GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Daşkəsənin “daşa dönən” problemləri

Daşkəsənin “daşa dönən” problemləri

Tarix: 22-05-2014, 10:13 Bölmə :Manşet Baxış: 0
Daşkəsənin “daşa dönən” problemləri
İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev rayonu dəhşətli duruma salıb

Azərbaycan bu gün məmurlar arasında bölgə-bölgə, mahal-mahal parçalanaraq amansızcasına talanır, qarət olunur. Rayonlarda məmur özbaşınalıqları kuliminasiya nöqtəsinə çatıb. İcra hakimiyyəti başçıları özlərini rəhbərlik etdikləri rayonların sahib-ixtiyarı kimi apararaq demək olar ki, bütün sahələrdə nəzarəti tamamilə ələ alaraq şəxsi monopoliyalarını yaradıblar. Sosial-iqtisadi problemlər baş alıb getsə də, rayon rəhbərləri bunlara biganəlik göstərir, öz maraqlarını təmin etməkdən qeyri iş prinsipi bilmirlər.
“Azərbaycanın Uralı” adlandırılan Daşkəsən rayonu da rəhbərlərin yarıtmaz fəaliyyəti nəticəsində öz əvvəlki şan-şöhrətini itirib. Daşkəsənin problemlərinin həlli daşa dirənib. Rayona rəhbərlik edən Əhəd Abıyev burada elə bir vəziyyət yaradıb ki, bunun misalı nə indiyə qədər olmayıb, nə də Allah etməmiş bundan sonra olmasın. Xatırladaq ki, Milli Məclisin sabiq deputatı Əhəd Abıyev Azərbaycan Respublikası prezidentinin 23 fevral 2011-ci il tarixli sərəncamı ilə Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Daşkəsənin bu gün addımbaşı reklam olunan sürətli inkişafdan xəbəri yoxdur. Rayon adi məişət problemləri içərisində batıb. Rayonda qaz, işıq, su, yol problemləri gündəlik yaşam tərzidir. Rayondaxili yollarda hərəkət etmək mümkünsüz vəziyyətdədir. Bayan, Çovdar, Qaraqullar, Qabaqtəpə kəndlərinə gedib çıxmaq böyük igidlik tələb edir. Kənd sakinləri evdən çıxanda sağ-salamat geriyə dönmək üçün Allaha yalvarırlar. Çünki, bu yollar hər gün ölüm saçır. Amma, statistikaya nəzər salsaq məlum olar ki, Daşkəsənin yolları dünyanın ən modern yollarından da üstündür. Əhəd Abıyevin sevimli sahələrindən olan yol çəkilişi icra başçısına bir xeyli “xeyir” gətirib. Daşkəsən şəhər İcra Nümayəndəliyi şəhərdaxili yolların təmir işlərini həyata keçirmək üçün 369 min manat pul ayırıb.”Gəncə Körpü-Tikinti-2” ASC tərəfindən həyata keçirilən işlər isə yalnız kağız üzərində mövcuddur. Bu qədər vəsait “sərf” olunsa da, yollarda yamaqvurma işlərindən başqa heç bir iş görülməyib. Amma, təbii ki, bu məbləğ yenə də “kifayət” etmədiyi üçün büdcədən ikinci dəfə pul ayrılıb. Bu dəfə isə təkcə təmir işləri deyil, həmçinin “abadlıq” işləri də nəzərdə tutulub. Yenidən büdcədən 1 998 499 manat vəsait əldə edilib. Düzdür, ortada elə də ciddi bir iş olmasa da “kağız üzərində” təmir-abadlıq işləri yekunlaşıb. Daşkəsən şəhərində Heydər Əliyev prospekti və ona bitişik yollarda təmir-tikinti işləri üçün ayrılmış 2 milyon manatın da aqibətindən Əhəd Abıyevdən başqa kimsənin xəbəri yoxdur. Adı yolların təmiri və yenidən qurulması olsa da bu işlərin nəticəsi mövcud yolların dağıdılmasından o tərəfə keçmir. “Yol əhvalatı” Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun əsaslı təmiri zamanı da davam etdirilib. Bu layihəyə 1, 3 milyon manat ayrıldığı halda vəziyyət hələ də bərbad olaraq qalır. Ayrılmış vəsaitin “azlığından” razı düşməyən Əhəd Abıyev əlavə olaraq daha 140 min manat da almağı bacarıb. Təbii ki, belə “abad və modern” yollarda icra başçısı adına layiq avtomobildə gəzməlidir. Ona görə də rayona avtomobil alınması üçün 34 min 220 manat pul ayrıldığı bildirilir.
Daşkəsən rayon İcra Hakimiyyəti şəhərdəki Heydər Əliyev prospektindəki istinad divarlarının təmir işlərinin satın alınması işlərinə də “xəsislik” etməyib. “Dizayn Construction” MMC tərəfindən həyata keçirilən işlər üçün 349 min 303 manat vəsait sərf olunub.
Ümumiyyətlə, rayona ayrılan büdcə vəsaitlərinin bir qəpiyi belə Əhəd Abıyevin azılığı olmadan və məsləhət bilmədiyi sahələrə xəclənə bilməz. Daşkəsən rayonu üçün təkcə ötən il büdcədən 8 milyon manat pul ayrılıb. Bütün rayonun poblemlərinin həlli məqsədilə ayrılmış bu pulun isə yarısını Əhəd Abıyev özünün “iqamətgahının” inşasına sərf etdirib. Rayon İca Hakimiyyətinin binasının tikintisinə 4, 2 milyon manat səf olunduğu bildirilir. Tikinti işləri “Anar” fiması tərəfindən həyata keçirilir. Maraqlıdır ki, kiçik bir rayonda bu məbləğdə pula inzibati binanın tikintisi nə qədər realdır. Bakıda belə pul ilə çoxmərtəbəli bir bina inşa etdirmək mümkün olduğu halda Əhəd Abıyev Daşkəsəndə özü üçün iqamətgah tikdirir. Rəqəmlərə nəzər saldıqda tikintinin nə qədər “şəffaf” aparıldığının şahidi olmaq mümükündür.
Binanın tikintisi zamanı iş o həddə çatıb ki, hətta fəhlələrə əmək haqqı belə verilməyib və narazılıq yaranıb.
15 illik deputatlıq stajı olan Əhəd Abıyevin Daşkəsənə rəhbərlik etdiyi illər ərzində rayon iqtisadiyyatı tamamilə tənəzzülə uğrayıb. Rayonda bildirirlər ki, onun gəlişinə qədər az-çox fəaliyyət göstərən müəssisələr belə öz işini dayandırmaq məcburiyyətində qalıb. Rayon sakinləri bir parça çörək pulu qazanmaq üçün ətraf rayonlara və paytaxta üz tutmağa məcbur olurlar. Daşkəsəndə iş qurmaq istəyən sahibkarlara isə “göz verilir, işıq verilmir”. İş adamlarına divan tutulduğu üçün baş götürüb rayondan qaçmaqla canlarını qurtarırlar. Rayonda qalan sahibkarlar isə müxtəlif adlar altında yığılan pullardan zinhar olublar. Rayonun sosial-iqtisadi problemlərinin həllindən yaxa qurtarmaq üçün Əhəd Abıyevin özünəməxsus metodları var. İcra başçısı dəfələrlə bildirib ki, Daşkəsən dağlıq rayon olduğu üçün buraya sərmayə yatırmaq sərfəsizdir. Əhəd Abıyev hətta prezident aparatını da təqsirli sanır. Rayon sakinlərinə bildirir ki, çox çalışsa da rayona lazım olan qədər pul ala bilmir. Doğrudan da, dəhşətli faktdır. Kiçik bir rayonun icra hakimiyyətinin inzibati binasının tikintisinə 4 milyon manat pul ala bilən Əhəd Abıyev Daşkəsənin inkişafına görəsən niyə pul tapmır. Yəqin ki, öz dediyi kimi, bura dağlıq ərazi olduğu üçün “sərmayə” yatırmaq sərfəsizdir. Belə olmasaydı, Daşkəsənin inkişafı üçün büdcədən kifayət qədər pullar ayrılmasına baxmayaraq rayon öz tarixinin bəlkə də ən acınacaqlı günlərini yaşamazdı. Rayondan aldığımız məlumata görə, Daşkəsənin icra başçısı statusunu özünə “yaraşdırmayan” Əhəd Abıyevi rayonda tapmaq çox müşkül məsələdir. Şikayətçilər nə qədər cəhd etsələr də, başçını öz iqamətgahında tapa bilmirlər. Rəhbərlik etdiyi rayona biganə münasibət bəsləyən Ə. Abıyev buradakı işləri müavinlərinə və etibar etdiyi adamlara həvalə edərək gününü Bakıda keçirir. Aldığımız məlumatlara əsasən, onun Bakı “səfərləri” heç də adi gəzmək üçün deyil. Bütün vasitələri işə salan Əhəd Abıyev paytaxtın rayonlarından birinə icra başçısı təyin olunmaq istəyir. Mənbə bildirir ki, Abıyevin konkret hədəfi Xətai rayonudur. Hətta bəzi iddialara görə, mətbuat səhifələrində Xətayi rayon icra hakimiyyətinin başçısı haqqında aparılan əks-təbliğat kompaniyasını da Əhəd Abıyev təşkil etdirir. Ucqar dağ rayonun 4 milyonluq icra hakimiyyəti binası belə Əhəd Abıyevi özünə cəlb edə bilmir. Daşkəsənin problemlərini daşa döndərən icra başçısı paytaxtı “abad” etmək üçün tələsir. Daşkəsəndə buna sevinsələr də paytaxtın narahat günləri başlaya bilər.
Nicat MAHMUDOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Əhəd Abıyev Almaniyada gözündən müalicə olunur?

    Əhəd Abıyev Almaniyada gözündən müalicə olunur? ...

    9-07-2013, 16:16

  • 
  • Əhəd Abıyev prezidentə yalan danışmaqda ittiham olunur — Daşkəsən avtovağzalı 4 ay əvvəl açılsa da…

    Əhəd Abıyev prezidentə yalan danışmaqda ittiham ...

    6-02-2015, 23:04

  • 
  • Əhəd Abıyev Binəqədi rayonu ilə bağlı mövqeyini açıqladı

    Əhəd Abıyev Binəqədi rayonu ilə bağlı mövqeyini ...

    22-05-2018, 20:06

  • 
  • Əhəd Abiyevin qohumlarına yüksək vəzifə verildi

    Əhəd Abiyevin qohumlarına yüksək vəzifə verildi ...

    17-02-2013, 12:49

  • 
  • Əhəd Abıyevi Daşkəsəndən Nəsimi rayonuna aparan yol

    Əhəd Abıyevi Daşkəsəndən Nəsimi rayonuna aparan ...

    1-05-2015, 11:36


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu