GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » SDU-nun rektoru MTN-ə çağırıldı

SDU-nun rektoru MTN-ə çağırıldı

Tarix: 6-11-2013, 14:56 Bölmə :Manşet Baxış: 2 447
SDU-nun rektoru MTN-ə çağırıldı
Universitetdə baş verən qanunsuzluq araşdırılır; Nadir Qəhrəmanov “vurulacaq”
GündəmXəbər.az saytının verdiyi bilgiyə görə Sumqayıt Dövlət Universiteti artıq neçə illərdir ki, ölkə mətbuatının sözün mənfi mənasında daha çox diqqət ayırdığı təhsil ocaqlarındandır. Bu isə təsadüfi olmayıb və burada yaşanan qanunsuzluq və korrupsiya faktları ilə birbaşa bağlıdır. SDU-da baş verən şok olaylarla bağlı redaksiyamıza yeni informasiyalar daxil olub. Elə bu məqalənin ərsəyə gəlməsi də məhz həmin faktlara işıq salmaq ehtiyacından irəli gəlib. Bu haqda bir qədər sonra daha ətraflı bəhs edəcəyik…
Xatırladaq ki, SDU 13 iyun 2000-ci ildə ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycan Sənaye İnstitutunun bazasında yaradılmışdır. 2000-ci ildə burada baş verən özbaşınalıq, rüşvətxorluq, maliyyə yeyintiləri Təhsil Nazirliyini qəti tədbirlərə əl atmağa məcbur etdi. Rektor dəyişdirildi, bir çoxları həbs edildi. Lakin rektorun dəyişməsi də universitetin normal vəziyyətə saxta diplom verilməsi, maliyyə yeyintiləri hallarının dayanmasına təsir etmədi.
“Gələn gedənə rəhmət oxutdular” prinsipi SDU-da da keçərli oldu. Görmədiyi günə düşən Nadir Qəhrəmanov birdən-birə varlanmağa başladı. Villalar, şadlıq evləri, bahalı maşınlar, binaları, zinət əşyaları rektoru çaşdırdı. Ona göstərilən etimaddan daha çox öz şəxsi maraqları üçün çalışan N.Qəhrəmanovun universitetdəki özbaşınalığı son dövrdə daha dözülməz həddə çatıb.
Əslində korrupsiya, rüşvətxorluq elementləri bütün ali məktəblərdə qismən mövcuddur. Fərq etməz az və ya çox. Amma SDU-da rüşvətxorluq elə geniş şəkildə kök atıb ki, bunun birbaşa Qəhrəmanovlara xidmət etməsinə şəkki-şübhəniz olmasın. Hər il imtahan sessiyası zamanı rektor öz pulu ilə müxalifət qəzetlərində müxtəlif həqiqətə uyğun olmayan yazılar dərc etdirməklə aidiyyatı qurumların fikirlərini əsas məsələlərdən, şikayətlərdən, korrupsiya, rüşvətxorluq hallarından, qanunsuz əməllərindən, maliyyə maxinasiyalarından məharətlə yayındırmağı bacarırdı. Məsələn, Arif Paşayevlə qırılmaz tellər, Ramiz Mehtiyevlə sıx əlaqələrinin olması, H.Əliyev Fonduna pul köçürmələri, Rəfiqə Əliyavanın onu rektor qoydurması, ulu öndər H.Əliyevlə ailələrinin yaxınlığı və sair.
Mətbuata diqqətlə nəzər salsanız görərsiniz ki, bu məsələlər kütləvi şəkildə qabardırılır. Hər yerdən sığortalanıb. Təhsil Naziri Misir Mərdanovda hər şeydən bəlli olduğu üçün fürsətdən istifadə edərək hamını qəti şəkildə inandırıb ki, Prezidentin Sumqayıt Dövlət Universitetində gedən qanunsuzluqlardan, rüşvətxorluq, korrupsiya və maliyyə maxinasiyalarından xəbəri var. Ona görə də heç bir icra başçısı Nadir Qəhrəmanovla bacara bilmir. Prokurorluq və dövlət təhlükəsizliyi orqanları keçmiş nazirin sözlərini əsas tutaraq ona baş qoşmaq belə istəmirlər. Bir sözlə, balansı qorumağa üstünlük verirlər.
Ən maraqlısı budur ki, Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının xəbəri olmadan SDU-da birbaşa 2-ci kursa kütləvi şəkildə tələbə qəbulu aparılıb. Rusiyanın bir çox ali məktəblərindən köçürmə yolu ilə SDU-ya qəbul olan tələbələr köçürüldükləri ali məktəblərin adlarını belə bilmirlər. Məsələn Quliyeva Səbinə Zahid qızı və Alıyeva Leyla Zahid qızı kimya fakültəsinin biologiya ixtisasına 39.7 qrupuna qəbul olunublar.
Redaksiyamıza SDU-da baş verənlərlə bağlı daxil olan yeni faktlar isə daha dəhşətlidir. Daxil olan məlumatlarda bildirilir ki, SDU-nun elmi işlər üzrə prorektoru Yadigar Hüseynov SDU-da baş verən bütün əxlaqsızlığın əsasını təşkil edən şəxslərdəndir. Belə ki, SDU-da bütün kafelərə, yeməkxanalara elmi işlər üzrə prorektor rəhbərlik edir. İddia olunur ki, bunun səbəbi isə odur ki, o bu obyektlərdə öz adamları vasitəsilə alkoqollu içkilərin satışına nəzarəti həyata keçirir. Bundan başqa SDU-nun sabiq tərbiyyəvi işlər üzrə prorektor Həqiqət Aslanovun qanunsuz olaraq işdən çıxarılmasında və dolayısı ilə ölümünə səbəb olmasında da Y.Hüseynovun çox böyük xidmətləri olmuşdur. Belə ki, mərhum Həqiqət Aslanov hər zaman əməkdaşların qarşısında Yadigar Hüseynovun çirkin əməllərini ifşa edirdi. Elə bütün bunlara görə də o işdən uzaqlaşdırıldı.
SDU-da elmi işlərin təsdiq edilməsi üçünYadigar Hüseynov 1000 (min) manat almasa bu işi baş tutmuş saymaq olmaz. Bütün bunlardan isə çıxan nəticə budur ki, Y.Hüseynov bu gün SDU-dakı korrupsiya maşınının əhəmiyyətli hissələrindən birinə çevrilməyi bacarıb. Bütün bunlardan başqa Y.Hüseynov tələbələrin rüşvət yoluyla qiymət almasına, saxta yolla ixtisasdan ixtisasa keçirilmələrinə də şəxsən rəhbərlik edir. SDU-da prorektor həmkarlarını və dekanları şantaj yoluyla öz tabeçiliyində saxlayır. Bütün bunlarla bağlı Təhsil Nazirliyinə, hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlərin edilməsinə baxmayaraq universitetdə baş verənlərlə bağlı hələ də təsirli tədbirlər həyata keçirilmir.
SDU-dan daxil olan şikayətlərdə isə ən dəhşətli və dözülməz məqam tələbələrə qarşı əxlaqsız təkliflərin edilməsidir. Bunun təsdiqi kimi bu günlərdə Azerinfo.org saytında yer almış bir informasiyanı olduğu kimi diqqətinizə çatdırmaq istəyirik: “Sumqayıt Dövlət Universitetinin bir qrup tələbəsi saytımızın elektron ünvanına bu təhsil müəsissəsində baş verənlərlə bağlı məktub ünvanlayıb. Tələbələr universitetdə əsl biabırçılığın hökm sürdüyünü iddia edirlər.Pul yığımının başında isə Universitetin elmi işlər üzrə prorektoru Yadigar Hüseynov və qiyabi təhsil üzrə prorektor Qafar Ramazanov durur. Tələbələr təhsil nazirindən bir neçə gün öncə keçirilən iclasda Zəngilan rayonundan məcburi köçkün olan tələbə qızı açıq şəkildə küçə söyüşləri ilə təhqir edən Nadir Qəhrəmanovun əməlləri barədə ölçü götürülməsini tələb edirlər. Tələbələr məktublarında iddia edirlər ki, rektor Nadir Qəhrəmanov katibəsi vasitəsilə məcburi köçkün olan xanıma əxlaqsız təklif edib. Lakin rədd cavabı alan rektor tələbəni universitetdən qovdurub. Artıq iki gündür ki,bir qrup tələbə etiraz olaraq dərslərə girmirlər”.
SDU-nun rektoru və azğınlaşmış prorektorlar isə bu fakt təsdiqlənəcəyi halda ən ağır cəzaya layiqdirlər. Bununla bağlı redaksiyamıza daxil olan özəl məlumatda bildirilir ki, baş vermiş bu insidentlə bağlı iki gün öncə SDU-nun rektoru Nadir Qəhrəmanov Milli Təhlükəsizlik Nazirliyinə çağırılıb və bu işlə bağlı hazırda araşdırmalar davam etdirilir. Ümumiyyətlə isə SDU-da baş verən bütün neqativ hallarla bağlı ciddi tədbirlərin görülməsi və hətta rektor Nadir Qəhrəmanovun tutduğu vəzifədən azad ediləcəyi gözlənilir.
Xatırladaq ki, tələbələrə və əməkdaşlara əxlaqsız təkliflər SDU üçün nadir hadisə sayılmamalıdır. Belə ki, bir müddət öncə rektorun katibəsi işləmiş Əminə adlı gənc qız ona edilən təkliflə bağlı məhkəməyə müraciət etsə də, bununla bağlı hər hansı tədbir görülmədi. Əksinə həmin xanım ictimai qınağa hədəf seçildi.
Bütün bunlar öz yerində. Amma SDU-nun basılıca problem korrupsiya və rüşvətxorluqdur. Məlumat üçün bildirək ki, Təhsil Nazirliyi bir müddət öncə universitetdə maliyyə yoxlamalarına start verib. Əldə etdiyimiz məlumatlarda o da vurğulanır ki, TN-nin həyata keçirdiyi yoxlamalarda müəyyən olunan maliyyə qanunsuzluqları, saxta köçürmələr Baş Prokurorluq yanında Korrupsiya qarşı Mübarizə İdarəsinə veriləcək. Daxil olan məlumata görə, bir neçə həftə bundan öncə rektor Nadir Qəhrəmanov labüd həbsdən canını qurtarmaq üçün “yuxarılar”a dəyəri milyonlarla ölçülən rüşvət verib. Bununla belə, rektorun canını tam qurtardığını düşünmək də olmaz. Hər halda onun yaxın günlərdə istefaya göndəriləcəyi ehtimal olunur.
Samir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rektorun son akkordları

    Rektorun son akkordları ...

    10-09-2013, 23:50

  • 
  • Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - YENİLƏNİB

    Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - ...

    23-07-2016, 13:33

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • Sumqayıt Dövlət Universitetində yoxlama başlayıb

    Sumqayıt Dövlət Universitetində yoxlama başlayıb ...

    10-12-2013, 21:45

  • 
  • Sumqayıt Dövlət Universitetindəki maliyyə talanını sübut edən şok sənədlər

    Sumqayıt Dövlət Universitetindəki maliyyə ...

    7-10-2013, 11:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu