GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Gədəbəyli sahibkarlar “od püskürdü”

Gədəbəyli sahibkarlar “od püskürdü”

Tarix: 30-11-2015, 15:57 Bölmə :Manşet Baxış: 0
Gədəbəyli sahibkarlar “od püskürdü”

Rayonda tətbiq olunan ifrat idarəçilik, çoxsaylı sakinləri ayağa qaldırır

Bu gün dövrü mətbuatda daha çox sosial problemlər məngənəsində boğulan, sadə sakinlərinə divan tutulan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarları gözümçıxdıya salınan Gədəbəy rayonu haqda silsilə tənqidi məqalələr işıq üzü görməkdədir. Rayonda tətbiq edilən ifrat idarəçilik, bir daha onu söyləməyə əsas verir ki, Ramiz Yediyarov icra başçısı təyin olunduqdan sonra, sanki bütün sahələrə nəzarət bir əldə cəmləşdi. Əslinə baxsan bunun da bir çox səbəbləri var ki, bu səbəblər içərisində Ramiz Yediyarovun xarakterik xüsusiyyətinin göstəriciləri, daha çox gəlir əldə etmək istəyinin varlığıdır.
Diqqəti bir məqama da yönəldək ki, Gədəbəyin tarixində bu günə qədər neçə-neçə rəhbər şəxslər olublar. Düzdür, onlardan hər biri Gədəbəydə müəyyən mənada iz də qoyublar. Kimisi gədəbəyli olmasa da qurub yaradıb, kimisi də olanı vurub dağıdıb. Yəqin ki, Ramiz Yediyarovun adı da, Gədəbəyin bugünkü tarixinə vurub dağıdan rəhbər şəxs olaraq yazılacaq. Həmin şəxslərdən tam əksəriyyəti gədəbəylilərə zaman-zaman hörmətlə yanaşıblar, onların qürurlu adları ilə də öyünüblər. Amma, bu gün rayona rəhbərlik edən Ramiz Yediyarov, gədəbəyliləri dilənçi adlandırır, onları bu yolla alçatmaqdan da çəkinmir. Amma, bir həqiqəti dərk etmir ki, hələ sovet dönəmində də bəlkə Gədəbəy rayonu yeganə rayon olub ki, ərazisində bir kimsə dilənçiliklə məşğul olmayıb.
Əslinə baxsan bu cür yanaşma, heç bir vəzifə sahibinə yaraşmayan yanaşmadır. Amma, nə etmək olar! Bu gün Gədəbəydə icra başçısı vəzifəsini daşımaqla, polisin, digər hüquq-mühafizə orqanlarının gücünə arxayın olan bu şəxs, nəinki atdığı addımlara, hətta danışdıqlarına da fikir vermir.
Bütün bu kimi addımlarının nəticəsidir ki, bu gün Ramiz Yediyarov idarəçiliyinə qarşı rayon sakinlərinin narazılığı durmadan artır, obyektləri darmadağın edilmiş sahibkarların ara-sıra Prezident Administrasiyasına yürüşləri də baş tutur. Buna səbəb onlara məxsus obyektlərin heç bir məhkəmə qərarı olmadan, dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsi olmadan sökülmələridir. Məsələn bir-iki gün bundan öncə redaksiyamıza üz tutan və Gədəbəy şəhəri Nizami küçəsi ev-42 ünvanında yaşayan Abdullayev Rusif Əli oğlu bildirir ki, “1997-ci ildə mərhum atam Əli Abdullayevə 5x12-ə, yəni 60kvm olan torpaq sahəsinin verilməsi barədə, Gədəbəy icra İcra Hakimiyyətinin başçısı olmuş Ramiz Bağırov 258 nömrəli sərəncamı imzalayır. Ayrılmış torpaq sahəsinə aid sərəncamda göstərilir ki, həmin ərazidə kafe və mağaza tikilə bilər. Elə ki, 60kvm-lik sahədə mağaza və kafe tikilib başa çatdırılır, həmin obyektə bitişik 14x12,5=168,5kvm-ə yaxın torpaq sahəsi də, 30 aprel 1999-cu il tarixdə icra başçısı tərəfindən Əli Abdullayevə 62 saylı sərəncam əsasında verilir. İkninci dəfə verilmiş sərəncam əsasında, inşaası başa çatdırılmış obyektin 2-ci və 3-cü mərtəbələrində də tikinti işləri başa çatdırılır. Elə ki, tikinti işləri tam başa çatdırılır, həmin obyektə dair sənədlər Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 31 may 1994-cü il tarixli 4/9 saylı qərarı ilə də təsdiq edilir.
Onu da qeyd edim ki, Heydər Əliyev prospektində atamın tam mülkiyyətində olan kommersiya obyektinin yaxınlığında, yəni 20 Yanvar küçəsində 76kvm-lik torpaq sahəsi də, 27 avqust 2007-ci il tarixdə Gədəbəy şəhər bələdiyyəsinin alqı-satqısı ilə atama verilir. O, bununla bağlı “Kapital Bank”ın Gədəbəy filialına tələb olunan dövlət rüsumunu da ödəyir. Verilmiş torpaq sahəsinin üstündə o, kommersiya məqsədilə obyekt də tikdirir. Obyektin inşası tam başa çatdırıldıqdan sonra, Əli Abdullayev 07 may 2010-cu il tarixdə reystr nömrəsi 505013000869-06301, qeydiyyat nömrəsi isə 3110001171 olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi Yanında, Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətindən çıxarış da alır. Əldə olunmuş çıxarış DƏDRX-də 1 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydiyyata da alınır. Obyektin fəaliyyətinə dair 23 dekabr 2005-ci il tarixdə 14 saylı ərazi vergilər idarəsinin rəisi olmuş Ramiz Yediyarovun imzası ilə 5900092572 saylı vöen-də alınır.
Obyekt həmin vöenlə 2008-ci ilin aprelinə qədər fəaliyyətini davam etdirir. Həmin vaxtdan sonra, obyekti notarial qaydada 2008-ci ildə 5 illik etibarnamə ilə atam mənə verdi. Mən də 14 saylı Ərazi Vergilər İdarəsindən 06 may 2008-ci il tarixdə 5900143232 saylı vöen alaraq, çox keçmədən fəaliyyətə başladım. Vergini də vaxtlı-vaxtında ödədim. 2011-ilin sonlarında adıma açdırdığım vöeni bağlatdırdım. 2012-ci ildə atam Əli Abdullayev, vaxtilə bağlatdırmış olduğu vöenini açdırdı.
Elə ki, 2012-ci ilin fevral ayında Ramiz Yediyarov Gədəbəy rayon İcra Hakimiyyətinə başçı təyin edidi, çox keçmədi ki, 10 mayda yəni, Ulu Öndər Heydər Əliyevin doğum günü icra hakimiyyəti aparatından iki əməkdaş atama məxsus obyekti ölçürlər. Obyekti ölçüb qurtardıqdan sonra, 21 mayda təqribən axşam saatlarında səbəbi açıqlanmadan atama çatdırılır ki, “səhər bayıra çıxma”. Dolayısı yolla olsa da, ona belə bir tapşırıq verilir. Atam çox götür-qoy etsə də, çatdırılan tapşırığın mahiyyətini dəqiqləşdirə bilmir. 22 mayda səhər saatlarında, təqribən 11.30 radələrində evdən bayıra çıxarkən görür ki, ağır texnika ilə ona məxsus obyekti yerlə-yeksan edirlər. Onu da qeyd edim ki, atama məxsus obyektin sökülməsinə dair nə Nazirlər Obyektdə dağıntı işləri aparılarkən, baş verəcək hansısa hadisənin qarşısını almaq üçün əraziyə polis qüvvələri də səfərbər olunur. Elə ki, obyekt tamamilə darmadağın edilir, çox keçmir ki, atam icra hakimiyyəti aparatına ərizə ilə də müraciət edir. Ünvanlanmış müraciətə icra hakimiyyəti tərəfindən heç bir münasibət bildirilmir və birbaşa sayğısızlıq göstərilir. Belə olan halda o, məcbur olur ki, Gəncə İnzibati-İqtisad Məhkəməsində baş verən olayla bağlı iddia qaldırsın. Bu belə də olur və 2013-cü il tarixdə məhkəmə olduqca ədalətsizliyə söykənən qərar çıxarır. Çıxarıılmış qərarla bağlı atam Gəncə Apelliyasiya Məhkəməsinə müraciət etmək məcburiyyətində qalır. 17 sentyabr 2013-cü il tarixdə məhkəmə prosesi keçirilməli olduğu halda, proses təxirə salınır. Belə olan halda atam bərk əsəbləşir və o, 19 sentyabr 2013-cü il tarixdə, səhər saat təqribən 06.15 radələrində dünyasını dəyişir. Onun ölmünə sözsüz ki, baş verən hadisələr, atılmış qanunsuz addımlar, çıxarılmış ədalətsiz məhkəmə qərarı da təsir edir.
Bu gün onun hüquqi varisi üç oğluvə həyat yoldaşı olduğundan, hal-hazırda yarımçıq qalmış məhkəmə proseslərini, onun övladları başa çatdırmaq əzmindədirlər. Hal-hazırda Gədəbəydə qanun şah olduğundan, məhkəmələr də verilmiş sifarişləri yerinə yetirir. Belə olan halda da, heç bir nəticəyə də nail olmaq mümkün olmur. Düz üç il doqquz aydır ki, Ramiz Yediyarovun vermiş olduğu qanunsuz tapşırığa görə dağıdılmış obyektimizə görə nə kompensasiya ala bilirik, nə də ki, icra hakimiyyəti tərəfindən obyektimiz tikdirilir.
“Gündəm Xəbər”ə üz tutan sahibkarlardan biri də, əslən Gədəbəy rayonundan olan Məmmədov Qasım Nəriman oğludur. O da redaksiyamıza ünvanladığı müraciətində bildirir ki, “artıq Ramiz Yediyarovun tətbiq etdiyi zorakı idarəçilik, bir çox sahibkarlar kimi məni də Prezident Administrasiyası ilə Gədəbəyin arasında qoyub. Buna səbəb, ötən ilin noyabr ayında heç bir məhkəmə qərarı, Nazirlər Kabinetinin hər hansı tapşırığı olmadan, Gədəbəy şəhəri Məmmədəmin Rəsulzadə adına küçədə mənə məxsus 51kvm-lik torpaq üstündə tikili, yəni çayxana kimi istifadə etdiyim obyek, bir neçə nəfər icra hakimiyyəti işçilərinin iştirakı ilə darmadağın edildi. Hal-hazırda dağıdılmış obyektimin yerində dövlətə aid heç bir tikili yoxdur və bugünkü gündə yerlə yeksan edilmiş obyektimin yerləşdiyi yerdən, yaxınlıqda yerləşən “Vüsal” şadlıq sarayına pilləkan tikiblər. Məqsəd nə idi ki, mənə məxsus obyekt heç bir dövlət əhəmiyyətli plana düşmədən viran edildi. Əgər ərazi ilk öncə mənə təklif olunsaydı, o halda həmin yerdə müəyyən qədər təmir işləri aparardım ki, şəhərin ümumi gözəlliyinə xələl gəlməsin”.
Diqqəti cəlb edən hal odur ki, Qasım Məmmədovun obyekti darmadağın edildikdən sonra, ona 51kvm-lik obyektin müqabilində, yeni tikilmiş ticarət mərkəzində heç bir sənədi olmayan, standartlara cavab verməyən 17kvm-lik obyekt təklif olunur. O, edilmiş təklifdən birmənalı şəkildə imtina edir və üzləşdiyi problemlə bağlı icra hakimiyyətinə ərizə ilə müraciət etsə də, təəssüflər olsun ki, bir kimsə onunla maraqlanmır, etdiyi müraciətinə də heç bir halda cavab verilmir. Bu günədək dağıdılmış obyektinə görə kompensasiya almayan Qasım Məmmədovovun tələbi odur ki, ya uçurulmuş obyektini tikib özünə qaytarsınlar, ya da ki, rayonun mərkəzi hissələrindən birində ona 51kvm-lik obyekt versinlər.
Daha böyük iztirabın, haqsızlığın, bənzəri olmayan ədalətsizliyin qurbanı olan Səfərov Vaqif Qara oğlu da, artıq xeyli müddətdir ki, Gədəbəy rayon rəhbərliyinin qol qoyduğu əməllərdən ziyan çəkməkdədir. Bəzi sahibkarlar kimi, o da redaksiyamıza təqdim etdiyi müraciətində yazır ki, “mənə 16 iyun 1998-cildə icra başçısı olmuş Ramiz Bağırov tərəfindən 143 saylı sərəncama əsasən 26 sot, yəni 2600kvm-lik torpaq sahəsi verilmişdi. 30 sentyabr 1998-ci ildə verilmiş sərəncam əsasında Ədliyyə Nazirliyinin 8/1-98 saylı nizamnaməsini və 8/1-98 saylı şəhadətnaməsini də almışdım. Qanun-qayda ilə verilmiş sahəni tam hasara aldım və 2004-cü ildə Gədəbəy şəhər bələdiyyəsinin qərarı ilə, 2564000 manat pulu kassaya da ödədim. Verilmiş ərazidə tikinti işləri apararaq, həmin yerdən bazar kimi də istifadə etdim. Vaxt keçdikcə mənim fəaliyyətim Gədəbəy rayon rəhbərliyinin xoşuna gəlmədi və həmin ərazinin zor-xoş məndən almaq haqda planlar cızdı. Çox keçmədi ki, o, ərazidən keçən yüksək gərginlikli elektrik xətlərinin varlığını bəhanə edərək,tikintisini başa çatdırdığım, yaxud da yarımçıq qalmış tiklilərimi darmadağın etdirdi və 2012-ci ildə həmin yeri əlimdən aldırdı”.
Faciəli hal odur ki, qanuni sənədləri əlində olan Vaqif Səfərova yüksək gərginlikli elektrik naqillərinin varlığı bəhanə gətirilsə də, çox keçmir ki, rayon rəhbərliyinin tapşırığı ilə həmin yerdə yeni bazar inşa olunur. Belə olan halda sual oluna bilər ki, əgər yüksək gərginlikli elektrik naqilləri təhlükə törədirdisə, bəs bu gün nə baş verdi ki, həmin naqillər təhlükə törətmir? Belə bir sualın cavabını kim bilməsə də, yəqin ki, Gədəbəyə qənim kəsilən Ramiz Yediyarov çox gözəl bilər. Təəssüf doğuran digər hal da odur ki, 26 sot torpaq sahəsi əlindən alınan, inşa etdirdiyi tikliləri yerlə-yeksan edilən Vaqif Səfərova heç 50 kvm-lik olsun belə yer təklif olunmur. Belə bir addımlar da onu söyləməyə əsas verir ki, Gədəbəydə sahibkarlara divan tutmağı, Ramiz Yediyarov ən yaxın hədəflərindən biri olaraq qarşısına məqsəd qoyub.
Gədəbəyin iztirabları təkcə icra başçısının bədniyyətli əməlləri ilə yekunlaşmır. Çünki, bu gün rayonunn problemlər məngənəsində boğulmasında, saysız-hesabsız qarşıdurmaların yaranmasında səbəbkar olanlardan biri də, rayonun maliyyə idarəsinə rəhbərlik edən Namiq Məmmədovdur. Məsələn, ona sual etmək yerinə düşər ki, rayonun mərkəzi küçəsində plana düşən aptek niyə sökülmədi? Maliyyə idarəsinə rəhbərlik edən Namiq Məmmədovun, digər yollarla gəlir əldə etməsi məsələsinə gəlincə isə, onu da deyə bilərik ki, bu şəxs rayondakı poliklinikadan xəstələrə verilən forma-88 müqabilində əldə olunan pullara da şərik olur. Rayonun mərkəzində fəaliyyət göstərən aptekin plana düşməsinə baxmayaraq, bu gün həmin aptekdə satılan dərmanlar da, “maliyyə şefi”nə gündəlik gəlir gətirməkdədir. Bu haqda məlumatı verən mənbə onu da bildirir ki, həmin aptekdə rayonun imtiyazlı sakinlərinə pulsuz verilməli olan dərmanlar da satdırılır. Əgər aptekə giriş əvvəl ön hissədən idisə, bu gün isə yan tərəfdən də giriş qapısı açılıb. Bu da aptekdə müştəriləri dərman almalarına və.s geniş imkanlar açır.
Aptekin plana düşüb niyə sökülməməsi məsələsinə gəlincə onu deyə bilərik ki, problemin həllini Namiq Məmmədov rayon rəhbərliyi ilə zamanında çözə bilib. Bu zaman ortada nə qədər “haqq-hesab”ın olmasını, sahibkarlıq fəaliyyəti ilə məşğul olan və Yediyarov-Məmmədov ittifaqının iztirabından zülm çəkənlər də bilirlər. Təqribən 100 ədəd şam ağacının ömrünə, hansı vəzifə sahibi “hökm oxutdurub. Şəhərin Heydər Əliyev parkında inşa olunan və dəyəri orta hesabla 200 min manata qiymətləndirilən “Çay Evi”nin də, Namiq Məmmədova bağlılığı haqda, hələ bir müddət bundan əvvəl dövrü mətbuatda açıqlamalar da dərc etmişdik. Bu haqda məlumatı verən mənbə bildirir ki, “Çay Evi”nin inşaası zamanı 40-50 illik təqribən 100 ədəd şam ağacının ömrünə “hökm”də oxunur. Bu gün isə Namiq Məmmədovun əsas amalı, rayonun Slavyanka kəndində Ramiz Yediyarova tikdirdiyi villanın inşaasına köklənib. Villanın ön hissəsində tikilən “kotejlər”in “maliyyə şefi”nə məxsus olduğu da bildirilir. Namiq müəllimin Zəhmət kəndi ilə Slavyankanın ayrıcında tikdirdiyi evin isə, icra başçısının sürücüsünə məxsus olduğunu söyləyənlər də var.
Bütün bunlar Gədəbəydə yaşananların görünən tərfləridir. Bu günədək görünməyən addımlardan biri də, gədəbəyli sahibkarlardan bir neçəsinin aclıq aksiyalarına başlamaları olacaq. Bu haqda fikirlərini bizimlə bölüşən və vaxtilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Əliyev Oqtay Qara oğlu bildirdi ki, “biz mübarizənin yeni qaydalarına, yəni aclıq aksiyasına başlayacağıq. Bu mübarizə yolunda öldü var döndü yoxdur. Bəlkə belə olan halda, daha geniş ictimaiyyət haqq səsimizi eşitdi və bizə lazım olan dəstəyi də verdi. Odur ki, haqq işimiz uğrunda mübarizəyə başlamaqda qərarlıyıq.

Cəfər

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Gədəbəydə zülmün və rəzalətin əmələ gətirdiyi fəryad

    Gədəbəydə zülmün və rəzalətin əmələ gətirdiyi ...

    20-03-2016, 00:50

  • 
  • Gədəbəydə Yediyarov zülmü

    Gədəbəydə Yediyarov zülmü ...

    10-02-2013, 10:56

  • 
  • Ramiz Yediyarovun  qaz idarəsində Məzahir Hüseynovla pul maxinasiyaları

    Ramiz Yediyarovun qaz idarəsində Məzahir ...

    23-06-2015, 10:44

  • 
  • Gədəbəydə sahibkarlar icra başçısının əməllərindən təngə gəliblər

    Gədəbəydə sahibkarlar icra başçısının ...

    8-02-2016, 21:32

  • 
  • PA-dan verilən tapşırıq, yenə də saya salınmadı

    PA-dan verilən tapşırıq, yenə də saya salınmadı ...

    19-10-2015, 19:34


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu