GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Qubada Mübariz Ağayev zülmü

Qubada Mübariz Ağayev zülmü

Tarix: 12-08-2013, 14:43 Bölmə :Manşet Baxış: 2 034
Qubada Mübariz Ağayev zülmü


Rayon camaatı bir il öncə devirdikləri Rauf Həbibovun xiffətini çəkir

Quba camaatı ayağa qalxanda bilmirdi ki, Rauf Həbibovun yerinə gələcək adam, nəqliyyat naziri Ziya Məmmədovun kadrı olan Mübariz Ağayev sələfinin ölənlərinə rəhmət oxutduracaq. Ancaq oxutdurdu.
Rayon sakinlər Qubanın sosial burulğanlar içərisində batdığını söyləyirlər və bildirirlər ki, müraciət etdikləri yerlərdə heç kim onları dinləmir.
Qubanın kəndlərində yollar bərbad, su, işıq, qaz demək olar ki, yoxdur. Bu azmış kimi ana təbiət bir az sərt üzünü göstərəndə qubalıların dərdi birə-beş artır...

Yağış yağanda Quba dənizə dönür

Yağış insanlara qənim kəsilib. Sakinlər Allaha dua edirlər ki, rayona yağış yağmasın. Əks halda Qubanın mərkəzi su altında qalacaq.
Biz səfər etdiyimiz zamandan iki gün öncə rayon belə bir bəlayla üzləşib.
Bizi Qubaya aparan sürücü deyir ki, rayonun mərkəzindəki kanalizasiya sistemi bərbad haldadır. Baxmayaraq ki, dövlət büdcəsindən rayona ayırılan vəsaitin içərisində kanalizasiya sisteminin yenidən qurulması da nəzərdə tutulmuşdu: “İcra hakimiyyəti yalnız kosmetik dəyişikliklər edir. Pullar istiqaməti üzrə xərclənmir. Kanalizasiya sistemini 3-4 ay öncə düzəlmişdilər. Yağış yağandan sonra məlum oldu ki, heç bir işə yaramır. İki gün öncə Qubada olsaydınız, qayıq axtarardınız. Su dizə qədər idi. İcra başçısı yalnız rayonun mərkəzinə diqqət ayırır. Heç kəsin problemi həll olunmur”.
Sürücü bizimlə söhbətində onu da qeyd etdi ki, kəndlərdə problemlərin sayı hesabı yoxdur. Rayonun mərkəzindənsə qəsəbələrə getməyi məsləhət gördü. Ondan ayrılan zaman “Əgər camaatla işləri olmasa Quba sakinləri çörək pulunu birtəhər qazanacaq. Ancaq kiminsə beş-on manat artıq pulu varsa o dəqiqə boğazına çökürlər. Yaşamağa belə qoymurlar” deyərək bizimlə xudafizləşdi.

Gədik – Azərbaycanın unudulmuş diyarı

Üz tutduğumuz ilk məkan Gədik kəndi oldu. Sakinlərlə söhbət zamanı məlum oldu ki, indiki icra başçısı Mübariz Ağayev rayona təyin olandan sonra onlarla görüşüb.
“Bizimlə görüş keçirildi. Açıq mikrafon idi. Hər kəsə dərdini söyləməyə imkan yaratdılar. İcra başçısının yanında olan kəslər dilə gətirdiyimiz sosial problemləri qeyd etdilər. Görüş bitəndən sonra hamımızı Allaha dua edirdik ki, bizim də qayğılarımız həll olunacaq. O vaxtdan indiyə qədər xahiş və tələblərimizin heç biri yerinə yetirilməyib. Dəfələrlə icra hakimiyyətinə getmişik. Şikayətlərimizi yazmışıq. Deyiblər ki, tezliklə probleminiz həll olunacaq. Ancaq ortada bir şey yoxdur. Bir sözlə bizi get-gələ salırlar”.
Gədik kəndində vəziyyət həqiqətən də bərbaddır. Kənd camaatı meşədəki ağacları qırıb, elektrik dirəyi kimi istifadə edir.
“Meşədən qırıb gətirdiyimiz ağaclar elektrik dirəyi kimi istifdə edir. Başqa yerlərdə ağacları qırıb sobada yandırırlar ki, ailəsi isinsin, bizdə isə əksinədir. Bura Azərbaycanın unudulmuş diyarıdır”.
Bu kəndin su, qaz, kanalizasiya problemi ilə yanaşı işıq problemi də var. 220 ailənin yaşadığı bu kənddə ziq-zaq formasında bir-birinə sayrışan naqillər hər an bədbəxt olaya səbəbkar ola bilər.
“Qubanın işıq idarəsinə də, Xaçmazdakı regional idarəyə də müraciət etmişik ki, dirəkləri dəyişsinlər. Cavabları bu oldu ki, narahat olmayın, hər şey siz istəyən kimi olacaq. Hər yerdən ümidimizi üzmümüşük. İcra başçısı gəlib deyirsə ki, problemləriniz həll olunacaq, ancaq heç bir şey edilmirsə, daha nə başqalarından nə gözləyək? Bu kəndin camaatı hər şeydən əlini üzüb. Ümidimiz Allahadır”.

Davudobada torpaqlar ucuz alınır, baha satılır

Gədikdən ayrılıb Davudobaya üz tuturuq. Bu kənd rayonun Hacıhüseynli inzibati ərazi vahidliyində yerləşir. Hacıhüseynli bələdiyyəsinin tərkibindədir. Sözügedən bu ünvanda da kommunal problemlər dizə qədərdir.
Su, işıq, qaz, yol – bunlar Davudobaya yad olan şeylərdir.
“Qışda 300-400 manat verib bir maşın odun alırıq, yenə çatmır, qışı yola verə bilmirik. Nə qazanırıqsa onu da həkimlərə yedirdirik. Bu azmış kimi həkimlər də bu kəndə gəlmək istəmir. Bu qəsəbədə kimsə xəstələnsə Təcili Tibbi Yardım Stansiyası bura maşın göndərə bilmir, Deyirlər ki, yollarınız bərbaddır, maşın batır. Qışda kimsə xəstələnsə, ümidi özümüzə qalır”.
Kənd camaatı torpaqların əllərindən almasından da gileylənirlər.
“Artezian quyusu adı altında bizdən torpağın bir sotunu20-25 manata aldılar. Dedilər ki, mütləq satmalısınız. Bizdə məcbur olduq. Ancaq sonradan öyrəndik ki, bu sadəcə alver etmiş. İndi torpaqlarımızı geri qaytarmaq istəyirik, bizə elə bir qiymət deyirlər ki, dəhşətə gəlirik. Bələdiyyə 1 sot torpağı elə qiymətə satır ki, halbuki bizdən 10 sotu alanda o qədər məbləğ ödəməmişdi”, - deyə sakinlər bildirirlər.
Sakinlərdən bir neçəsi bu ilin mayın 14-də Ədliyyə naziri Fikrət Məmmədov Xaçmazda vətəndaşları qəbul edən zaman qəbuluna düşüb. Dərdlərini nazirə çatdırıblar. Nazir torpaq probleminin həll edilməsi üçün tapşırıq versə də, indiyə qədər heç nə həll edilməyib”.
Yeni Giləzi kəndi getdiyimiz iki kənddən heç nəyi ilə fərqlənmirdi. Burada da eyni problemlər, eyni fəlakətlər, insanların acıları eyni.
Yeni Giləzi sakinlərinin də problemlərinə çarə tapan adam yoxdur.

Şəhərin mərkəzi sahibkarların hesabına abadlaşdırılır
Qubada Mübariz Ağayev zülmü
Qubanın mərkəzinə qayıdırıq. Şəhərdə tikinti-quruculuq işləri göz deşir. Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında “Bayraq meydanı” tikilir. Burada ucaldılacaq bayraq dirəyi 76 metr hündürlüyündə olacaq. Bundan başqa sözügedən parkda Rayon icra hakimiyyətinin yeni inzibati binası, o cümlədən hənclər mərkəzi inşa edilir.
Qubada Mübariz Ağayev zülmü
Hər iki tikilinin sahəsi 1500 kvadrat metrdir. İcra Hakimiyyətinin binası 3, gənclər mərkəzi isə 2 mərtəbəli olacaq.
Rayon sakinləri istər icra hakimiyyətinin, istərsə də gənclər mərkəzinin tikilməsinə ögey münasibət bəsləyirlər. Deyirlər ki, bu tikililər camaata heç nə vermir: “Bu binalar bizə nə verir ki? Camaatın vəziyyəti ağırdıq. Sosial problemlərin içində batırıq. İşimiz, gücümüz bir tikə çörək pulu qazanmaqdır”.
Rayon sakinləri onu da bildirdilər ki, şəhərdə abadlıq işləri sahibkarların hesabına aparılır. Yəni, sahibkarlardan materialları alıblar, ancaq pullarını vermirlər: “Orada işləyən tikinti briqadaları ki, aylardır pul üzünə həsrətdirlər”.
İcra başçısının birinci müavini Yusif Abidovla elə parkda görüşdük. O, istər rayonun mərkəzndə gedən tikinti işləri, istərsə də kənd camaatının problemləri ilə bağlı deyilənlərin həqiqətə uyğun olmadığını söylədi. Bildirdi ki, problemlər yavaş-yavaş həll olunur. Onun sözlərinə görə, abadlıq işləri, o cümlədən tikinti-quruculuğa görə heç kimin haqqı kəsilməyib: “Ola bilər ki, hansısa briqada işi yaxşı görməyib, ona ikinci dəfə gördürmüşük, ancaq pulunu kəsməmək olmayıb”.
İcra başçısının müavini parkda olan adamlardan birini çağırdı. Özünü Rəşad kimi təqdim edən şəxs fəhlələrin üstündə nəzarətçi olduğunu söylədi və qeyd etdi ki, heç kimin pulu kəsilmir. Əlavə olaraq onu da bildirdi ki, fəhlələr bayram günləri rayonlarda istirahət edir.
Yusif Abidov dedi ki, camaat sosial qayğılarının tezliklə həll edilməsini istəyir: “Hamı istəyir ki, yaşadığı kəndin yolu Xınalıq yolu kimi olsun. Ancaq bu mümkün deyil. Hissə-hissə təmir ediləcək, yollar salınacaq, problemlər həll olunacaq”.
Qubada Mübariz Ağayev zülmü
***

Rayonu tərk edib Bakıya qayıdırıq. Bu dəfə başqa bir sürücü ilə. O deyir ki, icra başçısının indiyə qədər gördüyü işlərin heç birinin camaata xeyri olmayıb: “Cammat acından ölürsə, işsizlik, sosial problemlərin sayı-hesabı yoxdursa icra hakimiyyətinin yeni binası, gənclər mərkəzinin tikilməsi nəyimizə gərəkdir. O gənclər mərkəzində kimlər olacaq ki? Ancaq öz adamları. Kasıbın balasını ora buraxan deyillər, buraxsalar belə, orada nə edəcək? Bir sözlə əhali ancaq gündəlik çörək pulunu düşünür. Rauf Həbibov bundan daha insaflı idi”.


Ramin DEKO
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qubada narazılıq bitmir

    Qubada narazılıq bitmir ...

    8-05-2013, 16:09

  • 
  • QUBA TORPAQLARINI BAKIDAKI DƏLLALLAR SATIŞA ÇIXARIB

    QUBA TORPAQLARINI BAKIDAKI DƏLLALLAR SATIŞA ...

    8-07-2013, 17:02

  • 
  • İcra başçısı işlətdiyi fəhlələrin maaşını vermir

    İcra başçısı işlətdiyi fəhlələrin maaşını vermir ...

    5-08-2013, 12:07

  • 
  • Qubanın keçmiş icra başçısının malikanəsini türk biznesmen alıb

    Qubanın keçmiş icra başçısının malikanəsini türk ...

    5-02-2014, 09:28

  • 
  • Quba sahibkarları icra başçısına hədə yolladılar

    Quba sahibkarları icra başçısına hədə yolladılar ...

    14-07-2013, 20:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu