GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Sabunçuda MTN generalının qardaşı oğlu “at oynadır”

Sabunçuda MTN generalının qardaşı oğlu “at oynadır”

Tarix: 20-11-2015, 18:39 Bölmə :Manşet Baxış: 0
Sabunçuda MTN generalının qardaşı oğlu “at oynadır”

Adil Vəliyev: “Mən MTN–nin generalı olan Nizaməddin Həmidova görə, qardaşı oğlunu işindən uzaqlaşdıra bilmirəm”
İctimai həyatımızda yüksək çinli vəzifə sahiblərinin, onların övladlarının, qohumlarının, yaxın çevrələrinin hərəkət və davranışları, hər zaman daha çox müzakirə olunan məsələlərdən biri olub. Buna səbəb o amillər olub ki, hakimiyyət strukturlarında çalışan bəzi vəzifə sahibləri, əksər hallarda daşıdıqları vəzifəyə güvənərək minbir qanunsuzluqlara da qol qoyublar. Düzdür, belə bir olaylar öz-özlüyündə xoşagəlməz hal olsa da, reallıq budur ki, bu cür hallar ara-sıra baş verməkdədir. Bəzi hallarda isə, vəzifə sahiblərinin övladları da, yaxın qohumları da oxşar addımlarını atmaqdadırlar. Bu da çox keçmir ki, ictimai qınağa, tam əksəriyyətin müzakirə etdiyi mövzulardan birinə də çevrilir.
Onu da qeyd edək ki, hələ 12 fevral 2013-cü il tarixdə ölkə rəhbəri cənab İlham Əliyev, məmurların harınlaşmış, ərköyün ödladlarının qudurğan
hərəkətləri ilə bağlı 2013- cü ilin fevralın 12-də Bakı Biznes Mərkəzində keçirilən və 2009-2013-cü illəri əhatə edən sosial-iqtisadi inkişafa dair “Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında vurğulamışdı ki, “vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların güvəndiyi adamları vəzifəyə mən təyin etmişəm, mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası da işdən qovulacaq”. Bəli, belə bir yanaşma dəfələrlə dövlət başçısı tərəfindən nümayiş etdirilsə də, təəssüflər olsun ki, hələ də verilmiş tapşırıqlara məhəl qoymayan, insanları təqib və təhqir edən, döyən, söyən, lazım bildikdə evlərini başına uçurdan vəzifə sahibləri və onların yaxın çevrəsi, bu gün də belə bir addımlarını atmaqdadırlar. Belə bir olaylar haqda “Gündəm Xəbər”i məlumatlandıran mənbə bildirir ki, hal-hazırda MTN-nin generalı olan və nazirliyin maddi-texniki təminat baş idarəsinin rəisi vəzifəsini daşıyan Nizaməddin Həmidovun qardaşı oğlu Omarəddin Həmidov da, belə şəxslərdən biridir. Məlumatlı mənbə bildirir ki, Omarəddin Həmidov Sabunçu rayon İcra Hakimiyyətində vəzifə daşımaqla bərabər, əmisi Nizaməddin Həmidovun biznesini də idarə edir.
Daşıdığı vəzifəsinə gəlir mənbəyi kimi baxan icra rəsmisinin, bu gün bir neçə bahalı avtomobili var ki, həmin avtomobillərdən də bəzisinin ən azından 180 min manat qiyməti var. Bundan əlavə icra hakimiyyətinin işçisi olan Omarəddin Həmidov, hal-hazırda dövlət nömrəli avtomobildə gəzir, hansı ki, həmin avtomobilin icra hakimiyyəti aparatına heç bir aidiyyəti də yoxdur. Sabunçu rayonu ərazisində qanunsuz tiklilərə nəzarət edən bu şəxs, hər tiklidən “haqq-hesab” aldıqdan sonra qanunsuz inşa olunan tiklilərə göz də yumur. Hələ bir müddət bundan əvvəl o, rayonun Bakıxanov qəsəbəsinin Anaşkin küçəsində Bəxtiyar adlı sakindən ev tikməsinə icazə verilməsi üçün 7 min manat pul alır və az sonra onu aldatmağı da bacarır. İcra hakimiyyəti aparatına şikayətə gedən Bəxtiyar və onun timsalında bir neçə nəfər sakin isə, çox keçmir ki, icra başçısı tərəfindən qəribə bir cavabla da qarşılanırlar. Başçı şikayətçilərə bildirir ki, “işçimin əməllərindən mən də xəbərdaram, amma MTN-nin generalı olan Nizaməddin Həmidovdan keçə bilmədiyimə görə, qardaşı oğlunu işindən uzaqlaşdıra bilmirəm”.
“Gündəm Xəbər”i məlumatlandıran mənbə onu da bildirir ki, generalın qardaşı oğlu bir neçə gün bundan öncə Maştağa qəsəbəsi ərazisində yaşayan 2-ci qrup Qarabağ əlili İsrafil Əsgərovun döyülməsinə və yaşayış evinin qanunsuz olaraq uçurdulmasına da şəxsən rəhbərlik edir. Omarəddin Həmidov bu cür addımlarını atsa da, MTN-nin generalı olan əmsinin sayəsində o, üzləşə biləcəyi hər cür təhlükədən də sovuşa bilir.
Sabunçu rayon İcra Hakimiyyəti Aparatı, memarlıq və tikinti şöbəsinin işçisi olan Omarəddin Həmidovun qanunsuzluğa söykənən əməlləri təkcə bunlarla yekunlaşmır. Yəni, rayon ərazisində fərdi yaşayış evlərinin tikintisi üçün kim ona “haqq-hesab” çatdırmırsa, çox keçmir ki, həmin şəxslər təqibə, təzyiqə, hədə-qorxuya tuş gəlirlər, hətta tikmiş olduqları evləri də uçurdulur. Verilən məlumatlarda o da bildirilir ki, Sabunçu rayonu ərazisində MTN-nin generalı 20-dən çox fərdi yaşayış evlərini tikdirərək, qardaşı oğlunun vasitəsilə kimlərəsə də satdırır. Eyni zamanda onun Bakı şəhərinin mərkəzində ticarət obyektləri və bir neçə villaları da var. Maraqlı hal odur ki, MTN-də “yarpaq tökümü” baş versə də, hansısa səbəbdən Nizaməddin Həmidova bu gün də bir kimsə nəsə demir. Axı, Nizaməddin Həmidova arxayın olan qardaşı oğlu və digər qohumları, hal-hazırda da minbir hoqqalara qol qoymaqdadırlar. Diqqəti o məqama da yönəldək ki, nazirliyin maddi-texniki təminat baş idarəsinə rəhbərlik edən Nizaməddin Həmidov, dövlətin MTN-nə ayırdığı vəsaitə birbaşa nəzarət etdiyindən, o, bu gün külli miqdarda var-dövlətə malik vəzifə sahiblərindən biri də hesab olunur. Bir anlığa fikir verək ki, əgər MTN-i generalının qardaşı oğlu bu gün 180 min manatlıq avtomobil sürürsə, o halda görəsən generalın özünün idarə etdiyi avtomobilin qiyməti neçəyə olar?
P.S. Növbəti sayımızda MTN generalının biznes əlaqələrindən, villalarının sayından, ticarət obyektlərinin varlığından, eyni zamanda Sabunçu rayon İcra Hakimiyyəti, memarlıq və tikinti şöbəsinin işçisi olan qardaşı oğlu Omarəddin Həmidovun, bu günədək törətdiyi başqa-başqa cinayət əməllərindən bəhs etməyə və bunlarla bağlı geniş ictimaiyyəti də məlumlandırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.

“Gündəm Xəbər”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “Gündəm Xəbər” xaker hücumuna deyil, vəzifə sahiblərinin hücumuna məruz qalıb--ŞOK OLAY

    “Gündəm Xəbər” xaker hücumuna deyil, vəzifə ...

    18-02-2018, 21:48

  • 
  • Əhəd Abiyevin qohumlarına yüksək vəzifə verildi

    Əhəd Abiyevin qohumlarına yüksək vəzifə verildi ...

    17-02-2013, 12:49

  • 
  • “HVMHM” MMC-nin Ağstafa filialında, rəhbərlik minbir qanunsuzluqlara qol qoyur

    “HVMHM” MMC-nin Ağstafa filialında, rəhbərlik ...

    26-10-2015, 21:37

  • 
  • ŞOK XƏBƏR - Gəncədə məmur cinayətdən yayınır

    ŞOK XƏBƏR - Gəncədə məmur cinayətdən yayınır ...

    30-11-2015, 16:10

  • 
  • Sabiq MTN generalının aqlaylı it damı

    Sabiq MTN generalının aqlaylı it damı ...

    30-03-2016, 17:54


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu