Hörmətli cənab prezident! Sizə məlum olduğu kimi Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin mayoru Abdullayev Mahir İslam oğlu 13 oktyabr 2003-cü ildə səhər saat 10 radələrində həmin ilin oktyabr ayının 15-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Prezidentliyə namizəd kimi Sizin Tofik Bəhramov adına Respublika stadionunda tələbələrlə keçiriləcək görüşünüzdə iştirak etmək üçün evdən çıxıb və geri qayıtmayıb. 14 oktyabr 2003-cü ildə Mahir Abdullayevin qardaşı Elşad Abdullayev onun evə qayıtmaması ilə bağlı hüquq- mühafizə orqanlarına müraciət edib. Bakı şəhəri Yasamal rayon polis idarəsi səthi araşdırma apararaq cinayət işinin başlanmasını rədd edib. Ərizəçinin şikayəti əsasında 14 noyabr 2003-cü ildə Bakı şəhər prokurorluğu tərəfindən polisin qəbul etdiyi qərar ləğv edilərək Abdullayev Mahir İslam oğlunun tamah məqsədilə və ya sifarişlə oğurlanması faktına görə Azərbaycan Respublikası CM-nin 144.2.6-cı maddəsi ilə 105157 nömrəli cinayət işi başlandı və cinayət işi ibtidai istintaq aparılması üçün Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsinə göndərildi. İş üzrə aparılmış ibtidai istintaq zamanı Mahir Abdullayevin haqqında heç bir məlumatın əldə edilmədiyini, onun qətlə yetirilməsinə şübhələr olduğunu nəzərə alaraq cinayət işi 06 may 2005-ci ildə CM-nin 120.1-ci maddəsinə tövsif edilərək istintaq aidiyyəti üzrə Azərbaycan Respublikası Baş prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə göndərildi və ərizəçi, yəni onun qardaşı Elşad Abdullayev yalnız 6 ildən sonra 2009- cu ildə cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanındı. Mahir Abdullayevin müəmmalı şəraitdə yoxa çıxması ilə bağlı başlanmış cinayət işi üzrə istintaq uzun müddət ərzində formal xarakter daşımaqla tam, hərtərəfli və obyektiv aparılmadı. Ona görə də onun yaxınları, xüsusən qardaşı Elşad Abdullayev bir hüquqşünas professor kimi müstəqil araşdırmalara başladı və nəticədə belə bir qənaətə gəldi ki, qardaşı Mahir Abdullayev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq tutulmuş və sonradan yoxa çıxmışdır. Ona görə də şikayətçi hesab edir ki, qardaşı Azərbaycan Respublikasında yüksək vəzifəli dövlət məmurlarının himayəsi altında fəaliyyət göstərən mütəşəkkil cinayətkar qrup tərəfindən oğurlanmışdır. Ərizəçi Elşad Abdullayev qardaşı barəsində törədilmiş cinayət əməlini kriminalstik-hüquqi xarakterizə etməklə və həmin cinayət əməlinin iştirakçısı hesab etdiyi bir sıra dövlət məmurlarının və digər şəxslərin adlarını göstərməklə istintaq orqanlarına şikayət xarakterli coxsaylı ərizə və məktublar göndərdi. Lakin istintaq orqanları əsassız və qanunsuz olaraq ərizəçinin məktublarında göstərilmiş xüsusatları araşdırmadan, Ərizəçiyə göndərdiyi cavab məktublarında onun ərizələrinin cinayət işinə əlavə olunduğunu və nəticəsi barədə ona əlavə məlumat veriləcəyini bildirməklə formal cavablar verməklə kifayətləndi. Mahir Abdullayevin azadlığa buraxılması müqabilində Elşad Abdullayevdən külli miqdarda pul tələb edilib alınsa da, qardaşı qaytarılmadığı üçün onun tapılması istiqamətində müstəqil araşdırma aparması və hakimiyyətin yuxarı dairələrindən ədalətin təmin edilməsini tələb etdiyi üçün bir sıra təqiblərə (rəhbəri olduğu universitetin fəaliyyətinin dayandırılması, universitetə məxsus obyektlərin sökülməsi, universitetdə aparılmış yoxlamanın nəticəsi olaraq başlanmış cinayət işi üzrə həbs olunmaq təhlükəsi və s.) məruz qaldı. Qardaşının oğurlanması faktını aydınlaşdırmaq, cinayətkarların cəzalandırılması istəyində olaraq öz təhlükəsizliyinə nail olmaq, bununla da qardaşının hüquqlarının müdafiəsini həyata keçirmək məqsədilə Elşad Abdullayev Fransa Respublikasına mühacirət etməyə məcbur oldu. E. Abdullayev Fransa Respublikasında təhlükəsizliyinin təminatına əmin olduqdan sonra qardaşının oğurlanmasında yüksək vəzifəli dövlət məmurlarının əlinin olmasını ifşa edən bir çox video materialları internet resurslarında və kütləvi informasiya vasitələrində yaydı. Biz Müdafiə Komitəsi olaraq hesab edirik ki, Mahir Abdullayevin müəmmalı şəraitdə yoxa çıxması ilə bağlı başlanmış cinayət işi üzrə istintaq formal xarakter daşıdığı üçün tam, hərtərəfli və obyektiv araşdırma aparılmadığından baş vermiş cinayət hadisəsinə görə Azərbaycan hökuməti məsuliyyət daşıyır. Onun yoxa çıxması və ya oğurlanması barədə hakimiyyət orqanlarının tez, vicdanlı və səmərəli araşdırma aparmamasına, oğurlanmış şəxsin həyatını, azadlığını və hüquqlarını mühafizə etməməsinə görə Azərbaycan respublikası dövlət olaraq qoşulduğu bir sıra beynəlxalq Konvensiyaların tələblərini və öz öhdəliklərini kobudcasına pozmuşdur. Umumiyətlə M.Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin gəldiyi qənaətə görə Mahirin oğurlanması ilə əlaqədar aparılan araşdırmanın mumkun nəticələrini qiymətləndirərkən konkret faktlar uzərində dayanmağa dəyməz. O, sadə səbəblərdən ki, artıq hər şey ölkə içtimayətinə, xususilə M. Abdullayevin yaxınlarına məlumdur. 2003-cu ilin Prezident seçkilərindən sonra M. Abdullayevin yaxınları dəfələrlə bildirmişdirlər ki, huquq- muhafizə orqanları M. Abdullayevin oğurlanması ilə bağlı obyektiv araşdırmanın aparılmasında hansısa səbəblərdən maraqlı deyillər. Huquq- muhafizə orqanlarında oxşar hadisələr, konkret olaraq M. Abdullayevin oğurlanması ilə bağlı qaldırılmış cinayət işi ciddi araşdırılmalıdır, yoxsa əks təqdirdə bu kimi hadisələri araşdırmağa cavabdeh insanlar-məmurlar Azərbaycan məmləkətini kriminaldan boğulan dövlətlərin sırasına sürükləyəcəklər. Müdafiə Komitəsinin az bir vaxtda apardığı araşdırmalar və o cumlədən hadisələrin inkişafı göstərir ki, bir neçə il bundan öncə M. Abdullayevin yaxınları tərəfindən verilmiş proqnozlar özunu doğruldur. Hər halda zərərçəkmişin yaxınlarına qarşı təzyiqlər, hətta psixoloji terror kino-filmlərdən və bədii əsərlərdən bizə yaxşı məlum olan 1937-ci ilin represiyalarını xatırladır. Ailə başçısı evindən çıxır bir daha geri qayıtmır. M.Abdullayevin 2003-cu ilin oktyabr ayında cinayətkarlar tərəfindən oğurlanması, eləcə də bu gunə kimi, huquq- muhafizə orqanları tərəfindən onun tapılaraq geri qaytarılmasına dair heç bir real addımın atılmaması bir daha göstərir ki, Azərbaycan Respublikasının huquq- muhafizə orqanları, xususilə prokurorluq orqanları liberal avtoritar konteksdə fəaliyyət göstərən təşkilatlardan sərt avtoritar, totalitarizmə keçən bir respublikanın qurumlarına çevrilməkdən başqa bir şey deyil. Tarix Elmləri namizədinin, bir çox dəyərli kitab və elmi işlər muəllifinin, Azərbaycan Respublikası MTN-nin zabitinin, nəhayət Azərbaycan Respublikası vətandaşı olaraq bir ailə başçısının izi- tozu olmadan 10 il bundan öncə yoxa çıxması və bu gunə kimi ondan bir xəbər olmaması Mahir İslam oğlu Abdullayevin Hüquqlarının Mudafiə Komitəsinin uzvlərinin belə bir qənaətə gəlməyə vadar edir ki, Azərbaycan respublikasında adam oğurluğunun qarşısının alınmasında Azərbaycan respublikası DİN-nin, Azərbaycan respublikası Baş Prokurorluğunun rolu ilə bağlı həddən artıq şişirdilmiş umudlər formalaşıb. Bunu biz ötən dövr ərzində hiss etmişik və hal- hazırda da hiss etməkdəyik. 2003-cu ilin oktyabr ayının 13-dən bu gunə kimi, M. Abdullayev oğurlandıqdan sonra zərərçəkmiş tərəfi respublikanın huquq- muhafizə orqanlarının numayəndələri ilə intensiv göruşlər keçirib. Zərərçəkmiş tərəflə komitə uzvlərinin apardığı səmimi söhbətlərdən belə bir nəticə çıxartmaq olar ki, huquq- muhafizə orqanları həqiqətdə nə baş verdiyini bilirlər, M. Abdullayevin aqibətinə dair ən səlist məlumatlara malikdirlər. Bu gun huquq- muhafizə orqanları, xususilə baş prokurorluq zərərçəkmişin ətrafında baş verən proseslərin bir neçə il sonra nəyə gətirib çıxaracağını dəqiqliklə hesablamağı bacarır və məsələləri bir çox hallarda bizdən yaxşı qiymətləndirirlər. Amma hansısa səbəblərdən yuxarıda adları qeyd olunan guc strukturları baş vermiş insan oğurluğu faktı ilə bağlı öz mövqeylərini zərərçəkmiş tərəfə bildirmirlər, bu azmış kimi gələcəkdə də fikir bildirməyə dair hər hansı bir umud vermirlər. Əksinə. Müdafiə Komitəsinin İçtimai Təhqiqat Qrupunun apardığı araşdırmaların nəticəsi göstərir ki, Sizin göstərişinizə əsasən Baş prokurorluğun nəzdində yaradılmış əməliyyat istintaq qrupu 105157 sayli cinayət işinin başa catdıraraq, zərərçəkmişin təhlukəsizliyin təmin etmək, cinayətkarları ifşa edib, cinayət məsuliyyətinə cəlb etmək əvəzinə zərərçəkmişin ustunə gedir, hec bir əsas olmadan zərərcəkmişə, ogurlanmış M.Abdullayevin işinə hec bir aidiyatı olmayan insanlara cinayət işləri acir, zərərcəkmişin özunun, ailə uzvlərinin bank hesablarına hebs qoyur, numayəndəsinin konstitusion hüquqlarını tapdalayaraq, onun azad hərəkət etmək hüququnu pozur, zərərçəkmişlə hər hansı bir unsiyyətdə olan şəxslər ifadəsi alınması ucun prokurorluğa cağrılır, həmin şəxslərdən istər 13 oktyabr 2003-cu ildə oğurlanmış M.Abdullayevin, istərsə də onun yaxınlarının respublikada mövcud olan müxalifətlə, xususilə Musavat partiyası ilə hər hansı bir ilişkilərinə dair, onların həmin partiyanın uzvləri olub- olmamalarına dair məlumatlar əldə etməyə çalışırlar. Amma nədənsə respublikanın ayrı- ayrı Kutləvi İnformasiya Vasitələrində Mahir İslam oğlu Abdullayevin oğurlanaraq guya elə həmin zərərçəkmiş tərəfindən öldurulməsi kimi cəfəngiyat xrakterli şubhəli fikirlərin konkret şəxslər tərəfindən söylənilməsinə hec bir reaksiya vermir, bu məlumatların həmin şəxslərə hansı mənbələrdən daxil olmasını araşdırmır. Hüquq- muhafizə orqanlarının bu işlə bağlı faliyyətlərində muəyyən durğunluq yaranıb, cunki, M. Abdullayevin oğurlandığı gündən bu işlə bağlı umumiyətlə hüquq- muhafizə orqanları hec bir fəallıq numayiş etdirməyiblər. Möhtərəm Prezident, Mahir İslam oğlu Abdullayevin Hüquqlarının Müdafiə Komitəsi əmindir ki, şəxsən Siz hər bir Azərbaycan vətandaşının qarantı kimi, bu işə mudaxilə etməsəniz yaxın vaxtlarda bu işlə bağlı huquq- muhafizə orqanlarında, xususilə prokurorluq orqanlarında hec bir fəallıq olmayacaq, araşdırma prosesi sürətlənməyəcək. M. Abdullayevin on il ərzində tapılmaması, övladlarının gözünü yaşlı qoyaraq, ailəsindən, üzvü olduğu cəmiyyətdən mövcud olan qanunlardan cəkinmədən ayırıb, onu axtarmağa cəhd göstərənlərə qarşı tətbiq edilən psixoloji terror bir daha göstərir ki, M. Abdullayevi oğurlayanlar yuxarıda adları çəkilən guc strukturlarının bəzi yuksək vəzifəli zabitləri tərəfindən himayə olunurlar. Hətta həmin vəzifəli şəxslərin zərərcəkmişin yaxınlarına qarşı numayiş etdirdikləri qeyri- insani munasibət, elə onların özlərinin bu oğurluq hadisəsinin təşkilatçıları olmalarına dair fikir söyləməyə əsas verir. Bunların yaratdığı sistemi onların özlərindən başqa kimsə idarə edə bilməz. Bu sistem yalnız onların nüfuzuna, təcrübəsinə, imkanlarına ölçulmuş bir sistemdir. Bu sistem onların daxilində ziddiyyətlərin artmasına, eləcə də şəxsən Sizin Prezident olaraq bu hadisə ilə bağlı atacağınız qəti addimların nəticələri olaraq dağılmağa başlayacaq. Əfsuslar olsun ki, 2003-cu ildən bəri dəfələrlə M. Abdullayevin oğurlanma faktı ilə bağlı hüquq- muhafizə orqanlarının unvanlarına göndərilən coxlu sayda ərizə- müraciətlərə baxmayaraq, bu işin istintaqına cavabdeh şəxslərin fəaliyyətində hec bir ciddi dəyişikliklər-islahatlar olmamışdır. Əksinə, M. Abdullayevin oğurlanma faktını hər vasitə ilə ört- bastır etməyə calışan vəzifəli şəxsləri görduk, mənfi tendensiyalar ustun şəkil aldı. Məhkəmə sistemində calışan hakim, guc strukturlarında calışan onlarla zabitlər ayrı- ayrılıqda, hər biri ayrı- ayrı qruplaşmaların numayəndələri kimi, “pul verin, Mahiri gətirək“ təklifləri ilə cıxış ediblər. Bu bir daha göstərir ki, hec bir halda bunları adi Azərbaycan vətandaşlarının təhlukəsizliyi maraqlandırmır, bunların bir amalı, bir məqsədi var, cirkin cinayət yolu ilə kullu miqdarda mənfəət əldə etmək. Artıq bu şanlı peşə sahibləri özlərini də ifşa ediblər. Onlar artıq poqon daşıyaraq cinayətkarları himayə etmələrini də gizlətmirlər. Elə bu səbəbdən bizdə özlərinə qarşı nifrət oyadıblar, munasibətlər kifayət qədər kəskindir. Ötən illər ərzində M. Abdullayevin yaxınlarına qarşı pərdə arxası hazırlanan provakasyon ssenarilər, bu gun zərərcəkmişə qarşı cinayət işi açılmaqla artıq acıq mustəviyə kecdi. Möhtərəm Prezident, Şəxsən sizin qəti göstərişiniz olmadan bunu artıq tənzimləmək mumkun deyil. M.Abdullayevin oğurlanma faktı ilə bağlı Sizə məlumat verməyə calışan insanlara qarşı hüquq- muhafizə orqanları tərəfindən elə bir təzyiqlər göstərilir ki, həmin şəxslər Azərbaycan Respublikası vətəndaşlığından imtina etmək dərəcəsinə catırlar, öz doğma ocaqlarını tərk edirlər, məcburiyət qarşısında öz xəstə valideynlərini himayəsiz buraxırlar. Bu gun böyuk ixtiraların nəticəsi olaraq, tükürpədici texnologiyaların mövcudluğuna baxmayaraq, əgər respublikanın milli təhlukəsizliyini təmin edən təşkilatın əməkdaşı-zabiti yoxa cıxırsa və ya oğurlanırsa, 10 il ərzində tapılmırsa, bu o deməkdir ki, Azərbaycan respublikasının hüquq- muhafizə orqanları, xususilə prokurorluq orqanları avtoritar ölkələrin guc strukturlarına xas fəaliyyət göstərirlər. Bu o deməkdir ki, adam oğurluğu, korrupsiya, ruşvətxorluq uzərində iş fəaliyyəti qurulduğundan ölkədə kriminogen vəziyyətə nəzarət etmək mumkun olmaz. Bu təhlukə artıq yaranıb. Möhtərəm cənab prezident, butöv 10 il ərzində zərərcəkmiş tərəfindən hüquq- muhafizə orqanlarına, xususilə prokurorluq orqanlarına kulli miqdarda rəsmi şəkildə muraciət olunmasına baxmayaraq, bunlardan birinə də Mahirin aqibətinə aydınlıq gətirə biləcək cavab alınmayıb, hətta 2012-ci ildə şəxsən Sizin göstərişinizə əsasən yaradılmış mustəqil əməliyyat istintaq qrupunun dövrundə bu istiqamətdə ciddi addım atılmayıb. Əgər hüquq- muhafizə orqanlarının öz əməkdaşları adam oğurluğu iə məşğul olurlarsa, bunun özu dövlətcilik ucun təhlukə yaratdığını göstərir. Amma əminəm ki, belə vəziyyət cox cəkə bilməz. Biz bunun şahidi olduq. AR DİN-də qruplar bir birilərinə qarşı mubarizə aparır, biri digərinin mövqeylərini zəiflətməyə calışırlar. Bu da onların huquqlarını qoruduqları xalqın, bu xalqın bir hissəsi olan Abdullayevlər ailəsinin gözu qarşısında baş verir, xalqda onlara qarşı inam zəifləyir, xalq arasında dayaqlarını sıradan cıxarır. Elşad Abdullayev tərəfindən hüquq- muhafizə, prokurorluq orqanlarına, eləcə də ictimaiyyətə təqdim olunmuş video yazılardan məlum olur ki, M. Abdullayevi oğurlayan şəxslər, bu kriminal dəstənin himayədarları ən azından guc strukturlarında təmsil olunurlar. Guclu arxası olmayan dəstə bu qədər ağır cinayət törədə bilməzdi. Təəccub etmirik ki, fəaliyyətləri barədə hüquq- muhafizə, prokurorluq orqanlarında məlumat olduğu halda, onlar cəzasız qala bilirlər. Amma konkret olaraq himayədarların kimliyinə gəldikdə, düşünürük ki, zərərcəkmişin təqdim etdiyi video faktların qəhramanları tələb olunan qanun cərcivəsində istintaqda dindirilməyənə qədər, zərərcəkmiş şəxsin yaxınlarında yaranmış suallara aydınlıq gətirilməyəcəyinə kimi bu məsələ açılmayacaq. Cənab prezident, biz Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsi olaraq Sizə müraciət edərək 10 ildən bundan öncə, 2003- cü il oktyabr ayının 13- də naməlum şəraitdə oğurlanmış MTN zabiti, Azərbaycan respublikası vətəndaşı Mahir Abdullayevin taleyinə aydınlıq gətirilməsi, tapılıb ailəsinə təvil verilməsi, eləcə də onun oğurlanmasında iştirak edən və geri qaytarılması üçün qardaşı Elşad Abdullayevdən pul tələb edən şəxslər barəsində qanun çərçivəsində ciddi ölçü götürülməsi üçün müvafiq addımlar atmanızı xahiş edirik.
Hörmətlə, Azad Mursaliyev Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin sədri
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?