GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Bələdiyyələrin funksiyası torpaq satmaqdan ibarətdir?!

Bələdiyyələrin funksiyası torpaq satmaqdan ibarətdir?!

Tarix: 17-07-2017, 17:35 Bölmə :Müsahibə Baxış: 967
Bələdiyyələrin funksiyası torpaq satmaqdan ibarətdir?!


İctimai fəal, bələdiyyələrin fəaliyyətilə bağlı müstəqil araşdırma aparan Elvin Məmiyev “Gündəm Xəbər”ə vəziyyətin kritik həddə olmasını deyir.

Yerliözünüidarəetmə orqanıyla bağlı müstəqil araşdırma aparan Elvin Məmiyev qeyd edir ki, qanunvericilikdə bələdiyyələr yerli idarəetmə orqanı kimi təsnif olunur və onların fəaliyyəti də bu istiqamətdə olmalıdır. Konstitusiyada və bələdiyyələr haqqında qanunda da göstərilir ki, bələdiyyə elə bir qurumdur ki, o hakimiyyətlə vətəndaşlar arasında yerli özünüidarəetməni tənzimləməli, yəni təmsil etdiyi əhalinin problemləri ilə maraqlanmalı, əhatə etdiyi ərazidə infrasturukturun qurulmasını təhsil, səhiyyə, rabitə müəssiəslərinin, park və yolların təmir bərpasını vaxtlı-vaxtında təmin etməlidir. Orta hesabla bir bələdiyyəyə düşən vəsait 20 min manatdan artıqdır. Problem ondan ibarətdir ki, bələdiyyələr əllərində olan vəsaitlərlə yalnız öz işçilərinin maaşlarını verməyə xərcləyir. Çünki, işçilərinin saxlanılmasına az qala büdcəsinin yarısını xərcləyən bələdiyyələrin siyahısında kommunal və yolların salınması xərcləri ən son sıralarda dayanır. Qeyd edim ki, Azərbaycanda 1607 bələdiyyə üzrə 15 682 bələdiyyə üzvü var. Bütövlükdə bu bələdiyyələrin 35 milyon manatdan artıq illik büdcəsi var. Amma bu o demək deyil ki, bələdiyyələrin gəliri ancaq bununla bitir. Çünki, bələdiyyələr həm əhalidən əmlak və torpaq vergisi toplayır, həm də əllərində olan torpaqları icarəyə vermək, satmaqla məşquldurlar. Bir çox hallarda isə bu qeyri-qanunu da olur. Amma mən məsələnin rəsmi tərəfiylə bağlı mövqe bildirirəm. Rəsmi statistikada da açıq-aydın görünür ki, ötən il bələdiyyələrin gəlirlərinin yarıdan çoxu, yəni 55.5 faizi torpaq satışından, 20.3 faizi torpaqlarının icarə verilməsindən ibarət olub. Üstəlik hər il dövlət büdcəsindən bələdiyyələrə 6 milyon manat dotasiya da ayrılır. Amma reallıq budur ki, bələdiyyələr hətta əllərində olan bu vəsaitləri də düzgun istifadə etmir.
Elvin Məmiyev bildirir ki, bələdiyyələrin vəsaitlərini düzgün xərcləmədiklərini zaman-zaman rəsmi qurumlar da təsdiq edir. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin sədri Mehdi Səlimzadə həmişə qeyd edib ki, bələdiyyələrin büdcəsi dövlət büdcəsi kimi eyni qaydada işlənməlidir, hazırlanmaıdır, təsdiq olunmalıdır və icra edilməlidir. O, bəzi hallarda bələdiyyələrə daxil olan vəsaitin nəzərdə tutulan istiqamətə deyil, təmamilə səmərəsiz, bələdiyyənin inkişafına xidmət etməyən istiqamətlərə xərclənməsini bildirmişdir. Milli Məclisin “ictimai Birliklər və Dini Qurumlarla İş komitəsinin sədri Səyavuş Novruzov isə daim bələdiyyələrin azaldılmasını, lazımsız qurum olmasını bildirir.
E.Məmiyev rəsmi dairələrin bu cür yanaşmasını Azərbaycanda bələdiyyələrə lazımsız qurum kimi baxıldığını, yaxın dövrdə bələdiyyələrin inkişafıyla bağlı islahatların aparılmayacağından xəbər verməsini şərh edir. Çünki, bir çox hallarda bələdiyyənin büdcəsinə ayrılan vəsaitlərin yeri icra orqanlarının sifarişilə xərclənməsini mətbuatdan da oxuyuruq. Bələdiyyələr bu gün Azərbaycanda korrupsiya maşınının mexanizmlərindəndir. Ona görə də bələdiyyə sistemində ciddi islahatların aparılması qaçılmazdır.

Rahib Bəxtiyarov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bələdiyyələr nə işlə məşğul olur

    Bələdiyyələr nə işlə məşğul olur ...

    26-03-2014, 23:43

  • 
  • Bələdiyyə problemlərınə yeni bir baxış (ARAŞDIRMA)

    Bələdiyyə problemlərınə yeni bir baxış (ARAŞDIRMA) ...

    14-01-2014, 11:46

  • 
  • Qərib Məmmədovdan start siqnalı

    Qərib Məmmədovdan start siqnalı ...

    6-05-2013, 23:58

  • 
  • Hakimiyyətin sirli seçki propaqandası

    Hakimiyyətin sirli seçki propaqandası ...

    30-04-2014, 09:54

  • 
  • Bələdiyyələrin statusu necə olacaq?

    Bələdiyyələrin statusu necə olacaq? ...

    25-05-2014, 12:48


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (113)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu