GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Milli Məclisdə qalmaqal

Milli Məclisdə qalmaqal

Tarix: 6-04-2014, 14:16 Bölmə :Manşet Baxış: 942
Milli Məclisdə qalmaqal
Etibar Hüseynov köçkünlərdən üzr istədi

Milli Məclis Azərbaycanda insan alverinə qarşı mübarizəni müzakirə edib

Milli Məclisin yaz sessiyasının növbəti iclası keçirilib. Cari məsələləri müzakirəsi zamanı Etibar Hüseynov çıxış edib.
Etibar Hüseynov üzr istəyib
Deputat deyib ki, sosial mediada təxribatla üz-üzə qalıb: “Neçə gündür ki, mənim çıxışım konteksdən çıxarılaraq yayılır, insanları qıcıqlandırırlar. Mən üç gündür ki, mətbuata və TV-lərə müsahibə vermirəm. Amma buna baxmayaraq, yenə də adımdan açıqlamalar verilir. Guya mən deyirəm ki, qarabağlılar Suriyada müharibə də iştirakı öyrənsinlər. Mən elan edirəm ki, çıxışım zamanı heç bir təhqirim olmayıb. Yeganə etiraf edirəm ki, bir qədər ehtiyatlı olmalıydım. Mən əgər kiminsə qəlbinə dəymişəmsə üzr istəyirəm. Hesab edirəm ki, bu böyüklük əlamətidir. Eləcə də istintaq bitməyənə qədər bu haqda açıqlama verməyəcəyəm”.
Spiker Oqtay Əsədov: “Yaxşı ki, siz daha çox danışmırsınız. Mən dünən intizam komissiyasının sədri ilə birgə Etibar Hüseynovu qəbul etdim, o səhvini etiraf etdi. Millət vəkillərindən xahiş edirəm ki, bu məsələni şişirtməsinlər”.
İsmayıllı məhbuslarına ağır cəza verilib
Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə isə İsmayıllı hadisələrinə görə, həbs edilən şəxslərə ağır cəza verilməsini deyib və bu məsələnin qanun çərçivəsində həllinə çağırıb.
Ağazadə həmçinin bələdiyyələrin statusunun artırılmasını təklif edib və bu haqda təkliflər hazırladığını elan edib.

Minə yaxın QHT hesabat verə bilməyib

Deputat Azay Quliyev Milli Məcclisdə çıxışı zamanı BMT-də Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə səs verməsindən danışıb: “Bu Azərbaycanın milli maraqlarımızı üstün tutması, siyasi konyukturadan kənar addım atmasını göstərir. Azərbaycan beynəlxalq hüquqa əməl edib. İstər Kosova, istərsə də Gürcüstan məsələsində bu mövqeyini ifadə edib”.
Quliyev daha sonra deyib ki, deputatlar beynəlxalq münasibətlərdə mühüm rol oynayır: “Əlbəttə bu Xarici İşlər Nazirliyi ilə məsləhətləşdirilir. Mən hesab edirəm ki, işçi qrupu səviyyəsinə nazirliklə məsləhətləşmələr aparılmalıdır. Heç olmasa ildə bir dəfə bu həyata keçirilməlidir”.
Deputat minə yaxın QHT-nin hesabat vermədiyini və buna görə cərimə ödəyəcəyini bildirərək: “Üç həftə vaxtımız var, mən QHT-lərdən xahiş edirəm ki, Maliyyə Nazirliyinə hesabatlarını versinlər”.
Deputat Qənirə Paşayeva isə cəbhədə intensiv atışmalar haqda danışıb və beynəlxalq qurumları tənqid edib.

Boş qalan 3 deputat yerinə seçkilər keçirilməlidir

Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov isə çıxışı zamanı Milli Məclisdə boş qalan deputat yerlərinə seçkilərin keçirilməsi məsələsini qaldırıb. Deyib ki, 116 saylı Zaqatala seçki dairəsindən seçilən Hikmət Atayev vəfat edib: “Eləcə də Gülər Əhmədova məlum hadisələrdən sonra mandatdan imtina edib. Həmçinin Əli Əhmədovun baş nazirin müavini təyin olunması səbəbindən deputat mandatından imtina edib. Hesab edirəm ki, vətəndaşların seçmək və seçilmək hüququ təmin olunmalı və bu dairələrdən təkrar seçkilər keçirilməlidir.

Ağamalı Jirinovskiyə qarşı

Milli Məclisin deputatı Fəzail Ağamalı isə Vladimir Jirinoviskinin Azərbaycana və azərbaycanlılara qarşı iddiaları barədə danışıb. Bildirib ki, bunun bir cavabı verilməlidir.
Spiker Oqtay Əsədov isə bildirib ki, Jirinoviskinin dedikləri cavabsız qalmayıb: “Milli Məclisin birinci sədri ona tutarlı cavab verdi və bundan sonra onun səsi çıxmır. Bu məsələni Milli Məclisə çıxartmağa ehtiyac yoxdur. Bir adam ki, əslini danır, ona baş qoşmaq mənasızdır”.

Krım hadisələrindən sonra Azərbaycan üçün vəziyyət çəitndir

“Krım hadisələrindən sonra Azərbaycan üçün olduqca ciddi vəziyyət yaranıb. Təklif edirəm ki, hakim partiya bir memoroundum irəli sürməli və bütün siyasi partiyalar buna qoşulmalıdır. Ölkənin təhlükəsizliyi məsələsində bir araya gəlməliyik”. Bu təkliflə deputat Fazil Mustafa çıxış edib. Deputat daha sonra dərsliklərin pulsuz alınması məsələsini qaldırıb. Bildirib ki, dərsliklər pulsuz paylanmalı olduğu halda bu gün pul verib dərslik alan valideynlər var.

YAP milli məsələlərdə bütün siyasi qüvvələrlə bir araya gəlməyə hazırdır

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov isə deyib ki, hakim partiya ümummili məsələlərdə bütün siyasi partiyalarla bir araya gəlməyə həmişə hazırdır: “Amma təəssüflər olsun ki, bəzi siyasi partiyalar bu məsələdə heç də konstruiktiv mövqe tutmur. Elə partiyalar var ki, Azərbaycanın MDB-dən çıxmasını istəyirlər. Eləsi də var ki, komanda yaradıb Krıma döyüşməyə gedir. Bu qəbul olunmazdır və belə siyasi partiyalarla nəyi müzakirə edə biləcəyimiz sual altındadır”.
S. Novruzov bələdiyələrlə bağlı qaldıran məsələyə də münasibət bildirib. Deyib ki, bələdiyyə seçkilərini təkimlləşdirməkdən öncə bələdiyyələrin səlahiyyətlərinin artırılması və digər məsələlərə diqqət yetirmək lazımdır.

Biz Türkiyənin daxili siyasətinə qarışmırıq

Deputat Zahid Oruc isə Türkiyədə son bələdiyyə seçkilərinin ölkə daxili məsələ olmadığını deyib: “Bu bir sıra hallarda Ərdoğana etimad referendum hesab olunurdu. Ərdoğanın hakimiyyəti dönəmində 8-ci dəfə xalqdan dəstək alması Türkiyənin uğurudur. Biz Türkiyənin daxili işlərinə qarışmırıq. Amma bu illər ərzində İlham Əliyevin və sayın Ərdoğanın hesabına münasibətlər bir qədər də irəli gedib. Sayın Ərdoğanın Azərbaycana səfəri mühüm dövrə təsadüf edir. Türkiyə Azərbaycanın təhlükəsizlik məsələsində vacib rol oynayır. Azərbaycan da Türkiyənin düşmənləri ilə düşməndir. Hesab edirəm ki, tərəflər münasibətlərini hərbi müttəfiqlik sazişi ilə başa çatdıra bilər”.
Spiker Oqtay Əsədov: “Zahid müəllim yaxşı danışdınız. Bir şeydə səhv buraxdınız. Əlbəttə, biz müsəlman ölkəsiyik. Amma biz həm də dünyəvi dövlətik”.

Milli Məclis insan alverinə qarşı mübarizəni müzakirə edib

İclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatı dinlənilib. Daxili işlər nazirinin müavini, Milli Koordinator Vilayət Eyvazov bildirib ki, 2004-cü ildə qəbul olunan Milli Fəaliyyət Proqramına uyğun olaraq xüsusi polis qurumu yardılıb, bir sıra işlər həyata keçirilib, beynəlxalq əlaqələr yaradılıb: “Ölkəmiz Avropa Şurasının konvensiyasına qoşulub, iki qanun qəbul edilib, prezident tərəfindən 4 sərəncam imzalanıb. Eləcə də insan alveri qurbanlarına verilən konpensasiya 10 dəfə artırılaraq 400 manata çatdırılıb. Bildirim ki, uşaqlar üçün hər bir avadanlıqla təhciz olunan sığınacaq yaradılıb. Bu müddətdə 30 QHT-yə QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyə ayrılıb”.

5 cinayətkar dəstə zərərsizləşdirilib

Nazir müavini deyib ki, ötən il Azərbaycanda insan alveri ilə məşğul olan 12 nəfərdən ibarət 5 cinayətkar qrup zərərsizləşdirilib: “Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il 80 insan alveri və 4 cinayət işi üzrə 4 məcburi əmək cinayət faktı qeydə alınıb, insan alveri qurbanı olan 56 şəxs müəyyən edilib. Qurbanlardan 37 nəfəri sığınacaqlarda yerləşdirilib. Azərbaycanda son 10 il ərzində insan alverinə qarşı kompleks mübarizənin hüquqi müstəvidə aparılmasına dövlət, hökumət və parlament səviyyəsində xüsusi diqqət yetirilib. İnsan alveri cinayətində təqsirləndirilərək axtarışa elan olunmuş 17 şəxsdən 5-i tutularaq istintaq və məhkəmə orqanlarına təqdim edilib. Müəyyən olunmuş 56 qurbandan (41-i qadın, 15-i kişi) 19-u Türkiyəyə, 16-sı Birləşmiş Ərəb Əmirliklərinə, 15-i Rusiya Federasiyasına və 1-i İran İslam Respublikasına aparılıb, 5 qurban isə ölkə daxilində istismara məruz qalıb. Qurbanlardan 37-si sığınacağa yerləşdirilib və hər birinə zəruri yardımlar edilib. O cümlədən, 22-si işlə təmin edilib, 21-i peşə kursuna göndərilib, 50 qurbana birdəfəlik müavinət verilib, 13-nə Kömək Fondu maddi yardım ayırıb. Həyata keçirilmiş profilaktik tədbirlərlə 12 qurban ailəsinə qayıdıb, dövlət vəsaiti hesabına 3 nəfərin cərrahi əməliyyata, 1 nəfərin müalicəyə olan ehtiyacı, habelə 3 əcnəbi qurbanın ölkə ərazisində qanuni yaşamaq hüququ təmin edilib. İbtidai istintaq və məhkəmə prosesi dövründə isə hər bir zərərçəkənə müdafiəçi ayrılıb. Sığınacaqda yerləşdirilmiş insan alveri qurbanlarının himayəsində olan 23 azyaşlı uşaq “Azərbaycan Uşaqlar Birliyi” İctimai Təşkilatının xətti ilə məktəbdənkənar təhsil, məntiqi təfəkkür, səhiyyə və peşə proqramlarında istiqamətləndirilib. Baxımsız qalmış və risk qrupuna aid olan 52 nəfərə şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə alınmasında köməklik göstərilib. İnsan alveri cinayətlərinin profilaktikası çərçivəsində ictimai mənəviyyat əleyhinə olan 170 cinayət faktı da aşkarlanaraq 118 nəfər məsuliyyətə cəlb edilib. İnsan alveri, əxlaqsızlıq yuvaları saxlama, xarici ölkələrdə işə və təhsilə düzəltmə halları, əcnəbilərlə nikahdan ortaya çıxan və s. məsələlər ilə əlaqədar “Qaynar Xətt” telefon xidmətinə daxil olmuş 14 minə yaxın müraciət araşdırılıb və hər biri üzrə qanunla müəyyən edilmiş qaydada zəruri ölçülər götürülüb”.

580 insan alveri və məcburi əmək faktı aşkarlanıb

Milli Koordinator əlavə edib ki, bu müddət ərzində hüquq-mühafizə orqanları ilə sıx qarşılıqlı əlaqədə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə 580 insan alveri və məcburi əmək faktı aşkarlanaraq 385 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 5 mütəşəkkil dəstə, 152 cinayətkar qrup zərərsizləşdirilib: “İnsan alverinin qurbanı olan 529 şəxs cəmiyyətə reinteqrasiya olunub. Ötən il icrası başa çatan ikinci Milli Fəaliyyət Planının əhatə etdiyi 2009-2013-cü illərdə insan alverinin doğurduğu təhlükələr barədə ictimaiyyətin məlumatlandırılması prioritet vəzifələrdən olmaqla bu işdə vətəndaş cəmiyyəti nümayəndələrinin və KİV-in imkanlarından istifadə edilərək respublikanın bütün şəhər və rayonlarında ümumilikdə 274 mədəni-kütləvi tədbir, o cümlədən çoxsaylı treninq və seminarlar keçirilib. Profilaktik iş həm də respublikanın 78 məktəbini, litseyini, kollec və uşaq evlərini əhatə edib. İkinci Fəaliyyət Planının icrası dövründə qeydə alınmış 400 insan alveri və məcburi əmək cinayəti üzrə 176 şəxs cinayət məsuliyyətinə cəlb edilib. Müəyyən edilmiş 263 qurbandan 173-ü təhlükəsiz sığınacağa yerləşdirilib. Reinteqrasiya dövründə 232 qurbana birdəfəlik müavinət, 133 nəfərə Kömək Fondundan yardımlar verilib. Həmçinin 48 nəfər işlə təmin edilib, 90 nəfər peşə kurslarına cəlb olunub, bir çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Yardım Mərkəzlərinə istiqamətləndirilib. Səhiyyə Nazirliyi tərəfindən 155 insan alveri qurbanına və 579 potensial qurbana tibbi yardımlar göstərilib və bu məqsədlər üçün ayrılmış 5 tibb müəssisəsi zəruri avadanlıqlarla təchiz edilib.

Hər il 27 milyon şəxs insan alverinin qurbanı olur

Beynəlxalq ekspertlərinin hesabladığına götə, hər il 27 milyon şəxs insan alverinin qurbanı olur. Cənab prezident insan alverinə qarşı mübarizənin səmərəli həyata keçirilməsi üçün tapşırıqlar verir. Artıq üçüncü Fəaliyyət Proqramı hazırlanır. Cari ildə qarşımızda duran məsələlər bu istiqamətdə mübarizənin daha effektiv aparılması, beynəlxalq və QHT-lərin dəstəyindən istifadə etməkdir. Milli Koordinator çıxışının sonunda deputatlara və mətbuat nümayəndələrinə onlara verdiyi dəstəyə görə, təşəkkürünü ifadə edib.

Müzakirəsiz hesabat qəbul olunsun

Daha sonra hesabatın müzakirəsinə başlanılıb. Deputat Çingiz Qənizadə gözlənildiyi kimi təklif edib ki, hesabat müzakirəyə qoyulmadan qəbul edilsin. O, əsas kimi bu istiqamətdə geniş məlumatın olduğunu deyib.
Elmira Axundovadan: “Niyə nəqliyyatda və iaşə obyektlərində monitorinq keçirmirsiniz?”
Deputat Elmira Axundova isə deyib ki, əgər kimsə müzakirəyə qoşulmaq istəmirsə, bura gəlməsin, öz işləri ilə məşğul olsun. “Biz məruzəni dinlədik. Mən də onu qənaətbəxş hesab edirəm. Amma bəzi məsələləri Vilayət müəllimin nəzərinə çatdıraq. Bir sualım var: bu uşaqların və yeniyetmələrin məcburi əməyə cəlb edilməsi ilə bağlıdır. Demisiniz ki, sizin əməkdaşlarınız 45 monitorinq həyata keçirib. Amma nədənsə ictimai nəqliyyatda və məişət obyektlərində belə reydlərin keçirilməsi haqda bir informasiya yoxdur. Ötən dəfə bu məsələlə parlamentdə qaldırılıb. Mən bilmək istəyirəm ki, bu sahədə niyə reydlər keçirilmir? Avto servislərdə, restoranlarda, şadlıq saraylarında bu problem qalır. Bu restoranlar və şadlıq evləri nüfuzlu şəxslərə məxsusdur və QHT nümayəndələri ora buraxılmır. Amma avtoritetə baxmayaraq, bu məsələ yoluna qoyulmalıdır. Mən hələ hər gün avtomobillərin qabağına atılan yeniyetmələri qeyd etmirəm. Yaxşı olardı ki, biz bu haqda açıq və prinsipial danışaq. Mən Vilayət müəllimdən xahiş edirəm ki, bu məsələləri nəzərə alsın”.

“Flippindən bura dayələr dəvət edirlər”

VHP sədri, deputat Sabir Rüstəmxanlı hesabatı dəstəkləyib. Deyib ki, Koordinator QHT-lərlə, media ilə uğurlu iş birliyi yarada bilib: “Məni narahat edən bir məsələ var. Necə olur Azərbaycanda imkanlı ailələr öz uşaqlarının tərbiyəsi üçün Flippindən bura şəxsləri dəvət edirlər. Məgər Azərbaycanda işsiz qadınlar tapmaq mümkün deyilmi? Məncə, bu istiqamətdə də mübarizə gücləndirilməlidir”.
Samir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Etibar Hüseynov ölkədən gedib?

    Etibar Hüseynov ölkədən gedib? ...

    11-04-2014, 10:46

  • 
  • Etibar Hüseynov prezidentin qəzəbinə tuş gəlib

    Etibar Hüseynov prezidentin qəzəbinə tuş gəlib ...

    9-04-2014, 10:39

  • 
  • Milli Məclisin yaz sessiyasının ilk iclası fevralın 3-də olacaq

    Milli Məclisin yaz sessiyasının ilk iclası ...

    16-01-2014, 13:07

  • 
  • Yanukoviçin nümayəndəsi xalqdan belə üzr istədi VİDEO

    Yanukoviçin nümayəndəsi xalqdan belə üzr istədi ...

    25-02-2014, 21:42

  • 
  • Turqut Ər azərbaycanlı siyasətçidən üzr istədi

    Turqut Ər azərbaycanlı siyasətçidən üzr istədi ...

    28-12-2012, 12:43


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu