GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » “İndiki mərhələdə Rusiya Azərbaycana, Gürcüstana, Moldovaya qarşı heç bir addım atmamalıdır”

“İndiki mərhələdə Rusiya Azərbaycana, Gürcüstana, Moldovaya qarşı heç bir addım atmamalıdır”

Tarix: 19-02-2015, 23:18 Bölmə :Manşet Baxış: 0
“İndiki mərhələdə Rusiya Azərbaycana, Gürcüstana, Moldovaya qarşı heç bir addım atmamalıdır”

Asim Mollazadə: “Amerikada Azərbaycanın əhəmiyyətini qeyd etdilər”

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadənin müsahibəsini təqdim edirik.

- Azərbaycan hökumətinin Ukrayna böhranı ilə bağlı olaraq, daha çox Rusiyanın maraqlarından çıxış etdiyi bildirilir. Bu iddianı necə şərh edərsiniz?

- Azərbaycan münaqişlərin həllini istəyir və ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır. Azərbaycan eyni zamanda beynəlxalq ictimaiyyəti Ermənistana qarşı ciddi mövqe tutmağa çağırır. Başqa sözlə, Rusiyaya qarşı sanksiyalar qəbul olunubsa, bundan əvvəl Ermənistana qarşı qəbul edilməlidir. Ermənistanı və Qarabağ münaqişəsini bu prosesdən ayıranda münaqişələrin sayı artır.

- Azərbaycan diplomatiyasının Ukrayna siyasəti doğrudurmu?

- Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. Və bu mövqeni bir neçə dəfə ifadə edib. Azərbaycan xarici siyasətini özü qurur, aparır və bütün ölkələrlə hörmət və əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Azərbaycan həm Amerika, həm Avropa Birliyi, həm də qonşuları ilə bərabərhüquqlu əməkdaşlıq şəraitində fəaliyyət göstərir.

- Siyasi ekspertlər iddia edirlər ki, son zamanlar Azərbaycan üzünü birmənalı olaraq şimala çevirib, Rusiya ilə qədərindən artıq yaxınlaşma içərisindədir...

- Azərbaycan hər zaman Rusiya ilə normal münasibətlər qurmağa çalışır. Azərbaycan bu istiqamətdə irəliyə addım atırsa, biz buna çox müsbət yanaşırıq. Dövlətimiz qonşuları ilə daima əməkdaşlığın tərəfdarı olub və Rusiyada bu istiqamətdə müsbət addımlar atırsa, bu bizim

maraqlarımıza uyğundur. Ancaq Azərbayan üçün əsas məsələ müstəqilliyimizi və ərazi bütövlüyümüz qorumaq və müstəqil siyasətimizi həyata keçirməkdir. Azərbaycan bölgədə stabilliyə maraqlıdır və elə bu səbəbdən də, çox mühüm layihələr həyata keçirir. Azərbaycan əlbəttə, çalışıb vəziyyətdən istifadə edərək Ermənistanı sülhə məcbur etmək istəyir.

- Siz Rusiyadan hər hansı bir təhdid gözləmirsiniz?

- İndiki mərhələdə Rusiya Azərbaycana, Gürcüstana, Moldovaya qarşı heç bir addım atmamalıdır.

- Bir neçə gün əvvəl Amerika səfəriniz olub. Azərbaycan mediasında sizin və həmkarınız Səməd Seyidovun Amerikaya göndərilməkdə əsas məqsədin, arada olan soyuqluğu aradan qaldırmaq məqsədi gütdüyü bildirilirdi...

- ABŞ səfəri Şimali Atlantik Şurasının toplantısında iştirak məqsədi güdürdü. Bundan başqa, “Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu” mövzusunda təşkil olunan toplantıya qatıldıq. Şərq tərəfdaşlığı ilə bağlı keçirilən tədbirdə, həm Avropa Birliyi, həm də Şərq Tərəfdaşlığı proyektində iştirak edən ölkələrin nümayəndələri iştirak edirdi. Bildiyiniz kimi həmkarım Səməd Seyidov, Azərbaycan-Amerika dostluq qrupunun rəhbəridir, məndə bu qrupda təmsil olunuram. Biz həm Konqresdə görüş keçirdik, həm də nümayəndələr Palatasının və Senatın nümayəndələri ilə fikir mübadiləsi apardıq. Eləcə də ABŞ Dövlət Departamentində olduq, Amerika-Azərbaycan strateji tərəfdaşlığı, bu münasibətlərin inkişafına dair müzakirələr apardıq. Bəllidir ki, bölgədə əsas Azərbaycanı maraqlandıran məsələlərdən biri Ermənistanla mövcud olan münaqişənin həllidir. Mən hesab edirəm ki, bu məsələdə Amerika tərəfinin səylərini gücləndirməsi vacibdir. Biz səfər zamanı iyirmi ildən artıq mövcud olan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməməsi, Ermənistanın danışıqları imitasiya etməsi məsələsini qaldırdıq. Ermənistan tərəfi bölgədə dəfələrlə atəşkəsi pozub, təxribat aktları həyata keçirməyə çalışıb. Bununla yanaşı, biz Azərbaycanlı girovların məsələsini Dövlət

Departamentində qaldırdıq, Departamentin bu əsirləri geri almaqda səylərinin artırılmasını istədik, hesab etdik ki, bu səylərin ortaya qoyulmasına ciddi ehtiyac var. Ümumiyyətlə, bölgədəki vəziyyətlə bağlı təhlükəsizlik problemi, Azərbaycanın həyata keçirdiyi enerji layihələri, ölkəmizin şərqlə-qərbi birləşdirən proyektləri diqqət mərkəzində oldu. Amerika tərəfi də bu məsələlərdə Azərbaycanın əhəmiyyətini xüsusilə qeyd etdi. Bununla yanaşı mədəniyyətlərin əməkdaşlığı səviyyəsində Azərbaycanın böyük təcrübəyə malik olduğunu açıqladıq, bir sıra dinlərin nümayəndələrinin nəinki tolerantlıq, hətta əməkdaşlıq şəraitində yaşadığını ifadə etdik.

- Politoloqlar qeyd edirlər ki, Azərbaycanın İranla münasibətlərini düzəltməsi, ABŞ-da qıcıq və narahatlıqla qarşılanır. Bununla bağlı sizə etiraz oldumu?

- Son aylar Amerika İranla münasibətlərini yaxşılaşdırır. Mən bildiyimə görə, Amerika-İran Ticarət Palatası yaradılıb və münasibətlərin bir neçə istiqamətində yumşalma prosesi var. Odur ki, Azərbaycanın hansısa üçüncü tərəflə münasibətlərinin yumşaq olması müsbət qarşılanır. Bununla yanaşı Azərbaycan Amerikanın əsas müttəfiqi olan Avropa Birliyi ölkələri ilə münasibətlərinin inkişafı da böyük məmnuniyyətlə qarşılanır.

- Amerikada Azərbaycanla bağlı hansı narahatlıq var?

- Azərbaycanla fikir ayrılığı olan məsələlər əsasən demokratiya, insan hüquqları və fikir azadlığı ilə bağlıdır. Lakin bu istiqamətdə də bizim fikir mübadiləmiz nəticəsində bir sıra məsələlər aydınlaşdı. Ən əsası heç bir amil Azərbaycan-Amerika münasibətlərinə xələl gətirməyəcək və ölkələrimiz arasında strateji tərəfdaşlıq inkişaf edəcək. Qeyd edim ki, hər hansı bir etiraz, tənqidi münasibət müşahidə etmədik. Əksinə, vurğulandı ki, Azərbaycan Amerika üçün regionda əhəmiyyətli ölkədir.

- Ukrayna mövzusunda nələr düşünülür?

- Bu məsələdə Azərbaycanın mövqeyi Amerikada çox müsbətlə qarşılanır. Azərbaycan BMT-də səsvermə zamanı Ukraynanın ərazi

bütövlüyünü açıq müdafiə etdi. Ümumiyyətlə Azərbaycanın bütün ölkələrin ərazi bütövlüyünə verdiyi dəstək, ABŞ-da xüsusilə qeyd edilir. Səfər zamanı Azərbaycana yaxın olan siyasətçilər, araşdırmaçılarla təmaslarımız oldu, dəyirmi masalar keçirildi. “Vaşinqton Tayms”ın təşkilatçılığı ilə Vaşinqtonda ABŞ Konqresinə məxsus Kapitol Hil Klubunda “Xəzər dənizi hövzəsində geosiyasət: ABŞ-Azərbaycan müttəfiqliyi nə üçün əhəmiyyətlidir?” mövzusunda dəyirmi masada iştirak etdik. Həmin müzakirələrdə Azərbaycanın ABŞ-dakı səfiri Emin Süleymanov, Azərbaycan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və mən çıxış etdim. ABŞ-Azərbaycan münasibətlərinin möhkəm əsaslar üzərində dayandığını qeyd edərək, ölkələr arasında təhlükəsizlik sahəsində aparılan əməkdaşlıq haqda fikirlərimi ifadə etdim. Qeyd etdim ki, Azərbaycan hərbiçiləri müxtəlif vaxtlarda beynəlxalq koalisiyaların tərkibində Balkanlar, İraq və Əfqanıstanda xidmət ediblər, bu gün Azərbaycan əsgərləri Əfqanıstanda Kabul aeroportunu qoruyur. Azərbaycanın həmçinin Əfqanıstanın dirçəlməsinə yönəlmiş fəaliyyətlərə verdiyi töhfə var. Həmçinin əlavə etdim ki, terrorizmi yalnız güc hesabına məğlub etmək mümkün deyil və bu sahədə maarifləndirmə işlərinin aparılması böyük önəm daşıyır. Sizə deyim ki, araşdırma mərkəzlərinin mütəxəssisləri, media nümayəndələri bu məqamları çox yüksək dəyərləndirir.

- Azərbaycan deputatların AŞ PA-da səsvermə zamanı açıq şəkildə Rusiyanın tərəfini tutması, doğurdanmı ABŞ-da və Avropada müsbət qarşılanmayıb?

- Bununla bağlı bir fikrə rast gəlməmişəm. Həm də bilirsiniz ki, artıq mən AŞ PA-da təmsil olunmuram. Mən ABŞ-dan əvvəl Brüsseldə səfərdə olmuşam. Orada Avronest-in toplantısı keçirilirdi, əsasən şərq tərəfdaşlığı məsələsi müzakirə edildi. Mən həm də Belarus üzrə işçi qrupunun toplantısında iştirak etdim. Bu müzakirələrdə fəal iştirak etdik. Belarusun Avropa Birliyinin Şərq Tərəfdaşlıq Proqramında münasibətlərinin istiləşməsinin müşahidə etdim. Əslində mən hesab edirəm ki, Şərq Tərəfdaşlığı zəruri layihədir. Bu layihənin nəticəsində

Avropa Birliyi ilə vizalar sadələşdirilir, təhsil və mədəniyyət sahəsində əməkdaşlığı genişləndirmək imkanları yaranıb. Hesab edirəm ki, bu sahələrdə əməkdaşlıq daha da artacaq. Azərbaycanın Avropa Birliyi ilə enerji təhlükəsizliyinə dair müvafiq sənəd imzalanıb. Hazırda Brüsseldə Azərbaycanın Avropa Birliyi ilə strateji tərəfdaşlıq istiqamətində müvafiq sənədin hazırlanması üzərində iş gedir. Biz Brüsseldə olarkən Azərbaycanın Avropa Birliyindəki səfiri ilə birlikdə Cənubi Qafqaz üzrə dostluq qrupunun toplantısında da iştirak etdik. Və Azərbaycanın mövqeyi, strategiyası haqqında danışdıq. Qeyd etdik ki, Azərbaycan Avropa Birliyi ilə əməkdaşlıqda maraqlıdır. Azərbaycan bu sahədə siyasətini bir qədər fərqli qurur. Ukraynanın daxilində isə, bu sahədə problem əvvəldən də var idi. Məncə, Ukrayna hadisələrini hansısa formada Şərq Tərəfdaşlığı ilə bağlamaq da doğru deyil. Hazırda Ukraynada yaranan durumla bağlı, Amerikan Avropadakı müttəfiqləri ilə ciddi müzakirə aparır və ən azı hərbi əməliyyatların qarşısını almağa çalışırlar. Bununla bağlı ciddi məsləhətləşmələr aparılır. Biz Amerikada olduğumuz müddətdə ,xanım Merkelin ABŞ səfəri başladı. Mən yaxın dövrdə Ukrayna böhranının həll ediləcəyini gözləmirəm. Mənə elə gəlir ki, bu münaqişə Qarabağ, Osetiya, Abxaziya, Dnestriyada olan münaqişələrin məntiqi davamıdır. İndi hər şey beynəlxalq ictimaiyyətin mövqeyindən asılıdır. Bu mövqe ikili standartdan kənarda olmalıdır.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Deputat: “Azərbaycan “Gömrük İttifaqı”na qoşulmayacaq”

    Deputat: “Azərbaycan “Gömrük İttifaqı”na ...

    25-11-2013, 15:05

  • 
  • “Ermənistanı sülhə məcbur edə bilmərik”

    “Ermənistanı sülhə məcbur edə bilmərik” ...

    8-01-2014, 18:15

  • 
  • “Hər hansı bir qüvvə yaratdığı süni problemlərlə Azərbaycan-Amerika tərəfdaşlığının qarşısını ala bilməyəcək”

    “Hər hansı bir qüvvə yaratdığı süni problemlərlə ...

    10-05-2014, 13:37

  • 
  • Asim Mollazadə: “Bu qarşıdurma dünyanın məhvi ilə nəticələnə bilər”

    Asim Mollazadə: “Bu qarşıdurma dünyanın məhvi ilə ...

    6-09-2014, 13:46

  • 
  • XİN sözçüsü xarici jurnalistləri Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırdı

    XİN sözçüsü xarici jurnalistləri Azərbaycanın ...

    18-07-2018, 20:05


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu