Gundemxeber.az » Manşet » Səhifə 791
Şimal rayonlarında kəndlilər bağlarında yetişdirdikləri xurmanı birbaşa bazara çıxara bilmirlər. Virtualaz.org xəbər verir ki, böyük əziyyət bahasına başa gələn bu məhsul bağçılardan kiloqramı 20 qəpiyə alınır. Şabran bağçılarının sözlərinə görə, çətinliklə əkib-becərdikləri meyvəni yerində dəyər-dəyməzinə satmaq məcburiyyətində qalırlar.
Rusiya, Əsəd rejiminə müxalifətdə olan gücləri təhdid edərək, bu ayın 18-də Soçidə Suriyalı bütün qrupların qatılacağı bir Milli Dialoq Konqresinin keçiriləcəyini açıqladı.
Penitensiar xidmətin Konvoy taborunun keçmiş komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayevin barəsində olan məhkə qərarından verilən apelyasiya şikayətinə baxılıb.
“Mediapart” nəşrində məşhur bloqqer Henri Furkadisin məqaləsi Parisdə əsl siyasi bomba effekti yaradıb. Məqalədən məlum olur ki, Fransadakı erməni lobbisinin liderlərindən biri, deputat Fransua Roşbluan Parisin məşhur restoranlarından birində Ermənistanın Fransadakı səfiri Vigen Çiteçyan və qondarma “DQR”in nümayəndəsi Ovanes Gevorkyanla gizli
Oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın gündəmin əsas mövzusudur.
Çoxmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyən sakin Ruslan Məhərrəmovla danışıqlar nəticə verib. O, binanın damından düşürülüb.
Rusiyada həbsdə olan “Şakro Moldooy” ləqəbli “Bir nömrəli vor zakon” Zaxari Kalaşovun klanında onun yerinə müvəqqəti namizədin kimliyi müəyyənləşib. Bu “Vasya Voskres” ləqəbli Vasili Xristoforovdur.
Xəzərdə yaxta gəzintisi zamanı batan azərbaycanlı model Günel Mirzəyevanın ailəsi mətbuata müraciət ünvanlayıb.
ABŞ-da Rusiyanın president seçkilərinə Donald Trampın xeyrinə müdaxiləsini araşdıran xüsusi prokuror, FTB-nin keçmiş direktoru Robert Müller yaxın günlərdə prezidentin yaxın ətrafına daxil olmuş şəxslərə qarşı yeni ittihamlar irəli sürəcək.
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞPİ) rəis müavini, general-mayor Həsən Şirinovun bacısı oğlu Cahangir Əliyev məhkəmə qərarını icra etmədiyinə görə barəsində 20 günlük həbs qərarı verilib. Bu haqda Xətai Rayon Məhkəməsindəki mənbələrdən məlumat daxil olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?