"Xalqın hakimiyyətə gəlməyinin yolu mübarizədən keçir. Hakimiyyəti dəyişməyin yolu isə iclas və bəyanatlardan deyil meydanlardan keçir”
Dünən Müsavat Partiyasının başqanı, partiyanın prezidentliyə namizədi İsa Qəmbərin gənclərlə izdihamlı görüşü keçirilib Partiyanın qərargahında keçirilən görüşə 400-dən çox gənc, o cümlədən, QHT və ictimai təşkilat, KİV nümayəndələri qatılıblar. Toplantıda iştirak etmək istəyənlərin sayı o qədər çox olub ki, Müsavat qərargahının aktı zalı kifayət etməyib, xeyli gənc zaldan kənarda dayanmalı olub. Onların görüşü izləməsi üçün dəhlizə televizor qoyulub. Tədbir Azərbaycan Respublikasının dövlət himninin oxunması ilə başlanıb. Bundan sonra Əbülfəz Elçibəy başda olmaqla şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Meriyanın qərəzinə gənclərin cavabı
Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı gənclərə görüşün mahiyyəti barədə məlumat verib. O bildirib ki, İsa Qəmbərin gənclərlə görüşünü daha böyük zalda keşirmə planları olsa da, hakimiyyət buna imkan verməyib. Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının başqanı İsa Qəmbərin gənclərlə görüşü ilə bağlı müraciətini martın 11-də cavablandırıb. BŞİH məktubunda partiyanın müraciətinə mənfi cavab verib. Paytaxt rəhbərliyi müraciət müəllifi olan Müsavat Partiyası Gənclər Təşkilatına ünvanlandığı cavab məktubunda İsa Qəmbərlə görüşün partiyanın mərkəzi qərargahındakı akt zalında keçirilməsini məqsədəuyğun hesab edib.
“Yolumuz Rəsulzadə, Elçibəy yoludur”
Müsavat başqanı İsa Qəmbər çıxışında deyib ki tarix boyu bütün hərəkatıarın önündə gənclər gedib: “Sizn mövqeyiniz bizim üçün önəmlidir. Azərbaycanı dəyişmək mərhələsi sizinkidir. Azərbaycana müstəqillik gətirmişik. O mübarizənin önündə gənclik gedirdi. Meydanlarda və Qarabağ mügharibəsində şəhidlər vermişik. O zaman gənclik meydanlarda möhtəşəm mübarizə aparırdı. Bu yolu davam etdirdik. Misisyamizi dərk edirik. Yolumuz Rəsulzadə, Elçibəy yoludur. Müstəqillik dönəmində dünyaya gələn gənclik indi ayaqdadır. Hakimiyyət gənclərin fəallaşmasından qorxaraq yeni repressiyalara start verib. Hakimiyyət 4 NİDA-cını həbs edib. Amma bu hərəkatın sıralarına 150 nəfər qoşulub. Bu hərəkatın qarşısını nə rezin güllələrlə alına bilər, nə də başqa vasitələrlə”. İsa Qəmbər çıxışına ordudakı qətllər barədə danışaraq davam edib. O, vətəndaş cəmiyyətinin üzvlərindən ibarət komissiya yaratmağı təklif edib. Müsavat başqanının sözlərinə görə, komissiya əsgər ölümlərinin qarşısının alınması üçün atılacaq addımları müəyyənləşdirməlidir.
“Hakimiyyət ərəb yolunu- Qəzzafinin, Bəşər əsədin yolunu seçir”
Müsavat başqanı deyib ki, Azərbaycanın promlemlərinin kökü 93-cü ildən qiyamla hakimiyyətə gələn acgöz rejimdir. Onun fikrincə, rejim dəyişmədən nə torpaqlar azad olunacaq, nə də təhsilin və səhiyyənin durumu düzələcək: "Xalqın hakimiyyətə gəlməyinin yolu mübarizədən keçir". "Hakimiyyəti dəyişməyin yolu iclas və bəyanatlardan deyil meydanlardan keçir. Postsovet ölkələrində dəyişiklik seçki zamanı baş verib. Ərəb ölkələrində Suriyada on minlərlə insan həlak olub. Biz bir nəfərin də həlak olmasını istəmirik. Yol seçkiyə gedib hakimiyyti dəyişməkdir. Demokratik mühit üçün meydana girmək lazımdır. Bu yolla xalqı fəallaşdırıb, dinc yolla, xalqın gücü ilə hakimiyyəti dəyişməliyik. Hakimiyyət ərəb yolunu- Qəzzafinin, Bəşər əsədin yolunu seçir. Biz nə etmək istəyirik? Vətəndaşlarımızın xoşbəxtliyi bizim üçün önəmlidir. Xalqın xoşbəxtliyi hər bir gəncin xoşbəxtliyindən keçir", - İsa Qəmbər bəyan edib.
Müsavat Partiyası seçki platforması üzərində işləyir
Müsavat başqanı deyib ki, səhiyyə və təhsildə şərtlər dəyişməlidir: "Dövlət müəssisələrində ödənişli təhsil olmamalıdır. Dediklərim xaricdə təhsil almağa da aiddir. Gənclərin mənzil problemlərini həll etmək lazımdır. İndi mənzil satişi oliqarxlara xidmət edir. Gənclərin mənzil almağa imkanı olmalıdır. Dövlət buna təminat verməlidir. Universitetləri, peşə məktəblərini bitirən gənclərə qazanmaq üşün imkan yaradılmalıdır. Bizneslə məşğul olmaq istəyənlərə güzəştli kreditlər verilməlidir. Kəndlərdə işləmək imkanı yoxdur. Məhsulun xərci qazancından çox olur". İsa Qəmbər məlumat verib ki, Müsavat Partiyası seçki platforması üzərində işləyir. Onun sözlərinə görə, partiya gənclərin də təkliflərini dinləyəcək: "Bizim güclü komadamız var. Amma biz bunu həm də sizinlə edəcəyik. Hakimiyyət gəncləşməlidir. 25-35 yaşlılar üstünlük təşkil etməlidir. Biz gənclərin hökumətini yaratmaq istəyirik. İstədiklərimiz budur. İnanıram ki, buna gücümüz çatacaq".
Rəsul Quliyev xalqın deyil, Heydər Əliyevin dəstəyi ilə parlamentin spikeri olub
Gənclərdən biri İsa Qəmbərdən eks-spiker Rəsul Quliyevin Azərbaycana gəlməsi ilə bağlı sənədə imza atmamasının səbəbini soruşub. Müsavat başqanı deyib ki, həmin sənəddə R.Quliyevin 1995-ci ildə xalqın dəstəyi ilə parlmentin spikeri seçildiyinə dair yazılan məqamla razılaşşmayıb. İ.Qəmbər bildirib ki, R.Quliyev həmin ildə xalqın deyil, Heydər Əliyevin dəstəyi ilə parlamentin spikeri olub. Müxalifətlə birliyinə gəlincə, İ Qəmbər deyib ki, o həqiqi müxalifətlə biriliyin tərəfdarıdır, psevdomüxalifətlə deyil: “Müsavat Partiyası olaraq birliyin tərəfdarı olmuşuq. İlham əliyev namizədliyini irəli sürməyə cəsarət etmir. Beynəlxalq birlikdən dəstək gözləyir. Hakimiyyətdə quldur dəstəsidir. Xalqın milyardlarını əlindən alıb. Kimin gücü varsa, namizədliyini versin".
“İlk fərman siyasi məhbusların azadlığa buraxılması olacaq”
İsa Qəmbər "Hakimiyyətə gəlsəniz Qarabağ problemini necə həll edəcəksiniz?" sualına cavabında deyib ki, münaqişənin sülh yolu ilə həlli imkanları bitməyib. Onun sözlərinə görə, İlham Əliyev həm müharibə, həm də danışıqlar yolunu imitasiya edir: “Ordunu və iqtisadiyyatı gücləndirəcəyik. Siyasətimiz aydın olacaq. İlham Əliyvin xarici siyasəti hakimiyyətin maraqlarının qorunmasına yönəlib. Minsk qrupunun təkliflərini gözləyirlər. Azərbaycan özü bu məsələdə yol xəritəsi hazırlamalı və Ermənistanın qarşısına qoymalıdır. Bu məsələni sülh yolu ilə həll etmək mümkündür. Bunu da sübut edəcəyik". Gənclərdən biri İsa Qəmbərdən inauqurasiyadan sonra ilk fərmanının nə olacağını soruşub. Müsavat başqanı cavabında deyib: "Siyasi məhbusların azadlığa buraxılması. Bir imzayla siyasi məhbusları azad etmək mümkündür. Sonrakı addımlar xalqın vəziyyətinin yaxşılaşdırılması ilə bağlı olacaq. İlk qərarlarımız təqaüd, maaş, uşaq müavinətlərinə dair olacaq"
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?