“İbrahimbəyovun bu addımları gözlənilən idi. Ancaq onun məhz belə bir formanı seçəcəyi gözlənilən deyildi. O, bu bəyanatı verməzdən öncə bir üzr istəməli, bundan sonra səbəb və arqumentlətlərini açıqlamalı idi. Təəssüflıər olsun ki, biz bunu müşahidə etmədik”. Bunu bir neçə gün əvvəl Milli Şuranın vahid namizədinin səlahiyyətli nümayəndəsi və AXCP Naxçıvan Təşkilatının sədr müavini postundan istefa edən Həsən Şıxəliyev deyib. O, həmçinin xatırladıb ki, məhz aparılan bu cür oyunlar onun istefa haqda qərar verməsini şərtləndirib. Bununla belə müsahibimiz deyib ki, Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun bu addımı onlarda ciddi narazılıq yaradıb: “Biz qərara gəlmişik ki, Rüstəm İbrahimbəyovun bu addımına cavab olaraq onu məhkəməyə verək. Eləcədə İbrahimbəyovdan 1 manat təzminat tələb edək. Çünki biz neçə aylardır onun arxasınca gedirik, bu şəxsə inanırdıq. Biz bu addımları atmaq haqqında düşünürük. Nəzərə alın ki, onun aldatdıqları insanlar elə də az deyil. Hələlik biz bir neçə nəfərik. Bir daha müraciət edərək özünü aldadılmış hesab edən insanları bizə qoşulmağa dəvət edirik. Bu ona görə vacib addımdır ki, gələcəkdə başqaları bir daha belə fikrə rüşməsin. Biz İbrahimbəyovu şəxs olaraq məhkəməyə verəcəyik. Bu adam xalqın da müəyyən hissəsini aldadıb. Biz ona cavab verməliyik ki, gələcəkdə belələri ortaya çıxıb xalqı aldatmasın”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?