GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » QARABAĞDA “KRIM VARİANTI” HƏR AN REALLAŞA BİLƏR

QARABAĞDA “KRIM VARİANTI” HƏR AN REALLAŞA BİLƏR

Tarix: 27-03-2014, 08:56 Bölmə :Manşet Baxış: 998
QARABAĞDA “KRIM VARİANTI” HƏR AN REALLAŞA BİLƏR
ERMƏNİLƏRƏ KREMLİN KİÇİK BİR İŞARƏSİ KİFAYƏT EDİR

Rusiyanın bütün dünyaya meydan oxuyub beynəlxalq hüquq normalarını tapdalayaraq Krımı işğal etməsi dünya çapında yeni siyasi ab-havanın yaranması ilə nəticələnib. Sovetlər birliyinin dağılmasından sonra bir qədər səngimiş “soyuq müharibə” dönəmi yenidən geri dönüb. Rusiyanın rəsmi dairələri açıq-aşkar işğalçılıq niyyətlərini gizlətmir, keçmiş SSRİ-nin bərpa olunmasının zəruriliyini vurğulayırlar. Yaranmış mövcud şərait daha çox keçmiş postsovet respublikaları üçün təhlükəli vəziyyət alıb. Bölgədə maraqları toqquşan Rusiya və Qərb arasında qalan ölkələr seçim etmək məcburiyyəti ilə üz-üzə qalıblar. Krımın işğal olunmasında Ukraynanı yalnız quru sözlərlə dəstəkləyən Qərb artıq Rusiyanın işğalı ilə faktiki olaraq barışıb. Bir daha aydın oldu ki, Qərb bu dəfə də Gürcüstanda olduğu kimi Rusiyanın ilhaq siyasətinin qarşısında geri çəkilməyə məcbur oldu. Bu isə dünyada gedən siyasi proseslərə əhəmiyyətli dərəcədə təsir edən amildir. Rusiya və Qərb ölkələri arasında böhran hər gün getdikcə dərinləşir və görünən odur ki, münaqişə daha da böyüyəcək. Nəhəng dövlətlərin nüfuz dairəsi üstündə davam edən münaqişəsinin qurbanları isə yenə də kiçik dövlətlər olacaq. İmperiya ambisiyalarını gizlətməyən Rusiya və hələ ki, real addımlar atmaqda qətiyyətsizlik göstərən Qərb ölkələri arasında seçim etmək zorunda qalan postsovet ölkələri müstəqillik dövrünün ən ağır sınağı ilə üz-üzə qalıblar. Xüsusilə, Sovet imperiyasından miras qalmış dondurulmuş münaqişələrlə yaşayan ölkələr üçün vəziyyət kritik hal alıb.
Dünyanın siyasi mühitində baş verən son hadisələr isə daima Rusiyanın təhdidi altında olan Azərbaycanın vəziyyətini xüsusilə ağırlaşdırıb. İndiki durumda Rusiya və Qərb arasında seçim etmək məcburiyyəti ilə üzləşən ölkəmiz üçün ən böyük təhlükə Qarabağ məsələsidir. Krımın işğalından sonra xüsusilə fəallaşan ermənilər yaranmış şəraitdən mümkün qədər yararlanmağa çalışırlar. Onsuz da Rusiyanın forpostu olan Ermənistan Krım münaqişəsində dərhal Rusiyanın yanında yer almaqla mövqeyini açıq şəkildə ortaya qoydu və dərhal Xankəndində Rusiya ilə həmrəylik aksiyaları təşkil edilərək Dağlıq Qarabağın müstəqilliyinin tanınması məsələsi səsləndirilməyə başlandı. Heç vaxt müstəqil siyasəti olmayan rəsmi İrəvanın bu məsələdə nə qədər müstəqil siyasi xətt yürütdüyü də şübhəlidir. Anlaşılan odur ki, Rusiya Azərbaycana ilk siqnalları verməklə xəbərdarlıq edir ki, anoloji durumun Qarabağda təkrarlanması hər an reallaşa bilər. Kreml dolayısı ilə Azərbaycan iqtidarından tərəf müəyyən etməyi istəyir. Krım böhranından sonra MDB məkanına daxil olan Qazaxıstan, Ermənistan, Belorus rəsmən Rusyanın mövqeyini müdafiə etməklə yaranmış gərgin vəziyyətdə hansı tərəfi tutduqlarını nümayiş etdirdilər. Digər Orta Asiya ölkələri olan Özbəkistan, Qırğızıstan, Tacikistan da böyük ehtimalla Rusiyanın mövqeyini müdfiə edəcəklər. Artıq Moldova Avropa Birliyi ilə assosativ saziş imzaladığı üçün yenidən Kremlin yanında yer alması inandırıcı görünmür. Beləliklə, konkret mövqeyi məlum olmayan yeganə ölkə kimi Azərbaycan hədəfdədir. Mövcud durumda hər iki tərəf ölkəmizdən konkret münasibət gözlədiyi üçün artıq manevr imkanları tükənməkdədir. İndiyə qədər balanslaşdırılmış xarici siyasət xətti yürüdən Azərbaycan soyuq müharibənin qızışması ilə bu imkandan məhrum edilə bilər. İndiki halda Azərbaycan heç bir variantda Krımın işğalına münasibətdə Rusiya meyilli xətt yürüdə bilməz. Bu onsuz da pusquda olan Ermənistan üçün göydən düşmə bir fürsət olardı və dərhal xalqların müqəddaratını təyin etmə hüququndan yararlanmaq istəyən seperatçı rejim Qarabağda Krım variantının təkrarına cəhd edərdi. Digər tərəfdən basqı altında olan Azərbaycan açıq şəkildə Ukraynanın mövqeyini də qəti şəkildə müdafiə edə bilmir. Məlumdur ki, Krımın işğalından sonra Azərbaycan yalnız Milli Məclisin sədri Oktay Əsədov və Xarici İşlər naziri səviyyəsində mövcud duruma ümumi sözlərdən ibarət münasibət sərgiləyib. Bu isə münaqişənin sülh yolu ilə həll olunmasının zəruriliyini ifadə etməkdən o yana keçməyib. Təbii ki, müəyyən zaman kəsimindən sonra istər Rusiya, istərsə də Qərb ölkələri daha konkret mövqe tələb edəcəklər. Mövcud şəraitdə tərəf tutmadan seyriçi mövqedə durmaq artıq mümkünsüzdür. Eyni zamanda ən sadə vətəndaş belə bilir ki, Qarabağ münaqişəsi yenidən Rusiya tərəfindən alovlandırılarsa ölkəmiz beynəlxalq dəstəyə o qədər də ümüd etməməlidir. Birincisi, biz artıq bu praktikanı yaşamışıq və istər Qərbin, istərsə də Rusiyanın münasibətini çox gözəl bilirik.İkincisi, daha açıq münasibət göstərilən Gürcüstan və Ukraynada Qərb gözlənilən dəstəyi nümayiş etdirə bilmədi. Bu ölkələrdə Rusiya açıq-aşkar istədiyini etdi və beynəlxalq təpkilərini yumşaq desək vecinə də almadı. Odur ki, Azərbaycan uğrunda Qərbin hansısa savaş açacağına inanmaq sadəlövlükdür.
Qarabağda Krım variantı Azərbaycana basqı üçün hər an gündəmdədir. Erməni tərəfinin də son vaxtlar sərgilədiyi mövqe belə deməyə əsas verir. Təbii ki, belə vəziyyətdə rəsmi Kreml Azərbaycandan qəti mövqe göstərməyi tələb edəcək. Əks təqdirdə Rusiyanın bir qısqırtması kifayətdir ki, ermənilər fəaliyyətə keçsinlər.
Çətin durumdur, yuxarı tüpürürsən bığdır, aşağı tüpürürsən saqqal...
NİCAT
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putin III Dünya müharibəsinə başlamaq istəyir

    Putin III Dünya müharibəsinə başlamaq istəyir ...

    11-04-2014, 10:47

  • 
  • Avropa Rusiyanın qaz asıllığından xilas olmaq üçün Azərbaycana üz tutdu

    Avropa Rusiyanın qaz asıllığından xilas olmaq ...

    29-03-2014, 15:41

  • 
  • Cənubi Qafqazın taleyi Qarabağda həll olunur

    Cənubi Qafqazın taleyi Qarabağda həll olunur ...

    8-05-2014, 10:44

  • 
  • Ukrayna Rusiyaya qarşı ərazi iddiaları irəli sürür

    Ukrayna Rusiyaya qarşı ərazi iddiaları irəli sürür ...

    13-05-2014, 10:22

  • 
  • Putin üçün 1 May sıradan bir may olmadı

    Putin üçün 1 May sıradan bir may olmadı ...

    4-05-2014, 11:09


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (62)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu