Quba prokuroru əlinə avtomat alıb dindarları qırmağı arzuladığını deyib
“Xəzər”TV-nin bölgə müxbiri Emin Kərimov sifarişlə gizlicə məlumat oğurladığını etiraf etdi
“Rauf Həbibovun qəbuluna getdim. Ona dedim ki, rayonda vəziyyət gərgindir. O da dedi ki, narahat olma 1-2 nəfəri tutacağıq basacağıq içəri, məsələ həll olunacaq” Prosesdə başlayanda V.Qonaqov vəsatətlə çıxış etdi. O, işdə adı keçə bir neçə şahidin ifadələri dinlənilərkən videoya çəkilməsini istədi. Vəsatət heç bir müzakirəsiz təmin olunmadı.İlk əvvəl məhkəməyə Xaçmaz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi Amil Tahirov dəvət olundu. Şahid baş verənlərlə sərbəst idadə verdi.Məhkəmə prosesinə şahidlərin gəlmədiyindən prosesə fasiləyə verildi .Məhkəmə katibi çölə çıxaraq çayxanalarda şahidləri axtarırdı.Fasilə vaxtı təqsirləndirilən “Xəyal”tv-nin baş redaktoru Zaur Quliyev prosesdə iştirak edən mətbuat nümayəndələrinə müraciət edərək bildirdi ki, “bizə Ombudsmanın xeyri yoxdu.Keçən proseslərdə ona etdiyimiz müraciətdən sonra, bizim əziyyətimiz daha da artıb. Beləki, nə vaxtında yemək verilir, nə də paltarımızı düz əməlli dəyişə bilmirik” Bundan sonra digər təqsirləndirilən şəxs Gülağa Ağayev dövlət ittihamçısına müraciət edərək, bildirdi ki, o, şəkərli diabetdən əziyyət çəkdiyi üçün, pəhrizlə dolanır. “Ancaq ombudsmana məlum müraciətdən sonra bizə gələn yeməkləri qəbul etmirlər.Biz çox acınacaqlı vəziyyətdə qalırıq.” Dövlət ittihamçısı onların şikayətləri ilə məşğul olacaqlarını söz verdi. 40 dəqiqə fasilədən sonra proses davam etdi.Zala “Kanal-13” internet televiziyasının şimal bölgə müxbiri Binəli Tosoyev dəvət olundu. B.Tosoyev ibtidai istintaqa verdiyi ifadəsini təqdiq etdiyini söylədi. Bundan sonra dövlət ittihamçısının suallarını cavablandırdı. Bildirdi ki, məlum müşavirədə iştirak edib, tədbirdən sonra Tariyel İbrahimov deyib ki, başçı bütün kasetləri tələb edib. Lakin onlar kasetləri gizlədərək verməyiblər. Dövlət ittihamçısı: - 26 fevral 2012-ci il tarixdə Tariyel İbrahmov sizi, başqa jurnalistləri icra hakimiyyətinə dəvət edib. Nə məqsədlə çağırmışdılar sizi? - Çağırmıışdı ki, bunu internetə siz yükləmisiniz? Və yaxud kim yükləyib? - Biz də deyirdik ki, biz yükləməmişik, yəni orda olan müxbirlərin hamısı imtina edirdi ki, bunu biz yükləməmişik. Orda and içmə də oldu, söyüş də qoyuldu. Hamı da and içdi, söyüş söydü ki, biz eləməmişik. Heç kim boynuna almırdı ki, bunu mən eləmişəm. - Bəs kimdən şübhələnirdilər? - Vallah biz hamımız biri-birimizdən şübhələnirdik düzü, ancaq bayıra çıxanda hamı bir birinə deyirdi ki, bu “Xəyal”ın işidir. Orda 4 televiziyadan 3 operator olub. İkisi çiyinlə çəkib, biri də “ştativ”lə, bu adi riyaziyyatdı... “Siz şübhələndə Vüqar müəllim nə cavab verirdi sizə” sualına isə şahid bildirdi ki, “mən görmədiyimi, bilmədiyimi deyə bilmərəm ki, bunu kim eliyib. Biz ancaq öz-özlüyümüzdə şübhələnirdik ki, bu ancaq “Xəyal”ın çəkilişidir, ya bunu kiməsə veriblər, ya da bunu oğurlayıblar”. - 27-i fevral 2012-ci ildə Tariyel müəllim sizi icra hakimiyyətinə dəvət edəndə hansı məsələ müzakirə olundu? - Bizi çağırdı dedi ki, sizi başçı çağırır. Nə məsələ olduğunu soruşanda dedi ki, başçı xahiş edir ki, mən o söyüşləri deməmişəm, yəni kimdə varsa bunu çıxardın. Dedim ki, vallah bizdə yoxdu, dedim ola bilər ki, material əvvəl kameradan kompyuterə yüklənir, sonradan çıxarılır, kəsilir zad, dedim ola bilər məndə kompyuterdə qalıbsa, bunu “vostanavit” eliyə bilən adam varsa, verim, bunu “vasstanavit” eləsin. Əgər sizin çıxışınız məndə varsa onu çıxara bilərlər. Onlar da dedi ki, bir nəfər adam var, ancaq Bakıdadı. O bacarır kompyuteri açmağı, ora getmək lazımdı, dedim ki, bunun maddi tərəfi var. Rauf Həbibovun köməkçisi dedi ki, yol xərcinizi mən verirəm. Sən öz maşınınla get, o adam gələcək, tapacaq sənin kompyuterindən çıxaracaq, neyniyəcək. Mən də Emini mindirdim, götürüb apardım Bakıya. Orda bir cavan oğlan gəldi, gəldik Xaçmaz yolunda bir kafeyə girdik, bir tikə çörək yeyək. Verdim Eminə kompyuteri, bunlar 5-6 saat oturdular ki, guya bu kompyuterdən kodla çıxarırlarmı, yoxsa nə bilim, neynirlər. Mənim başım çıxmır kompyuterdən, əvvəllər çıxmırdı. Dedilər ki, kodla bunu çıxarmaq mümkündür. Dedim ki, burda varsa çıxardın da. Axtardılar, çıxarda bilmədilər. Qayıdıb gəldik evimizə, gəldik Tariyelə dedik ki, qardaş vallah bundan çıxmadı heç nə. - Bakıdan gələn yoldaş kim idi? - O, yoldaşı mən sonradan bildim ki, onun adı Vahiddir. Əvvəllər də “Xəyal” da işləyib. -Siz Vahidə bildirdinizmi bunu hansı məqsədlə edirsiniz, axtarırsınız? Məqsəd nədir? -Yox, mən demədim, mən Vahidi tanımırdım axı. -Fevralın 28-i siz konkret “Xəyal TV”-yə getmisiniz? -Vallah tarix yadımda deyil, biz Eminlə “Xəyal TV”nin qabağına getdik, Zaur da ordaydı, elə belə bayırda söhbət elədik. Sonra Vüqar deyəsən yığıncağa getdi, yoxsa necəsə, biz də gəldik. -Siz həmən gün montaj otağına girmisiniz, girməmisiniz? -Yox, yox. -Eminlə Vahid harda olub? -Mən vallah Vahidi görməmişəm,yalan deyərəm. V. Qonaqov: - Necə yəni Vahid səninlə girib də... B.Tosoyev: -Mənimlə girib? Prokuror müdaxilə edir, “yaxşı darıxma, darıxma” V. Qonaqov şahidin yalan danışdığını deyərək bildirir ki, Vahid həmin gün onunla bir yerdə olub. Tərəflərin mübahisəsini hakim sakitləşdirdi. Dövlət ittihamçısı: - Siz harda dayanmısınız, Emin hardaydı? - Mən çayxanadaydım Eminlə, dedi gəl gedək bir “Xəyal TV”yə dəyək. Getdik ora, ordada Zauru gördük, soruşdum ki, Zaur sən də burda işləyirsən? Dedi ki, hə, bir neçə vaxtdır burda işləyirəm. Bir az söhbət elədik, bir nəfər operator da var idi. Dedik ki, bunu kim eləyibsə, bizi də incidirlər. Dəqiqədə ora bura çağırırlar. Sonra bunlar içəri getdi, mən də operatorla dayanıb söhbət elədim, mindim maşınıma, çıxdım gəldim. -Vüqarı icra hakimiyyətinə çağıranda siz televiziyanın inzibati binasına keçdinizmi? -Yox, mən inzibati binaya girməmişəm. -Emin necə? -Vallah fikir verməmişəm. Çünki biz orda söhbət eləyirdik, başımız qarışmışdı. Bəlkə də gedib, bilmirəm. -Vahidi necə, orda görmüsünüz? -Yox, görməmişəm. Biz təzə gəlmişdik, Vüqar gəldi icradan dedi ki, mənə orda qonaqlıq verirlər. Özüynən də bir az söhbət elədik. V.Qonaqov: -Nağıl niyə danışırsan, Zaur heç orda olub ki? Dövlət ittihamçısı: -Siz “Xəyal TV”nin qarşısında dayandız, dayanmadız? - Biz “Xəyal”ın qabağında dayanmışıq, dayandıq bir az söhbət elədik. -Bəs Emin? -Emini bilmək olmur bir dəqiqə burdadı, bir dəqiqə orda. Mənim xəbərim yoxdu. Mənimlə gəlib gəlməyinə... -Bəs səninlə gəlibsə sən onu görürsən axı, səninlə durubsa?! - ... - Deyirsiniz ki, içəri daxil olmadınız, Emin içəri daxil oldu? - Mənə deyin də, yadımdan çıxıb axı. O mənə lazımlı şey deyil ki, mən onu yadımda saxlayım. -Emin içəri daxil oldu, ya olmadı? -Bəlkə də ola bilər, içəri girib, nə bilim… o içəri girib neyniyəcək ki?! -Bir də dəqiqləşdirək, siz baxan rolikdə ancaq Rauf Həbibovun çıxışı idi yoxsa əmlaklarının siyahısı da var idi? 1 mart mitinqinə çağırışlar var idi? -Sözün düzü nə əmlakın siyahısını bilməmişəm, çünki biz o videoya baxanda, onun çıxışı o qədər maraqlı deyildi, altındakı şərhlərə baxırdıq. Orda yazılan söyüşlər var idi. Ondan sonra mən baxmadım, əmlakı var, yoxdu, icra başçısının əmlakı olar da, ay müəllim. -Videonu kim yerləşdirib, nə məqsədlə yerləşdirib bilmirsiz də? -Yox vallah, kim yerləşdirib, nə məqsədlə yerləşdirb, məqsədi aydın oldu da. Sonra camaatı mitinqə çağırırdılar. Deyirdilər, gəlin, bu bizi söyüb, belə eləyib. -1 martda mitinqdə iştirak etmisiniz? -Bəli, izləmişəm. -Orda təqsirləndirilən şəxslərdən kimi görmüsünüz? -Mitinq günü mən özüm çəkirdim. O qədər də orda dəqiq baxmamışam. Elxan müəllimi görmüşəm, bizim tərəfdə dayanıb camaatı sakitləşdirirdi. -Hadisədən sonra heç maraqlanmadınız ki, bunu kim eləyib, kim yerləşdirib? -Vallah hadisədən sonra bizi aparıb incitdilər,qəzetlər yazdı ki, nə bilim biri material satıb, biri belə eliyib, biri elə eləyib. Fakt hamısı bilinir də, yazılıb da. -Rauf Həbibovun məlum çıxışı sizə necə təsir bağışlamışdı? -Çox pis... -Orda çıxış bütün qubalılara aid idi, yoxsa bəzi qubalılara? -Onun birinci hissəsi olsaydı, adam müqayisə edib, bir fikrə gələ bilərdi. Əsli var, ona qulaq asardıq, sonra deyərdik ki, bunu qurub düzəldiblər. Əsli bizim əlimizdə olmadığına görə, bir nəticə çıxarda bilmirik. Deyə bilmərik ki, bu bunu deyib, yoxsa bunlar yalandan eliyib. -Siz o iclasda iştirak etmisiniz axı, bilmirsiz ki, bütün çıxışdı, yoxsa yox? -Bilirsiz biz orda arxada oturub, indi öz aramızda söhbət də eləyirik, kimdi ona qulaq asan ki, bu nə danışır?! Özünüz olamısız elə tədbirlərdə? Kim qulaq asır ki... -Rauf Həbibovun çıxışı nəyə həsr olunmuşdu? -Çıxış əsas dindən idi.Orda bir dənə prokurorun çıxışı var idi ki, aqressiv danışırdı. Yəni mənə avtomat versəydilər , belə eləyərdim, elə eliyərdim...Biz də elə ancaq o dalğanı tutmuşduq. İstədik ondan bir müsahibə alaq, yəni orda söhbət dindən gedirdi ki, niyə görə Quba rayonu başqa emissarlar gəlib burda din pərdəsi altında başqa işlər görür. Sonra çənələri qızışdı, keçdilər ki, torpaqlar belə satıldı, asfalt elə satıldı. Dəqiq yadımda qalmayıb. -Siz ziyalısızsa cəmiyyətdə gedən bütün prosesləri əzbər bilirsiniz. Bilmədiniz orda nə söhbət gedir? -Mənə elə gəlir ki, mən o çıxışa qulaq asırdım, orda bəzi qubalılar deyirdi, əgər bütün qubalılar desəydi, bütün qubanın elitası ordaydı. Prokuror ordaydı, MTN ordaydı, orda elə bir şey olsaydı, bir balaca söz söhbət də yarana bilərdi. Bundan sonra “Xəzər” telekanalının şimal bölgə müxbiri Emin Kərimov məhkəmə zalına dəvət olundu. “İbtidai istintaqa verdiyim ifadəni təsdiq edirəm”- söyləyən şahid məlum müşavirəyə dəvət edildiklərini söylədi: - Bizi icra hakimiyyətindən Tariyel İbrahimov zəng edib həmin müşavirəyə dəvət etmişdi. Ora gecikmişdik. Rauf Həbibovun nə çıxış etdiyini bilmirdik. Tədbirdən sonra Sahib Məmmədov dedi ki, materialı verməyin, verirsizsə səthi verin. Biz də ümumiyyətlə vermədik. Sonradan Buduqda olanda eşitdik ki, internetdə Rauf Həbibovun qubalıları təhqir edən videosu yayılıb. İnternet klubda videoya baxdıq, dumanlı video idi. Həmin videonu kimin yerləşdirdiyini bilmirdik. Vüqar Qonaqov dedi ki, “Regional TV” yayıb. İcra başçısının müavini Sahib Məmmədov dedi ki, videonu kimin yaydığını tapın. Biz əlimizddən gələni etdik ki, tapaq. Mən Rauf Həbibovun yanından proqramçı Vahid İbrahimova zəng elədim ki, bunu müəyyən etmək olar. O da dedi ki Bakıdadır. Telefonu söndürəndən sonra icra başçısı dedi ki, Bakıya Vahidin yanına getmək lazımdır. 100 manat verdi, Binəli Tosayevlə Bakıya getdik. “20 Yanvar”da gözlədik Vahid gəldi. Onunla Xaçmaza gəldik, çayxanada oturduq. O, bizim, mənim, Tosayevin kompyuterlərimizdə həmin çıxışı axtardı, tapmadı. Vahid dedi ki, həmin video “Xəyal TV”də var. Səhər də Vahid “Xəyal TV”yə getdi, zəng edib dedi ki, video var. Mən də dedim ki, artıq videoya ehtiyac yoxdur. Sonra da “Xəyal TV”yə gedib Vahidin fleşə yazdığı videonu götürüb maşına apardım. Orada öz kompyuterimə yazdım. Oradan da aparıb prokurorluğa verdim. Sərbəst ifadəsindən sonra şahid dövlət itttihamçısının suallarına cavab verdi. O, məhkəmədə sirr açmaq istədiyini söylədi: - Fevralın 28-də gecə saat 11-də mən Rauf Həbibovun qəbuluna getdim. Ona dedim ki, rayonda vəziyyət gərgindir. O da dedi ki, narahat olma 1-2 nəfəri tutacağıq basacağıq içəri, məsələ həll olunacaq. Dövlət ittihamçısının suallarına cavab olaraq şahid bildirdi ki, Rauf Həbibov onu mükafatlandıracaqmış: “İcra başçısı demişdi ki, kim həmin videonu tapıb versə ona mükafat verəcək. 1 mart hadisələri oldu, Rauf Həbibov çıxdı getdi” Bu zaman zaldan “bunun rüşvətini niyə vermədiz” sualı eşidildi. Sonrakı suallara cavab olaraq şahid dedi ki, Rauf Həbibovun çıxışını fevralın 28-də gecə saat 11-də görüşərkən ona da verib. Köməkçisi Emildən onun “Xəyal TV”nin kompyuterlərinə daxil olması haqda Milli Təhlükəsizlik Nazirliyinin xəbərinin olub-olmamasını da soruşub. Emil isə bölgə müxbirinə “xəbərləri var” cavabını verib. Şahid dedi ki, onun gizli şəkildə “Xəyal TV”nin kompyuterlərinə girib oradan məlumatları götürüb prokurorluğa, Rauf Həbibova verməsini başqalarının bilmədiyini düşünüb. Sonradan isə bilib ki, onun bu hərəkətləri haqda çoxları məlumatlı olub. E.Kərimov hərəkətlərini dövlətə xidmət adlandırdı. Vəkillər isə dövlətə xidmət etdiyini iddia edən şahiddən Rauf Həbibovdan 600 manat pulu niyə aldığını sual etdilər. E.Əliyevin vəkili Kamandar Nəsibovun “dövlətə xidmətə görə rüşvət alırlar” sualına şahid cavab vermədi. Vəkillər şahidin “Xəyal TV”nin kompyuterindən məlumat götürüb prokurorluğa, R.Həbibova ötürməsini oğurluq adlandırdılar. Sonrakı sual-cavab zamanı məlum oldu ki, Rauf Həbibovun göstərişi ilə Bakıya B.Tosayevlə gedən E.Kərimov orada V.İbrahimovla görüşərək Xaçmazda fahişəxana kimi tanınan kafeyə gediblər. Şahidə təqsirləndirilən Z.Quliyev də sual verdi. Dedi ki, E.Kərimov onun şagirdi olub: - Sən bu şərəfsizliyi harada öyrəndin? - ... Dövlət ittihamçısı isə məhkəmədən sualın çıxarılmasını istədi.
Növbəti şahid hazırda işsiz olan, o dövrdə “Xəyal TV”nin montajçısı işləmiş İslam Aslanov oldu. O, bildirdi ki, R.Həbibovun çıxışını V.Qonaqovun göstərişi ilə diskə yazıb. Bundan sonra V.Qonaqov həmin videonu kompyuterdən silməsini ona tapşırıb. O da tapşırığı icra edib. Sonradan həmin diskin kimə verildiyini bilməyib: - Fevralda Zahir Kərimovla Vahid İbrahimov gəlib mənim kompyuterimdə nəsə yazıdı. Baxdım ki, icra başçısının çıxışıdır. Təəccübləndim ki, həmin çıxışı mən kompyuterimdən silmişdim. Məətəl qalmışdım ki, həmin çıxış mənim kompyuterimdə necə peyda oldu. Vahid İbrahimov tapşırdı ki, bu haqda heç kimə demə. Sonradan da bu hadisələr oldu, mənim də yadımdan çıxdı, Vüqar Qonaqova bu haqda demədim. Şahid vəkil Elçin Sadıqovun suallarına cavab olaraq bildiri ki, təqsirləndirilən Zaur Quliyev kompyuter proqramlarından istifadə edə bilmir, yazıları da qələmlə yazır. Onun kompyuterində Vahid İbrahimovun işləməsindən sonra peyda olan “Zaur, girmək olmaz” papkası da Zaur Quliyevə deyil, reklam meneceri Zaur Mustafayevə məxsus olub. Həmin papkada reklam çarxlarının videoları ilə yanaşı Rauf Həbibovun qubalıları təhqir etdiyi müşavirənin videoyazısı da olub. Növbəti şahid Zaur Mustafayev oldu. Hazırda “Xəyal TV”nin icraçı direktoru olan Z.Mustafayev vaxtilə televiziyada reklam meneceri vəzifəsində çalışıb. O, “Zaur, girmək olmaz” papkasının ona aid olmadığını, həmin papkanın kimin yaratmasından xəbərsiz olduğunu söylədi. V.Qonaqov isə həmin papkanın Zaur Mustafayevin 2011-ci dekabrın 18-də növbətçi olduğu gün yaratdığını məhkəmənin diqqətinə çatdırdı. Bildirdi ki, həmin gün o, maşın alıb və Zaur Quliyevin yaşadığı Çartəpə kəndinə gedib. Zaur Mustafayev isə işdə olub və həmin papkanı yaradıb. V.Qonaqov bildirdi ki, 1 mart hadisələrindən sonra Z.Mustafayev Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb, orada 5 gün saxlanılıb. Z.Mustafayev bunu inkar etməyə çalışsa da, E.Əliyevin “mən səni orada görmüşəm” sözlərindən sonra V.Qonaqovun dediklərini in kar etməyib. Proses bu gün 11:00-da davam etdiriləcək.
Sorğu
Yeni dizaynımız necədir?