GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Nurçuların sakit işğalı

Nurçuların sakit işğalı

Tarix: 10-12-2012, 12:35 Bölmə :Manşet Baxış: 1 052
Nurçuların sakit işğalı

Azərbaycan şagirdlərinin beyninə təhsildə yeridilən psixoloji əsarət

gundemxeber.az Zamanımızda, Vətənimizin sürətlə özgələşdirildiyi bir vaxtda nəzarətsiz Azərbaycanda eninə-boyuna yayılan təriqətlərdən biri də Nurçuluqdur. Türkiyədə başlayıb, ABŞ-da qərarlaşan, Avropaya sızan şəbəkə Qafqazı aşıb Mərkəzi Asiya ölkələrinə də geniş yayılmaqdadır. Nurçuluğun prinsipləri sünniliyə yaxın olduğundan Azərbaycanda yayımında təriqət faktoru əsas götürülərək çoxluqla sünni bölgələrinin seçilməsi da əvvəlcədən hesablanmış plandır. Hadisələrin bu qədər uyğun,üst-üst düşməsi xeyli ip ucları ələ verir. Nurçuluğun Azərbaycan yayımcılığı haqda bir qədər sonra...

Siyasi hədəflər və məqsədlər

Təriqət mənsubları - Nur Camaatı, əshabələr isə - Nur tələbələri adlanır. Türkiyədə Səid Nursinin əsəsını qoyduğu və Fəthullah Gülən tərəfindən geniş yayılmağa başladılan Nurçuluq təriqətinin yönətimciləri hədəflərinə çatana kimi «ılımlı və xoşgöru İslam» (mülayim və liberal İslam) görüntüsünü davam etdirməkdərirlər.
ABŞ-n dəstəklədiyi Türkiyənin Xomeynisi Fətullah Gülən sisteminin məqsədi Turkiyə dövlət idarəçiliyini devirib, Osmanlı Xəlifətliyi coğrafiyası tipində dini (teokratik) dövlətə - Türk İslam Dövlətinə çevirmək, anayasanı (konstitusiya) dəyişmək əsasında şəriət dövləti qurmaq durur. İran İslam İnqilabı kimi Türkiyəyə biçilmiş işlər gedir. İran İslam İnqilabında xalq Xomeyninin istiqamətləndirməsində İslam İnqilabına inanmışdı. Sonra nə oldu, olan Xalqa oldu. Xalq haqq və hüquqlarından məhrum oldu. Nə qədər dövri mücadilələr edilsə də hədər oldu, nəticəsi olmadı. Türkiyəni «beşinci kolon» deyilən içdən parçalamaq yönündə Qərb - ABŞ birliyi Nurçuların rəhbərlərinə iqtisadi-maliyyə yardımını əsirgəmir. Perspektivdə «Kürdüstan» məsələsi qərarlaşıb. Qərb siyasi dairələri yaxşı bilir ki, Türk ruhunu öldürmək üçün dini əsarət Türkiyəni Qərbdən asılı salmağın, məqsədləri reallaşdırmağın ən yaxşı yoludur. Və beləliklə yol başladılar... Türkiyədə bu işin gerçəkləşməsinə rəvac verən, özünü Yaxın Şərqdə «Ərəb atası» kimi sərgiləyən Türkiyənin Qorbaçovu Ərdoğandır. Ərbakandan Ərdoğana Türkiyədə ciddi ruhani Dirçəliş, Türk ruhunun oyanması getməyib, tam tormozlanıb.
Nurçuluq Türkiyədə ordudan sonrakı ən güclü təşkilatlanmış şəbəkədir. Hakimiyyət sıralarına yol tapmaq, hakimiyyətdə təmsil olunan məmurlarla əlaqələr qurmaq, yeni tərəfdaşlar tapmaq, dövlət obyektlərində qərarlaşma Camaata tapşırıqlardandır. F. Gülən hərbi, hüquqi, təhsil və mülki təşkilatların ələ keçirilməsini vacib bilir. Ərdoğanın məqsədi də Türkiyənin əsrlərlə formalaşan Ordusuna əl qoymaqdır. Yüksək rütbəli hərbiçilərin həbsi, «Ergənəkon» iddianaməsi, «Demokratik açılım» ( «Kürd açılımı») sistemli işin davamıdır. Türkiyə ictimaiyyəti iqtisadi sıçrayış inkişafı ilə tovlanıb. Türkiyə ictimaiyyətinin yuxuya verilməsi, gözlərinin bağlanmasını da iqtisadi rifah çaşdırıb. Nurçuların kommersiya şirkətlərinin bu qədər uğurlu olması kommunist düşüncəsinə dayanır; özündən al, özünə ver.

Sosial Fəaliyyətləri - Təşkilatlanma

Dühalara da əl atmaq, hami çıxmaq maraqları yenə də məqsədlərini kamuflyaj edir. Məsələn; Mövlana Cəlaləddin ruminin xatisinə həsr olunmuş beynəlxalq simpozium, Atatürk haqqında yazılar, lobbiçilikdə iştirak, ümumtürk ağrı və acılarını dilə gətirmək, TV-Media sahəsində baza yaratmaq, əməkdaşlıq etmək, tərəfdaşlıq qurmaq, dünyanın bir çox ölkələrində türk məktəblərinin qurulması, təhsil üzrə respublika və beynəlxalq olimpiadalarda iştirak, Türk Dili Olimpiadaları (Beynəlxalq Türkcə Olimpiadalar) təşkili, ictimai-siyasi hadisələrdə, hərakatlarda yaxından iştirak, konsert proqramları təşkil etmək və s...
Fəthullah Gülənin istiqamətləndirməsi ilə indiyədək 90-dan çox ölkədə təxminən 500 lisey, özəl məktəblər (ibtidai təhsil məktəbləri), 400-dən çox təhsil və dil kursları, universitetlər, tələbə yataqxanaları (nurçu yurdları), vəqflər (idarə), biznes şirkətləri açılmışdır. Bu təşkilatlar vasitəçiliyi ilə 100.000-dən çox şagirdə təhsil verildiyi təxmin edilməkdədir.
Türkiyədən Azərbaycana təhsil almağa gələn tələbələrin bir hissəsini Nur Camaatı təşkil edir və Şəbəkə tərəfindən maliyyələşdirilir.

Nur Camaatının yayınları

«Zaman» Türkiyənin ən çox satılan qəzetlərindəndir. Gündəlik tirajı 1 milyona (!!!) yaxındır. Həm də Türkiyənin ilk İnternet qəzetidir. Ayrıca olaraq ABŞ, Avropa, Azərbaycan, Bolqarıstan, Qazaxıstan, Qırğızıstan və rumıniyada yerli buraxılışda nəşr olunur. Nur Camaatı şəbəkəsi 10-dan artıq müxtəlif jurnal nəşr edir və İnternet resursları kifayət qədərdir. Məşhur «Aksiyon» junalı da nəşrlərinə aiddir.
Sistemin iş prinsipi gizliliyə meyilli fəaliyyət (ən önəmli tapşırıq), tərəfdarlarının son dərəcə quruma bağlılığı, təsirli və qərarlı mərkəzi idarəetmə sistemi ilə çalışan şəbəkənin olmasıdır.
Daxildə və Xaricdə Dövlətin və Millətin içinə təhsildən yerimək hərəkəti ön xətdə durur. Türk təşəbbüskarlar tərəfindən Türkiyə xaricində məktəb açılmasında Fəthullah Gülənin təşviqləri təsirli olmuşdur.
İndi fətullahçıların görəvi camaatı - Xalqı kapsamaq və kontrolda saxlamaqdır. Maliyyə bazaları imkan verir.
İşin yayıcılığını stimullaşdırmaq üçün adların seçilməsində hərəkətdə olmağı bildirən əlamətlərə, nəsnələrə önəm verilir. Misal: «nur», «zaman», «çağ», «damla», «araz»...


«Asiya Dialoqu» İctimai Birliyi-Sevil Nuriyeva, Könüd Şamilqızı və başqaları...

Əsasən iç bölgədaxili və region ətrafı ölkələrin tələbələrinin, jurnalistika və TV jurnalistika sahəsində çalışan şəxslərin seminar müzakirələrini təşkil etmək, təcrübə mübadiləsi, staj proqramları - ixtisas təkmilləşdirmə kursları, sertifikatla təmin olunma, layihə çərçivəsində Türkiyənin nüfuzlu TV-Media qurumlarına işlə təmin olunma, ali məktəblərdə təhsil almaq, ezamiyyət səfərləni gerçəkləşdirmə imkanının yaradılması kimi ən müxtəlif maarifləndirici funksiya yerinə yetirirmiş kimi görüntülənib . Üzdə hər şey yaxşı görsənir, əsasda isə köklü dəyişikliklər gedir və bu «maarifləndirmə» işində iştiraka ünlü şəxsləri dəvət etməklə, öz tərəflərinə çəkməklə özlərinə pərəstişkar, tərəfdaş toplayırlar. Bu isə işin təbliğat maşınıdır.
Tanış isimlərdən - «ANS»-dən tanınan, 2005-ci ildə təsis edilən «Asiya Dialoqu» İctimai Birliyinin həmtəsisçisi və başqanı (eyni zamanda Qafqaz Media Mərkəzinin də başqanı) Sevil Nuriyeva, bu birliyin 2007-ci ildən yaradılan layihəsi - Qafqaz Media Mərkəzinin koordinatoru və «Asiya Dialoqu» İctimai Birliyinin icraçı direktoru, jurnalist Könül Şamilqızı və s. Birliyin adı - «Asiya Dialoqu» özlüyündə işartılar yaradır. Açımı - təriqətin Asiyaya yayıcılığına işarədir.

Təhsil təbliğatı - «Çağ» Öyrətim İşlətmələri

Nurçuluq Azərbaycan təbliğatına hiss edilməyəcək tərzdə təhsil sistemindən başladılıb, çox ağıllı bir düşüncədir toxum əkmək. Azərbaycanda Nurçuluğun özəyini «Çağ» Öyrətim İşlətmələri» Məhdud Məsuliyyətli Müəssisə nəzdində fəaliyyət göstərən şirkətlər qrupu təşkil edir. Türkiyədən gəlmiş iş adamlarının «müştərək təhsil müəssisələri açmaq» təklifləri xeyli şübhələr yaradır.
Türkiyənin dünyada açılan ilk Türk Liseyi - «Naxçıvan Özəl Türk Liseyi»! Azərbaycana yönəlik gözlərin 1991-ci il 18 oktyabrında burada Sovet idarə üsulunun ləğvindən, Müstəqilliyin yenidən bərpa aktı - «AR Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı»ndan 14 gün sonra, 1 noyabrda ilk dəfə Naxçıvanda fəaliyyətə başladılar. Azərbaycana gətirilən bir çox pozuculuğun adı Heydər Əliyevlə bağlı olduğu kimi, bunun da razılıq gəlişi Əliyevlə bağlıdır.
Fəaliyyətlərini cilalamaq üçün hakim rejimin maraqlarına uyğun davranışı yaddan çıxatmayıb üsulluca müdafiə edirlər. Bu sırınmalara bir neçə misal; «Şirkətin fəaliyyətə başlaması görkəmli siyasi və ictimai xadim, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır... Muxtar respublika Parlamentinə sədrlik edərkən Türkiyə maarifçilərinin müştərək təhsil müəssisələri açmaq barədə təkliflərini qəbul etmiş...», «Prezident İlham Əliyevin diqqət və qayğısını daima hiss edən Universitet kollektivi...», «Azərbaycanda elm və təhsilə daima himayədarlıq etmiş Heydər Əliyevin şəxsi göstərişi ilə...», «Universitet Elmi Şurasının qərarı ilə ümummilli lider Heydər Əliyevin adına təsis olunmuş xüsusi təqaüd və digər təqaüdlər...» və b.
Bölgələr üzrə paylanmada Sünnilik faktoru əsas götürülür.


«Araz» Hazırlıq Kursları və «Nur evləri»

Oğlanlar üçün qruplara «abi»lər, qızlar üçün qruplara «abla»lar başçılq və nəzarət edir. Abilər «Çağ»-ın yeni vaxtlarında Türkiyədən gətirilirdi, şirkət püxtələşmə mərhələsin adlaynadan sonra, artıq «yerli kadrlardan» seçilməyə başladı. Az qala hərbi rejim xarakterli kurs və yataqxanalarında şəriət qaydaları əsasında yaşam tədbiq edilir. Məs.: çörəyi sağ əl ilə kəsmək, «sinikers» şokoladı yeməmək ...
Abituriyentlər «Zaman-AZƏR» MMC firmasının nəşr məhsulları və dini ədəbiyyatla pulsuz təmin edilir. Psixoloji təsir o qədər yeriyir ki, Kərbəla-Aşura məzmunlu filimlərin nümayişi zamanı zalda oturub ağlayanlar da olur, kursun təhsil müddətini tam bitirib evlərinə dönməyən məzunlar da olur.
Abituriyentləri şirnikləndirmək, abilərin tapşırıqlarını, buyruqlarını yerinə yetirmələrinə mənəvi borc yaratmaq üçün abilər abituriyentlərin bufet xərclərini öz istəklərindən gələn hal kimi ödəyirlər. Naşı abilər abituriyentlərə təpinsələr, vursalar belə «tələbələrin» onların üzünə ağ olmağa, çəmkirməyə mənəvi haqları çatmır. Abilər özləri də rəhbərliyə hesabat verirlər. (Çox mütəşəkkil iş qurulub).
«Araz» Hazırlıq» Kurslarında təhsil alan abituriyentlərdən kursda «yaxşı oxuyanlar», dini təsirə düşənlər («Nur Tələbələri») - namaz qılmağı öyrənən, şəriət buyruqlarına əmal edənlər müəyyən vaxtdan sonra xüsusi evlərə - «Nur evləri»nə yerləşdirilir. Burada mədrəsə tipli molla təhsili verilir.
«Nur evləri»nin birinci məqsədi sosial baza - insan qaynağı qazanmaq və yeni təsirə düşənlərin beyninə Camaatın təlimlərini yeritməkdir.
Nikah məsələsi də önəmli sayılır. Öz şəbəkələri daxilində ailə həyatı qurmaları üstünlük yaradır. Bu, nəzarətçi müəllimlər - «Abi» və «abla»lara da aiddir.
Kursun adının hallanmaması üçün polisə girşmirlər. Hətta kursu bitirib təhsil haqqını ödəməyən məzunları belə polisə şikayət etmirlər.
Kursun məzunlarından 400-dən, 500-dən, 600-dən çox bal toplayanlar Qafqaz Universitetin ixtisaslarını seçməyə təhrik edilir. 100-dən, 200-dən aşağı və bundan yuxarı bal toplayanlara isə Bakı İslam Universitetinin Zaqatala filialı, AMİ-nin Şəki filalını və BDU-nun Dinşünaslıq fakultəsini seçim tapşırılır.
Bakıda «Damla», Sumqayıtda Nizami Gəncəvi adına tələbə yataqxanaları (nurçu yurdları) fəaliyyət göstərir.

Azərbaycan yayınları və əhatəsi
Azərbaycanda «Zaman-AZƏR» MMC firması, «Nurlar» mətbəəsi, «Zaman - Azərbaycan» qəzeti, «Ailəm» jurnalı mətbu orqanları, «Quba «Nur» Studiyası», quzey zonasını əhatə edən «Nurlu Sabah» Uşaq-Gənclər təşkilatı (Quba r.), «Nur» Çörək Zavodu, «Araz» Hazırlıq Kursları, «Araz» Yayınları MMC, «Araz» dərgiləri, dərsliklər, test bankları, Qafqaz Universiteti, tələbə yataqxanaları, Türkiyə İşbirliyi və Kalkınma İdarəsinin Azərbaycan üzrə Koordinatorluğu, Azərbaycanda yayımı dayandırılan «STV» (Azərbaycandakı mərkəzində həmən baza əsasınad «Xəzər» TV təsis edildi) və d. şəbəkənin əhatəsinə aiddir. Qafqaz Universitetinin əməkdaşlıq siyahısını əsasən Türkiyə iş adamlarının təsis etdiyi şirkətlər təşkil edir.
Mətbu orqanlarında məhsulun tirajının göstərilməməsi müəssisədaxili sirr kimi saxlanılır. Təhsil müəssisələrinin yerləşdiyi bölgələrdə mətbu orqanlarının təmsilçilikləri təşkil olunub. Təhsil müəssisələrini mətbu orqanlarla pulsus təmin edirlər.
6-11-ci sinif şagirdlərini qəbul edən liseylərdə oxuyanlara və hazırlıq kurslarında 2-3 il hazırlaşanlara daha ciddi yanaşılır.
Sevindirici hal budur ki, hərbi və güc strukturlarından - Hərbi həkimlik, Polis Akademiyası, MTN və b. liseyin attestatın qəbul etmir. Bircə bu fakt fətullahçıların nə qədər təhlükə olduğuna kifayət dərəcədə sübutdur.
Yenicə formalaşan xam beyinlərə təsirdən, beyinlərə hakim olub oturuşandan sonra isə dövlətin total işğalına lap az qalır.
Bu sadalan faktlar işin bəlli olan, bilinən tərəfləridir. Dövlət baba «Çağ» Öyrətim İşlətmələrinin müqaviləsinə yenidən əl gəzdirməli və ya «Çağ»-ın hüquqlarını məhdudlaşdırmalıdır.

Sözün sonunda

Fətullahçılığa bağlı kadrların yetişdirilməsi gələcəkdə mühüm dövlət postlarının ələ keçirilməsini nəzərdə saxlayıb. Yadlığa qarşı dirəniş Millətin özümlü kişiləri tərəfindən sipər çəkilməlidir. Bu günün xırda bir güzəşti sabahın bölünmə, parçalanma, vətəndaş itaətsizliyinə gətirib çıxaracaq. Sistem qarşısına milli-mənəvi özüllü sistem qoyulmasa qarşısıalınma hədər olacaq. İnamsız, əsassız, sistemsiz şəriətlər, təriqətlər, məzhəblər, sektalar burulğanı çıxılmazlığından bir yol var - İnsanlığın, Azərbaycanın, Türk Dünyasının, ümum Bəşərin nicatı Mütləqə İnam ruhaniyyatında bütünləşmək.
Yasin Türksoy
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nurçular rəsmi Bakını necə təhdid edir?

    Nurçular rəsmi Bakını necə təhdid edir? ...

    4-03-2014, 10:11

  • 
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15

  • 
  • Nurçular Azərbaycanda necə şəbəkələşə biliblər?

    Nurçular Azərbaycanda necə şəbəkələşə biliblər? ...

    23-01-2014, 00:10

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • “Fəthullah Gülənin Abdullah Öcalandan fərqi yoxdur”

    “Fəthullah Gülənin Abdullah Öcalandan fərqi ...

    7-05-2014, 10:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu