Moderator.az-ın suallarını Demokratik Təsisatlar və İnsan Hüquqları ictimai birliyinin sədri Elçin Abdullyev cavablandırıb.
- Elçin müəllim, son zamanlar ən aktual müzakirələrdən biri həbsdən azad olunan Leyla və Arif Yunusların prezidentə minətdarlıq bildirməsi ilə bağlıdır. Bir ictimai təşkilat rəhbəri olaraq məsələyə münasibətinizi bilmək istərdik?
- Bilirsiniz, ilk öncə bunu insanın seçimi kimi qiymətləndirmək lazımdır. Həyatda hər kəs öz yolunu seçir, kimsə-kimsəni bunun üçün ittiham edə bilməz. Ən pis nümunə odur ki, insan özü xaricədə oturub ölkəyə gəlmir və kimsədən qəhrəmanlıq tələb edir. Məsələn, bu gün mən davranışla yaşayıram. Aldığım təhsil proqramı üçün hazırda Almaniyadayam. Digər tərəfdən təşkilatımıza qarşı cinayət işi mövcudur. Düşünmürəm ki, burada oturub özümü qəhrəman kimi təqdim edim və Azərbayanda olan siyasi-ictimai aktiv adamlardan cəsarət tələb edim. Mənim fikrimcə bu ən yaxşı halda qeyri-etikdir. Bu gün Azərabcyanda olsaydım, məsələyə tam başqa kontekstdə yanaşardım. Digər tərəfdən, insanlar mübazirə aparır, həbsə düşür və görür ki, Azərbaycan hakimiyyətinin geri çəkilməsi üçün bütün mənalarda hər hansı ciddi bir iş getmir. Beynəlxalq təşkilatlar öz missiyasını bəyanatlar verməklə yekunlaşdırır. Bu məsələ hələ ki, böyük dövlətlərin də tam marağına çevrilməyib. İnsanlar da hesablayır ki, onun ölümü və həbsi ciddi nəticəyə gətirib çixarmır, düşüncəsini və baxışını dəyişməyə məcbur olur.
- Siyasi məhsbuların mövcud durumunu necə qiymətləndirirsiniz?
- Problem odur ki, hakimiyyət bu məsələdə geri çəkilmir və səbəb də çox aydındır. Böyük dövlətlərin siyasi maraqları Rusiya, Suriya, İran və İŞİD məsələsinə yönəldiyindən Azərbaycan məsələsi hələ ki, arxa planadır. Hakmiyyət də bu məsələri nəzərə alıb, zaman baxmından fürsətdən faydalanır və siyasi aktivləri cəzalandırmaqla hakimiyyətinin güclənməsini bu yolda görür. Hakmiyyətin ən böyük səhvi odur ki, bu davanışlarla “Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması” adı altında qrant alan bəzi beynəlxalq təşkilatların qrant məbləğlərinin artmasına kömək edir. Azərbaycanda nə qədər çox siyasi məhbus olarsa, onlar bunu yaxşı təqdim edir. Sizə özümün şahidi olduğum bir maraqlı faktı deyim. 4-5 il oncə bir beynəlxalq təşkilat Sövet məkanında qeyri-insanı rəftarlarla bağlı tədqiqat aparmaqla movcud durumu təhlil etmişdi. Demək, layihənin dəyəri millyonlarla dollarla ölçülsə də, bu beynəxalq təşkilat 12 olkədə 12 nəfər təqdiqatçı ilə bütün məlumatları 92 min dollarla əldə etmişdi. Biz də öz 10 illik təcrübəmizi məcburən ucuz satmalı olduq. Ona görə bu gün bəzi beynəlxalq təşkilatların marağına uyğundur ki, hakmiyyəti qızışdırsın və o siyasi məhbsuları azad etməsin. Özü də xüsusilə bunu siyasi məhbsuların əfv söhbətləri mərhələsində edirlər.
Xatirlayırsınızsa, bunu Oqtay Əsədov da hansısa bir formada demişdi. Digər bir tərəfdən hakimiyyət yerli və beynəlxalq QHT-lərə qarşı apardığı cinayət işində kifayət qədər qusurlara yol verdi. Adiyyatı olan, olmayan bütün insanları bu prosesə cəlb etməklə çox xoşagəlməz nümunələr ortaya qoydu. Hakimiyyət hesab edir ki, bu həbslərlə Azərbaycana gələn qrantların qarşısını alacaq. Ancaq dəyişən yalnız forma oldu. İndi yerli təşkilatlara gələn qrantları həmin beynəlxalq təşkilatlar alır və prosseslərin də bu yolda getməsinə maraqlıdılar. Nəticə də göstərir ki, Azərbaycan hakimiyyəti bilərəkdən və ya bilməyərəkdən Azərbaycanla bağlı qrant alan xarici təşkilatlara yardım etməklə məşğuldur. Doğrusu kimsə beynəlxalq təşkilatların haqqında tənqidi fikir səsləndirib, əlaqələrini zədələmək istəmirlər. Görünür, bu fikirlərin səsləndirilməsi mənim üzərimə düşürmüş.
- Siyasi məhbusların əfv olunması üçün nələrin edilməsinə ehtiyac var?
- İnsanların əfv ərizəsi yazıb - yazmaması onların şəxsi məsələsidir. Məsələn, mən özüm də eyni durumda olsaydım əfv ərizəsi yazmazdım. Amma bu gün həbsdə deyiləmsə, o demək deyil ki, məsuliyyətim yoxdur. Məsuliyyətim indi siyasi məhbus həyatı yaşayan insanlardan daha çoxdur. Mənim borcum onların həbsdən azad olunmasına yardım etməkdir. Bunun üçün mən nə lazımdırsa, etməyə hazıram, həm də borcluyam. Çünki bu azadlıqda olan bütün siyasi-ictimai aktiv çevrənin vəzifəsidir. Prezidentə əfvlə, QHT-lərlə bağlı müraciət olunub və mən də bu təşəbbüs tərəfdalarından biri idim. Hakimiyyətin bir qrup adamı siyasi məhbusların əfv edilməməsini hakimiyyətin “prinsipiallığı” kimi təqdim edir. Nəticədə nə baş verir? Bu mənasız və gərəkəsiz “prinsipallıq” cəmiyyətdən çox, hakimiyyətin ziyanına işləyir. Göstərici odur ki, ölkədə 100 siyasi məhbusun olması və illərlə həbsdə saxlanması olkənin avtoritar üsullarla idarə olduğu görüntüsü yaradır. Həmçinin, Azərbaycanda siyasi məhbus problemlərindən faydalananların işinə yarayır. Buna görə də əfv məsələsi ən azından mənəvi imitasiya üçün hakimiyyətin özünə lazımdır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?