GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Namiq Məmmədov Gədəbəyi faciyələr diyarına çevirib

Namiq Məmmədov Gədəbəyi faciyələr diyarına çevirib

Tarix: 17-09-2015, 15:54 Bölmə :Manşet Baxış: 0
Namiq Məmmədov Gədəbəyi faciyələr diyarına çevirib

Baş verən hadisə nəticəsində dünyasını dəyişən Musa Qasımovun evi darmadağın olduğundan, bu gün yağış suları altında qalan ev və içərisindəki əşyalar olduqca bərbad haldadır

Gədəbəy ölkəmizin ucqar rayonlarından biri olduğu üçün, bu rayonda baş alıb gedən həngamələrin, tüğyan edən sosial problemlərin nə həddi, nə də ki, hüdudu var. Ümumilikdə götürdükdə isə onu qeyd edə bilərik ki, baş verən olayların “flaqmanı” rolunda əksər vəzifə sahibləri, o cümlədən rayonun Maliyyə İdarəsinin müdiri Namiq Məmmədov, Z.Əliyeva adına Mərkəzi Rayon Xəstəxanasının “əbədi və əzəli” baş həkimi Ramiz Pirverdiyev, ən əsası isə icra hakimiyyətinin başçısı Ramiz Yediyarovla bərabər, digər vəzifə sahibləri də mühüm rol oynayırlar.

Maliyyə “şefi”nin söz sahibi olmasına səbəb nədir?

Məsələn, məlumatlı mənbə bildirir ki, Namiq Məmmədov olduqca strateji bir sahəyə rəhbərlik etdiyindən, bu gün o, rayonda əsas fiqurlardan birinə çevrilib. Yəni, istər kadr təyinatında, istər maliyyə mənimsəmələrində, istərsə də bəzi vəzifə sahiblərindən fərqli olaraq, müxalifət təmsilçilərinə “canyananlıq” etməsinə görə də, o, rayonda xüsusi ad da çıxarıb. (gundemxeber.az) Mənbə bildirir ki, Namiq müəllim hələlik adını çəkmək istəmədiyimiz müxalifət təmsilçisinə, şəhərin Heydər Əliyev prospektində, hansı ki, bir və iki saylı binaların yaxınlığındakı zibilxananı təmizlətdirməklə 4 sot torpaq sahəsini “pay-püş” edib. Verilən məlumatda o da bildirilir ki, qeyd olunan ərazidə 1 sot torpaq sahəsi 3-4 min manat həddində qiymətləndirilir. Maliyyə “şefi”nin belə bir addımı sakinlər arasında kütləvi narazılığa səbəb olsa da, Məmmədov Yediyarov ittifaqının qüdrəti hər cür narazılığın qarşısını ala bilir.

Namiq Məmmədov Səkinə xanıma vəzifəsini daşımaq üçün niyə dəstək verir?

Rayonun mərkəzi xəstəxanasında baş verənlərdən bəzilərinin də, Namiq Məmmədovun dəstəyi ilə “yoluna” qoyulması, bu gün Gədəbəydə daha çox müzakirə olunan mövzulardan birinə çevrilib. Belə ki, xəstəxanada maliyyə mənimsəmələri barəsində hansı mətbu orqanda açıqlama işıq üzü görürsə, dərhal maliyyə “şefi” lazım olan “rıçaqlarını” işə salıb, qeyd olunan açıqlamaların qarşısını ala bilir. (gundemxeber.az) Çünki, verilən məlumatda o da bildirilir ki, xəstəxananın baş mühasibi vəzifəsini daşıyan Səkinə xanım ali təhsilli kadr olmadığından, ona daşıdığı vəzifəsində qalmaq üçün Namiq müəllimin dəstəyi kifayət edir.

Ümumiyyətlə, xəstəxanada baş alıb gedən maliyyə mənimsəmələri Namiq müəllimlə Səkinə xanımın işbirliyi sayəsində baş tutduğundan, ikinci tərəf də kifayət qədər var-dövlətə malik olan şəxslərdən biri hesab olunur. Məlumatı verən mənbə bildirir ki, baxmayaraq ki, Səkinə xanım xəstəxananın baş mühasibdir, bu gün onun Bakıda, Tərtərdə, elə Gədəbəyin özündə dəyəri yüzminlərlə qiymətləndirilən əmlakı, həyətində isə 3-4 ədəd bahalı maşını var. (gundemxeber.az) O halda sual oluna bilər ki, yazılanlar həqiqət deyilsə, bəs bu qədər var-dövlət hardandır? Xəstəxanaya üz tutub “UZİ”-dən keçmək istəyənlərin də istəkləri, Səkinə xanım tərəfindən həyata keçirilir. Belə ki, o, hər dəfə “UZİ”-dən keçmək istəyənlərdən 20 manat almaqla, büdcəsini gündəlik formalaşdıra bilir.

Əldə etdiyimiz başqa bir məlumatda o da bildirilir ki, mərkəzi xəstəxana rəhbərliyinin yerli sakinlərə qənim kəsilmələri də, bu gün çoxsaylı sakinləri çıxılmaz duruma salıb. Belə ki, onlar adicə rentgendən keçmək üçün Şəmkirə, Gəncəyə, Bakıya və digər ünvanlara üz tutmağa vadar olurlar. Buna səbəb isə, mərkəzi xəstəxananın rentgen aparatındakı linzanın, Bakı şəhərində fəaliyyət göstərən özəl klinikalardan birinə satılmasıdır.

Gədəbəyin MRX-sı müalicə müəssisəsidir, yoxsa alverxanadır?

Gədəbəydə Ramiz Pirverdiyevin rəhbərlik etdiyi xəstəxananın müalicə mərkəzinə deyil, daha çox bazarxanaya bənzəməsinin kökündə, tətbiq olunan idarəçiliklə bərabər digər amillərin də varlığı əsas səbəblərdəndir. Məsələn, baş verənlər haqda məlumatları redaksiyamıza təqdim edən mənbə bildirir ki, ölkə rəhbərinin tapşırığı əsasında bir müddət bundan əvvəl, sakinlərlə bölgədə görüş keçirməyə gedən səhiyyə naziri cənab Oqtay Şirəliyev, Z.Əliyeva adına Gədəbəy rayon Mərkəzi Xəstəxanasıda 11 dəqiqə olduqdan sonra, teztələsik xəstəxananı tərk edib rayonun Slavyanka kəndindəki istirahət mərkəzinə üz tutur. (gundemxeber.az) Həmin gecə istirahət mərkəzində istirahətini edən Oqtay Şirəliyevin sakinlərlə görüşü baş tutmadığından, bu gün də atılan addım sakinlər arasında müzakirə olunmaqdadır. Təəssüf doğuran hal o olur ki, əvvəla sakinlərlə nazirin görüşü baş tutmur. Belə bir görüş baş tutsaydı, o halda Gədəbəyin mərkəzi xəstəxanasını bazarxanaya çevirən, xəstələrə verilməli olan dərmanları, ərzağı və.s-ni “xırıd”

edən Ramiz həkimlə bağlı giley-güzarlarını, bəlkə də nazirə çatdıran tapılacaqdı. Nazirin bölgəyə səfəri zamanı sakinlər uduzsa da, udan isə Slavyanka kənd xəstəxanasının rəhbəri Səyyar həkim olur. Çünki onun müalicəyə göndərilməsi üçün, nazir tərəfindən müvafiq tapşırıq verilir.

Ehtiyatda olan zabitin qanı niyə batırılır?

Son aylar Gədəbəydə baş verənlər olaylar içərisində, silahlı qüvvələrimizin ehtiyatda olan zabiti, DQ müharibəsi veteranı, kapitan Qasmov Musa Heydər oğlunun dünyasını dəyişməsi, bu gün də hər kəsi sarsıdır. Çünki, onun ölümü ilə bağlı məlumatları əldə edərkən o da məlum oldu ki, 23 may 2015-ci il tarixdə Gədəbəydə kanalizasiya işlərini yenidən quran şirkətin əməkdaşları, rayonun şəhid Vahid Rüstəmov adına küçəsində qazıntı işləri apararkən, Əliyev Yusif Duman oğlunun evinə gizli yolla çəkilmiş mavi qaz boru xəttini təsadüf nəticəsində partladırlar. (gundemxeber.az) Baş verən hadisədən sonra Musa Qasımov, Gədəbəy rayon Qaz İstismarı Sahəsinin rəisi Məzahir Hüseynova baş verən hadisə ilə bağlı məlumat versə də, o, problemin həll olunacağına söz verir. Amma vaxt keçir, o, verdiyi vədinə əməl etmir. Musa Qasımova məxsus ev partladılmış mavi qaz xəttinə yaxın olduğundan, evdə mavi qazın yandırılması çox keçmir ki, əsl faciəyə çevrilir. Belə ki, partlayışdan ev tamamilə darmadağın olur və ağır yanıq xəsarəti ilə Bakıya çatdırılan Musa Qasımovun vəziyyəti isə, günü-gündən ağırlaşır. Və çox keçmir ki, o, dünyasını dəyişir.

Mərhumun ölümündə birbaşa günahkar olan qaz istismarı idarəsinin rəhbərliyi ilə bərabər, kanalizasiya xətlərinin yenidən qurulmasını həyata keçirən şirkət rəhbəri Elxan adlı şəxs də, bu gün istintaqdan yayına bilirlər. Bu haqda məlumatı verən Qasımova Həqiqət Qədir qızı (mərhumun həyat yoldaşıdır) bildirir ki, qeyd olunan şirkətə “İslam İnkişaf” bankından 59 milyon manat vəsait ayrılıb ki, həmin vəsaitin müəyyən hissəsi ilə şirkət rəhbərliyi hüquq-mühafizə orqanlarını “susdura” bilıir. Gədəbəy rayon Qaz İstismarı Sahəsinin rəisi Məzahir Hüseynovun da, xeyli miqdarda xərcə düşdüyü bildirilir.

Baş verən hadisədən sonra məsuliyyətdən yayınmağa çalışanlar ilk öncə cəhd edirlər ki, gizli yolla çəkilmiş və partladılmış 82 metr uzunluğunda olan mavi qaz boru xəttini qaranlıqda kəsib götürsünlər. Məqsədləri izi itirmək və qeyd etmək ki, ev qaz sızması, yaxud da digər səbəblər üzündən partlayıb. (gundemxeber.az) Amma, onların cəhdi uğursuzluğa düçar olur. Çünki, boru xəttini kəsmək istəyənləri mərhum Musa Qasımovun oğlu görür və qarşı tərəfə məqsədlərini gerçəkləşdirməyə imkan vermir. Mərhumun həyat yoldaşına isə prokurorluqdan bildirilir ki, “bir az gözləyin, hələ ki, işin istintaqı davam etdirilir”. Aylar uzunu belə bir cavabın verilməsi isə, baş aldatmaqdan başqa bir şey deyil.

Dünyasını dəyişən Musa Qasımovun evi darmadağın olduğundan, bu gün yağış suları altında qalan ev və içərisindəki əşyalar olduqca bərbad haldadır. Buna səbəb, əmələ gələn olayla bağlı məsuliyyət daşıyan qurum rəhbərlərinin evin təmiri ilə bağlı cəhd göstərməməsi və baş verənlərə biganə yanaşmalarıdır.

Bəli, bütün bunlardan sonra kim deyə bilər ki, Gədəbəydə haqq-ədalət var? Yəqin ki, belə bir sualın özü, hal-hazırda rayonda yaşanan mənzərənin varlığını, birdə ki, haqq-ədalətin “qeybə” çəkilməsinə bir işarədir.

Mətləb

gundemxeber.az

Namiq Məmmədov Gədəbəyi faciyələr diyarına çevirib
Namiq Məmmədov Gədəbəyi faciyələr diyarına çevirib
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Gədəbəydə Namiq Məmmədov qeyri-adi vəzifə sahibi hesab olunur

    Gədəbəydə Namiq Məmmədov qeyri-adi vəzifə sahibi ...

    10-09-2015, 22:26

  • 
  • Əli Abdullayev danışarkən, Namiq Məmmədov niyə susub?

    Əli Abdullayev danışarkən, Namiq Məmmədov niyə ...

    20-10-2015, 18:21

  • 
  • Gədəbəydə İH-i fəaliyyətsiz bir quruma çevrilib

    Gədəbəydə İH-i fəaliyyətsiz bir quruma çevrilib ...

    1-08-2016, 22:45

  • 
  • Samir Şərifovun başı üzərindən talanan milyonlar

    Samir Şərifovun başı üzərindən talanan milyonlar ...

    8-01-2016, 18:25

  • 
  • Gədəbəydə zülmün və rəzalətin əmələ gətirdiyi fəryad

    Gədəbəydə zülmün və rəzalətin əmələ gətirdiyi ...

    20-03-2016, 00:50


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (380)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu