GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » MİLLİ ŞURADA İSA QƏMBƏR FIRTINASI

MİLLİ ŞURADA İSA QƏMBƏR FIRTINASI

Tarix: 6-08-2013, 20:18 Bölmə :Manşet Baxış: 866
MİLLİ ŞURADA İSA QƏMBƏR FIRTINASI
Rüstəm İbrahimbəyovdan Müsavat başqanına dətək:“İsa Qəmbərin namizədliyini niyə də dəstəkləməyək?!”

Milli Şuranın üzvləri bu gün bəyan elədilər ki, qurumun sədri, birləşmiş müxalifətin prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov avqustun 12-də Azərbaycana qayıdacaq. Mətbuatda da belə bir ehtimal irəli sürülmüşdü.

Lakin hazırda Moskvada olan R.İbrahimbəyovun özü virtualaz.org saytına eksklüziv müsahibəsində öz tərəfdarlarının ümidlərini puça çıxaran, əslində isə onların aldadılmasının etirafı demək olan şok açıqlama verib. Virtualaz.org həmin müsahibəni təqdim edir:

- Rüstəm müəllim, sizin Rusiya vətəndaşlığı ilə bağlı probleminiz həll olundumu?

- Mən hələ məhz bu işlə məşğulam. Bildiyiniz kimi, Rusiya vətəndaşlığından məhrum edilməyim mənim özümün də bu prosesdə fəal iştirakımı tələb edir. Ona görə də Bakıya yalnız bu məsələ həll ediləndən sonra qayıdacağam. Hələliksə bu məsələ mənim Azərbaycandan kənarda olmağımı tələb edir. Dəfələrlə demişəm ki, bütün bu prosedur məsələlərin həlli mənim iştirakım olmadan mümkün deyil. Belə bir ehtimal var ki, bütün bu proseslər uzana bilər.



- Bunda Rusiyanın hakimiyyət orqanları da maraqlı ola bilərmi?

- Haqlısınız. Bu proses bir çox vacib amillərdən asılıdır. Ona görə də bu proses uzana bilər. Bildiyiniz kimi, vətəndaşlıqdan çıxmaqla bağlı müraciət Rusiyanın Vətəndaşlıq Məsələləri üzrə Komissiyasının müvafiq qərarından sonra baxılıb təsdiqlənmək üçün Rusiya prezidentinə göndərilir. Burada isə siyasi iradə amili var. Söz yox, mənim bu müraciətimi rədd edə bilməzlər, amma burada söhbət müddət məsələsindən, onun uzadılmasından gedir. Mən də ona görə Moskvadayam ki, bu prosesi sürətləndirim. Bu məsələ baxış mərhələsində olduğu müddətdə mən öz sənədlərimi prinsip etibarilə Azərbaycan MSK-sına təqdim edə, imza toplamağa başlaya bilərəm. Biz hazırda bütün bu məsələlər üzərində işləyirik.

- Dünən bir sıra müxalifət liderləri İctimai Palatanın dirildilməsi və fəaliyyətinin canlandırılması təşəbbüsü ilə çıxış ediblər. Siz necə düşünürsünüz, bu, Azərbaycan müxalifətinin parçalanmasına səbəb ola bilərmi?

- İctimai Palata Milli Şuradan xeyli əvvəl yaradılmışdı. Milli Şura müxalifət qüvvələrinin daha geniş koalisiyasıdır. Lakin mən həmişə demişəm ki, Milli Şuranın öz vahid namizədinin olub-olmamasından asılı olmayaraq heç kim digər partiyaların, ittifaq və birliklərin öz namizədini irəli sürməsinə mane ola bilməz. Ona görə də mənim fikrimcə, əgər mənim namizədliyimi qeydə almasalar, müxalifət nümayəndələrini seçkilərdə iştirak etmək hüququndan məhrum etmək olmaz. Biz onların namizədliyinin irəli sürülməsinə mane olmamalıyıq. Bu halda əgər Milli Şura bunu vacib bilsə, digər namizədi də dəstəkləyə bilərik.

- Siz nəzəri baxımdan, məsələn, Müsavat başqanı İsa Qəmbərin namizədliyini dəstəkləyə bilərsinizmi?

- Bu mövzuda artıq dəfələrlə danışmışam, fikirlərimi bildirmişəm. Mən İsa Qəmbərə həm bir siyasətçi, müxalifət lideri, həm də sadəcə bir insan kimi hörmət edirəm və onun namizədliyini dəstəkləyə bilərəm. Əgər vahid namizəd qeydiyyata alınmayacaqsa, niyə də yox, İsa Qəmbəri niyə də dəstəkləməyim?! Bu halda onun namizədliyini niyə dəstəkləməməliyik? İsa bəydən əlavə orada vahid namizəd olmağa layiqli insanlar var. Məsələn, Mehman Əliyev, Mirmahmud Fəttayev, Lalə Şövkət. Mən bunu mümkün sayıram.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rüstəm İbrahimbəyovun pasport problemi həll edilir

    Rüstəm İbrahimbəyovun pasport problemi həll edilir ...

    5-08-2013, 12:00

  • 
  • Rüstəm İbrahimbəyov müxalifətin lideri və vahid namizədi oldu

    Rüstəm İbrahimbəyov müxalifətin lideri və vahid ...

    2-07-2013, 13:25

  • 
  • Kremldən Rüstəm İbrahimbəyov açıqlaması

    Kremldən Rüstəm İbrahimbəyov açıqlaması ...

    18-07-2013, 00:57

  • 
  • “Rüstəm İbrahimbəyovun namizədliyi müzakirə olunacaq”- AÇIQLAMA

    “Rüstəm İbrahimbəyovun namizədliyi müzakirə ...

    6-06-2013, 12:31

  • 
  • Rüstəm İbrahimbəyovdan anlaşılmaz sual: “Nəyə görə Bakıya gəlməliyəm?”

    Rüstəm İbrahimbəyovdan anlaşılmaz sual: “Nəyə ...

    7-08-2013, 17:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu