GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Avropa Şurası hakimiyyəti yerdən yerə vurdu

Avropa Şurası hakimiyyəti yerdən yerə vurdu

Tarix: 24-01-2013, 10:52 Bölmə :Manşet Baxış: 852
Avropa Şurası hakimiyyəti yerdən yerə vurdu

Əliyevlərin idarəçiliyi altında hem bir seçki demokratik keçirilməyib

Yanvarın 23-də Avropa Şurası Parlament Assambleyasına Azərbaycana dair iki hesabatın müzakirəsi çıxarılır. Onlardan biri Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi Christoph Strasser-in hazırladığı hesabat, ikincisi isə həmməruzəçilər Pedro Agramunt və Joseph Debono Grech-in birgə hazırladığı məruzədir. Həmin sənədlər haqqında ətraflı məlumat.

Siyasi məhbus problemi bitmək bilmir

AŞPA-da müzakirə olunan Azərbaycanda siyasi məhbuslara dair hesabatda qeyd edilir ki, Assambleyanın davamlı səylərinə baxmayaraq Azərbaycanda siyasi məhbus məsələsi həll edilməyib. Sənəddə xüsusi vurğulanır ki, Assambleya bu xüsusda 2004 və 2005-ci illərdə iki qətnamə və bir tövsiyə qəbul etsə də, bu problem hələlik açıq qalır. Sənəd müəllifləri hesab edirlər ki, “bəzi hallarda, “siyasi məhbus” olduqları iddia edilən şəxslər o qədər uzun müddətə həbsxanada olmuşlar ki, artıq azad edilmələri üçün bütün əsaslar mövcuddur”.
Hesabatda qeyd edilir ki, özlərini siyasi məhbus hesab edənlər, fərdi qaydada Avropa İnsan Haqları Məhkəməsinə müraciət edə bilərlər. Bu da qeyd olunur ki, Avropa İnsan Haqları Məhkəməsi bir sıra hallarda İnsan haqlarına dair Avropa Konvensiyasının pozulması barədə qərarlar qəbul edib və bu cür qərarların yaxın gələcəkdə yenə də qəbul ediləcəyi gözlənilir.

Yeni siyasi məhbus tövsiyələri

Bu xüsusda Assambleya Azərbaycanı aşağıdakı addımları atmağa dəvət edir:
- Razılaşdırılmış siyahıya daxil edilmiş şəxslərin, onlardan günahlarının etirafı və ictimai üzr tələbi qoyulmadan işlərinin sürətləndirilməsi;
- Öz həbs müddətlərinin müəyyən hissəsini bitirmiş iddia olunan siyasi məhbusların Cinayət Məcəlləsinin müddəaları tətbiq olunmaqla şərti azadlığa buraxılması;
- Ədalətli mühakimə prinsipləri pozulmaqla məhkum edilmiş iddia edilən siyasi məhbusların azad edilməsi və ya işlərinə yenidən baxılması;
- Ciddi xəstə olan və siyasi məhbus olduqları iddia edilən şəxslərin azad edilməsi;
- Yalnız bir sıra siyasi tədbirlərdə iştiraklarına görə məhkum edilmiş iddia olunan siyasi məhbusların azadlığa buraxılması;
- Bir sıra siyasi tədbirlərdə iştirtak etmiş şəxslərin ailə üzvü, qohumu və ya yaxını olaraq həbs edilmiş şəxslərin azadlığa buraxılması.
Sənəddə həmçinin gələcəkdə siyasi məhbusların yaranmaması üçün də çağırışlar edilir:
- Dinc etiraz aksiyalarında və mitinqlərdə iştiraka görə həbslərin edilməməsi;
- İnternet də daxil olmaqla, mediada siyasi və dini ifadənin kriminallaşdırılmaması;
- Bütün şübhəlilərə azad vəkil seçimi imkanının verilməsi;
- Axtarışların və müsadirələrin müstəqil şahidlərin iştirakı ilə aparılması.
Əlavə olaraq eyd edək ki, Azərbaycan hakimiyyəti ümumiyyətlə ölkədə siyasi məhbusların olduğunu inkar edir. Bakı hətta, Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Christoph Strasser-in bu mandatla ölkəyə gəlməsinə imkan verməyib.
Kristofer Şrasser bu yaxınlarda AzadlıqRadiosuna müsahibəsində bildirmişdi ki, Azərbaycanda azı 58 nəfərin siyasi məhbuslar olduqları güman edilir və onların mümkün qədər tez azadlığa buraxılmasını istəyir. Azərbaycanda kimlərin siyasi məhbus olmaları və onların sayı üstündə insan haqları fəalları arasında da yekdil fikir yoxdur.

İcra olunmayan bircə öhdəlik qalır

Parlament Assambleyasında müzakirəyə çıxarılacaq başqa bir sənəd Azərbaycanın öz öhdəliklərini yerinə yetirməsinə dair məruzədir. Azərbaycan 2011-ci ildə Avropa Şurasına üzv qəbul edilərkən şuranın üzvü olan ölkələr üçün mövcud öhdəliklərdən başqa bir sıra spesifik öhdəliklər də götürüb.
1997-ci ildən indiyədək monitorinq proseduru əsasında Azərbaycan barəsində 10 qətnamə qəbul edilib. Sənəddə bu da qeyd olunur ki, Assambleya “Azərbaycanın mürəkkəb geosiyasi-coğrafi vəziyyətini, davam edən Dağlıq Qarabağ münaqişəsini nəzərə alır və təəssüflənir ki, bu münaqişəyə dair AŞPA-nın, Avropa Parlamentinin və BMT-nin müvafiq qətnamələri indiyədək yerinə yetiliməyib.”
Sənədin 4-cü bəndində Azərbaycanın Avropaya və Avroatlantik strukturlara inteqrasiya arzuları barədə bəyanatları təqdir edilir. Bu da qeyd olunur ki, Azərbaycan Şuraya üzv olduğu vaxtdan bəri təşkilatın aləti olan mühüm konvensiya və sənədlərin, birini çıxmaq şərtilə hamısını imzalanıb və ratifikasiya eedilib. Layihənin 5-ci bəndində Azərbaycandan yerdə qalan həmin sənədin, 2001-ci ildə imzaladığı – Regional və Azlıqların Dillərinə dair Avropa Xartiyasının ratifikasiyası istənilir. Layihədə qeyd olunur ki, Azərbaycan demokratik təsisatların fəaliyyəti üçün bəzi həlledici sahələrdə qanunvericilik bazasının yaradılması yönündə irəliləyiş əldə edib. Məsələn, 2005-ci ildə Ədliyyə Hüquq Şurasının yaradılması bu addımlardan biri kimi təqdir olunur. Sənədin bu bəndində Azərbaycandan Venesiya Komissiyası ilə əməkdaşlıq etməsi istənilir.
Ancaq o da vurğulanır ki, hüququn aliliyi və insan haqlarına hörmət baxımından bəzi qanunların praktikada məhdudlaşdırılması və pozulması insan haqları və qanunun alililiyi baxımından getdikcə daha çox narahatlıq yaradır.

Son 12 ildə bircə dəfə də demokratik seçki nümunəsi olmayib

Ən mühüm maddələrdən biri olan 8-ci maddədə deyilir: “Azərbaycan 2001-ci ildə Avropa Şurasına daxil olduğu gündən bu yana bircə parlament və prezident seçkisini də demiokratik standartlara uyğun şəkildə keçirməyib. Qüsurlar Seçki Məcəlləsindən, seçki komissiyalarının tərtibindən, namizədlərin qeydiyyatı praktikasından, şikayətlərə və müraciətlərə baxılması prosedurlarından qaynaqlanır” – deyə qeyd edən sənəd müəllifləri Bakını çatızmazlıqları gələn seçkilərədək aradan qaldırmağa çağırırlar.
Bu da qeyd olunur ki, bir sıra tanınmış müxalifət partiyalarının nümayəndələri parlamentdə təmsil olunmurlar və yalnız hakim partiya hər hansı fraksiya yaratmaq iqtidarındadır: “Parlamentdən kənarda qalmış müxalifət partiyaları ilə dialoq qurulmur, onların ifadə və sərbəst toplaşma kimi azadlıqları məhdudlaşdlırlır”.
Sənəddə icazəsiz mitinq və aksiyalarda iştiraka görə cərimələrin artırılması, Bakının mərkəzində hər hansı aksiyalara icazə verilməməsinin ciddi narahatlıq doğurduğu qeyd edilir. Assambleya həmçinin Azərbaycanda məhkəmə sisteminin hələ də müstəqil olmaması, bunun da qanunun aliliyi və hakimiyyət qollarının ayrılması sisteminə ciddi əngəl yaratmasından, habelə icra hakimiyyətinin bir sıra mühüm məsələlərdə məhkəmə hakimiyyətinə təzyiqlər etməsindən ciddi narahartlıq ifadə edir.
“Assambleya insan haqları fəallarına və jurnalsitlərə qarşı qondarma cinayət işlərinin açılması barədə beynəlxalq insan haqları təşkilatlarının və QHT-lərin verdiyi məlumatlardan həyəcanlıdır. Bu praktika davamlı şəkildə vicdan məhbusu kimi qiymətləndirilə biləcək şəxslərin həbslərinə yol açır” – deyə sənəddə bildirilir.
Məruzə həmçinin tikinti və yenidənqurma işləri zamanı vətəndaşların mülkiyyət hüquqlarının pozulması barədə beynəlxalq və yerli təşkilatların verdiyi məlumatlardan narahatlıq ifadə edir.

Bakiya yeni çağırışlar

Sənəd yığcam şəkildə deyilərsə, Azərbaycanı aşağıdakı addımları atmağa çağırır:
- Son prezident və parlament seçkilərində beynəlxalq müşahidəçilərin aşkar etdikləri pozuntu və qüsurların aradan qaldırılması, gələn prezident seçkisinədək Seçki Məcəlləsinə Venesiya komissiyasının tövsiyələri əsasında dəyişikliklərin edilməsi;
- Parlamentdən kənarda qalmış müxalifətlə dialoqun qurulması;
- Siyasi partiyaların Nazirlər Komitəsinin Tövsiyələri əsasında maliyyələşdirilməsi və partiyaların maliyyələşdirilməsində korrupsiya hallarının aradan qaldırılması;
- Konstitusiyaya əsasən hakimiyyətlərin bölünməsinin təmin olunması və icra hakimiyyətinə parlametin nəzarətinin tətbiq edilməsi;
- Məhkəmə hakimiyyətinin, xüsusən icra hakimiyyəti ilə münasibətdə müstəqilliyinin təmin edilməsi;
- Hakimiyyət barədə tənqidi mövqedə olan vəkillərə, jurnalistlərə qarşı təzyiqlərdən çəkinilməsi;
- Korrupsiyaya qarşı mövcud qanunvericiliyin tətbiqinin gücləndirilməsi;
- İnsan haqları fəallarına və jurnalsitlərə qarşı vətəndaş cəmityyətində və beynəlxalq birlikdə suallar doğurmuş cinayət işlərinə yenidən baxılması;
- Məhkum edilməsi əsaslı şübhə doğuran məhbusların azad edilməsi üçün bütün mümkün hüquqi alətlərdən istifadə olunması;
- Siyasi məhbus olduqları iddia edilənlərin səhhəti narahatlıq doğurduğu hallarda onların humanizm mülahizələri ilə azad olunması;
- Azərbaycanda siyasi məhbus olduqları iddia edilən şəxslər barəsində Assambleyanın bütün qətnamələrinin yerinə yetirilməsi;
- Polis məntəqələrində iddia olunan işgəncə və pis rəftarın aradan qaldırılması və bu kimi halların dəqiqiliklə araşdırılması;
- Diffamasiya barədə Venesiya komissiyasının tövsiyələri əsasında qanunvericiliyin formalaşdırılması;
- Jurnalsitlərin normal fəaliyyəti üçün şəraitin yaradılması və onlara qarşı hər hansı təzyiqlərdən çəkinilməsi;
- Tənqidi fikir ifadə edən jurnalistlərin və başqa şəxslərin mühakimə edilməsi praktikasına son qoyulması;
- Jurnalist Elmar Hüseynovun və yazıçı Rafiq Tağının qətli ilə bağlı səmərəli istintaqın aparılması və cinayətkarların məsuliyyətə cəlb edilməsi;
- Bakının bir sıra mərkəzi hissələrində etiraz aksiyalarının keçirilməsi üçün həm təşkilatçıları, həm də hakimiyyəti qane edən kompromis həllin tapılması;
- Dinc aksiyalara qarşı aşırı polis zorakılığna son qoyulması;
- Din azadlığı barədə qanunvericiliyin Vernesiya komissiyasının tövsiyələri əsadında yaxşılaşdırılması.
Bu sənədlər Assambleyanın dekabrın 23-də keçirilən iclasında müzakirəyə çıxarılacaq. AzadlıqRadiosunun əməkdaşları Strasbrqdadırlar. Müzakirələrin gedişi və qəbul edilən qərarlar haqqında ətraflı məlumat verəcəyik.
Zülfüqar Rüfətoğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Mən məğlub oldum” – Kristofer Ştrasser

    “Mən məğlub oldum” – Kristofer Ştrasser ...

    24-01-2013, 11:22

  • 
  • Siyasi məhbuslar problemi AŞPA-nın gündəliyinə çıxa bilər

    Siyasi məhbuslar problemi AŞPA-nın gündəliyinə ...

    21-05-2014, 10:26

  • 
  • Siyasi məhbus mübahisəsi

    Siyasi məhbus mübahisəsi ...

    23-12-2012, 10:39

  • 
  • Leyla Yunus: "Ölkədə 38 "vicdan məhbusu" və 97 siyasi məhbus var"

    Leyla Yunus: "Ölkədə 38 "vicdan ...

    23-01-2014, 12:35

  • 
  • Siyasi məhbuslar: Avropa soruşmur, hakimiyyətin yadına düşmür...

    Siyasi məhbuslar: Avropa soruşmur, hakimiyyətin ...

    7-10-2013, 12:01


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu