Metropolitentin rəisinin rəhbərlik etdiyi qurum 137 min manatlıq 4 maşını 263 min manata rəsmiləşdirib
Azərbaycanda korrupsiyaya bulaşmış büdcə təşkilatları bir çox hallarda şişirdilmiş rəqəmləri belə nəzarətləri altında saxlaya bilmirlər. Mövcud bazar qiymətləri ilə xərclənmiş məbləğlər arasındakı kəskin fərqlər isə bəzən daha dəhşətli mənzərəni ortaya qoyur. Mənbə xəbər verir ki, belə iri həcmli fərqlə pul xərclənməsi halı Bakı Metropoliten İdarəsində qeydə alınıb. Belə ki, idarə Metropoliten İşçiləri Həmkarlar İttifaqı Birliyinə 1 ədəd Toyoto Camry markalı maşın almaq üçün 49914 manat pul xərcləyib. «BTT-2012» MMC vasitəsi ilə alınmış bu avtomobilin real bazar qiyməti ilə xərclənən məbləğ arasında isə tam 20214 manat fərq var. Bunu aydınlaşdırmaq üçün elə də uzağa getmək lazım deyil. Elə Toyoto.az saytına daxil olaraq, fərqi açıq şəkildə görmək olar. Qeyd edək ki, Toyoto-nun Bakı Mərkəzində Camry markalı avtomobillərin ən bahalısı Prestige+-dur ki, onun da qiyməti 29700 manatdır. Amma məsələ belədir ki, Metropoliten İdarəsinin avtomobil alış-verişində buraxdığı səhv təkcə bundan ibarət deyil. Həmçinin daha üç maşının alınması zamanı qiymət fərqləri açıq şəkildə diqqəti çəkir. Qaynaq xəbər verir ki, Bakı Metropoliten İdarəsi 2 ədəd «KİA Optima» və 1 ədəd «Toyoto Lexus» markalı maşınları almaq üçün 213 580 manat pul sərf edib. «Duet» firmasından alınan bu maşınların real qiymətləri isə olduqca maraqlıdır. Məsələn, «KİA Optima» markalı avtomobilin satış qiyməti 27800 manatdır və bu da iki maşın üçün 55600 manat təşkil edir. Ən son model «Toyoto Lexus» isə Toyto Centerdə 72 min manat dəyərindədir. Bu rəqəmləri üst-üstə gəldikdə isə ortaya 127600 manatlıq bir mənzərə çıxır. Xərclənmiş 213580 manatdan 127600 manatı çıxdıqda isə cəm 85980 manata bərabər olur. Rəsmi rəqəmlərdən belə başa düşülür ki, ortada 106 min manatlıq bir yeyinti var. Ancaq ortada başqa bir maraqlı məqam da var. Yenə də rəsmi məlumatlara müraciət edərək, avtomobillərin təmiri üçün ayrılmış pullara diqqət yetirək. Bakkı Metropoliteninin Material texniki məhcizat xidməti «Mersedes S-550» markalı maşın üçün «Maddi Texniki-Təhcizat-3» MMC-yə 2735,24 manat pul ayırıb. Və qısa müddət sonra yeni həmin maşın üçün daha 5923,6 manat pul ayrılıb ki, bu dəfə alış-veriş işlərini «Tikinti Təhcizat Dizayn» MMC həyata keçirib. Qeyd edək ki, bu maşın idarənin rəisi Tağı Əhmədova məxsusdur və həmin avtomobil də bu il alınıb. İndi sual olunur, bir ilin maşını üçün bu qədər texniki xərc niyə və nəyə görə ayrılıb? Özü də «Mersedes» kimi bir şirkətin istehsal etdiyi ən son model maşının bir ilə xarab olması imkansızdır. Qəribə məqamlardan daha birini da qeyd edək. Bildirək ki, Tağı Əhmədovun bu il dəyişdirdiyi və keçən ilə kimi sürdüyü S-350 markalı maşınının az texniki xərci olmayıb. Belə ki, həmin avtomobil üçün 5917,7 manat pul sərf olunub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?