Müdafiə Komitəsi son videonun araşdırılmasın tələb edir
Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsi Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin rəhbəri Vahid Axundova müraciət edib. Surəti Azərbaycan respublikasının Baş prokuroru Zakir Qaralova, Milli Təhlükəsizlik naziri Eldar Mahmudova, Daxili İşlər naziri Ramil Usubova göndərilən müraciətdə özünü Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin əməkdaşı kimi təqdim edən şəxslərin Elşad Abdullayevlə məlum söhbətinin araşdırılması tələb olunur. Müraciəti olduğu kimi diqqətinizə çatdırırıq: “Hörmətli cənablar, Sizə məlum olduğu kimi Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin mayoru Abdullayev Mahir İslam oğlu 13 oktyabr 2003-cü ildə səhər saat 10 radələrində həmin ilin oktyabr ayının 15-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Prezidentliyə namizəd kimi İlham Əliyevin Tofik Bəhramov adına Respublika stadionunda tələbələrlə keçiriləcək görüşündə iştirak etmək üçün evdən çıxıb və geri qayıtmayıb. Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin nəzdində fəaliyyət göstərən İctimai Təhqiqat Qrupunun apardığı araşdırmalar göstərir ki, Mahir Abdullayevin müəmmalı şəraitdə yoxa çıxması ilə bağlı başlanmış cinayət işi üzrə istintaq uzun müddət ərzində formal xarakter daşımaqla tam, hərtərəfli və obyektiv aparılmayıb. Ona görə də onun yaxınları, xüsusən qardaşı Elşad Abdullayev bir hüquqşünas kimi müstəqil araşdırmalara başlayıb və nəticədə belə bir qənaətə gəlib ki, qardaşı Mahir Abdullayev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq tutulmuş və sonradan yoxa çıxmışdır. Ona görə də şikayətçi hesab edir ki, qardaşı Azərbaycan Respublikasında yüksək vəzifəli dövlət məmurlarının himayəsi altında fəaliyyət göstərən mütəşəkkil cinayətkar qrup tərəfindən oğurlanmışdır. E. Abdullayev Fransa Respublikasında təhlükəsizliyinin təminatına əmin olduqdan sonra qardaşının oğurlanmasında yüksək vəzifəli dövlət məmurlarının əlinin olmasını ifşa edən bir çox video materialları internet resurslarında və kütləvi informasiya vasitələrində yaydı. Əfsuslar olsun ki, 2003-cu ildən bəri dəfələrlə M.Abdullayevin oğurlanma faktı ilə bağlı hüquq- muhafizə orqanlarının unvanlarına göndərilən coxlu sayda ərizə- müraciətlərə baxmayaraq, bu işin istintaqına cavabdeh şəxslərin fəaliyyətində hec bir ciddi dəyişikliklər-islahatlar olmamışdır. Əksinə, M.Abdullayevin oğurlanma faktını hər vasitə ilə ört- basdır etməyə calışan vəzifəli şəxsləri görduk, mənfi tendensiyalar ustun şəkil aldı. Məhkəmə sistemində calışan hakim, guc strukturlarında calışan onlarla zabitlər ayrı- ayrılıqda, hər biri ayrı- ayrı qruplaşmaların numayəndələri kimi, “pul verin, Mahiri gətirək“ təklifləri ilə cıxış ediblər. Bu bir daha göstərir ki, hec bir halda bunları adi Azərbaycan vətandaşlarının təhlukəsizliyi maraqlandırmır, bunların bir amalı, bir məqsədi var, cirkin cinayət yolu ilə kullu miqdarda mənfəət əldə etmək. Artıq bu şanlı peşə sahibləri özlərini də ifşa ediblər. Elşad Abdullayev tərəfindən hüquq- muhafizə, prokurorluq orqanlarına, eləcə də ictimaiyyətə təqdim olunmuş video yazılardan məlum olur ki, M. Abdullayevi oğurlayan şəxslər, bu kriminal dəstənin himayədarları ən azından guc strukturlarında təmsil olunurlar. Guclu arxası olmayan dəstə bu qədər ağır cinayət törədə bilməzdi. Mahir Abdullayevin geri qaytarılmasında onun qardaşı Elşad Abdullayevdən pul alaraq gedib Mahirdən xəbər gətirəcəyini bildirən şəxslərdən ikisi, özünü Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin əməkdaşı kimi təqdim edən, 29 aprel 1970- ci ildə Naxçıvanda doğulmuş Kələntərəov Səfər Rəşid oğlu və 24 noyavr 1968- ci ildə Göyçayda doğulmuş Babaşov Natiq Cabbar oğlu olub. Biz həmin şəxslərə dair sənədləri- onların Elşad Abdullayevə bilet almaq üçün verdikləri xarici pasportlarının, onlara məxsus vizaların və 27 avqust 2004- cü ildə Sankt- Peterburqa üçmaq üçün alının avia- biletlərin surətlərini, eləcə də onların Elşad Abdullayevlə bu barədə danışıq- müzakirələrinin video çəkilişlərini sizə göndəririk. Onu da diqqətinizə çatdıraq ki bu videoçəkiliş virtual məkan vasitəsilə (http://www.youtube.com/watch?v=liFL1dOChDw&feature=player_embedded) artıq ictimaiyyətə təqdim olunub və ölkə mediasında yayılıb. Hörmətli cənablar, Biz Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsi olaraq Sizə müraciət edərək 10 il bundan öncə, 2003- cü il oktyabr ayının 13- də gözlənilməz şəraitdə oğurlanmış MTN zabiti, Azərbaycan respublikası vətəndaşı Mahir Abdullayevin taleyinə aydınlıq gətirilməsi, tapılıb ailəsinə təvil verilməsi, eləcə də onun oğurlanmasında iştirak edən və geri qaytarılması üçün qardaşı Elşad Abdullayevdən pul tələb edən, özünü Azərbaycan respublikası Dövlət Mühafizə Xidmətinin əməkdaşları kimi təqdim edən Kələntərəov Səfər Rəşid oğlu və Babaşov Natiq Cabbar oğlu barəsində qanun çərçivəsində ciddi ölçü götürülməsi üçün müvafiq addımlar atmanızı xahiş edirik.”
Sorğu
Yeni dizaynımız necədir?