimiyyət BP qarşısında geri çəkildi

    Hakimiyyət BP qarşısında geri çəkildi ...

    24-01-2013, 11:17

  • 
  • İlham Əliyev “Şahdəniz” qazını Putinlə bölür

    İlham Əliyev “Şahdəniz” qazını Putinlə bölür ...

    7-08-2013, 17:49

  • 
  • İlham Əliyev Azərbaycanın TAP-a pul qoymayacağını açıqladı

    İlham Əliyev Azərbaycanın TAP-a pul qoymayacağını ...

    23-01-2014, 16:52


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu