GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » “Gənclər şəhəri”nin qocaman problemləri

“Gənclər şəhəri”nin qocaman problemləri

Tarix: 16-03-2015, 11:28 Bölmə :Manşet Baxış: 0
“Gənclər şəhəri”nin qocaman problemləri

Sumqayıtdan Bakıya gedən yolun sonu

Eldar Əzizovun fəaliyyəti onun planlarını alt-üst etdiyi kimi, vəzifə karyerasına da son qoya bilər

Sumqayıtı sovetlər dönəmində “Gənclər şəhəri” adlandırırdılar. Gənc olmasına baxmayaraq, qısa müddət ərzində “ölü şəhər” titulunu da qazanmağı bacarmışdı. Ölkənin əsas sənaye mərkəzlərindən biri olan şəhərin bu günkü vəziyyəti heç də ürəkaçan deyil. Məmur özbaşınalıqları və korrupsiyanın burada hansı səviyyədə olduğunu görmək üçün Sumqayıt haqqında mediyada verilən informasiyalara baxmaq kifayətdir.

2011-ci idən şəhər icra hakimiyyətinə Eldar Əzizov rəhbərlik edir. Onun bu posta gətirilməsi əksəriyyətdə böyük ümidlər doğurmuşdu. Çünki, o buraya gələnə qədər ölkənin digər bir böyük şəhərindən təcrübə toplayıb gəlmişdi. Həm də bu vəzifənin onun üçün bir trampilin olduğu bildirilirdi. Eldar Əzizovun Sumqayıtdakı rəhbərlik dönəminin onun Bakı merliyinə gedən yolunda bir növ “sınaq müddəti” olduğu da vurğulanırdı. Lakin, ötən 4 il müddətində Sumqayıtda görülən işlərə baxdıqda şəhər rəhbərinin bu “imtahandan” heç də uğurla çıxmadığını görmək olar.

Sumqayıtda abadlıq, yoxsa bərbadlıq işləri?

Eldar Əzizov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduqdan sonra şəhər sakinləri elə zənn edirdilər ki, artıq uzun illərdən bəri onları narahat edən problemlər qısa zamanda öz həllini tapacaq, mövcud olan nöqsanlar aradan qaldırılacaq. Lakin bununla bağlı gözləntilər heç də özünü doğrultmadı. Əksinə Eldar Əzizovun gəlişi ilə sumqayıtlıların problemlərinin sırasına yeniləri də əlavə olundu. Xüsusilə, son zamanlar Sumqayıtda aparılan "abadlıq və quruculuq işləri" şəhər sakinlərinin ciddi narazılığına səbəb oldub. Bu “abadlığın” büdcə vəsaitlərinin insafsızcasına talanmasının bariz nümunəsi olması şübhəsizdir. Belə ki, bir müddət öncə bahalı tametlər döşənmiş küçələr yolların genişləndirilməsi adı altında yenidən sökülüb. Maraqlıdır ki, təmirindən qısa müddət keçməsinə baxmayaraq bu yollar yenidən sökülüb. Aparılan işlər isə sakinlərin rahatlığını əllərindən alıb.

Qış fəslinin sona çatmasına ən çox sevinənlər bəlkə də sumqayıtlılardır. Çünki, şəhər rəhbərliyi “qışa hazırıq” desə də, yağan yağış və qar bu vədləri yuyub aparır.

Hər il Sumqayıta dövlət büdcəsindən milyonlarla manat ayrılsa da, bu vəsait yalnız şəhərin mərkəzi küçələrinin təmirinə, bardürlərin və asfalt örtüyünün yenilənməsinə sərf edilir. Ən mənfi tendensiyalardan biri də odur ki, abadlıq işləri mərkəzi küçələrin binalarının fasad və dam örtüyünün yenilənməsindən ibarət olur. Yəni, maliyyə fırıldaqları ilə müşayiət olunan quruculuq işləri kosmetik mahiyyət daşıyır. Şəhərin daxili problemləri isə kifayət qədərdir.

Şəhərdə aparılan abadlıq işlərinin mütləq əksəriyyəti isə yerli sahibkarların, iş adamlarının hesabına həyata keçirilir. Şəhər İcra Hakimiyyəti başçısının

sahibkarlarla yaranan problemləri daima diqqət mərkəzində olub. Əslində görülən işlər konkret şəxslərin vəsaiti hesabına aparılsa da, əvəzində büdcənin milyonlarla vəsaiti “təyinatı üzrə xərclənib”. Şəhər sakinləri qış aylarında soyuqdan əziyyət çəkdiklərini bildirməklə yanaşı, bəzi yaşayış binalarına aid zirzəmilərin su ilə dolu olması səbəbindən (əsasən 1-2 və 5-ci mikrorayonlarda) nəmişlik, üfunət və digər problemlərlə baş-başa qaldıqlarını qeyd edirlər. Sakinlər bildirirlər ki, Eldar Əzizov Sumqayıt şəhərinə icra başçısı təyin ediləndən sonra belə problemlər daha da artıb.

Sumqayıtda bu illər ərzində “torpaq biznesi” xüsusilə tərəqqi edib.

Sakinlərin bildirdiyinə görə, harada uşaq meydançası, idman meydançası, ya da köhnə tikili varsa onları sökürlər. Yerində uşaq bağçasının inşa ediləcəyi barədə şaiyələr yaydıraraq, həmin əraziləri ayrı-ayrı iş adamlarının 14-17 mərtəbəli binalar tikdirməsi üçün "hərraca" çıxarır, əvəzində isə milyonlarla pul qazanırlar. Gənclər şəhərində artıq boş yer tapmaq mümkünsüzdür. Sakinlərin istirahət yerlərinin, boş ərazilərin satılması eyni zamanda “yaşıl terrorla” müşayiət olunur.

Eldar Əzizovun gəlişindən sonra Sumqayıtda ağacların kütləvi şəkildə kəsilməsi prosesinə start verildi. Təbii ki, icra başçısının bunlardan xəbərsiz olmasını zənn etmək ağılsızlıq olardı. Çünki heç kəsdən icazə almadan böyük bir şəhərdə, özü də insanların gözləri qarşısında ağac kəsməyin nə demək olduğunu hamımız bilirik. Gecə ilə yaşıllıqları məhv edib, yerində müxtəlif obyektlər tikirlər. N.Nərimanov prospektini az qala, bank-ticarət prospektinə çeviriblər. Prospekt boyunca son illərdə nə qədər yeni obyektlər peyda olub. Təbii ki, bütün bunların Eldar Əzizovun iradəsindən kənar baş verməsi inandırıcı deyil.

Sumqayıtın “tikinti oliqarxiyası”

Sumqayıtda icra başçısına yaxın şəxslərdən ibarət “tikinti oliqarxiyası” formalaşıb. Şəhərdə aparılan tikinti işlərinin əksəriyyəti məhz onların nəzarətindədir. Bu siyahıda Eldar Əzizovla yaxın münasibətləri olan Aslan Abbasovun adı ilk sırada gəlir. Şəhərdə böyük nüfuza malik olan iş adamı Sumqayıtın demək olar ki, bütün mikrorayonlarında müxtəlif tikinti işləri həyata keçirir. 15 ildən artıqdır hündürmərtəbəli binaların tikintisi ilə məşğul olan Aslan Abbasov geridə qalan müddət ərzində bir xeyli möhkəmlənib, maliyyə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirməyi bacarıb. Bunun əsas səbəblərindən biri də odur ki, icra başçısı sahibkara hər yerdə “yaşıl işıq” yandırıb. Aslan Abbasov ürəyi istəyən yerdə göydələn ucalda bilər. Fərqi yoxdur həmin ərazidə yüzlərlə ağac, yaxud qaraj olsun. Bir gecənin içində yaşıllıqları məhv etməklə yaşayış binasının təməlini qoyur. Əlbəttə, başçı ilə iş adamının münasibətləri qarşılıqlı hörmətə əsaslanır. Uzun müddətdir Sumqayıtda tikinti biznesi ilə məşğul olan sahibkarın gördüyü işlərin keyfiyyət göstəricisi çox aşağıdır. Belə ki, onun tikdirdiyi binalarda tikinti standartlarına, eləcə də əmək qanunvericiliyinin tələblərinə əməl edilmir. Heç bir fəhlənin əmək müqaviləsi yoxdur. Dəfələrlə bədbəxt hadisələr baş verib, amma Aslan Abbasov hamısının üstünü ört-basdır edib. Tikinti işlərində keyfiyyətsiz və ucuz materiallardan istifadə edilir ki, bu yolverilməzdir. Eldar Əzizovun dostu mənzil satışından, habelə digər obyektlərindən ay ərzində külli miqdarda gəlir əldə

edir. Buna baxmayaraq, onun həmin vəsaitdən dövlətin büdcəsinə nə qədər vergi keçirdiyi heç kimə məlum deyil.

“Qəbristanlıq əməliyyatı”

Sumqayıt şəhərində bütün sahələrdə pul əsas rol oynadığından burada qəbir yerləri də vətəndaşlara heç də təmənnasız verilmir. İcra başçısı Eldar Əzizovun əsas kadrlarından hesab olunan Sumqayıt şəhər Mənzil Kommunal İstehsalat Departamentinin rəisi Abid Əliyevin nəzarətində olan qəbristanlıqda qəbir yerləri pulla satılır. Abid Əliyev bundan əvvəl Gəncə Su və kanalizasiya idarəsinin rəhbəri vəzifəsində çalışıb. Həmin illərdə bir sıra neqativ hallara şərait yaradıb. O, indi də eyni əməllərini Mənzil Kommunal İstehsalat Departamentində təkrarlayır. Eldar Əzizov onu özü ilə birlikdə Gəncədən gətirib. Hazırda Abid Əliyevin nəzarətində olan Sumqayıt şəhər qəbiristanlığı Stansiya Sumqayıt-Müşfiq yolunun sağ tərəfində yerləşir. Son 2-3 ilin layihəsi sayılır. Abid Əliyevin tətbiq etdiyi qaydalara görə, qəbristanlıqda yerlər şəhər sakinlərinə təmənnasız verilmir. Sumqayıtlılar iddia edirlər ki, bu qəbristanlıqda qəbir yerləri cüt satılır: ya iki, ya da dörd nəşlik. Ölçülər isə müvafiq olaraq 3m x 3,1m və ya 3m x 6,2m. Hər variantın da öz qiyməti var. Birinci halda, yəni 3m x 3,1m ölçülü yer 250 manata, ikinci halda, yəni 3m x 6,2m ölçülü yer isə 500 manata satılır. Məlumatlara görə, qəbristanlıqda bir yer satılmır, kimsə vəfat edirsə doğmaları məcburən ən azı iki yer almalıdır. Bundan əlavə qəbirin qazılması, üstünün və ətrafının düzəldilməsi də heç də az olmayan xərc tələb edir. Həm də qəbir ətrafının abadlaşması müdiriyyətin əsas şərtlərindəndir. Pulun var, ya yox fərq etməz, ərazi müdiriyyətin tətbiq etdiyi standarta uyğun düzəldilməlidir.

Eldar Əzizovun əhalinin problemlərinə etinasız yanaşması ondan təkcə şəhər sakinlərinin deyil, yuxarı dairələrin də narazılığının artmasına səbəb olub. Qeyd etdiyimiz kimi, Sumqayıtdan Bakıya transfer edilməsini gözləyən Eldar Əzizov etimad limitini bitirmiş kadrlardan hesab olunur. Sumqayıtda yaşanan problemlər Eldar Əzizova olan etimadı azaltdığı üçün Sumqayıt şəhərinin icra başçısının yaxın vaxtlarda işindən azad ediləcəyi gözlənilir. Sumqayıtda həm əhali, həm də sahibkarlarla problem yaşayan Eldar Əzizov artıq yuxarı dairələrdə gözdən düşmüş kadr hesab olunur. Bu səbəbdən də onun yaxın zamanlarda Bakının rayonlarından birinin icra başçısı ilə əvəz olunacağı bildirilir. Artıq Eldar Əzizovun da bundan xəbərdar olduğu bildirilir. Ona göstərilən etimadı doğrultmayan icra başçısı kürsüsünü qorumaq üçün müxtəlif vasitələrə əl atdığı xəbər verilir. Ümumiyyətlə, son zamanlar Sumqayıtdakı sosial-iqtisadi problemlərin əndazəni aşması da icra başçısına qarşı münasibəti kəskinləşdirən səbəblərdən biridir. Şəhərdə gündən-günə dərinləşən problemlər artıq yuxarı dairələrin də diqqətini çəkib. Seçki ilində ölkənin ikinci böyük şəhərində narazılıq dalğasının güclənməsini istəməyən hakimiyyət dairələri etimadı doğrultmayan icra başçısı ilə yolları ayırmaq istəyindədir. Bakı meri olmaq istəyən Eldar Əzizovun ümumiyyətlə vəzifə karyerası sual altındadır. Yaxın zamanlarda müvafiq dəyişikliyin olacağı

gözlənilir. Beləcə iqtidar düşərgəsinin 2015-ci ildə komandadan uzaqlaşdıracağı daha bir şəxsin taleyi həll olunub.

Mustafa
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Eldar Əzizovun "yeni il yığımı"

    Eldar Əzizovun "yeni il yığımı" ...

    7-12-2012, 17:33

  • 
  • Tortları ilə məşhurlaşan icra başçısının Sumqayıtdan uzaqlaşdırılmasının səbəbi məlum oldu

    Tortları ilə məşhurlaşan icra başçısının ...

    3-09-2015, 21:47

  • 
  • Zakir Fərəcov Eldar Əzizovun iki kadrını "vurdu" - Sumqayıt İH-də ilk dəyişikliklər

    Zakir Fərəcov Eldar Əzizovun iki kadrını ...

    7-09-2015, 14:08

  • 
  • Eldar Əzizovun söküntü hazırlığı

    Eldar Əzizovun söküntü hazırlığı ...

    26-08-2013, 11:29

  • 
  • Sumqayıtda E.Əzizovun əlindən eldar şamları nömrələnir

    Sumqayıtda E.Əzizovun əlindən eldar şamları ...

    16-03-2015, 12:29


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu