GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Rüstəm İbrahimbəyov “azəri baharı”nın anonsunu verdi

Rüstəm İbrahimbəyov “azəri baharı”nın anonsunu verdi

Tarix: 5-03-2013, 10:05 Bölmə :Manşet Baxış: 1 232
Rüstəm İbrahimbəyov “azəri baharı”nın anonsunu verdi

“Milyarderlər İttifaqı”nın üzvü Milli Şuranın yaradılmasına başlanacağını və həbs
olunsa belə Bakıya gələcəyini bəyan etdi: “Təkcə təbiəti deyil, Əliyev rejiminin çoxillik
qışından yorulmuş Azərbaycan cəmiyyətini də qış yuxusundan oyandıran bahar gəlir”


Kreml hakimiyyət üçün “əcəl zəngi”ni çalır və Əliyevlərin sonuncu baharı soyuq şimaldan yaxınlaşır

Dünya şöhrətli kino xadimi Rüstəm İbrahimbəyovun qan daman sonuncu yazısı İlham Əliyevin 2013 seçkilərində alternativi Rusiya olacağına şübhə yeri qoymur. R.İbrahimbəyovun məqaləsini təqdim etməzdən öncə istiqamətləndirici xətti yada salmaq yerinə düşər. Biz “Moskva göz yaşlarına inanmır” sərlövhəli yazıda Kremlin Azərbaycandakı prezident seçkilərinə dair düyməni basdığını vurğulamışdıq. Yazıdan sonrakı siyasi proseslərin gedişi tezislərimizi təsdiqləyir və Əliyevlər üçün şimaldan “əcəl zənginin” çalınmağa başlandığını deməyə əsas verir.

“Qərb rejimin cinayətkar olduğunu anlayır”

Baxmayaraq ki, R.İbrahimbəyovun son müsahibəsi bəzilərində pessimist əhval-ruhiyyə doğurmuşdu. Bir çoxları ehtimal etdi ki, kinorejissor artıq vətənə qayıtmayacaq və ikinci Rəsul Quliyev yetişir. Amma İbrahimbəyov son məqaləsi ilə “ağ inqilab”ın və “azəri baharı”nın anonsunu verdi. Onu da unutmayaq ki, Rüstəm bəy “Milyarderlər İttifaqı” kimi tanınan Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı üzvüdür və bu xətt bütün proseslərin gedişində bizi izləyir. Ədibin contact.az saytında dərc olunan sözügedən yazısını təqdim edirik:
“2013-cü ilin ilk iki ayında baş verən hadisələr göstərdi ki, Azərbaycanda hakimiyyətlə xalqın qarşıdurması güclənir. Rayonlarda kütləvi çaxnaşmalar, Bakıda gənclərin etiraz nümayişləri hakimiyyətin sərt cavab reaksiyasına səbəb olur. Amma mənasız, kobud şəkildə saxtalaşdırılmış ittihamlar əsasında çoxsaylı həbslər, cinayət təqibləri, kütləvi informasiya vasitələrində böhtan kampaniyaları - bütün bu cəza tədbirləri vəziyyəti daha da ağırlaşdırır və ölkəni nəticələrini proqnozlaşdırmaq mümkün olmayan genişmiqyaslı partlayışa sürükləyir.
Mən bir aya yaxındır ki, xaricdəyəm. ABŞ-da, Rusiyada, Fransada, Gürcüstanda mədəniyyət, incəsənət və siyasət xadimləri ilə görüşdükcə, xaricdə Azərbaycan hakimiyyətinin nüfuzunun çox aşağı olduğundan əmin oluram. Dünya ictimaiyyəti kütləvi informasiya vasitələrində çoxsaylı nəşrlərdən ölkəmizdə nələr baş verdiyi barədə yaxşı məlumatlanıb. Çoxları ölkəmizdə mövcud olan rejimin cinayətkar xarakterli olduğunu anlayır və “Neçə illərdir niyə dözürdünüz? Ziyalılarınız haradadır? Niyə susurdu?” sualları ilə qarşılaşdıqda qeyri-iradi olaraq utanc hissi keçirirəm”.

“Dünya ictimaiyyətinə müraciət etsək, köməklik göstəriləcək”

Kinorejissor ardınca yazır: “Görüşdüyüm bütün insanlar Azərbaycan hakimiyyətinin korrupsiyanın səviyyəsinin azaldılması və rejimin demokratikləşdirilməsi üzrə ciddi addımlar atmaq istəməməsindən (kadr dəyişiklikləri olmadan bu, mümkün deyil), bunun xalq qəzəbinin partlamasına səbəb ola biləcəyindən narahatdırlar. Və hamı başa düşür ki, qarşıda duran prezident seçkiləri bizim üçün ənənəvi olan nəticələrin saxtalaşdırılması ilə keçərsə, hadisələrin bu şəkildə inkişafı ehtimalı daha da artacaq.
Azərbaycan vətəndaşları da gələcəyə olan ümidlərini qarşıda duran seçkilərə bağlayırlar. Bu seçki, şübhəsiz, seçicilərin daha çox fəallığı ilə keçəcək.
Amma başqa ölkələrin təcrübəsi göstərir ki, beynəlxalq dəstək olmadan seçkilərdə şəffaflığı və ədalətliliyi təmin etmək çətindir. O da aydındır ki, beynəlxalq dəstək yalnız çağırıldığı yerə verilir. Əminəm ki, dünya ictimaiyyətinə müraciət etsək, bizə də seçkilərin keçirilməsində köməklik göstəriləcək. Ən yaxın günlərdə ölkənin bütün demokratik qüvvələrinin adından bunu etmək lazımdır. Fikrimcə, artıq Milli Şuranın tərkibinin formalaşdırılmasına başlamağın da vaxtı gəlib. Ölkənin aparıcı ictimai-siyasi qüvvələrinin nümayəndələri bu şuranın formalaşdırılması ideyasını dəstəkləyir.
Milli Şuraya partiya mənsubiyyətindən, vəzifəsindən və ideoloji əqidəsindən asılı olmayaraq, xalqın etimadını qazanmış şəxslər daxil olmalıdır. (Milli Şuranın işinə Azərbaycan hüdudlarından kənarda yaşayan insanlar da cəlb edilə bilər). Milli Şuranın say tərkibi onun formalaşdırılması prosesində, regionların nümayəndələri nəzərə alınmaqla müəyyən ediləcək. Təkrar edirəm, əsas seçim meyarı ictimai nüfuz və Konstitusiya normalarına uyğun yaşayan dövlət yaradılmasında iştirak etməyə hazırlıq olacaq”.

“Həbs təhlükəsi olsa da, dərhal Bakıya gələcəyəm”

R.İbrahimbəyov məqalənin sonuncu abzasında isə nə istədiyini daha da aydınlaşdırır: “Milli Şura demokratik qüvvələrin ədalətli və düzgün seçkilərin keçirilməsi üçün şəraiti təmin edən ümumi strategiyasını müəyyən edəcək. Daha sonra bütün aparıcı ictimai siyasi qüvvələrin və partiyaların fikrini nəzərə alaraq, prezidentliyə vahid namizədi irəli sürəcək.
Hakimiyyət, şübhəsiz ki, ölkədə mövcud vəziyyətin dəyişməsinə mane olmaq üçün əlindən gələni edəcək və istənilən təxribatlara hazır olmaq lazımdır. Bu dəfələrlə təsdiqini tapıb. Təkcə təbiəti deyil, “Əliyev” rejiminin çoxillik qışından yorulmuş Azərbaycan cəmiyyətini də qış yuxusundan oyandıran bahar gəlir. Mənim işlərim elə alınıb ki, martın sonlarına qədər Azərbaycanın hüdudlarından kənarda olmalıyam. Amma Ziyalılar Forumundan yoldaşlarım istənilən an mənim iş naminə mövcudluğumun zəruri olduğunu hesab edərlərsə, həbs təhlükəsi olmasına baxmayaraq belə, dərhal Bakıya gələcəyəm”. Hörmətli kinorejissorun son cümlələri əslində daha çox müzakirə olunmalıdır.
Əvvəla, o bir neçə gün öncə müsahibəsində qeyd etmişdi ki, “Məgər dəliyəm Bakıya gələm və məni həbs etsinlər? Burda qalıb ziyalı kimi sözümü deyəcəyəm. Bunu yalnız siyasi lider, prezident olmaq istəyən şəxs edər. Çünki belə siyasi xarakterli həbs siyasətçinin nüfuzunu artırır. Mən sıravi vətəndaş və ziyalı kimi mövqeyimi həmişə bildirirəm, bundan sonra da bildirəcəyəm”.
Ancaq müsahibədən 3 gün sonra o, tam əksinə olaraq elə prezident olmaq istəyən şəxs kimi bəyanat verir və həbs təhlükəsi olsa belə Bakıya gələcəyini söyləyir. Eyni zamanda hakimiyyətin status-kvonu saxlamaq üçün təxribatlar təşkil edəcəyinə hazır olmağımızı xəbərdar edir. Daha iddialı, aydın və şəffaf danışır.
İbrahimbəyov demək istəyir ki, martda “azəri baharı” başlanacaq və proseslərin gedişindən asılı olaraq öndə gedəcək. Yəni, bizi qarşıda elə yazıçının təbirincə desək, qış yuxusundan oyadan bahar gözləyir. Bu bahar başqa baharlardan olmayacaq və qış yuxusuna getmiş ölkəni soyuq duşla ayıldacaq. Əgər İbrahimbəyov kimi sanballı bir şəxsiyyətin dediklərinə inansaq, hakimiyyət üçün sonuncu bahar gəlir. Özü də soyuq şimal tərəfdən...

Aslan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rüstəm İbrahimbəyov müxalifətin lideri və vahid namizədi oldu

    Rüstəm İbrahimbəyov müxalifətin lideri və vahid ...

    2-07-2013, 13:25

  • 
  • Rüstəm İbrahimbəyovun pasport problemi həll edilir

    Rüstəm İbrahimbəyovun pasport problemi həll edilir ...

    5-08-2013, 12:00

  • 
  • Ağ Ev Rüstəm İbrahimbəyovun toxunulmazlığına zəmanət aldı

    Ağ Ev Rüstəm İbrahimbəyovun toxunulmazlığına ...

    5-07-2013, 19:12

  • 
  • Rusiyanın Kino İttifaqı: Rüstəm İbrahimbəyovdan əl çəkin!

    Rusiyanın Kino İttifaqı: Rüstəm İbrahimbəyovdan ...

    6-08-2013, 19:28

  • 
  • Rüstəm İbrahimbəyovun ilk sərəncamı (yenilənib)

    Rüstəm İbrahimbəyovun ilk sərəncamı (yenilənib) ...

    11-06-2013, 17:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu