GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Prezidentliyə namizədlərin kölgə kabinetləri - ARAŞDIRMA

Prezidentliyə namizədlərin kölgə kabinetləri - ARAŞDIRMA

Tarix: 20-09-2013, 13:25 Bölmə :Manşet Baxış: 865
Prezidentliyə namizədlərin kölgə kabinetləri - ARAŞDIRMA
Hafiz Hacıyev “Pənah Hüseyn” deyir, Araz Əlizadə onları artıq tanıyır, Cəmil Həsənli ümumi konturları cızıb
Tarixin bütün dövrlərində dövlətlər və ya imperiyalarda siyasi hakimiyyət uğrunda mübarizə aparılıb. Zamanın şərtlərindən və diktəsindən asılı olaraq hakimiyyəti ələ almağın metodlarında dəyişikliklər baş verib. Tarix dərslərindən görürük ki, bir zamanlar güc yolu ilə hakimiyyətə sahib olmaq tendensiyası demək olar ki, əksər ölkələrin siyasi mübarizə mexanizminin tərkib hissəsi olub. Güc amili elə indi də, bəzi ölkələrdə müşahidə olunur. Ancaq XXI əsrdə bu, hakimiyyət kürsüsü uğrunda sivil və hüquqa uyğun olaraq mübarizəyə kölgə sala bilməz. Zor tətbiq etmək dövründən ağıl mərhələsinə qədəm qoyan dünya siyasi müstəvisinin aparıcı fikir adamları artıq ideoloji üsul və vasitələrlə hakimiyyətə yiyələnmək variantını daha üstün tuturlar. Çünki müasir dövrdə bu metod iqtidara yiyələnməyin əsas komponentlərindən biridir. Bu mənada xalq seçkisi yolu ilə ölkə rəhbərini təyin etmək də qloballaşan dünya siyasi tarixinin aparıcı xəttidir. Dövlətə rəhbər seçildikdən sonra isə əsas məsələ hakimiyyət komandasını formalaşdırmaqdır.

Azərbaycanda da 2013-cü il oktyabr ayının 9-da keçiriləcək prezident seçkiləri məhz qanunvericiliyə müvafiq qaydada rəngarəng siyasi mənzərə və mübarizə üsulları ilə müşahidə olunur. 10 nəfər namizədin mübarizə apardığı seçkidə qalib tərəfin hansı partiya və ya siyasi fiqur olmasından asılı olmayaraq, həmin şəxslərin hakimiyyət komandasında kimlərin yer alacağı maraq doğurmaya bilməz. Bir az da dəqiqləşdirsək, namizədlərin kölgə kabinetində nazir və digər məmur postlarına təyinatlar proqramı cəmiyyət üçün də vacibdir. Qeyd etmək yerinə düşər ki, Azərbaycan Konstitusiyasına görə, yeni seçilmiş dövlət başçısı səlahiyyətlərini icra etməyə başladığı gündən Nazirlər Kabineti istefa verir.

Görəsən bizim prezidentliyə namizədlərimiz hakimiyyətə gələcəkləri təqdirdə kadr siyasətini necə formalaşdıracaqlar? Modern.az saytı mövzu ilə bağlı araşdırma aparıb.

İqbal Ağazadə: “Seçkini udandan sonra qərar verəcəyəm”

Ümid partiyasının sədri, millət vəkili İqbal Ağazadə məsələ barədə seçkini udacağından sonra qərar verəcək. Bu barədə özü danışan İ.Ağazadə fikirləşir ki, hələ kifayət qədər vaxt var.

“Bu məsələ danışıqlardan, hakimiyyətin içərisində olan qüvvələrin peşəkarcasına bəzi dəyərləri və prinsipləri qəbul etməsindən asılı olan bir məsələdir”. Prezidentliyə namizədin sözlərinə görə, partiyada kölgə kabineti ilə bağlı hər hansı bir müzakirə də aparılmayıb. O, ümumiyyətlə ad çəkməkdən də imtina edib.

BAXCP: “Konkret komanda haqda təsəvvürlərimiz var”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından (BAXCP) prezidentliyə namizəd, millət vəkili Qüdrət Həsənquluyev təkcə partiya daxilindəki tərəfdarlarını deyil, cəmiyyətdəki ayrı-ayrı tanınmış simaları da öz hakimiyyət komandasına cəlb etmək niyyətindədir. Bu haqda BAXCP-nin səlahiyyətli nümayəndəsi Elçin Mirzəbəyli məlumat verib. O, ad çəkməsə də bildirib ki, konkret komanda haqda təsəvvürləri var.

Fərəc Quliyev: “Yaxın zamanda elan edəcəyəm”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin də idarəetmə sistemi ilə bağlı proqramı var. “Söhbət konkret şəxslərdən də getmir”-deyən F.Quliyevin sözlərinə görə bu proqram yaxın zamanlarda elan olunacaq.

İlyas İsmayılov bu barədə düşünmür

Ədalət Partiyasından prezidentliyə namizəd, Milli Məclisin deputatı İlyas İsmayılov hakimiyyət komandasında kimlərin təmsil olunması haqda indi düşünmür. O, seçkidən sonra qərar verməyi planlaşdırır.

ADP: “Komandamın 30 faizini indiki hakimiyyətdə təmsil olunan şəxslər təşkil edəcək”

ADP sədri Sərdar Cəlaloğlu digər rəqiblərinə nisbətən daha konkret danışıb. “Mənim hakimiyyət komandamın 40 faizini öz partiyamızın üzvləri, 30 faizini demokratik müxalifətin nümayəndələri, 30 faizini isə indiki hakimiyyətdə təmsil olunan şəxslər təşkil edəcək. Komandada bu faizlərlə yerlər müəyyən edəcəyəm”-deyən S.Cəlaloğlu bununla bağlı adlarını çəkdiyi tərəflərə təklif edəcəyini bildirib.

Araz Əlizadə: “Vəzifə vercəyim şəxslərin hamısını tanıyıram”

ASDP sədri Araz Əlizadə siyasi mənsubiyyətindən asılı olmayaraq peşəkarlardan ibarət bir komanda formalaşdırmağı arzu edir. “Bu peşəkarlar Azərbaycanda var. Hamısını da tanıyıram”. Buna baxmayaraq A.Əlizadə məsələ ilə əlaqədar heç bir danışıq aparmadığını da etiraf edib. O həmçinin əlavə edib ki, iqtidara gəlməsi sosial-demokratların hakimiyyətdə tam olaraq özünə yer tutması anlamına gəlmir.

Hafiz Hacıyev: “Öz komandamda Pənah Hüseyni görmək istəyirəm”

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə prezident olacağı təqdirdə məğlub olacaq digər namizədləri kənarda qoymaq istəmir. Onun sözlərinə görə, kölgə kabinetində bugünkü hakimiyyətin tərkibində olan sağlam qüvvələr yer alacaq. Nə qədər qəribə səslənsə də H.Hacıyev Milli Şuranın namizədini də öz hakim dairəsində görmək istəyir.
“Mənim fikrim var ki, bugünkü prezidentliyə namizədlərin əksəriyyətindən istifadə edim. Milli Şuranın namizədi Cəmil Həsənlini universitetlərin birinə ya rektor, ya da kafedra müdiri qoymaq istəyirəm”-deyən H.Hacıyev vurğulayıb ki, namizədlər sırasında baş prokuror olmağa layiq insanlar da var. Yəqin ki, Hafiz müəllim bununla deputat İlyas İsmayılovu nəzərdə tutub.
“Eyni zamanda Elçibəy hakimiyyəti dövründə də layiqli kadrlar olub. Mən öz komandamda Pənah Hüseyni də görmək istəyirəm. Onu gücü çatıb icra edə biləcəyi vəzifəyə təyin edəcəyəm. Mən partiyada da kollektivin təşkili barədə tapşırıq vermişəm”.

Cəmil Həsənli: “Bu barədə müəyyən tezislər var”

Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin mətbuat xidmətinin rəhbəri Oqtay Güləliyev bildirib ki, hələlik konkret adlar üzərində bir müzakirə aparılmayıb. “Bu barədə müəyyən tezislər var və təxmini konturlar var”-deyə C.Həsənlinin rəsmi nümayəndəsi qeyd edib.

Zahid Oruc: “Əsas ideyadır”

Öz təşəbbüsü ilə prezidentliyə namizədliyi irəli sürülmüş millət vəkili Zahid Orucun cavabı belə olub: “Biz seçkilərə ideyalarımız qazansın, fikirlərimizi, mesajlarımızı cəmiyyətə çıxaraq, onlar ictimai rəydə möhkəmlənsin deyə qatılmışıq. Buna adekvat hərəkətlərimiz də var. Biz praqmatik bir mövqenin sahibiyik. Komanda quruculuğu və konkret adlar üzərində işləməmişik. Bəlli bir məqsədimiz də yoxdur. Adlar, soyadlar şərti xarakter daşıyır. Ən vacibi ölkənin gələcək həyatında milli maraqlara müvafiq komandanın formalaşmasıdır”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Mübarizə 9 oktyabrda bitmir, bəlkə də başlayır...”

    “Mübarizə 9 oktyabrda bitmir, bəlkə də ...

    7-10-2013, 21:34

  • 
  • Namizədlərin Qarabağ VƏDİ

    Namizədlərin Qarabağ VƏDİ ...

    18-09-2013, 10:36

  • 
  • Arif Hacılı seçki platformasını açıqladı

    Arif Hacılı seçki platformasını açıqladı ...

    10-09-2014, 10:40

  • 
  • “Demokratik qüvvələr bu seçkilərdən güclənmiş çıxdı”

    “Demokratik qüvvələr bu seçkilərdən güclənmiş ...

    14-10-2013, 09:14

  • 
  • Hakimiyyət uğrunda saray savaşı...

    Hakimiyyət uğrunda saray savaşı... ...

    22-11-2013, 22:08


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu