GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Mahir Abdullayevin oğurlanmasında şok məqamlar

Mahir Abdullayevin oğurlanmasında şok məqamlar

Tarix: 29-03-2013, 20:01 Bölmə :Manşet Baxış: 1 958
Mahir Abdullayevin oğurlanmasında şok məqamlar

Seçki faktoru, ABU üzərində dava, adam oğuluğu ilə məşğul olan şəbəkə

Mahiri deyil Mahirləri oğurlayıblar, Azərbaycan xalqının mentalitetinə xas
olmayan iyrənc metodlarla insanları qorxunun, dəhşətin girovuna çevirməyə
cəhd göstərirlər, utanmadan, həyasızcasına dövlət başcısını aldadırlar


Mahir Abdullayevin oğurlanması ilə bağlı qaldırılmış cinayət işinin istintaqının aparılmasında külli miqdarda diqqəti cəlb edən şübhəli məqamlar mövcuddur. Komitədə belə bir ehtimal var ki, istintaq həqiqətən də reallığa uyğun olmayan versiyalar üzərində istintaq hərəkətləri aparır.
Bu versiyalardan biri ondan ibarətdir ki, 13.10.2003-cü il tarixdə prezidentliyə namizəd Cənab İlham Əliyevin Respublika stadionunda seçicilərlə görüşü günü dövlət başçısının əleyhinə provakasiya baş verilməsinə dair ehtimallar üzərində baş sındırır. Güya tədbirin başlanmasına az vaxt qalmış M.Abdullayevin rəhbərlik etdiyi müəlllim-tələbə kollektivi stadiona daxil olarkən naməlum, özlərini universitetin tələbələri kimi qələmə verən şəxslər dövlət başçısının əleyhinə şuarlar səsləndiriblər, hətta mühalifət liderlərindən birinin adını çəkərək qışqırıblar. Bu zaman Mahiri axtarıblar, amma ondan xəbər çıxmayıb. Elşad Abdullayevə zəng ediblər və insindent barədə məlumat verərək qarışıqlıq salanları tanımadıqlarını deyiblər. M.Abdullayevin hadisə yerində olmadığını eşidən rektor E.Abdullayev özu stadionun qarşısına gəlib və danışıqlar apardıqdan sonra tələbələrin tədbirə qatılmasına nail olub.....Elə həmin günü M.Abdullayev yoxa çıxıb. Güya həmin görüşdə baş verən provakasiyadan sonra M.Abdullayev yoxa çıxıb. Misal çün komitənin İTQ-nun uzvləri 13.10.2003-cü il tarixdə prezidentliyə namizəd Cənab İlham Əliyevin Respublika stadionunda seçicilərlə görüşü günü həmin tədbirdə iştirak etmiş ABU-nun bir sıra müəllimləri ilə görüşüb, söhbətlər aparmışdırlar. Məlum olmuşdur ki, əslində həmin görüş zamanı ümumiətlə heç bir insindent baş verməyib, M.Abdullayevin stadionda olmamasına baxmayaraq E.Abdullayev şəxsən özü tədbirdə digər rektorlarla bərabər iştirak edib. Yəni ən böyuk yalanlardan biri də ondan ibarətdir ki, heç kim E.Abdullayevə telefon zəngi açıb onu stadionun qarşısına çağırmayıb.Bu absurddur, cəfəngiyatdır. Ən azından xüsusi xidmət orqanlarında çalışmış hər bir şəxsə məlumdur ki, dövlət başçısının iştirak etdiyi bu kimi tədbirlərdə xüsusi texnoloji proqramlar vasitəsilə vacib personanın ətrafını təşkil edən radiusda abonentlər ixtiyarlarında olan əlaqə saxlama vasitələrdən istifadə etmək məhrumiyətinə məruz qalırlar. Amma Aərbaycan gerçəkliklərini nəzərə alaraq bu gipotezə üzərində prinsipiallıq nümayiş etdirmək fikrində deyiləm, 10 ilə yaxın oğurlanmış bir ailə başçısının istintaqı aparılan bir məmləkətdə yuxarıda qeyd etdiyimiz mühafizə sistemi də bir neçə saatlıq tətbiq olunmaya bilərdi. Amma fakt budur ki, stadionda heç bir təxribat baş vermədiyi halda kimlər isə bu şayənin içtimayət arasında səslənməsinə böyük səylər göstərmişdir, ən əsası isə bu şayəyə daha yuxarı instansiyaları inandırmağa çalışmışdır.
Yəni M.Abdullayevin oğurlanması prosesi qabaqcadan düşunülmüş bir əməliyyat tədbiri olmuşdur. 13.10.2003-cu il tarixdə Mahirin oğurlanması üçün məntiqlə təhlil etsək həqiqətəndə cox əlverişli bir gün hesab oluna bilər. Soruşa bilərsiniz hansı səbəblərdən ? Ən vacib səbəblərdən biri odur ki, həmin dövrlərdə artıq respublikada müəyyən qüvvələr arasında başı bəlalı ABU-ni inhisara almaq uğrunda amansız mübarizə başlamaqda idi. Amma nəzərə almalıyıq ki, bu inhisarçılıq işğalı ilk anlarda məharətlə maskalanmış şəkildə aparılırdı. Universitetə sahib çıxmaq istəyən şəxslər E.Abdullayevin nufuzundan, respublikanın birinci şəxsinə şikayət etmək üçün çevrəsindən istifadə edə biləcəyindən ehtiyat edirdilər. Bəzi qüvvələr universiteti satın almaq təklifi ilə çıxış edirdilər, digərləri kənardan universitetə mümkün hucumlardan müdafiə olunmaq üçün cəmiyyətdə yüksək mövqe tutan şəxslərin simasında forpost təklif edirdilər, başqaları universitetdə ardıcıl yoxlamalar aparmaqla, təhsil ocağının fəaliyyətini iflic vəziyyətə salıb, bununlada universitet sahibinə başa salırdılar ki, onların razılığı olmadan universitet fəaliyyət göstərə bilməz, bəziləri hətta universitetin onlara məxsus olduğunu vurğulayaraq təhsil ocağının təhfil verilməsini tələb edirdilər, bu qüvvələrdən fərqli olaraq elə qüvvələr vardır ki, bunlar artıq daha radikal metodlardan yararlanaraq universiteti öz qanadlarının altına almaq istəyirdilər. Misal üçün bu qüvvələr rektorun ətrafında olan şəxsləri sözün əsl mənasında oğurlayaraq, professordan külli miqdarda pullar alırdılar, elə qüvvələrdə var idi ki, digər klanlardan fərqli olaraq daha çox fəallıq göstərib artıq öz adamlarını universitetdə yüksək vəzifəyə təyin edərək təhsil ocağının təsisçiliyin tələb edirdilər, bəziləri ümumiətlə universiteti sökməklə şantaj edirdilər. Lakin diqqət yetirin oğurlanan insanalar geri qaytarılırdı, universitet sökülmürdü, təsisçilik rektorun əlindən zorla alınmırdı. Yəni rektora əzələ nümayiş etdirilirdi, hədə qorxu gəlinirdi, şantaj olunurdu amma butun bu təziklər ayrı ayrı vaxtlarda pik nöqtəsinə çatmırdı. Səbəb ? Heç kim üçün gizlin deyil ki, ABU - nun rektoru istər respublika daxilində, istərsədə respublika hududlarından kənarda kifayət qədər tanınmış bir şəxs idi. Rektor içtimayət arasında tanınmağı ilə bərabər respublikanın tanınmış, nufuzlu insanları ilə də şəxsi tanışlığı haqqında da kifayət qədər məlumatlara malikik. Belə olan vəziyyətdə rektorun qardaşı oğurlanacağı halda respublikanın birinci şəxsinə baş vermiş cinayətlə bağlı məlumat veriləcəyini heç kim, xüsusilə Mahiri oğurlamağa hazırlaşan insanlar şübhə etmirdilər. Oğurluğu təşkil edən insanlar nə qədər qüdrətli olsalar belə bu kimi riski etməyə cürət etməzdilər. Nəvaxtsa bu oğurluq faktı ilə bağlı onlara ən yuksək instansiyalardan veriləcək mümkün suallara əsaslı, güclu arqumentlərlə izahat verilməsinə haırlıq görmək tələb olunurdu. Bunun üçün rektorun iqtidara “ xəyanət etməsi,” qardaşı Mahirin isə “muhalifətdə təmsil olunaraq dövlət çevrilişində iştirak etmək” senarisinin yazılması mütləq xarakteri daşıyırdı. Artıq əsas hazırlıqlar görüldüyündən Mahiri oğurlamaq olardı. Bir anlıq 2005-ci ilin fevral ayında Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın oğurlamasını və eyni zamanda dövlət başçısının şəxsən bu işlə maraqlanmasından sonra sonuncunun azad edilməsini xatırlatmaq istərdim sizə. Mahiri oğurlayanlar 13.10.2003-cü il tarixdə bu səhfə yol verməmişdirlər. Mahiri oğurlayanlar bütün nyuansları nəzərə almışdırlar. Hətta nəvaxtsa lazım gəldikdə Prezidentin mümkün iradlarına belə həqiqətə uyğun olmayan cavabları hazırdı. Hər bir zümrə dəqiqliklə hesablanmışdı, “ xəyanətkar” rektor, dövlət “çevrilişi hazırlayan” qardaşı,
Heç bir kişiliyə yaraşmayan hərəkətlərlə bu saxta, uydurulmuş senarini əldə əsas tutaraq artıq Mahiri də oğurlamaq olar, məqsədlərinə nail olmadıqda universiteti də bağlamaq, rektorun özünə və ətrafındakılara fabrikə olunmuş onlarla cinayət işi də açmaq, universitetin ərazisində mərhum prezident Heydər Əlirza oğlu Əliyevin xatirəsinə qoyulmuş heykəlin açılışını da illərlə təxirə salmaq, ümumiətlə törətdikləri cinayətin izini tozunu silmək məqsədilə elə bütün baş verənlərin məsüliyyətini zərərçəkmişin boynuna qoyaraq onu həbs etmək olar. Mahiri deyil Mahirləri oğurlayıblar, Azərbaycan xalqının mentalitetinə xas olmayan iyrənc metodlarla insanları qorxunun, dəhşətin girovuna çevirməyə cəhd göstərirlər, utanmadan, həyasızcasına dövlət başcısını aldadırlar. Düşünmürlər ki, yamaxı qızıl sapla tiksələr belə, yamax yamaxdır. Düşünmürlər ki, artıq vaxtda, zamanda onlara qarşı işləyir.

Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsi
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mahir Abdullayevin hüquqlarını müdafiə komitəsi yaradılır

    Mahir Abdullayevin hüquqlarını müdafiə komitəsi ...

    15-02-2013, 00:06

  • 
  • Mahir Abdullayevin adı ilə alver edənlərə sərt mesaj

    Mahir Abdullayevin adı ilə alver edənlərə sərt ...

    19-03-2013, 19:24

  • 
  • Əli Zəngilanski Mahir Abdullayevin oğurlanmasında Kəmaləddin Heydərovun adın çəkir-Video

    Əli Zəngilanski Mahir Abdullayevin oğurlanmasında ...

    14-05-2013, 00:59

  • 
  • Elşad Abdullayevdən yeni şok video gəlir

    Elşad Abdullayevdən yeni şok video gəlir ...

    12-05-2013, 14:12

  • 
  • Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsinin prezidentə müraciəti

    Mahir Abdullayevin Hüquqlarını Müdafiə ...

    18-03-2013, 18:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu